Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-484/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində “Papanin” adlanan ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində bir siqaretin gümüşü kağızına bükülmüş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi 0,180 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşıyaraq özündə saxlamış, 29 mart 2021-ci il tarixdə saat 12:00 radələrində Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 May küçəsinin yaxınlığında saxlanılaraq, Binəqədi RPİ 6-cı polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin təmiz çəkisi 0,180 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının 17-də Bakı şəhəri Nəsimi rayonu ərazisində «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi 1,132 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyıb üzərində saxlamış, 19 aprel 2021-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səfərov X8 rayonu, Xırdalan şəhərində yerləşən «Misir» parkında saxlanılaraq polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 1,132 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 iyul 2020-ci il tarixdə saat 12:30 radələrində yaşadığı qardaşı Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında sonuncunun sanitar qovşağa getməsindən istifadə edib yataq otağında dolabın üzərindən Zərərçəkmiş şəxs məxsus 2199 (iki yüz doxsan doqquz) manat dəyərində «Samsung» markalı «S10+» modelli 128GB yaddaşlı mobil telefonu, üzərində olan 4 (dörd) manat dəyərində 070 302-04-04 saylı GSM nömrəsi ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2203 (iki min iki yüz üç) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 aprel 2021-ci il tarixdə saat 18 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi 5 nömrəli evin pəncərəsini vintaçanla açaraq içəriyə, daha sonra yataq otağının giriş qapısının şüşəsini sındıraraq içəriyə qanunsuz daxil olub dolabın içərisindən Zərərçəkmiş şəxs məxsus 1000 (min) manat naqd pulu və 200 manat dəyərində «Adidas» idman kostyumunu, 300 manat dəyərində kostyumunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2-3 ildir ki, narkotik maddə istifadəçisidir. O, yuxarıda göstərilən ünvanda qardaşı Zərərçəkmiş şəxs ailəsi və arvadı X6, 13 yaşlı oğlu Kənan Səfərovla birlikdə yaşayır. 06.07.2020-ci il tarixdə səhər saatlarında cibində pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin günü saat 12.30 radələrində qardaşı evə gəlmişdir. Bir neçə dəqiqədən sonra ona məxsus yataq qarşısından keçən zaman Kamala məxsus «Samsung S10» markalı mobil telefonun çarpayının yanında olan kiçik dolabın üzərində olduğunu görmüşdür. Bir qədər ətrafa baxmış, evin içində heç kimin olmadığına əmin olduqdan sonra yataq otağına daxil olmuş və kiçik dolabın üzərində olan «Samsung S10» markalı mobil telefonu götürüb evdən çıxmışdır. Daha sonra oğurladığı mobil telefonu satmaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsi adlanan ərazidə fəaliyyət göstərən telefon mağazalarına yaxınlaşmış və telefonu satmaq fikri olduğunu bildirmişdir. İlkin olaraq telefona istədiyi qiymət vermədikləri üçün satmamışdır. Daha sonra mağazaların birində onun telefon satdığını eşidən şəxslərdən biri mağazadan çıxdıqdan sonra ona yaxınlaşmış və telefonu almaq fikrinin olduğunu söyləmişdir. Telefonu həmin şəxsə vermiş, bir neçə dəqiqə telefona baxdıqdan sonra həmin telefonu bəyəndiyini və almaq istədiyini bildirmişdir. Bir qədər həmin şəxslə danışdıqdan sonra 590 manata sözü gedən mobil telefonu satmışdır. Əlavə olaraq bildirmişdir ki, telefonu satan zaman həmin şəxsə telefonun özünə məxsus olduğunu və təcili pul lazım olduğundan telefonu ucuz satdığını bildirmişdir. Əldə etdiyi 590 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Baş vermiş hadisə ilə əlaqədar əlavə olaraq bildirmişdir ki, etdiyi oğurluq əməlindən səmimi peşmandır. Bundan başqa o, 28 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə 01 büküm narktik vasitə olan heroini 20 manata almışdır. Həmin narkoitik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə üzərində gəzdirmişdir ki, bədənində ağrılar olan zaman qəbul etsin. 29.03.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 may küçəsində piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon polis idarəsinin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon polis idarəsinin 6-cı PB-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifəli ona izah olunmuşdur. Daha sonra hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən içərisində heroin maddəsi olan 01 ədəd siqaretin gümüşü kağızında olan bükümü masanın üstünə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri qanuni əşya aşkar olunmamışdır. Həmin naroktik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protkol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 03.04.2021-ci il tarixdə səhər saatlarında cibində pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı evə gələndə qardaşıgil evdə olmamışdır. Qapı bağlı idi. O, məcbur olub vintaçanla evin pəncərəsini sındırmışdır. Oradan evə daxil olmuşdur. Görmüşdür ki, qardaşıgilin yataq otağının qapısı bağlıdır. Həmin qapının şüşəsini sındırıb oradan içəri daxil olmuşdur. Yataq oğağında kiçik dolabın içərisindən 1000 manat pulu və qardaşına məxsus geyim əşyalarını götürüb pəncərədən çölə çıxmışdır. Daha sonra oğurladığı geyim əşyalarını satmaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsi adlanan ərazidə paltar satılan yerə gəlmiş, orada tanımadığı şəxsə həmin geyim əşyalarını 200 manata satmışdır. Pulu isə xərcləməmişdir. Sonradan isə o, qardaşından oğurlağığı 1000 manat pulu qardaşı Kamrana qaytarmışdır. Ona məxsus paltarları isə tanımadığı şəxsə satdığını və pulunu xərclədiyini bildirmişdir. Bundan başqa 19.04.2021-ci il tarixdə yaşadığı Xırdalan şəhəri, «Misir» parkının yaxınlığında dayanarkən pois əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək sənəd təqdim etməyini xahiş etmişlər. Üzərində sənəd olmadığı üçün onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron RPİ-nin otaqların birində üzərində narkotik vasitə olan heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Abşeron RPİ-nin inzibati binasının xidməti otaqların 1-də onun üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. O, həmin vaxt 2021-ci ilin aprel ayının 17-də Bakı şəhəri «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığı bir ədəd ağ rəngli sellofana bükülü narkotik maddə olan heroini əynimdəki tünd göy rəngli şalvarınının sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra video görüntü ilə onun təqdim etdiyi bir büküm heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, polis şöbəsində ifadə verən zaman, sənədlərə imza edərkən ona qarşı heç bir formada psixi, fziki təsir göstərilməmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman aparıldığı PB-də üzərində olan narkotik vasitə heroini 28.03.2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu «Papanin» adlanan ərazidə adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 20 manata şəxsi istifadəsi üçün almış, həmin şəxs 30-35 yaşlı kişi cinsinin nümayəndəsi idi, qarayanızdır, boyu təxminən 165-170 sm olar. Saçları qaradır, əynində qara uzunqol köynək və qara cins şalvar olmuşdur, üzündə və ya əllərinin üstündə hər hansı xüsusi əlamətlərinə fikir verməmiş, həmin şəxsdən bir dəfə mal almış və həmin şəxsin yaşadığı ünvan barədə məlumatı olmamışdır. Qeyd etmişdir ki, bir-birinin yataq otağına girmək üçün icazə almır, dəfələrlə onun otağına girib lazımlı əşyalar götürmüş, Kamalın telefonunu icazəsiz götürən zaman oğurluq etdiyini bilmiş, mobil telefonu evdən oğurlayan və satan zaman tək olmuş, heç kim ona kömək etməmiş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 2021-ci ilin aprel ayının 17-də Bakı şəhəri «Papanin» adlanan ərazidə öz istifadəsi üçün tanımadığı şəxsdən 30 manata almış, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini öz istifadəsi üçün üzərində gəzdirmiş, həmin narkotik vasitədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmişdir. O, həmin maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Eyni zamanda o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, yaşadığı evdə axtarış aparılmasına heç bir etiraz etmir, onun narkotik vasitə olan heroini əldə etməyindən heç kəsin xəbəri olmamış, Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və həmin idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşamışdır. Qardaşı Camal 06.07.2020-ci il tarixdə onun otağına girərək ona məxsus 2200 manat dəyərində Samsung S10+ markalı mobil telefonunu oğurlamış və bu barədə Binəqədi RPİnin istintaq şöbəsində araşdırma aparılmışdır. Bildirmişdir ki, qardaşı Camal narkotik vasitə aludəçisidir. Bu səbəbdən də onun telefonunu oğurlamışdır. X1rlandığına görə və həmin oğurluqda Camaldan şübhələndiyi üçün onu evdən qovmuş və evin açarlarını ondan almışdır. Buna baxmayaraq 03.04.2021-ci il tarixdə o, arvadı ilə birlikdə bibisinin yas mərasimi ilə əlaqədar evdə olmadıqları vaxtı qardaşı Camal yaşadığı evdə hasardan keçib əlindəki burğacla (otverka) ilə qonaq otağının pəncərəsini açarkən qonşu Şahid1 onu görmüş, Camaldan nə etdiyini soruşduqda qardaşı Camal açarı olmadığına görə çöldə qaldığı üçün pəncərəni burğacla açdığını bildirmişdir. Qonşusu Şahid1 onu görmüş və nə etdiyini soruşduqda açarı olmadığına görə evin pənçərəsini burğacla açdığını bildirmişdir. Qonşusu Şahid1 bu barədə ona məlumat versədə o, Binə qəsəbəsində yas yerində olduğundan gələ bilməmişdir. Həmin günü axşam saat 19 radələrində evə gələndə evə daxil olmuş və otağını nəzərdən keçirdikdə Camal mənim yataq otağının qapısını sındıraraq yataq otağındakı çəkməcədə 1000 manat pulu və 500 manat dəyərində ona məxsus geyim əşylarını oğurlamışdır. Bildirmişdir ki, o, şikayət etdikdən sonra qardaşı Camal onun 1000 manat pulunu geri qaytarmış, lakin geyim əşyalarını qaytarmamışdır. Bundan başqa 06 iyul 2021-ci il tarixdə saat 12:30 radələrində işdən yaşadığı evə gəlmiş və cibində olan siqaret və özünə məxsus olan “Samsung S+” markalı mobil telefonu yataq otağımda yataq dəstinin yanında olan dolabın üzərinə qoyaraq, evdən çıxaraq evin ümumi həyətində olan sanitar qovşağına getmişdir. Təxminən 5-10 dəqiqədən sonra oradan çıxanda qardaşı Təqsirləndirilən şəxs qaçaraq evdən çıxdığını görmüşdür. Onun bu hərəkətlərindən şübhələnərək evə daxil olmuş və bir qədər ətrafa baxdıqdan sonra dolabın üzərinə qoyduğu özünə məxsus “Samsung S10+” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Həmin telefonu Camalın oğurladığını yəqin etmiş, evdən çölə çıxaraq Camalı axtarmış, lakin tapa bilməmişdir. Daha sonra Camalın istifadəsində olan mobil telefona dəfələrlə zəng etmiş, lakin cavab verən olmamışdır. Bundan sonra başa düşmüşdür ki, Camal onun telefonunu satmaq məqsədilə oğurlamışdır. Bu səbəbdən dərhal “102 Zəng” xidmətinə məlumat vermişdir. Daha sonra Binəqədi RPİ nini 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs telefonu oğurladıqdan təxminən 10 gün ərzidndə evə gəlməmişdir. Təxminən 10 gün sonra Xırdalan şəhəri Humanitar texnikumunun yanında Camalla görüşmüş, ondan telefonunu qaytarmasını tələb etmişdir. İlkin olaraq Camal ona telefonunu qaytaracağına söz vermişdir. Lakin daha sonra məlum olmuşdur ki, Camal ona məxsus “Samsung S10+” markalı molbil telefonu oğurladığı üçün Nəsimi rayonu 3-cü mkr dairəsində telefon mağazalarının birinə 550 manata satıb. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, qardaşı Camal onunla eyni evdə yaşasa da həmin evi o və anası öz vəsaiti hesabına tikdirmişlər. Bu müddət ərzində qardaşı Camal Rusiya Federasiyasında olmuşdur. Rusiya Federasiyasından qayıtdığı üçün yeri olmadığına görə Camala onunla birlikdə yaşamağına icazə vermişdir. Lakin Camalın oğurluq etməsindən şübhələndiyi üçün onu evdən qovmuş, evə daxil olmasının qarşısını almaq üçün evin açarlarını ondan almış, oğurlanmış pul və geyimlər ona məxsusdur. O, 1000 manat pulu yataq otağındakı geyim dolabının siyirməsində boz rəngli parça sənədqabının içərisinə qoymuşdur. Puldan və geyimdən başqa evdən əlavə digər qiymətli əmlak oğurlanmayıb. O, camalı evdən qovduqdan sonra evə girməsinə icazə verməmiş, bu məqsədlə evin bütün açarlarını onun əlindən almışdır ki, evdən oğurluq edə bilməsin, baş vermiş həmin oğurluq cinayəti nəticəsində ona ümumilikdə 1500 manat ziyan dəymiş, lakin həmin ziyandan Camal ona 1000 manat pulu qaytarmışdır. Qardaşı Camal ona məxsus 200 manat məbləğində adidas idman geyim dəsti və 300 manat dəyərində bir dəst kostyumu oğurlamış, 21.04.2019-cu il tarixdə “Samsung S10+” markalı mobil telefonu “Baku Elektronics” mağazasından 2200 manata almış, telefonu oğurlanan zaman 6 manat konturu olmuş, mobil telefonunun sim konturunun dublikat nömrəsini 070 302-04-04 nömrəsini çıxartmış, həmin nömrə onun adınadır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 03.04.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin ümumi həyətində olarkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs birlikdə yaşadıqları evin pəncərəsini əlində olan vint açanla açdığını görmüşdür. Ona səslənərək nə etdiyini soruşduqda Camal özünə məxsus açarı itirdiyini və evd heç kimin olmadığına görə qapıda qaldığından məcbur olaraq evin pəncərəsini vint açarla açdığını bildirmişdir. Camal və Kamal birlikdə həmin evdə yaşadıqlarına görə Camalın etdiyi əməl ilkin olaraq ona şübhəli gəlməmiş və onun söhbətini yekunlaşdırıb evinə daxil olmuşdur. Həmin günü saat 18 radələrində Zərərçəkmiş şəxsla telefon vasitəsilə əlaqə saxlamış və söhbət zamanı qardaşının səhər etdiyi əməli danışmışdır. Bunun qarşılığında Kamal çox əsəbləşərək Camalın yenidən onun evindən oğurluq etdiyindən şübhələndiyini bildirmişdir. Kamalla danışdıqdan təxminən 30 dəqiqə sonra sonuncu evinə gəlmiş və həmin vaxtı məlum olmuşdur ki, Camal qardaşı Kamalın yataq otağının qapısının şüşəsini sındıraraq evdən oğurluq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, 2018-ci ilin may ayından etibarən «Bəyoğlu» fabrikində anbardan vəzifəsində işləyir. 2020ci ilin aprel ayında Respublikada yaranmış pandemiya ilə əlaqədar şirkət rəhbərliyi işi dayandırmışdır. Bu səbəbdən ailəsini dolandırmaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr dairəsi «Həmid» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən telefon mağazasında olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazaya müştəri qismində daxil olmuş və özünə məxsus «Samsung S10» markalı mobil telefonu satdığını bildirmişdir. Həmin vaxtı mağazanın satıcısı başı qarışıq olduğundan o, həmin şəxsə yaxınlaşaraq satmaq istədiyi «Samsung S10» markalı telefonu götürüb göz gəzdirmiş və Təqsirləndirilən şəxs telefonu 500 (beş yüz) manata ala biləcəyini təklif etmişdir. Lakin Camal onun bu təklifi ilə razılaşmamış, həmin telefona görə 1000 (min) manata satdığını bildirmiş, o, razılaşmadığı üçün Camal mağazadan çıxıb getmişdir. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmış və həmin telefonu 700 (yeddi yüz) manata almağı təklif etmidir. Bir qədər danışıqdan sonra 590 manat qarşılığında Təqsirləndirilən şəxs «Samsung S10» markalı mobil telefonu ona satmağa razılıq vermiş və 590 manat pulu Camala verdikdən sonra özünəməxsus olduğunu iddia etdiyi telefonu ona vermişdir. 07 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs aldığı mobil telefonu anket məlumatlarını bilmədiyi şəxsə Bakı şəhəri nəsimi rayonu «Velotrek» ticarət sərkəzinin qarşısında 680 (altı yüz səksən) manata satmışdır. Telefonu satdıqdan təxminən 20 gün sonra istifadəsində olan nömrəyə zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona bir neçə gün əvvəl «Samsung S10» markalı mobil telefon almadığını soruşmuş, həmin şəxsə 06 iyul 2020-ci il tarixdə 590 (beş yüz doxsan) manat qarşılığında «Samsung S10» markalı mobil telefonu Təqsirləndirilən şəxs aldığını və 07 iyul 2020-ci il tarixdə həmin telefonu başqa bir şəxsə 680 (altı yüz səksən) manata satdığını bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs telefonu ona qutusuz satmış, o, Camaldan qutunu istəyən zaman sonuncu ona qutunu atdığını bildirmiş, telefonu alarkən Təqsirləndirilən şəxs yolnuz ona özünə məxsus sürücülük vəsiqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş, həmin sənədlərin surətini çıxartdıqdan sonra yenidən ona geri qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 aprel 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqəli rayonu, Biləcəri qəsəbəsi, 1 may massivində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələrini gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra 19 aprel 2021-ci il tarixdə saat 14 radələrində Abşeron RPİ Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakı ilə Abşeron rayonu Xırdalan şəhəri, Misir parkının yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan sənədlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədlərinin olmadığını bildirdikdə onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində olan bir ədəd ağ rəngli sellofana bükülmüş kütləni masanın üzərinə qoyub həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 17 aprel 2021-ci il tarixdə özü istifadə etmək üçün Bakı şəhəri «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, Abşeron RPİ CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 19 aprel 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqəli rayonu, Biləcəri qəsəbəsi, 1 may massivində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələrini gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarı əsasında 19 aprel 2021-ci il tarixdə saat 14 radələrində onun iştirakı ilə Abşeron rayonu Xırdalan şəhəri, Misir parkının yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan sənədlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədlərinin olmadığını bildirdikdə onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində olan bir ədəd ağ rəngli sellofana bükülmüş kütləni masanın üzərinə qoyub həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 17 aprel 2021-ci il tarixdə özü istifadə etmək üçün Bakı şəhəri «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında Şahid5 elan edilmiş ifadəsindən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-də sahə inspektoru vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Binəqədi RPİnin 6-cı PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Bakı şəhəri sakini Camal adlı şəxsin cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 29 mart 2021-ci il tarixdə saat 11:30 radələrində qrup üzvü Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsinə gəlmişlər. 29 mart 2021-ci il tarixdə saat 12:00 radələrində yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Camal adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün PB-nin təhqiqatçısı Siyafər Cəfərliyə təhvil vermişlər. Təhqiqatçı S.Cəfərli ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah etmişdir. Təqsirləndirilən şəxs Cıraq oğlu üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə hesab olunan “kakos” olduğunu bildirmişdir. Daha sonra həmin bükülü açılmış, içərisindən spesifik iyə malik olan qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Həmin kütlə baxışda iştirak edən iştirakçılara nümayiş etdirilmişdir. Bunun ardınca aşkar edilənkütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitə “kakos” 28 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılara tərəfindən imzalanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Bakı şəhəri sakini Camal adlı şəxsin cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 29 mart 2021-ci il tarixdə saat 11:30 radələrində qrup üzvü Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru polis baş leytenantı Şahid5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsinə gəlmişlər. 29 mart 2021-ci il tarixdə saat 12:00 radələrində yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Camal adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq onu saxlamışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün PB-nin təhqiqatçısı Siyafər Cəfərliyə təhvil vermişlər. Təhqiqatçı S.Cəfərli ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah etmişdir. Təqsirləndirilən şəxs Cıraq oğlu üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə hesab olunan “kakos” olduğunu bildirmişdir. Daha sonra həmin bükülü açılmış, içərisindən spesifik iyə malik olan qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Həmin kütlə baxışda iştirak edən iştirakçılara nümayiş etdirilmişdir. Bunun ardınca aşkar edilənkütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitə “kakos” 28 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılara tərəfindən imzalanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının 16.07.2021-ci il tarixli 21/454R nömrəli rəyindən görünür ki, 03.04.2021-ci il tarixdə ünvan 6 ünvanında vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı tədqiqata təqdim edilmiş 04 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Həxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan ovuc izləri xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ və sol əllərinin ovuc (02 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2021-ci il tarixli 9/3123 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Samsung markalı, S10+ modelli 12 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 850 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 6/1227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən ….» yazısı olan zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd:heronin təmiz çəkisi-0.180 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.130 qram Azərbaycan Respublikasının 28 iyun 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli 6/1539 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən ….» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,132 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd:heronin təmiz çəkisi-1.132 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.082 qram Azərbaycan Respublikasının 28 iyun 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08 iyul 2021-ci il tarixli 2199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLIYI) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 19 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində yerləşən Misir parkında Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli bilinərək Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Abşeron RPİ-nə gətirilərək üzərinə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 2021-ci ilin aprel ayının 17-də satış məqsədi olmadan, şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi çəkisi 1,132 qram olan heroini Bakı şəhəri Papanin adlanan ərazidən 30 manat verib tanımadığı şəxsdən almışdır. Şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş, şəxsi axtarışı əks etdirən videogörüntülər iki ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 29 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 29 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməkdə şübhəli bilinərək Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bölməyə gətirilərək üzərinə baxış keçirilmişdir. Təhqiqatçı S.Cəfərli ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah etmişdir. Təqsirləndirilən şəxs Cıraq oğlu üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə hesab olunan “kakos” olduğunu bildirmişdir. Daha sonra həmin bükülü açılmış, içərisindən spesifik iyə malik olan qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Həmin kütlə baxışda iştirak edən iştirakçılara nümayiş etdirilmişdir. Bunun ardınca aşkar edilənkütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitə “kakos” 28 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılara tərəfindən imzalanmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 1,132 qram və 0,180 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 1.082 qram və 0.130 qram narkotik vasitə olan heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 aprel 2021-ci il tarixdə axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-206/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-362/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 19 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29.03.2007-ci il təvəllüdlü Kənan Səfərov adlı bir azyaşlı övladı var. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxsin şikayətçi olmaması və himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 29.03.2021ci il tarixdən 31.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, 02 (iki) gün cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 19 aprel 2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 229 (iki yüz iyirmi doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 1.082 qram və 0.130 qram narkotik vasitə olan heroin məhv edilməli, iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X10 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla hesablansın və hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 229 (iki yüz iyirmi doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Abşeron rayon Pİ-də saxlanılan qalıq qalan 1.082 qram və 0.130 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X10 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-484/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-484/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver