Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-483/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxx 1975-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16.07.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,498 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsinə daşıyaraq saxlamış, 17.07.2021-ci il tarixdə saat 12:50 radələrində Abşeron RPİ-nin NMQ-nun əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində saxlanılıb, Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin ağ rəngli kağızına bükülmüş həmin kustar üsulla hazırlanmış 0,498 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 3 il olar ki, narkotik vasitə istifadəçisidir. 16.07.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 01(bir) ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş heroini 10 manata alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində, şalvarının sağ yan cibində saxlamışdır. 17.07.2021-cu il tarixdə saat 12:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimli iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar Abşeron RPİ-nin X2 əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O, da onlara etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİdə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. Bu zaman o, 16.07.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq cibində saxladığı 01(bir) ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş halda olan heroini əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin bir bükülüdə narkotik vasitə olan heroin olduğunu, həmin ağ rəngli kağız kəsiyində olan bir büküm narkotik vasitəni 16.07.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 10 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra həmin bir ədədb bükülüdə olan heroin polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, narkotik vasitəni alarkən tələsdiyindən həmin şəxsin əlamətlərinə diqqət yetirməmiş, ondan bir büküm narkotik vasitəni alıb tez oradan uzaqlaşmışdır. Həmin şəxsi görsə də tanıya bilməz, çünki heç bir əlamətini xatırlamır, üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamış, həmin narkotik vasitədən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmiş, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 17 iyul 2021-ci il tarixdə saat 12.50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 56,A mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Abşeron RPİ Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru X3 iştirakı ilə o, Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirdiyində şübhəli olduğu üçün Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynindəki boz rəngli şalvarımın sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş halda olan heroini çıxararaq masanın üzərinə qoyub həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini 16.07.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. 17.07.2021-ci il tarixdə saat 12:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 56A mənzil 14də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində üzərində qanunla qadağan olunmuş narkotik vasitələrin gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün idarənin NMQ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı əsasında onunla birlikdə Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsinə gəlmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirdiyində şübhəli olduğu üçün Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Abşton RPİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynindəki boz rəngli şalvarımın sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş halda olan heroini çıxararaq masanın üzərinə qoyub həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini 16.07.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2021-ci il tarixli 6/2960 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs götürülmüş….» və s. yazılar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkiləri 0,498(qalıq-0.448 qram) qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28 iyul 2021-ci il tarixli 2501 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əladədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 03.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 0.448 qram qalan narkotik maddə olan heroin maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin TŞ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan CD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 5 saylı MTİİTS-nin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 56, mənzil 14 –də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müharəbə əlilidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 26.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Abşeron rayon məhkəməsinin 16.05.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.07.2015-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla 1-ci qrup əlil olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.07.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 19.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş narkotik vasitə olan heron aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi çəkisi 0,498 qram olan heroini 16.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat verib tanımadığı şəxsdən almışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0.448 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 ( bir yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 18 iyul 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,448 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 18 iyul 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-483/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-483/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver