Məhkəmə qərarları › İş №1(012)-480/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-480/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-480/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 14.05.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədilə 2021-ci ilin may ayının 10-də saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «OBA» marketə daxil olub mağazanın arxasında ümumi istifadədə olmayan otağa qanunsuz daxil olaraq iş masanın çəkməsindən həmin marketdə işləyən Zərərçəkmiş şəxs məxsus 25 manat dəyərində pul qabını,içərisində 8 manat dəyərində «Kapital» bank kartı və 873 manat 50 qəpik pulu oğurlayıb Zərərçəkmiş şəxs 906 manat 50 qəpik ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 10 may 2021-ci il tarixdə saat 16 radələrində Xırdalan dairəsinin yanından piyada keçərəkən «OBA» market görmüş, ay olduğu və cibində pul olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə marketin içərisinə daxil olmuş və bir qədər marketin içərisində gəzib rəflərdə olan ərzaqlara baxdıqdan sonra marketin içərisində bir otaq görmüş, gördüyü otağa girmək məqsədi ilə marketin içərisində ora-bura boylanmış və heç kimin görmədiyini biləndən sonra otağa girmişdir. Otaqda kompyuter masasına yaxınlaşmış, masada olan çəkməcəni açanda orada olan pul qabını görüb çəkməcəni yenidən bağlamışdır ki, kiminsə otağa gəlib gəlməməsini bir daha dəqiqləşdirsin. Ətrafa yenidən boylanmış, heç kimin olmadığını dəqiqiqləşdirib yenidən çəkməcəni açıb pul qabını göturub paltarımın altında gizlədərək otaqdan çıxıb marketin içərisinə keçmiş və oradan da çölə çıxaraq çıxıb getmişdir. Bir qədər getdikdən sonra pul qabını açmış, içərisində bank kartları, şəxsiyyət vəsiqəsi və 300 manat pul olmuşdur. Pulu götürüb içərisində olan bank kartlarını və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə pul qabını zibil qutusuna atmış və oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri,H.Əliyev prospekti Xırdalan dairəsinin yanında yerləşən «Oba» marketdə müdir işləyir. İşlədiyi market piştaxtaların olduğu yerdən yəni iri zaldan və bir ədəd kameralara baxmaq üçün kompyüterlə təchiz olunmuş masa, soyunub-geyindikləri otaqdan ibarətdir. Həmin otağa marketin künc tərəfindən olan qapıdan daxil olmaq olur. Həmin otağa yalnız marketdə işləyən işçilər daxil olur. Həmin otaqda paltarları və marketə aid əşyalar saxlanılır. 10 may 2021-ji il tarixdə 16 radələrində market açıq olmuş və müştərilər girib çıxırmış, marketin girişində olan kassa aparatının yanında dayanmış və bir qədər sonra marketin içindən həmin otağa daxil olmuşdur. Masanın arxasına oturub masada olan rəfin içindən pul qabını götürmək istəyəndə yerində olmadığını aşkar etmişdir. Kameralara baxmaq üçün monitor qarşısında olduğu üçün dərhal baxmağa başlamış və görmüşdür ki, naməlum bir kişi bir qədər əvvəl otağa daxil olub masanın rəfini açıb ona məxsus pul qabımı oğurlamış və mağazanı tərk etmişdir. Bir müddət sonra DİN-nin 102 xidmətinə zəng vurmuş və ərizə ilə müraciət emişdir. Pul qabını 25 manata almış, içində ona məxsus bir ədəd Kapital, bir ədəd Beynəlxalq, 2 ədəd Unibank aid bank kartları, şəxsiyyət vəsiqəsi və 873 manat 50 qəpik pul olmuşdur. Əşyaları oğurlanan kimi banklara zəng vurub kartları bağlatdırmışdır. Kapital bankın kartını 8 manata almışdır. Digər kartlar isə bank tərəfindən pulsuz verilmişdir. Ümumilikdə ona 906 manat 50 qəpik ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri,Xırdalan dairəsinin yanında «Oba» marketdə satıjı işləyir. 10 may 2021-ci il tarixdə mağazadan müdir Şaiqin otağından ona məxsus pul qabı oğurlanmışdır. Bununla bağlı Şaiq polisə ərizə ilə mürajiət etmişdir. 14 may 2021-ci il tarixdə təxminən saat 17 radələrində mağazada işini görürmüş, Şaiq isə küçəyə çıxmışdır. Bir neçə dəqiqədən sonra Şaiq mağazanın girişində ona əl eləmiş, mağazadan küçəyə çıxanda görmüşdür ki, Şaiq bir nəfərin əlindən tutur ki,həmin şəxs qaçmasın. Ona demiş ki, mağazadan oğurluq edən şəxsdir və yanında dayanmasını xahiş etmişdir. Həmçinin polisə zəng vurduğunu demişdir. Şaiqin yanında dayanmış və bir neçə dəqiqə sonra ərazinin əməliyyat müvəkkili kimi tanıdığım Elmir adında polis əməkdaşı gəlmişdir.Elmir müəllim onlara yaxınlaşmış və nəyin baş vediyini ona demişlər. Sonra Elmirin tələbi ilə birlikdə onun maşınına oturub polisə getmişlər. Mağazada özü və Şaiqdən başqa qadınlar işəyir. 14 may 2021-ci il tarixdə Şaiq tərəfindən həmin şəxsi necə tutduğunu görməmişdir. Üst başı çirkli olsa da həmin şəxsi nə özü nədəki Şaiq döyməyib. Həmin şəxsin gözünün altı qara olmuş və hiss olunurmuşdur ki, onu kimsə əvvəl döymüş, çünki gözünün altı belə tez qaralmazdı. Həmin vaxtı yanında başqa şəxs olmamışdır. Həmçinin polis əməkdaşı gəldikdə onu kimsə döyməmişdir. Oğru qaçmaq istərkən yerə yıxıldığın görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 may 2021-ci il tarixdə xidmət etdiyim ərazidə yəni Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dairəsinin yanında yerləşən «Oba» marketdən müdir Zərərçəkmiş şəxs pul kisəsinin oğurlanması ilə bağlı məlumat əsasında tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nətijəsində həmin mağazadan oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu və əvvəllər məhkum olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhərinə getmiş və onu tapa bilməmişdir. 14 may 2021-ci il tarixdə təxminən saat 17-18 radələrində xidmət etdiyii ərazidə olan vaxtı mobil telefonuna «Oba» marketin müdiri Şaiq zəng vurub demiş ki, həmin oğrunu tutub. Yaxınlıqda olduğu üçün idarə etdiyi avtomobillə həmin yerə yaxınlaşmış və görmüş ki, «Oba» marketin yanında Şaiq və yanında bir nəfər işçisi həmin oğrunu saxlayıblar və əlindən tuturlar ki, qaçmasın. Təqsirləndirilən şəxs üst başı toz olduğunu görüb nə baş verdiyini soruşanda Şaiq demiş ki, onun dalınca qaçmış və Emin yıxıldığı üçün onu tutmuşdur. Eminin həmçinin gözünün altının qaraldığını görən də ondan nə üçün gözünün altı qaraldığını soruşmuş,ona demişdir ki, yıxılmışdır. Lakin onun sözünə inanmamış ona göər kigözünün altı artıq qaralmışdı. Həmin vaxtı yıxılsaydı gözünün altı belə tez qaralmazdı. Həmin oğrunu və marketin iki işçisini yəni Şaiqlə Səmədi maşınına otuzdurub polisə gətirmişdir. Tərəfimdən raport tərtib edildikdən sonra həmin şəxsi istintaqa təqdim etmişdir. Onun yanında və ümumiyyətlə nə maşında nədəki polis idarəsində kimsə Emini döyməmişdir. Həmçinin Emin döyülməyi ilə bağlı ona bir söz deməmişdir. Onun gözünün altındakı qara izlər isə belə deməyə əsas vermişdir ki, ola bilsin əvvəl kiminləsə dalaşmışdır. Həmin vaxtı yanında başqa polis əməkdaşı olmamışdır. Həmçinin həmin vaxtı mülki geyimdə olmuş və yanında formada polis əməkdaşı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, diskdə baxış keçirilərkən «Oba» marketdə oğurluq baş verən zaman oğurluq edən şəxsin Təqsirləndirilən şəxs özü olması müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, «Oba» marketdə video kamera vasitəsi ilə çəkilmiş görüntülər olan bir ədəd CD diski iş üzrə müddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 24.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3cü maddələri ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13.06.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin 14.05.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14.05.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərşəkmiş şəxs X2 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 14.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərşəkmiş şəxs X2 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar