Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-480/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 02 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2025-ci il tarixdən cəza çəkən, hazırkı iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun qohumunu dövlət neft şirkətində mühafizəçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldaaraq xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Rahat” marketin yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs 4000 manat məbləğində pulu əlbəəl nağd formada alıb ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə qohumluq əlaqəsi vardır. Belə ki, Rafiq onun qayını Nurəddin İsrafilovun qayınıdır. Həmçinin Rafiqlə o yaxın dost olmuşdur. Onunla birlikdə işləmıişdir. Malyardır və fərdi olaraq ev təmirlərinə gedib işləyir. Rafiqin tanışını işə düzəltmək adı ilə ondan 4000 manat pul almışdır. Belə ki, 2023-cü ilin may aylarında Rafiq ona qardaşının oğlanlarını SOCAR şirkətində işə düzəltməyi xahiş etmişdir. Bununla bağlı ondan 4000 manat pul istəmiş və onun qardaşının uşaqlarını SOCAR şirkətinə mühafizəçi kimi işə düzəldəcəyinə dair vəd vermişdir. Verdiyi vəd əsasında 2023-cü ilin may ayının konkret xatırlamadığı günündə Abşeron rayonu Mehdiabad qəsəbəsində - «Rahat» marketin yaxınlığında yerləşən çayxanada Rafiqlə görüşmüşdür, Rafiqdən 4000 manat pulu əlbəəl nağd formada almışdır. Rafiqdən pulu alarkən yanında heç kim olmamışdır. Rafiqdən pulu aldıqdan sonra ona verdiyi vəd yalan olduğu üçün təbii olaraq onun qardaşının övladlarını işə düzəldə bilməmişdir. Həmçinin bu məqsədlə kimləsə danışıq aparmamışdır. Bir neçə gün keçdikdən sonra pulu öz tələbatlarına xərcləmişdir. Bundan sonra Rafiq ondan işin nə üçün alınmadığını soruşduqda o da yalandan işin alınmadığını, pulunu isə xərclədiyini demişdir. Rafiq ondan həmin vaxtdan pulunu tələb etməyə başlamışdır. Əvvəlcə ona 1000 manat pul qaytarmışdır. Həmin pulu elektron köçürmə yolu ilə Rafiqin kartına köçürmüşdür. Sonradan əlavə olaraq 200 manat və 150 manat məbləğlərində pulu elektron köçürmə yolu ilə Rafiqin kartına köçürmüşdür. Rafiqin ona verdiyi 4000 manat pulun 1350 manatını geri qaytarmışdır. Hazırda ona 2650 manat verəcəyi var. Onu da 10 gün ərzində qaytaracağına dair söz verir. 2023-cü ilin may ayının xatırlamadığı günündə tanışı və qohumu Zərərçəkmiş şəxsun qardaşının övladlarını SOCAR neft şirkətində mühafizəçi kimi işə düzəldəcəyimə dair yalan vəd verməklə ondan Abşeron rayonu Mehdiabad qəsəbəsində - «Rahat» marketin yaxmığmda yerləşən çayxanada əlbəəl nağd formada 4000 manat pul almış, lakin Rafiqi aldadaraq və onun etibarından sui-istifadə edərək pulunu ələ keçirmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaqdan qohumudur. Həmçinin, Sahil onunla birlikdə ev təmiri işi görmüş və birlikdə usta işləmişdir. 2023-cü ilin aprel - may aylarında Sahilin yanında qardaşı övladlarına iş axtardığını bildirmişdir. Sahil onun qohumu olduğu üçün qardaşının övladlarını da özü tanımışdır. Sahil ona SOCAR neft şirkətində tanışı olmasını, onunla əlaqə saxlayıb qardaşının övladları üçün iş düzəldə biləcəyini demişdir. Bir neçə gün sonra Sahillə görüşən zaman 4000 manat pul tələb olunduğunu, qardaşının övladları Nicat və Emilin hər birini 700 manat maaşla işə düzətmək üçün fürsət yarandığını demişdir. Lakin, onu tələsdirərək pulun tez bir zamanda çatdırılmasını tələb etmişdir. O da gözləməyərək özü xx.xx.2023-cü tarixdə Mehdiabad qəsəbəsində - «Rahat» marketin yaxınlığında yerləşən çayxanada Sahillə görüşmüşdür. Pulu verib sonra qardaşından alacağını düşünmüşdür. Beləliklə, həmin tarixdə qeyd etdiyi ünvanda 4000 manat pulu əlbəəl nağd formada Sahilə vermişdir. Sahil ona 15 gün ərzində cavablar çıxdıqdan sonra qarşdaşının övladlarını komissiyadan keçirəcəyini demişdir. O da razılaşmışdır. 15 gün keçdikdən sonra Sahillə əlaqə saxladıqda ondan işi maraqlandıqda ona nəsə problem yarandığını 1 həftə ərzində düzələcəyini demişdir. 1 həftə də gözləmiş, lakin Sahil yenə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Telefonu qulağına qoyub kimlərləsə əlaqə saxlamasını yalandan ona göstərmişdir. Artıq Sahilin onun etibarından sui-istifadə etməyini, pulunu dələduzluq yolu ilə ələ keçirməsini başa düşmüşdür. Ondan pulunu geri tələb etməyə başlamış, Sahil pulu öz tələbatları üçün xərcləməsini, kiməsə verməməsini etiraf etmişdir. Ondan güclə 1350 manat pul almışdır. Bundan sonra pulunu qısa müddətdə qayataracağına dair söz vermişdir. Lakin, həmin gündən etibarən pulunu geri qaytarmır. O da bununla əlaqədar onun barəsində şikayətini bildirmişdir. Hazırda Sahil ona 2650 manat pul verməlidir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır.
2. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur.
3. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır.
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.
5. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kazımov X3 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Kazımov X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsinin 2, 23-1-ci maddələri ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmiş, xx.xx.1998-ci ildə Abşeron Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 01 il 04 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)- 162/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 02 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablanması hökm edilmişdir.
8. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, olan elan olunmuş Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilir, cinayət hadisəsinin törədilməsi müddətindən 2 il keçdiyinə görə məhkəmədən iş üzrə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda, məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, növbəti gün qərar qüvvəyə minir.
X5