Məhkəmə qərarları › İş №1(012)-482/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-482/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-482/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin İİ kurs tələbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2022-ci ildə saat 16:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarındakı bütöv sarı xətt boyunca 50-60 km/saat sürətlə hərəkətdə olan X3 idarə etdiyi «JİANGSU ZHONGXİNC» markalı mopedlə və həmin mopedin önündə eyni sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə toqquşaraq ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol əng sümüyünün nazal (burun) çıxıntısının sınığı, sol yanaq və dilin əzilmiş-cırılmış yaraları, sol üst və alt göz qapaqlarının, sol gözaltı almacıq, sağ gözaltı nahiyələrin və sağ əlin arxa səthinin qançırları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına və «JİANGSU ZHONGXİNC» markalı mopedin sürücüsü X4 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin, İ və İİ boyun fəqərələrinin sınıqları, başın alm və sol təpə-alm, ənsə nahiyəsində yumşaq toxumalar altına qansızmalar, başın alm və sol təpə-alm nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol baldır nahiyəsinin, sol pəncənin, sol said nahiyəsinin, sol bud-çanaq oynağı nahiyəsinin sıyrıqlan, sol ayağın pəncə hissəsinin və İ barmağının qançırı xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 25 aprel 2022-ci ildə saat 16:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 3 zolaqlı yolun sağ zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olarkən qarşıda hərəkətdə olan avtomobilin sürəti az olduğu üçün tormoz etmişdir ki, sürət azalsın və toqquşmamaqdan ötrü sağa manevr etmişdir. Bu anda yolun sağ kənarındakı bütöv sarı xətt boyunca bir-birinin arxasınca hərəkətdə olan iki moped və üzərində sürücülərini görmüşdür. Məsafə az olduğundan mopedlərlə toqquşmamaq üçün heç bir tədbir görə bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi mopedlərlə toqquşmuşdur. Zərbənin təsirindən mopedlər aşmış, mopedin sürücülərindən biri hadisə yerində ölmüş, digəri isə xəsarət almışdır. Hadisə YPX inspektru tərəfindən qeydə alınaraq sənədlərini inspektora təqdim etmişdir. Təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmiş, həmin avtomobillə ölən şəxsi və yaralını aparmışlar. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobildə 2 nəfər, yəni qrup yoldaşı Şahid1 və tanışı Leysanə olmuşdur. Avtomobili ayıq idarə etmişdir. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Digər zərərçəkmiş şəxsin maddi ziyanını ödəmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum X6 onun oğludur. Rəşid xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Məmmədov küçəsi ev 85 mənzil 64-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhərində öz mənzilində yaşamışdır. Rəşid orta təhsilli, subay olub işləməmişdir. Rəşidin «JİANGSU ZHONGXİNC» markalı mopedi olmuşdur. 25 aprel 2022-ci ildə saat 18 radələrində anası ilə Akva parkda görüşmüşdür. Saat 18:30 radələrində anasına zəng olunaraq oğlu Rəşidin qəzaya düşüb Respublika xəstəxanasına aparılması barədə məlumat verildikdən sonra anası bu barədə ona bildirmişdir. Dərhal Respublika Xəstəxanasına getmiş və oradakı morqda oğlu Rəşidin meyitini görmüşdür. Rəşidin meyiti müayinə olunduqdan sonra ona təhvil verilmiş və meyiti aparıb Biləcəri qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Hazırda məlumdur ki, oğlu Rəşidin mopedini 25 aprel 2022- ci ildə saat 16:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən vurmuşdur və nəticədə oğlu ölmüşdür. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci ildə saat 16:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində mühərrikin iş həcmi 49 sm3 olan idarə etdiyi mopedlə 3 zolaqlı yolun sağ kənanndakı bütöv san xətt boyunca 50-60 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətdə olarkən, arxasınca sarı xitt boyunca təxminən 1-2 metr ara məsafəsi olmaqla tanışı X6 idarə etdiyi mopedlə hərəkət edərək, ona yaxınlaşıb nəsə demək istədiyi anda arxadan gələn CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobil onların mopedlərini arxadan vurmuşdur. Zərbənin təsirindən xəsarət alıb huşunu itirmişdir. Müəyyən andan sonra özünə gəldikdə yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə olan Rəşidə yaxınlaşaraq sifətinə su çiləyib əl-üzünü yumuşdur. Damarlarına toxunduqda ürək döyüntüsünü hiss etmişdir. Hadisə yerinə əvvəl YPX inspektoru, müəyyən vaxtdan sonra isə təcili tibbi yardım avtomobili ilə həkim briqadası gəlmişdir. Həkimin dediyinə görə Rəşid ölmüşdür. Onun öldüyünü bilib yenidən özündən gedib yerə yıxılmış və onu xəstəxanaya aparmışlar. CHEVROLET CRUZE minikrnarkalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona dəymiş ziyanla əlaqədar 1000 manat pul vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyandan 1000 manat ödənilmişdir. Ona dəymiş ziyan tam ödənilməmişdir. ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşı, Şahid2 isə tanışıdır. 25 aprel 2022-ci ildə saat 13:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə Leysanə üçün sifariş edilmiş paltarı götürməyə getmişlər. Bakı şəhərindən Sumqayıt şəhərinə qayıtdıqda Leysanə də onlarla getmişdiri. Nurlanın idarə etdiyi avtomobilin qabaq sağ oturacağında özü, arxa oturacaqda isə Leysanə sərnişin qismində oturmuşdur. Yol boyu mobil telefonunda oyun oynadığı üçün yola diqqət etməmişdir. Bakı şəhərindən Sumqayıt şəhərinə yola düşdükdən təxminən 20 dəqiqə sonra sərnişini olduğu avtomobilin sola manevr etdiyini hiss etmiş və tappıltı səsi eşitmişdir. Avtomobil dayandıqdan sonra qapını çətinliklə açıb yerə düşdükdə avtomobilin qabaq hissəsinə ilişik vəziyyətdə moped və uzanıqlı vəziyyətdə cavan oğlanı görmüşdür. Yerdə uzanmış digər oğlan isə ayağa qalxıb qışqıraraq adını demişdir. Sürücü yerdə uzanıqlı vəziyyətdə olan oğlana yaxınlaşdıqda onun öldüyünü başa düşmüşdür. Bundan az sonra bir nəfər qadın idarə etdiyi avtomobillə oradan keçdikdə avtomobili saxlamış və Leysanə ilə birlikdə qadının avtomobili ilə Sumqayıt şəhərinə getmişlər, Nurlan isə hadisə yerində qalmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onun tanışlarıdır. 25 aprel 2022-ci ildə saat 14 radələrində Aysun Nurlanla birlikdə Bakı şəhərinə onun üçün sifariş edilmiş paltarı götürməyə gəlmişlər. Bakı şəhərindən Sumqayıt şəhərinə qayıdarkən Nurlanın idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Avtomobilin qabaq sağ oturacağında Aysun, arxa oturacaqda isə özü sərnişin qismində oturmuşdur. Yol boyu yola diqqət etməmişdir. Bakı şəhərindən Sumqayıt şəhərinə yola düşdükdən təxminən 20 dəqiqə sonrq tappıltı səsi eşitmişdir. Avtomobil dayandıqdan sonra qapını açıb yerə düşdükdə avtomobilin qabaq hissəsinə ilişik vəziyyətdə moped və uzanıqlı vəziyyətdə cavan oğlanı görmüşdür. Sürücü yerdə uzanıqlı vəziyyətdə olan oğlana yaxınlaşdıqda onun öldüyünü başa düşmüşdür. Bundan az sonra bir nəfər qadın idarə etdiyi avtomobillə oradan keçdikdə avtomobili saxlamış və Aysunla birlikdə qadının avtomobili ilə Sumqayıt şəhərinə getmişlər, Nurlan isə hadisə yerində qalmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 907 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol əng sümüyünün nazal (burun) çıxıntısının sınığı, sol yanaq və dilin əzilmiş-cırılmış yaraları, sol üst və alt göz qapaqlarının, sol gözaltı almacıq, sağ gözaltı nahiyələrin və sağ əlin arxa səthinin qançırları aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanm(əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci ildə üzərində olduğu mopedin avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 55 nömrəli rəyinə əsasən X3 meyitində baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin, İ və İİ boyun fəqərələrinin sınıqları, başın alm və sol təpə-alın, ənsə nahiyəsində yumşaq toxumalar altına qansızmalar, başın alm və sol təpə- alm nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol baldır nahiyəsinin, sol pəncənin, sol said nahiyəsinin, sol bud-çanaq oynağı nahiyəsinin sıyrıqlan, sol ayağın pəncə hissəsinin və İ barmağının qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, xx.xx.20221-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb baş- beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyinciyə, uzunsov beyinə və Varolio körpüsünə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin, İ və İİ boyun fəqərələrinin sınıqları olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazolon, 1.4-benzodiazepin törəmələri aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyun 2022-ci il tarixli 8/1258 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etmənin qarşısını almağa texniki imkanı olmuşdur . X9 və Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli, 1699 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli 016-59881-1222 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021- ci ildə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BD 022056 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi «JİANGSU ZHONGXİNC» markalı moped və Zərərçəkmiş şəxs idarə etdiyi moped maddi sübut kimi tanınmış, saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan zərəçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən məhkəməyə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərəçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etməsini, digər zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri, eyni zamanda digər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi «JİANGSU ZHONGXİNC» markalı moped və Zərərçəkmiş şəxs idarə etdiyi moped ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85(səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi CHEVROLET CRUZE minik markalı 50EX908 dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi «JİANGSU ZHONGXİNC» markalı moped və Zərərçəkmiş şəxs idarə etdiyi mopedin ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar