Məhkəmə qərarları › İş №1(012)-483/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-483/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-483/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi Museyib oğlunun iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan vəhəmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə başqa cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 oktyabr 2024-cü il tarixdə saat 00:10 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış massivində “Spar” marketin qarşısında saxladığı “Tayota Prius” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilinin xarab olduğundan işə düməməməsi ilə əlaqədar sonuncunun avtomobili işə salmağa çalışmaqla məşğul olmasından istifadə edərək mobil telefonunu onun avtomobilin salonunda olan mobil telefonunun internetinə qoşacağını bəhanə edib avtomobilin salonuna daxil olaraq Zərərçəkmiş şəxs salonda su butulkası qoymaq üçün nəzərdə tutulan yerdə qoyduğu 533 (beş yüz otuz üç) manat pulunu gizli olaraq götürərək oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Babək prospektində yerləşən “Qold Park” taksi şirkətində etibarnamə əsasında idarə etdiyi «Şevrolet Cobalt» markalı, ** YC *** dövət qeydiyyat nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 oktyabr 2024-cü il tarixdə işdə olmuş, həmin gün axşam saat 24 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Kristal Abşeron 1” yaşayış massivinə “Spar” marketin yaxınlığına sərnişin gətirib düşürtmüşdür. Təxminən saat 00:10 radələrində orada olarkan mobil telefonunun internet paketinin qurtardığını görmüş, mobil telefonumun balansını artırmaq lazım gəlmişdir. Mobil tətbiq vasitəsi ilə telefonunun balansını artırmaq üçün internet şəbəkəsi lazım olduğundan həmin vaxt “Spar” marketin qarşısında saxlanılan taksi maşınlarının sürücülərinin birinin telefonunun internetindən istifadə edib mobil telefonunun balansını artırmaq istəmişdir. “Spar” marketin qarşısında, “Uber Az” yazısı olan göy rəngli, “Tayota prius” markalı maşının dayandığını və maşının sürücüsünün avtomaşını işə salmaq üçün çalışdığını görmüşdür. Ona yaxınlaşıb müraciət etmiş və mobil telefonumun balansını artırmaq üçün onun mobil internetindən istifadə etməsinə şərait yaratmasını xahiş etmişdir. Həmin şəxs, yəni hazırda şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs onu maşının salonuna buraxmış və o, maşının salonunda onun mobil telefonunundan istifadə edərək mobil tətbiq vasitəsiylə öz telefonuna kontur yükləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsinə, yəni yük yerinə tərəf keçmiş və orada avtomaşını işə salmaq üçün məşğul olduğu zaman onun avtomobilində su butulkası qoyulan yerdə bükülü vəziyyətdə pulu görmüşdür. Taksi şirkətinə verəcəyi planı ödəmək üçün ehtiyacı olduğundan həmin puldan 20 (iyirmi) manat pul Zərərçəkmiş şəxs xəbəri olmadan götürmüş və hadisə yerindən aralanmışdır. İdarə etdiyi ağ rəngli, “Şevrolet Cobalt” markalı, ** YC *** dövət qeydiyyat nömrəli avtomobilə minmiş və sürüb hadisə yerindən getmişdir. Avtombilin arxa yük yerində olan tanımadığı, hazırda şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs onun avtomobilindən pulunun götürməsini görməmişdir, çünki həmin vaxt o, idarə etdiyi avtomobilin arxasında yük yerində çalışmışdır. 28 oktyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobilidə olan zaman onu Abşeron rayon polis idarəsinə çağırmışlar. Abşeron rayon polis idarəsinə gələndən sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış massivində “Spar” marketin qarşısında “Tayota prius” markalı avtomobildən Zərərçəkmiş şəxs məxsus pulu oğurladığı aşkar edilmidir. Ondan bu barədə sorğu edildikdə o, həmin maşından 20 manat pul oğurladığını etiraf etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə heç bir ədavəti olmadığını, ona dəymiş zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışıq olduğunu, təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının 04-dən etibarən “UBER” taksi şirkətindən “Toyota Prius” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024cü il tarixə keçən gecə, saat 00:10 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksində yerləşən “Spar” marketin qarşısında xarab olduğuna görə saxlamışdır. Avtomobilin içərisində oturub gündəlik işlədiyi pulu sayarkan tanımadığı cavan oğlan yaxınlaşıb ondan gündəlik qazancı barədə soruşmuş, həmin tanımadığım şəxsə bildirmişdir ki, allaha şükür ki, pis deyil. Saydığı 575 (beş yüz yetmiş beş) manat pulun 500 (beş yüz) manatını avtomobilin salonunda su butulkası qoyulmaq üçün olan yerə, 75 (yetmiş beş) manatını isə avtomobilin salonunda qabaq sağ oturacağın üzərinə qoymuş və avtomobildən düşmüşdür. Tanımadığı şəxs onun avtomobilinin ynında dayanmışdır. Tanımadığı, istintaq zamanı şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onaq yaxınlaşıb demişdir ki, interneti yoxdur, onun telefonunun internetindən istifadə etməklə öz telefonun hesabını artırmağa icazə istəmiş, o da etiraz etməmişdir. Həmin vaxt yaxınlıqda olan tanımadığı avtomobilin sürücüsündən xahiş etmişdir ki, avtomobilinin mühərrikini işə salmaqdan ötrü öz avtomobilindən onun avtomobilimə kabellə cərəyan versin. Onun idarə etdiyi avtomobilin qapıları açılsa da, yük yerinin ötnrtüyü açılmamış, ona görə də avtomobilin qapısını asçıb içəri salona girmiş və salondan arxa oturacağı açıb, ordan yük yerinə keçərək yuk yerinin örtüyünü (kapotunu) açmış, başqa tanımadığı avtomaşından naqillə (primıçka) ilə idarə etdiyi avtomobilin mühərrikini işə salmağa çalışmışdır. Avtomobili işə saldıqdan sonra avtomobilin salonuna daxil olduqda oturacağın üzərində olan pulun dağılmış vəziyyətdə olmasım, bükülü vəziyyətdə su butulkası qoyulması üçün olan yerdə qoyduğu 500 (beş yüz) manat pulun yerində olmadığını görmüşdür. Onun mobil telefonunun internmetindən istifadə edən tanımadığı şəxs də avtomobilin yanında olmamışdır. O, avtomobilinin salonunda qoyduğu pulun oğurlandığını görüb Azərbaycan Respublikası DİN-nin “102 xidməti”-nə zəng edib hadisə barədə məlumat vermişdir. Çox keçməmiş Abşeron rayon polis idarəsinin əməkdaşları onunla telefon əlaqəsi saxlayıb, onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Hadisə baş verən yerdə pullarını saydıqdan sonra məlum olmuşdur ki, avtomobilindən naməlum şəxs tərəfindən 533 (beş yüz otuz üç) manat pulu oğurlanmışdır, ilkin məlumatda 535 manat demitş, lakin sonradan dəqiqləşdirdikdə cəmi 533 manat pulunun oğurlandığını müəyyən etmişdir. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində ərizə və izahat yazmışdır. Abşeron rayon polis idarəsində araşdırma aparılarkan ona məlum olmuşdur ki, avtomobilindən oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Belə ki, polis əməkdaşları ilə birlikdə hadisə yerinin görüntülərinə birlikdəı baxanda polis əməkdaşları oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdilər. Avtomobilin mühərrikinə cərəyan verən avtomobilin markasını və nömrəsini bilmir, avtomobilin sürücüsünü tanımır. Təqsirləndirilən şəxs onun avtomobilindən cəmi 20 manat pul oğurladığını bildirərkən yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs onun avtomobilindən 533 manat oğurlamış və vurduğu maddi ziyana görə ona 90 (doxsan) manat qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Cinayət-axatarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış massivi onun xidmət etdiyi inzibati əraziyə daxildir. Zərərçəkmiş şəxs Müşfiq oğlu 13 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” zəng edib məlumat verərək və həmin tarixdə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək 12 oktyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksidə yerləşən “Spar” marketin qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** YC *** dövlət qeydiyyat nömrəli avtomobilindən 533 (beş yüz otuz üç) manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Həmin müraciət Abşeron rayon polis idarəsində cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında qeydə alınaraq araşdırma aparılan zaman hadisənin baş verdiyi ərazinin əməliyyat müvəkkili olaraq cnayətin açılması istiqamətində tədbir görülməsi üçün ona məlumat verilmişdir. Həmin cinayəti törətmiş şəxsi müəyyən etmək üçün onun tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri isti izlərlə həyata keçirilmişdir. Hadisə ilə bağlı xidməti əlaqəsində olan məxfi əməkdaşlar və polisin köməkçi qüvvələri təlimatlandırılmışdır. Həmçinin hadisənin baş verdiyi ərazidə soraqlaşma və əməliyyat baxışı keçirtmişdir. Hadisənin baş verdiyi yerdə müşahidə kamerasından hadisə baş verdiyi anı əks etdirən videogörüntünü əldə etmişdir. Videogörüntülərə baxdıqda müəyyən olunmuşdur ki, bir nəfər başında açıq qəhvəyi rəngli şapka, əynində qara rəngli qolsuz köynək, tünd göy rəngli şalvar və ayağında üstü qara, altı isə ağ rəngli ayaqqabılar olan cavan oğlan Zərərçəkmiş şəxs məxsus saxlanılmış vəziyyətdə olan sağ böyründə iri hərflərlə “Uber Az” yazılmış göy rəngli maşının salonuna daxil olub sonra hadisə yerindən uzaqlaşaraq ağ rəngli “Şevrolet Cobalt” markalı maşına minib getmişdir. Həmin şübhəli şəxsin şəxsiyyətini aydınlaşdırdıqda onun əvvəllər məhkum olunmuş, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Odur ki, xx.xx.2024- cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib Abşeron rayon polis idarəsinə dəvət edilmiş və onunla profilaktik söhbət apardıqda o, törətdiyi cinayəti qismən etiraf edib Zərərçəkmiş şəxs məxsus avtomaşından 20 manat pul oğurladığını etiraf etmişdir. Odur ki, o, isatintaqa təqdim edilmişdir. Hadisə yerində olmasını göstərən görüntülərdə Təqsirləndirilən şəxs avtomobilin salonuna daxil olub oradan tez çıxması əksini tapmışdır. Onun avtomobildən pul götürməsi videogörüntüdə müşahidə olunmamıdşır. Lakin keçirilən əməliyyat-axtarış tədbirləri zamanı daxil olmuş əməliyyat məlumatları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs avtomobildən Zərərçəkmiş şəxs məxsus 533 manat pulu oğurlamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə hadisə yerində olmasını və “Toyota Prius” markalı, ** YC *** dövlət qeydiyyat nğmrəli avtomobilin salonundan oğurluq etməsini təsdiq edən videogörüntüləri əks etdirən disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-393/2025 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-620/2025 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün yəni, 02 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə heç bir ədavəti yoxdur, ona dəymiş zərərin tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışıq olmuş, təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, məhkəmədə tədqiq olunmuş şahid ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə digər zərərçəkmiş şəxsə dəymiş maddi ziyan isə təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Museyib oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 08 saata görə 48 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 18 saata görə 198 manat olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Museyib oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 08 saata görə 48 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 18 saata görə 198 manat olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar