Məhkəmə qərarları › İş №1(012)-481/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-481/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-481/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Türkədi kəndində qeydiyyatda olan və Abşeron rayon, Qobu qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi, “Toyota Corolla” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Qobu qəsəbəsində qəbiristanlıq yolu ilə məscid istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq buna əməl etməyib quru yol şəraitində idarəetməni itirərək avtomobili qarşı əks hərəkət zolağına çıxartmış və qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 15 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes-benz C220” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa hissəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan “Mercedes-benz C220” markalı nəqliyyat vasitəsinin sol arxa sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs sol qasıq və oturaq sümüklərinin yerdəyişmiş sınıqları kimi sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu, Türkədi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Kəşəparağ qəsəbəsi, fərdi həyət evində ailə üzvləri ilə birlikdə yaşayır. Onun avtomobil idarə etmək üçün “B C” kateqoriyalı sürücük vəsiqəsi varıdır. 1 il idi özünə məxsus "Toyota-Corolla" markalı **-HE-*** dövlət qeydiyyat nişanlı metallik rəngli avtomobili "B C" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edirmiş. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 21 may 2024-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı evə qayıtmaq üçün Qobu-Hökməli yolundan Qobu qəsəbəsinə daxil olaraq üzü qəsəbənin mərkəzi istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolaqlıdır. Həmin vaxtı avtomobildə ondan başqa heç bir sərnişin və ya ağır yük olmamışdır. Belə ki, qəbiristanlığın yanından keçən vaxt idarə etdiyi avtomobilin sürəti bir qədər artıq olduğundan məscidin yanında döngəli yolda əks istiqamətli hərəkət zolağına çıxaraq həmin yolla üzü Qobu-Hökməli yolu istiqamətində hərəkət edən "Mercedes-Benz C Klass" markalı gümüşü metallik rəngli avtomobilin sol hissəsindən vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobilin təhlükəsizlik yastıqları açılmış və avtomobili 180 dərəcə dövrə edərək dayanmışdır. "Mercedes" markalı avtomobil isə zərbənin təsirindən arxa hissəsi ilə yolun kənarında olan həyət evinin darvazasına dəyərək dayanmışdır. Hadisə barədə o 102 xidmətinə zəng edərək məlumat verdiyindən bir müddət sonra Abşeron RPİ-nin əməkdaşları gələrək zəruri sənədləşmə işləri aparmış, eləcədə hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası "Mercedes- Benz" markalı avtomobildə olan iki nəfər sərnişini xəstəxanaya aparmış, o isə digər sərnişinin qohumları ilə birlikdə Respublika Xəstəxanasına getmişdir. Hadisə anında hava küləksiz və yağmursuz, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. İbtidai istintaq zamanı zərərçəkən şəxs qismində dindirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 07 iyul 2023-cü il tarixdə, saat təxminən 18:20 radələrində Abşeron rayon, Fatmeyi qəsəbəsində atası İsmaylov İslamın işlədiyi təkər təmiri sexində olan zaman atasına məxsus olan «Nama» markalı nömrə nişanı olmayan motosikletlə yaxınlıqda yerləşən «Dəniz» marketə çörək almağa getmişdir. Yolda təxminin 30-40 km/saat sürətlə düzünə hərəkətdə olarkən tikinti materialları satışı mağazasının qarşısında «Opel-Meriva» markalı avtomobil təxmnin yol kəsişməsinə 5 metr qalmış qəflətən dönüb yolna çıxmış və məsafə yaxın olduğundan motosikleti saxlamaq imkanı olmamış və avtomobil ilə toqquşmuşdur. Motosiklet «Opel-Meriva» markalı avtomobilin sağ qanad hissəsinə çırpılmış və nəticədə avtomobilin qabaq şüşəsinə dəyib asfalt yola yıxıldığından huşunu itirmiş, qəza nəticəsində xəsarət almışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəmiş ziyan tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayəti, iddia və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 9-10 ildir özünə məxsus "Mercedes-Benz C220" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili «B D» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 21 may 2024-cü il tarixdə, saat 17:30 yaşadığı Qobu qəsəbəsindəki məsciddə keçirilən yas mərasimindən qohumları Şahid2, Şahid1, X5 və Şahid3 ilə birlikdə çıxmış qəbiristanlığa getmək üçün üzü Qobu-Hökməli yolu istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolaqlı olmuşdur. Həmin vaxt Şahid2 qabaq sərnişin oturacağında əyləşmişdir, digər sərnişinlər isə arxa oturacağda əyləşmişlər. Məscidin yanından dönüb üzü qəbiristanlıq istiqamətində hərəkət etməyə başlayarkən əks istiqamətli hərəkət zolağı ilə yüksək sürətlə hərəkə edən Toyota-Corolla" markalı avtomobili görmüş toqquşmamaq üçün sükanı sağ tərəfə burmuş və surəti tamamilə azaltmağına baxmayaraq həmin avtomobil qabaq hissəsi ilə onun avtomobilinin sol böyründən vurmuşdur. Zərbənin təsirindən həmin avtomobilin təhlükəsizlik yastıqları açılmış və avtomobil 180 dərəcə dövrə vuraraq dayanmışdır, onun avtomobili isə zərbənin təsirindən arxa hissəsi ilə yolun kənarında olan həyət evinin darvazasına dəyərək dayanmışdır. Hadisə barədə "Toyota-Corolla" markalı avtomobilin sürücüsü 102 xidmətinə zəng edərək məlumat verdiyindən bir müddət sonra Abşeron RPİ-nin əməkdaşları gələrək zəruri sənədləşmə işləri aparmışlar, eləcədə hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını onu, Rüfət və X9 Mərkəzə çatdırmışdır, Ataxan isə digər avtomobillə Respublika Xəstəxanasına aparılmışdır. Hadisə anında hava küləksiz və yağmursuz, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid X3 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 37Ə saylı rəyində göstərilmişdir ki, X4 qapalı kəllə beyin travması, burun sümüklərinin sınığı, aol gözün üst və alt göz qapaqlarının, sol gözaltı almacıq, alın nahiyyələrinin qançır-şişkinliyi, sol yanaq nahiyyəsinin sıyrrıqları bərk küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdətdə və şəraitdə, yəni xx.xx.2024-ciü il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 27 sentyabr 2024-cü ıl tarixli 8/1739 saylı rəyindən görünür ki, Toyota Corolla markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkası Qanunun 42-ci maddənin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-dən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsi verilmiş və xx.xx.2032-ci il tarixədək etibarlı olan BA421470 nömrəli “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.2-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəm baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəm baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar