Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-481/2021 27.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1980-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməyən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ev 7 ünvanda qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 27.03.2021ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 26.03.2021-ci il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədlə12.08.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariat kontorunda Zərərçəkmiş şəxs sonuncunun aldığı 0,04 ha torpaq sahəsinə çıxarış düzəldəcəyi adı ilə aldadaraq, 500 manat, 16.12.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsini satacağı adı ilə aldadaraq, Qobu qəsəbəsi ərazisində həmin torpaq sahəsində 2580 manat, 25.12.2020-ci il tarixdə saat 18 radələrində satdığı 0,08 ha torpaq sahəsinə çıxarış alacağını vəd edərək aldadıb Bakı şəhəri Şamaxinka deyilən yerdə 450 manat, vahid niyyətlə ümumilikdə 3530 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 26.03.2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhərində “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 1,123 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə olan heroini qanunsuz olaraq 300 manata əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşımış, həmin tarixdə saat 04 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, rayon polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki parça materialdan olan ağ-qara rəngli idman gödəkçəsinin sol yan cibindən “bizon” energetik içki qutusunun içərisində olan həmin bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 1,123 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrəözünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir ki, Abşeron rayonu ərazisində torpaq alqı-satqısı ilə məşğul olur. 2015-ci ildə Abşeron rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş. 2019-cu ilin iyul ayında azadlığa çıxmış. 2020-ci ilin avqust ayının 12-də bir nəfər adını xatırlamadığı tanışı telefon vasitəsilə ona zəng edərək Pənah adlı tanışına torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədləşmədə kömək etməyini xahiş etmiş. O, da razılıq vermiş. Həmin gün, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariat kontotunun qarşısında Pənahla görüşmüş. Pənah adlı şəxsin yanında bir nəfər adını sonradan bildiyi Amil adlı şəxs də olmuş. Pənah özünə məxsus 0,04 ha torpaq sahəsini Amil adlı şəxsə satmaq istədiyini və ondan sənədləşmədə köməklik etməyini xahiş etmiş. O, da Amilin şəxsiyyət vəsiqəsinin surətini götürmüş. Pənah adlı şəxsə məxsus olan Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin sxeminin yenilənib Amilin adına sənədləşdirəcəyini bildirmiş. Orada Amil ona 200 manat pul vermiş. Notariusdan çıxandan sonra Amil ona 100 manat da pul vermiş. Təxminən 3 gündən sonra Qobu qəsəbəsində Amil, Fərid və Pənah onunla görüşmüş. Həmin vaxt o, Amilə Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsindən təqdim edilən 471 nömrəli rəy, Torpaq alqı-satqısına dair AKT, Abşeron rayonu, X9 16 nömrəli Qərarı və Abşeron rayonu Qobu X2 Çıxarışı təqdim etmiş. Bundan sonra çıxıb getmiş. Aradan bir həftə keçdikdən sonra Amil ona zəng edərək torpaq sahəsi almaq istədiyini bildirdikdə, o, Amilə bir nəfər tanıdığı şəxsin özünə məxsus 0,08 ha torpaq sahəsini satdığını, əgər istəyirsə görüşüb torpaq sahəsinə baxmağı demiş. Amil torpaq sahəsinə baxdıqdan sonra o, Amilə həmin yerin 2580 manata satıldığını bildirmiş. Amil ona Qobu qəsəbəsi ərazisində 2580 manat pul vermiş. Bir neçə gündən sonra o, Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında Amil ilə görüşmüş və Amilə Rəy, Torpaq alqı-satqısına dair AKT, Qobu X2 Çıxarışı, Abşeron rayonu X9 16 nömrəli Qərarını vermiş. Amil isə ona 400 manat pul vermiş. Bundan təxminən 20 gün sonra Amil istifadəsində olan telefon nömrəsinə zəng edərək verdiyi sənədlərin saxta olduğunu bildirmiş və onu Lökbatan qəsəbəsinə dəvət etmiş. O, Fərid, Kamran və Amil ilə Lökbatan qəsəbəsində görüşmüş. Fərid Amilə iradını bildirərək demiş ki, Amilin xalası oğludur, bankdan pul götürüb ona verib. Faizi ilə pul 6300 manat edir. Həmin şəxslər ona 6300 manat ödəməli olduğunu bildirmişlər. O, Amildən on gündür ki, pulu aldığını, 6300 manat deyil, 3450 manat pul ödəyəcəyini demiş. Fərid və Kamran həmin pulun onlara çatacağını demiş. Ondan pulu neçə günə qaytaracağını soruşmuşlar. O, da 3 günə qaytaracağını və Amildən pulu kimə qaytaracağını soruşmuş. Amil pulun Fərid və Kamrana çatacağını demiş. O, da 3 gün ərzində pulu qaytara bilməmiş. Sonradan barəsində şikayət edildiyini bilmişdir. Amilin dedikləri ilə razıdır, yəni o, Amildən ona torpaq satmaq və torpağa aid sənədləri düzəltməsi üçün ümumilikdə 3530 manat pul almış, həmin pulu maddi sıxıntıları olduğuna görə qaytara bilməmişdir. Azadlığa çıxdıqdan sonra arada narkotik vasitə olan heroin qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. 25 mart 2021-ci il tarixdə saat təxminən 23:52 radələrində o, sosial şəbəkə vasitəsi ilə +98-***-***-**-** saylı mobil nömrə ilə “vatsap” proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş. O, əlaqə saxladığı tanımadığı şəxsə əla növ heroin almaq istədiyini demiş. Həmin şəxs də ona bir büküm heroin üçün 300 manat pul ödəməli olduğunu demiş. O, da razılaşmış. Bundan sonra həmin tanımadığı şəxs ona “vatsap” proqramı vasitəsi ilə bank kartının hesab nömrəsini göndərmiş. O, da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mağazaya gedib ödəmə terminal aparatı vasitəsi ilə həmin hesaba 300 manat pul köçürmüş. O, pulu köçürdükdən sonra həmin tanımadığı şəxslə “vatsap” proqramı vasitəsi ilə zəng edərək pulu köçürdüyünü bildirmiş. Həmin şəxs ona Abşeron rayonu, Xırdalan şəhərində “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında olan yerüstü keçidin yanında yerdə “bizon” energetik içkisinin qutusunun içərisinə bir bükümdə narkotik vasitə heroin qoyulacağını bildirmiş. 26 mart 2021-ci il tarixdə təxminən saat 03 radələrində o, Abşeron rayonu, Xırdalan şəhərində “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında olan yerüstü keçidin yanında həmin bizon qutusunun içərisində olan bir bükümdə narkotik vasitə heroini götürüb yaşadığı ünvana Xırdalan şəhəri, M.Əzizbəyov küçəsinə gəlmiş. O, həmin içərisində narkotik vasitə heroin olan “bizon” energetik içki qutusunu əynində olan ağ-qara rəngli parça materialdan olan idman gödəkçəsinin sol yan cibinə qoymuş. Həmin gün, saat təxminən 04 radələrində yaşadığı evin yaxınlığında, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində olan zaman iki nəfər mülki geyimdə olan özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatları olduğunu və üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşmuşlar. O, şifahi olaraq həmin vaxt üzərində istifadə etmək üçün saxladığı bir büküm narkotik vasitə olan heroin olduğunu bildirmiş. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Abşeron rayon polis idarəsinə gəlmiş. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuş. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, əynindəki parça materialdan olan ağ-qara rəngli idman gödəkçəsinin sol yan cibindən içərisində bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroin olan “bizon” energetik içkisinin qutusunu çıxarıb təqdim etmiş. Bundan sonra onun təqdim etdiyi “bizon” energetik içki qutusunun içərisində olan bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş. Sorğu zamanı o, aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün internet vasitəsi ilə “online” ödəniş etməklə Abşeron rayonu, Xırdalan şəhəri, “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerdən götürdüyünü bildirmiş. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zamanı qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamış. Daha sonra polislər onun təqdim etdiyi “bizon” energetik içki qutusunun içərisindən aşkar olunmuş şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmiş. Əlavə olaraq bildirmişdir ki, üzərində aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş. Əvvəllər bir-iki dəfə sosial şəbəkə vasitəsi ilə “online” şəkildə ödəniş etməklə tanımadığı şəxsdən narkotik vasitə heroin almış. Onun narkotik vasitə heroin əldə etməsi barədə heç kimin məlumatı olmamış. Onun sosial şəbəkə vasitəsi ilə “online” şəkildə ödəniş etməklə +98-***-***-**-** saylı mobil nömrə ilə “vatsap” proqramı ilə əlaqə saxlayıb narkotik vasitə heroin sifariş edən zaman istifadə etdiyi mobil telefonu narkotik vasitə heroini əldə etdikdən sonra sındırıb xatırlamadığı yerə atdığı üçün həmin telefonu istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı Şahid1 Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi yazmış. 2020-ci ilin may ayında iş yoldaşı Fərid ilə söhbət əsnasında torpaq sahəsi alıb fərdi yaşayış evi tikmək istədiyini bildirmiş. Bu zaman Fərid qohumu Kamranın Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi olmasını və hal-hazırda həmin torpaq sahəsini satmaq istədiyini demiş. O, da Fəridə həmin torpaq sahəsinə almaq üçün baxmaq istədiyini demiş. 2020-ci ilin may ayında Kamran ilə Fəridin Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən evində görüşmüş. Həmin vaxt Kamran Qobu qəsəbəsi ərazisində özünə məxsus olan 0,02 ha torpaq sahəsi olmasını və həmin torpaq sahəsini 5500 manata satmasını bildirmiş. O, Kamranla danışıb razılaşmış. Bundan sonra sözügedən torpaq sahəsinə gedib baxmış və bəyəndiyi üçün almaq qərarına gəlmiş. Kamran istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək özünə məxsus olan sözügedən torpaq sahəsini alıb-almayacağını soruşduqda, o, Kamrana həmin torpaq sahəsini alacağını bildirmiş. Kamran sözügedən torpaq sahəsini ona satması üçün 600 manat beh istəmiş, o, da Kamranın qohumu Fərid ilə birlikdə işlədiyi üçün Fəridə 600 manat pul vermiş ki, beh kimi Kamrana çatdırsın. Fərid də həmin pulu Kamrana çatdırmış. 20.05.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Fərid və Kamran ilə görüşmüş. Sözügedən torpaq sahəsini almağı üçün Kamran adlı şəxsə 4900 manat pul vermiş. Həmin tarixdə sözügedən torpaq sahəsinin sahibi X7 ilə Qobu qəsəbəsi ərazisində görüşmüş. Kamran ondan aldığı 4900 manat pulu Farizə vermiş. Bundan sonra Fariz sözügedən torpaq sahəsini ona satması üçün razılıq ərizəsi yazmış. Həmin torpaq sahəsinə dair sənədləri Kamran və orada olan adını bilmədiyi Qobu bələdiyyəsinin işçisi yaxın günlərdə verəcəklərini demişlər. Aradan bir müddət keçdikdən sonra Kamran adlı şəxsdən aldığı sözügedən torpaq sahəsinə dair ona heç bir sənəd təqdim edilmədiyi üçün Kamrana verdiyi 5500 manat pulunu geri qaytarmasını dedikdə, Kamran yaxın günlərdə pulunu qaytaracağına söz vermiş. Kamran Pənah adlı şəxsin ona borcu olmasını və Qobu qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsini Kamrana verməsini və həmin torpaq sahəsini isə Kamrana verdiyi 5500 manat pulun müqabilində ona verməyi təklif etmiş. Bundan sonra Kamran adlı şəxsin ona təklif etdiyi və Pənah adlı şəxsə məxsus olan 0,04 ha torpaq sahəsinə baxmış. Həmin torpaq sahəsini bəyəndiyi üçün Kamranın təklifi ilə razılaşmış. 12.08.2020-ci il tarixdə Kamran, Pənah və sözügedən torpağın sahibi olan Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 19 saylı natariat kontorunda görüşmüş. Həmin vaxt Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin ona aid olması ilə bağlı Təqsirləndirilən şəxs etibarnamə vermiş. O, Caviddən sözügedən torpağa dair sənəd istəmiş. Lakin Cavid sənədlərin düzəlməsi üçün 500 manat pul lazım olduğunu demiş və o, Cavidə 500 manat pul vermiş. Təxminən bir həftə sonra Cavid ilə Qobu qəsəbəsi ərazisində Pənah adlı şəxsin işlədiyi ət dükanında Kamran ilə birlikdə görüşmüş. Cavid Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsindən təqdim olunan 471 nömrəli Rəy, X10 Dair AKT, Abşeron rayonu, X9 16 N-li Qərarı və Abşeron Rayonu Qobu X1 təqdim etmiş. 15.12.2020-ci il tarixdə Cavid istifadə etdiyi mobil telefon nörməsinə zəng edərək Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində dostu Elşənə məxsus 0,08 ha torpaq sahəsinin olmasını və təcili 3000 manata satdığını demiş. Həmin vaxt sözügedən torpaq sahəsinə gedib yerində birlikdə baxmağı, əgər xoşuna gəlsə həmin torpaq sahəsini də alacağını Cavidə demiş. Həmin gün Cavid ilə Qobu qəsəbəsi ərazisində görüşərək sözügedən torpaq sahəsinə baxmış. Həmin torpaq sahəsini bəyəndiyi üçün almaq qərarına gəlmiş və torpağın sahibi Elşən ilə görüşmək istədiyini bildirmiş. Həmin gün Cavid ilə birlikdə Qobu qəsəbəsi ərazisində yaşayan Elşən ilə yaşadığı evdə görüşmüş, həmin şəxs yataqda olmuş. Ayaqlarından xəsarət aldığını görmüş və ondan nə baş verdiyini soruşduqda, Cavid Elşənin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını qeyd etmiş. Onlar Elşən ilə torpaq sahəsini 2580 manata, əlavə sənədlərin hazırlanması üçün isə 450 manata razılaşmış. Səhəri gün, 16.12.2020-ci il tarixdə saat 13 radələrində Cavid ilə Elşən adlı şəxsə məxsus olan Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində görüşmüş və Cavidə 2580 manat pulu vermiş, Cavid də ona həmin torpaq sahəsinə aid müvafiq sənədlər təqdim etmiş. 25.12.2020-ci il tarixdə saat 18 radələrində həmin torpaq sahəsinə çıxarış almaq üçün Cavidə Bakı şəhəri Şamaxinka deyilən yerdə 450 manat pul vermiş. Aradan bir neçə keçdikdən sonra 28.12.2020-ci il tarixdə o, maraqlanmaq üçün Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə yaxınlaşdıqda orada məlum olmuş ki, Təqsirləndirilən şəxs ona satdığı torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün Reyester xidmətinə müraciət etməmiş, onun aldığı Cavidin satdığı torpaq sahəsinə dair heç bir qeydiyyat aparılmamış. Bundan sonra o, həyat yoldaşı Aynur ilə Qobu Bələdiyyəsinə getmiş və orada məlum olmuş ki, Cavid adlı şəxsdən aldıqları Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahələri tanımadıqları şəxsin mülkiyyətindədir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını başa düşdükləri üçün həyat yoldaşı Şahid1 Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş. Bildirmişdir ki, Kamran ona torpaq almaq üçün verdiyi 5500 manat pulu qaytardığı üçün Kamranın barəsində heç bir şikayəti yoxdur, lakin Təqsirləndirilən şəxs onu torpaq sahəsi satmaq və torpaq sahəsinə sənəd düzəltmək adı ilə aldadaraq ondan aldığı 3530 manat pulu qaytarmadığı üçün hazırda ondan şikayətçidir. Təqsirləndirilən şəxs 12.08.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 19 saylı natariat kontorunda Pənahdan aldığı 0,04 ha torpaq sahəsinə sənəd düzəltməsi üçün həyat yoldaşı Aynurun iştirakı ilə 500 manat, 16.12.2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsini almaq üçün Qobu qəsəbəsi ərazisində həmin torpaq sahəsində həyat yoldaşı Aynurun iştirakı ilə 2580 manat, 25.12.2020-ci il tarixdə saat 18 radələrində Cavidin satdığı 0,08 ha torpaq sahəsinə çıxarış almaq üçün Bakı şəhəri Şamaxinka deyilən yerdə 450 manat pulu isə tək vermişdir. Təqsirləndirilən şəxs torpaq almaq və torpağa aid sənədləri düzəltməsi üçün ümumilikdə 3530 manat pul vermişdir. Hal hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2020-ci ilin may ayında Amil ona iş yoldaşı Fəridin qohumunun torpaq satdığını demiş. O, da Amilə həmin torpaq sahəsinə baxmaq lazım olduğunu demiş. 2020-ci ilin may ayında Amil həmin torpaq sahəsinə baxaraq ona bəyəndiyini bildirmiş. Həmin torpaq sahəsini Kamran adlı şəxsin 5500 manata satdığını demiş. Aradan bir neçə gün keçdikdən sonra o, əri Amil və iş yoldaşı Fəridlə birlikdə Qobu qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahəsinə baxmaq üçün getmiş. O, da həmin torpaq sahəsini bəyəndiyi üçün almaq qərarına gəlmişlər. Bundan sonra Amil Kamran adlı şəxsə iş yoldaşı Fəridin vasitəsi ilə sözügedən torpaq sahəsini almaq üçün 600 manat beh vermiş. Qalan 4900 manat pulu isə Amil 20.05.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Kamrana vermiş. Kamran adlı şəxsin satdığı həmin torpaq sahəsinin sənədləri qaydasında olmadığı üçün onlar həmin torpaq sahəsini geri qaytarmaq qərarına gəlmişlər. 2020-ci ilin dekabr ayının ilk günlərində əri Amil Kamrana zəng edərək ona verdiyi 5500 manat pulu geri qaytarmasını demiş. Kamran da həmin pulu qaytarmaq üçün vaxt istəmiş. Aradan bir neçə gün keçdikdən sonra Kamran Amilə satdığı torpaq sahəsini digər sənədləri qaydasında olan torpaq sahəsi ilə dəyişməsini təklif etmiş. Amil də razılaşmış. Bundan sonra o, əri Amil ilə birlikdə həmin torpaq sahəsinə baxıb bəyəndikdən sonra Kamran və torpağın sahibi Cavid adlı şəxslə Bakı şəhərində notariat kontorunda görüşmüşlər. Notariat kontorunda sənədləşmə zamanı onlar Kamran və Cavidlə razılaşmamışlar. Həmin vaxt o, Kamrandan ona verdikləri 5500 manat pulu istəmiş. Cavid adlı şəxsi də həmin vaxtdan tanıyır. Aradan bir həftə keçdikdən sonra evdə olan zaman Cavid əri Amilə zəng edərək tanışının təcili torpaq satdığını bildirmiş. Amil də həmin torpaq sahəsinə baxmaq istədiyini demiş. Səhəri gün əri Amil Cavidlə görüşüb Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə baxdıqdan sonra ona həmin torpaq sahəsini almaq istədiyini demiş. O, da həmin torpaq sahəsinə baxdıqdan sonra həmin torpağı ala biləcəklərini Amilə demiş. Amil ona həmin torpağın Cavidin tanışının adına olduğunu, həmin torpaq sahəsini 3500 manata satdığını demiş. O, da Amil ilə razılaşmış. 15.12.2020-ci il tarixdə əri Amil “Unibank”dan 4000 manat kreditə pul götürmüş. 16.12.2020-ci il tarixdə saat 13 radələrində o, əri Amil ilə birlikdə Təqsirləndirilən şəxsla Qobu qəsəbəsi ərazisində yerləşən satdığı torpaq sahəsində görüşmüşlər. Onlar Cavid ilə razılaşdıqdan sonra Amil 3530 manat pulu torpaq sahəsində Cavidə vermiş, Cavid də Amilə həmin torpaq sahəsinə aid müvafiq sənədlər təqdim etmiş. Aradan bir müddət keçdikdən sonra 28.12.2020-ci il tarixdə o, əri Amil ilə maraqlanmaq üçün Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə yaxınlaşdıqda orada məlum olmuş ki, Təqsirləndirilən şəxs satdığı torpaq sahəsinin sənədlərinin düzəldilməsi üçün Reyester xidmətinə müraciət etməmiş, Cavidin satdığı torpaq sahəsinə dair heç bir qeydiyyat aparılmamış. Bundan sonra o, həyat yoldaşı Amil ilə Qobu Bələdiyyəsinə getmiş və orada məlum olmuş ki, Cavid adlı şəxsdən aldıqları Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahələri tanımadıqları şəxsin mülkiyyətindədir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını başa düşdükləri üçün o, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş. Bildirmişdir ki, Kamran torpaq almaq üçün verdikləri 5500 manat pulu qaytardığı üçün onun barəsində heç bir şikayəti yoxdur, lakin Təqsirləndirilən şəxs onları torpaq sahəsi satmaq adı ilə aldadaraq həyat yoldaşı Amildən aldığı 3530 manat pulu qaytarmadığı üçün hazırda ondan şikayətçidir. Əlavə olaraq bildirmişdir ki, ilkin araşdırma zamanı Kamran adlı şəxsə verdikləri 5500 manat pulu və Cavid adlı şəxsə verdikləri 3530 manat pulu kreditə götürdükləri üçün illik bank faizləri ilə hesablayıb 12000 manat bildirmiş, sonradan Kamran 5500 manat pulu qaytarmış, lakin Təqsirləndirilən şəxs 3530 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada iş olanda fəhlə işləyir. Aynurun əri Amil ilə qohumu Fərid birlikdə işləyirlər. 2020-ci ilin may ayında qohumu Fərid istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək iş yoldaşı Amil adlı şəxsin torpaq sahəsi almaq istədiyini bildirmiş. Bu zaman qohumu Fəridə özünə məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olan 0,02 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş. Fərid onunla bir qədər danışdıqdan sonra telefonu danışmaq üçün Amil adlı şəxsə vermiş, Amil ilə söhbət əsnasında Qobu qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsini satmaq istədiyini demiş. Amil də Fərid ilə birlikdə satmaq istədiyi torpaq sahəsinə birlikdə gəlib baxmaq istədiyini demiş, o, da etiraz etməmiş. 2020-ci ilin may ayında Amil və qohumu Fərid ilə Qobu qəsəbəsi ərazisində görüşmüş və ona məxsus olan 0,02 ha satdığı torpaq sahəsinə baxmışlar. Həmin vaxt Amil ona məxsus olan sözügedən torpaq sahəsini Qobu bələdiyyəsindən torpağın sərhəd kordinantlarını ölçüb sənəd verilməsi ilə birlikdə 5500 manata danışıb razılaşmışlar. Bundan sonra həmin torpaq sahəsinə Qobu bələdiyyəsinin işçiləri gələrək torpağın sərhəd kordinantlarını ölçüb çıxıb getmişlər. Bundan sonra Amilin istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək özünə məxsus olan sözügedən torpaq sahəsini alıb-almayacağını maraqlandıqda, Amil sözügedən torpaq sahəsini alacağını bildirmiş. Bu zaman Amildən beh kimi 600 manat pul istəmiş. Həmin vaxt Amil 600 manat behi qohumu Fərid vasitəsilə çatdıracağını demiş. Amil sözügedən torpaq sahəsini almağı üçün 600 manat behi Fərid vasitəsilə ona çatdırmış. 20.05.2021-ci il tarixdə Fərid və Amil ilə Qobu qəsəbəsi ərazisində görüşmüşlər. Həmin vaxt sözügedən torpaq sahəsini almaq üçün Amil ona 4900 manat pulu vermiş. Təxminən iki ay sonra Amil Qobu qəsəbəsi ərazisində yerləşən satdığı 0,02 ha torpaq sahəsində tikinti işləri aparmaq istədiyini bildirmiş. Bu zaman Amilə izah etmiş ki, tikinti işləri aparmaqdan öncə tikintiyə icazə alıb Dövlət reyester xidmətindən çıxarış aldıqdan sonra tikinti işlərinə başlaya bilər. Həmin vaxt Amil bu sənədləri düzəldə bilməyəcəyini deyərək sözügedən torpaq sahəsini geri qaytaracağını demiş, o, Amilə torpaq sahəsini satdıqdan sonra 5500 manat pulunu geri qaytara biləcəyini bildirmiş. Bu söhbətdən təxminən 1 ay sonra Amil ona zəng edərək torpağı satıb-satmadığını soruşmuş, o, da həmin torpaq sahəsini sata bilmədiyini, lakin həmin qəsəbədə Pənah adlı şəxsin ona pul borcu olduğunu və qəsəbədə bir neçə yerdə torpaq sahələrinin olmasını, gəlib birlikdə həmin torpaq sahələrinə baxmağını, bəyəndiyi torpaq sahəsi olduğu halda həmin torpaq sahəsinin 5500 manat pul müqabilində verə biləcəyini demiş. Bundan sonra Amil arvadı Aynur ilə birlikdə Qobu qəsəbəsinə gəlmiş və Pənah adlı şəxsə məxsus olan Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinə baxdıqdan sonra həmin qəsəbədə 0,04 ha torpaq sahəsini bəyənmişlər. Bundan sonra Aynur və Amilin bəyəndiyi Pənah adlı şəxsə məxsus olan 0,04 ha torpaq sahəsinin onların adına sənədləşməsi üçün razılaşmışlar. 12.08.2020-ci il tarixdə o, Pənah ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariat kontoruna getmiş. Aynur və Amil ilə orada görüşmüşlər. Həmin vaxt sonradan adını Cavid kimi bildiyi şəxs də ora gəlmiş. Cavidin kim olmasını və nə məqsədlə onlarla görüşməsini soruşduqda, Pənah Cavidi özü çağırmasını və sənədləşmədə köməklik edəcəyini demiş. Həmin vaxt Cavid Amilə məxsus olan şəxsiyyət vəsiqəsini alıb notariat kontoruna getmiş və bir neçə dəqiqədən sonra çölə çıxaraq onlara yaxınlaşmış. Pənah adlı şəxsə məxsus olan Qobu qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin sxeminin yenilənib Amilin adına sənədləşəcəyini deyib 500 manat pul lazım olduğunu bildirmiş. Həmin vaxt Amil Cavid adlı şəxsə 250 manat pul vermiş, sənədlərini düzəltdikdən sonra isə 250 manat pul verəcəyi ilə razılaşmışlar. Təxminən 3 gündən sonra Qobu qəsəbəsində o, Amil, Fərid və Pənah ilə birlikdə Cavid ilə görüşmüşlər. Cavid Amilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsindən təqdim olunan 471 nömrəli Rəy, X10 Dair AKT, Azərbaycan Respublikası Abşeron rayonu, X9 16 N-li Qərarı və Abşeron Rayonu, Qobu X2 Çıxarışı təqdim etmiş. Həmin vaxt Pənah Cavidə 250 manat pul vermiş. Bundan sonra sağollaşıb çıxıb getmişlər. Amil bir müddət keçdikdən sonra ona zəng edərək Cavid adlı şəxsdən Qobu qəsəbəsi ərazisində yerləşən Elşən adlı şəxsə məxsus olan 0,08 ha torpaq sahəsini 3000 manata almasını, lakin heç bir sənəd təqdim etmədən Cavidin onu aldatmasını bildirmiş. Həmin vaxt o, Amilə izah etmiş ki, o, Cavid adlı şəxsi tanımır, onunla 12.08.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariat kontorunda görüşən zaman tanımış, Cavidlə onun heç bir əlaqəsi və ya münasibəti yoxdur. Əlavə olaraq bildirmişdir ki, Amilin ona satdığı torpaq sahəsi üçün ona verdiyi 5500 manat pulu Amilə qaytarmış. Onun Amilə heç bir borcu yoxdur. Onun nə Zərərçəkmiş şəxs, nə də başqa şəxslə arasında hər hansı iş görmək üçün sövdələşmə olmamış, bir daha qeyd etmişdir ki, özünə məxsus torpaq sahəsini Amilə 5500 manat müqabilində satmış, sonradan Amil torpağı geri qaytardığı üçün ona verdiyi 5500 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, DİO-da 2005-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən polis mayoru rütbəsi ilə xidmət edir. 26 mart 2021-ci il ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş. Həmin tarixdə, yəni 26 mart 2021-ci il tarixdə saat 04 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid4la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Xırdalan şəhəri, M.Əzizbəyov küçəsinə getmiş. Qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Cavidə narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərində hər hansı narkotik vasitənin olub-olmamasını soruşduqda, Cavid üzərində narkotik vasitə olduğunu demiş. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Cavid onlarla polis idarəsinə gəlmiş. Polis idarəsinin inzibati binasında təhqiqatçı İlkin Ağayev və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Cavid üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Caviddən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Cavid əynindəki parça materialdan olan ağ-qara rəngli idman gödəkçəsinin sol yan cibindən içərisində bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan “bizon” energetik içkisinin qutusunu çıxarıb təqdim etmiş. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamış. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroini 26.03.2021-ci il tarixdə saat 03 radələrində tanımadığı şəxsə “online” şəkildə 300 manat ödəniş etməklə Abşeron rayonu, Xırdalan şəhəri, “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerdən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26.03.2021-ci il tarixli 6/1188 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,123 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir(qalıq 1,073 qram - 0,050 qram narkotik vasitə olan heroin tədqiqata sərf edilmişdir). İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 19.06.2021-ci il tarixli 1979 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 26.03.2021-ci il tarixli protokoldan görünür ki, saat 05:20 dəqiqədən 06:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki parça materialdan olan ağ-qara rəngli idman gödəkçəsinin sol yan cibindən “bizon” energetik içki qutusunun içərisində olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Səmədov X6 Rayon Məhkəməsinin 22.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 24.07.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 26.03.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.03.2021-ci il tarixdəşübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26.03.2021-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki parça materialdan olan ağ-qara rəngli idman gödəkçəsinin sol yan cibindən “bizon” energetik içki qutusunun içərisində olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədəəldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmişşəxsin vəşahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinəəsasən cinayət qanunu ilə nəzərdə tutulmuşəməlin törədilməsindəşəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinəəsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinəəsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinəəsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinəəsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinəəsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza iləəhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırıüçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmişəlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növüüçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 26.03.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,073 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımıödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımıödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilməlidir. İşüzrə mülki iddia yoxdur. Məhkəməşərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26.03.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 81 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,073 qram narkotik vasitə olan heroin məhv edilsin. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İşüzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-481/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-481/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver