Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-482/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs oğlunun və onun Xırdalan şəhər Vəkil Bürosunu vəkili X2 iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, jurnalist işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhər, Kotec qəsəbəsi, Qorki küçəsi fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 18 may 2021-ci ildə saat 12:48-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib həmin zolaqda eyni istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 20 km/saat sürətlə idarə etdiyi SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən həmin avtomobil qarşıda eyni istiqamətdə 20 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan TOYOTA PRİUS (HİBRİD) minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ aşıq-baldır oynağının hematoması, deformasiyaedici artrozu (qığırdağın zədələnməsi), pəncənin geniş yayılmış şişkinliyi, sağ ayağın 2-ci barmağının qançırşişkinliklə müşayiət olunan proksimal falanqasının (daraq-falanqa oynağının) çıxığı və həmin barmağın proksimal (əsas) falanqasının əsasının yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə sağlamlığına az ağır zərər vurmasına, SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobil zədələyərək Zərərçəkmiş şəxs1 3535 manat maddi ziyan və TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək Zərərçəkmiş şəxs2 1015 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 26.10.2013-cü ildə ona «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 18 may 2021-ci ildə saat 12:48-də Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində etibarnamə ilə idarə etdiyi MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə yolun orta zolağı ilə hərəkətdə olarkən qarşıda hərəkətdə olan SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobil kəskin tormoz etmişdir. O da tormoz etmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi SEAT TOLEDO minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin avtomobil də qarşısınıda olan TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq dayanmışdır. Hadisə nəticəsində xəsarət almamış, amma avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Hadisə YPX inspektoru tərəfindən qeydə alınmış və sənədlərini inspektora təqdim etmişdir. İdarə etdiyi avtomobildə tanışları Rafiq və Əsəd sərnişin qismində olmuşdur. Avtomobilimdə olan həmin sərnişinlər də xəsarət almamışlar. Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 07.04.2018-ci ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 18 may 2021-ci ildə saat 12:48-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi özümə məxsus SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağı ilə tıxacda Bakı şəhəri istiqamətində təxminən 20 km/saat sürətlə hərəkətdə olarkən avtomobilinə arxadan zərbə dəydiyi üçün dərhal tormoz etmişdir. Buna baxmayaraq zərbədən avtomobilinin qabaq hissəsi qarşıda eyni istiqamətdə asta sürətlə hərəkətdə olan TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq dayanmışdır. Düşüb görmüşdür ki, avtomobilinin arxa hissəsi ilə toqquşan MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobildir. Hadisə nəticəsində xəsarət almamış, amma avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Hadisə YPX inspektoru tərəfindən qeydə alınmış və sənədlərini inspektora təqdim etmişdir. İdarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 20.11.2013-cü ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 18 may 2021-ci ildə saat 12:48-də Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində etibarnamə ilə idarə etdiyi özünə məxsus TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobillə yolun orta zolağı ilə tıxacda Bakı şəhəri istiqamətində təxminən 20 km/saat sürətlə hərəkətdə olarkən avtomobilinə arxadan zərbə dəymiş və tormoz edərək avtomobili dayandırmışdır. Düşüb görmüşdür ki, avtomobilinin arxa hissəsi ilə toqquşan SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobildir. Məlum olmuşdur ki, həmin avtomobilin arxa hissəsi ilə MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra onun avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almamış, amma avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə 1 sərnişin, yəni İrac adlı şəxs qabaq oturacaqda oturmuşdur. Hadisə YPX inspektoru tərəfindən qeydə alınmış və sənədlərini inspektora təqdim etmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, 18 may 2021-ci ildə saat 12:48-də Zərərçəkmiş şəxs2 idarə etdiyi TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturaraq Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində Bakı şəhəri istiqamətində hərəkət edərkən yolda tıxac olmuş və Budaq avtomobili təxminən 20 km/saat sürətlə idarə etmişdir. Bu anda sərnişini olduğu avtomobilə arxadan zərbə dəymiş və sürücü Budaq tormoz edərək avtomobili dayandırmışdır. Zərbədən avtomobilin kəməri onu sıxaraq səhhəti pisləşmişdir. Məlum olmuşdur ki, sərnişini olduğu avtomobilin arxa hissəsi ilə toqquşan SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobildir və həmin avtomobilin arxa hissəsi ilə toqquşan isə MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Hadisə yerindən öz evinə getmiş, səhəri gün isə Travmatologiya İnstituna müraciət etmişdir. Orada ona tibbi yardım göstərilərək həmin gün evə buraxılmış və müalicəsi ev şəraitində davam edir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 18 may 2021-ci ildə saat 12:10 radələrində tanışım Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında özü, qabaq sağ oturacaqda sifətdən tanıadığı kişi sərnişin qismində oturaraq Bakı şəhərinə yola düşmüşlər. Təxminən 30 dəqiqədən sonra sərnişini olduğu avtomobil Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində yolun ortası ilə hərəkətdə olarkən qarşıda hərəkətdə olan minik avtomobili dayanmış, bu səbəbdən sürücü İlham tormoz etmiş, amma ara məsafəsi az olduğu üçün sərnişini olduğu avtomobilin qabaq hissəsi həmin dayanmış avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Avtomobildən düşdükdən sonra məlum olmuşdur ki, İlhamın idarə etdiyi avtomobillə arxadan vurduğu həmin avtomobil də qarşısındakı minik avtomobili ilə toqquşub. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 digər şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid3 elan edilmiş ifadəsindən görünür ki, MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 26.10.2018-ci il tarixli etibarnamə ilə həmin avtomobili idarə etmək üçün qardaşı Təqsirləndirilən şəxs oğluna 5 il müddətinə vermişdir. 18 may 2021-ci ildə İlham idarə etdiyi həmin avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində avtomobilin qabaq buferi cüzi əzilərək təxminən 30-40 manat məbləğində ziyan dəymişdir. Avtomobil öz adına olsa da bütün ailə üzvləri həmin avtomobildən istifadə etmək üçün eyni hüquqa malikdir, yəni avtomobil ailənin üzvlərinə məxsusdur. Ona görə də MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar şikayəti, iddia və tələbi yoxdur Məhkəmə istintaqında şahid qismində dindirilmiş BDYPİ ENB üzrə YPX inspektoru Şahid4 Xaliyyətdin oğlunun ifadəsindən görünür ki, 18 may 2021-ci ildə saat 12:50 radələrində xidmətdə olarkən dislokasiya üzrə xidmət apardığı Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alaraq hadisə yerinə getmişdir. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi MERCEDES BENZ C200 minik markalı 90MD877 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən həmin zolaqda eyni istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi SEAT TOLEDO minik markalı 99VL277 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən həmin avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisəni qeydə alınaraq sürücülər ENB postuna izahat alınması üçün dəvət olunmuşdur. İlkin olaraq kiminsə xəsarət alması məlum olmamışdır. Sonradan məlum olmuşdur ki, TOYOTA PRİUS (HİBRİD) minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 xəsarət almışdır. Ona görə də hadisə barədə müstəntiqə məlumat verilmiş, müstəntiq gəldikdə isə sürücülərin sənədləri ona təqdim edilmişdir Məhkəmə istintaqında Şahid5 Gülhüsen oğlunun elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus olan TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobili 11 may 2021-ci ildə Zərərçəkmiş şəxs2 11500 manata satmışdır. Avtomobil onun adına olmasına baxmayaraq, 18 may 2021-ci ildə Zərərçəkmiş şəxs2 idarə etdiyi TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi zamanı avtomobilin əzilməsi nəticəsində ziyan Zərərçəkmiş şəxs2 özünə dəymişdir. TOYOTA PRİUS (HİBRİD) minik markalı 99CH738 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə bağlı özünə heç bir ziyan dəyməmişdir. Ona görə də həmin avtomobilin əzilməsi və buna görə dəymiş ziyanla əlaqədar heç bir şikayəti, iddia və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan 27.05.2021-ci il tarixli 1043 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər – sağ aşıq-baldır oynağının hematoması, deformasiyaedici artrozu (qığırdağın zədələnməsi), pəncənin geniş yayılmış şişkinliyi, sağ ayağın 2-ci barmağının qançır-şişkinliklə müşayiət olunan proksimal falanqasının (daraq-falanqa oynağının) çıxığı və həmin barmağın proksimal (əsas) falanqasının əsasının yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən 18.05.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisələri məhkəmə ekspertizasının 14.06.2021-ci il tarixli, 8/1147 nömrəli rəyindən görünür ki, 1.2. baş vermiş yol nəqliyyat hadisəsində MERCEDES BENZ C200 minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Seat Toledo markalı,**- VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 5.6. istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Toyota Prius markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYP Qİİ-nin verdiyi 23.06.2021-ci il tarixli 016-74328-1221 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs oğluna 26.10.2013-cü ildə 26.10.2023-cü il tarixədək müddətə etibarlı olan AC 205089 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan 19.06.2021-ci il tarixli maddi sübutların tanınması haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz J200 minik markalı, **-MD-*** dövlət qeydiyyat niçanlı avtomobil, Zərərçəkmiş şəxs1 idarə etdiyi Seat Toledo minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) minik markalı,**-CH- *** dövlət qeydiyyat nişanlı avtobillər sahiblərinə qaytarılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, onlara dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt şəhər Məhkəməsinin 02.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmiş və 10.07.2012-ci ildə cərimə cəzası tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). İş materiallarında olan qərardan görünür ki, 19.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz J200 minik mrkalı, **-MD-*** dövlət qeydiyyat niçanlı avtomobil, Zərərçəkmiş şəxs1 idarə etdiyi Seat Toledo minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan 19.06.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz J200 minik mrkalı, **-MD-*** dövlət qeydiyyat niçanlı avtomobil, Zərərçəkmiş şəxs1 idarə etdiyi Seat Toledo minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) minik markalı,**-JH-*** dövlət qeydiyyat nişanlı avtobillərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 ( bir yüz) manat pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. X4 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-482/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-482/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver