Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-484/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X4, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 40-da qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 212, "xxxx" MTK, «B1» girişi, mənzil 21-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmaqla 10 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısında yolayrıcında yerləşən işıqforun yaxınlığında etibarnamə ilə idarə etdiyi “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb müştəri gözləyərkən Zərərçəkmiş şəxs avtomobilə yaxınlaşaraq onu “Məzunlar evi” yaşayış kompleksinə aparmağı, lakin üzərində pul olmadığını, yaşayış kompleksinə çatan kimi mağazadan pul götürüb onun gediş haqqını verəcəyini bildirdikdə, o, sonuncunun ona etdiyi təkliflə razılaşmadığı üçün Zərərçəkmiş şəxs onunla kobud danışmasını və ona kobud ifadələr işlədərək ayağı ilə avtomobilinin qapısına bir dəfə vuraraq 120 manat dəyərində maddi ziyan vurması səbəbindən əsəblərini cilovlaya bilməyib avtomobilində saxladığı iri ölçülü dırnaq kəsənin bıçaq hissəsi ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən qəsdən bir dəfə vuraraq ona bel nahiyəsinin sol yarısının dərialtı hematoma ilə müşayiət olunan daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda lizinq müqaviləsi ilə idarə etdiyi “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin girişindəki yol ayrıcında dayanıb müştəri gözlədiyi zaman tanımadığı bir nəfər şəxs avtomobilinə yaxınlaşaraq onu Masazır qəsəbəsində yerləşən “Məzunlar evi” yaşayış kompleksinə aparmağı, gediş haqqını isə bir gündən sonra tanışı verəcəyini bildirmişdir. O, həmin vaxt avtomobilində yanacağın az olduğunu, ona görə də onu dediyi yerə pulsuz apara bilməyəcəyini demişdir. Bundan sonra həmin şəxs avtomobildən bir qədər aralaşaraq onun ünvanına söyüşlər söyməyə başlamış, buna baxmayaraq o, həmin şəxsə əhəmiyyət verməsə də, həmin şəxs yenidən onun avtomobilinə yaxınlaşıb onu dediyi yerə aparmadığı üçün onunla mübahisə etməyə başlamışdır. Bu zaman isə həmin yerə taksi fəaliyyəti ilə məşğul olan və yaxınlıqda dayanmış Rüfət adlı şəxs gələrək həmin şəxsi, yəni sonradan adını bildiyi Seymuru sakitləşdirməyə çalışmışdır. Lakin Seymur mübahisə zəmnində yenə də ona söyüş söyərək avtomobilinin alın şüşəsinə yumruqla və qapısına isə təpiklə vurmuşdur. Bundan sonra isə o, avtomobildən yerə düşmüş, həmin vaxt Seymur ona əl-qol atdığına və onu vurmağa çalışdığına görə o, əsəblərini cilovlaya bilməyib avtomobilində saxladığı iri ölçülü dırnaq kəsəni götürüb içərisindəki bıçaqla Seymuru qorxutmaq istəmiş ki, üzərinə gəlməsin. Bu zaman isə həmin bıçaq sonuncunun sol böyründən dəymiş, sonra isə qorxduğu üçün avtomobilinə əyləşərək həmin yerdən çıxıb getmişdir. Göstərmişdir ki, həmin vaxt məqsədi onu öldürmək, yaxud da ona ağır bədən xəsarəti yetirmək deyil, onu qorxutmaq olmuş ki, ona əl-qol atmağını yığışdırsın. Hadisədə istifadə etdiyi həmin bıçağı istintaq orqanına təqdim edə bilməmiş, belə ki, hadisədən sonra bərk qorxduğu üçün bıçağı hadisə yerindən bir qədər aralıda yol kənarında fikrində qalmayan yerə tullamışdır. Həmin vaxt Seymur ona əl-qol ataraq onu vursa da, heç bir xəsarət almamış, odur ki, Məhkəmə-Tibbi ekspertizasından tibbi müayinədən keçməkdən imtina edir. Seymurun avtomobilinin qapısına təpiklə vurması nəticəsində isə avtomobilinə təxminən 100 manat maddi ziyan dəymişdir. Həmin vaxt yaxınlıqda başqa taksi sürücüsü Rüfət adlı şəxs də olmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən kafelərdən birində tanışları ilə yeyibiçdikdən sonra taksi vasitəsilə yaşadığı “Məzunlar evi” yaşayış kompleksinə getmək üçün Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksinin girişindəki yol ayrıcında, dayanacaqda dayanmış taksilərdən birinə yaxınlaşmış və sürücüyə onu “Məzunlar evi” yaşayış kompleksinə aparmağını xahiş etmişdir. Həmçinin həmin vaxt taksi sürücüsünə üzərində pul olmadığını, yaşadığı kompleksə çatan kimi mağazadan pul götürüb onun gediş haqqını verəcəyini bildirmişdir. Lakin sürücü onunla kobudcasına danışaraq onun kimi çox adamlar gördüyünü dediyi üçün, həmçinin ona kobud ifadələr işlətdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində həmin sürücü ona qarşı nalayiq ifadələr işlətdiyinə görə o, ayağı ilə onun avtomobilinin qapısına bir dəfə təpiklə vurmuşdur. Bu zaman tanımadığı bir nəfər şəxs onlara yaxınlaşaraq hər ikisini sakitləşdirməyə çalışmış, o, həmin şəxslə bu barədə danışdığı zaman isə gözləmədiyi halda taksi sürücüsü onun arxa tərəfinə keçərək sol arxa böyür nahiyəsindən bıçaqla bir dəfə vurduğunu hiss etmişdir. O, geri dönüb baxan zaman isə görmüşdür ki, həmin taksi sürücüsü tələsik avtomobilinə əyləşərək hadisə yerindən çıxıb getmişdir. Bundan sonra da o tanımadığı şəxslər tərəfindən yaşadığı kompleksə gətirilmiş, sonra isə TTY avtomobili çağırılaraq Bakı şəhərində yerləşən X8 aparılmış, həkimlər orada ona ilkin tibbi yardım göstərərək yarasına bir neçə tikiş qoymuşlar. Göstərmişdir ki, aralarında baş verən mübahisə zamanı Seymur ona nalayiq ifadələr işlətdiyinə görə o da sonuncunun avtomobilinin qapısına təpik vurduğu üçün həmin şəxs onu bıçaqla vuraraq hadisə yerindən çıxıb getmişdir. Seymurla arasında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş və həmin vaxt tanımadığı bir nəfər şəxs də hər ikisini sakitləşdirməyə çalışmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2022ci il tarixli, 727 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – bel nahiyəsinin sol yarısının dərialtı hematoma ilə müşayiət olunan daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, xəsarət xx.xx.2022-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X9 Şəxsindən alınmış xx.xx.2022-ci il tarixli, 287/2022 MTKŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa səthinin sağ yarısında, poliverin isə arxa səthinin sol yarısında bir ədəd olmaqla dəlib-keçən zədələr vardır. Yalnız poliverdə olan zədə poliverin arxa səthinin sağ yox, sol yarısında yerləşir, bunu da onunla izah etmək olar ki, zərərçəkmiş paltarı geyinən zaman astar səthini ön səthinə, yəni tərsinə geyinmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli kəsici alətin təsirindən əmələ gələ bilərdi. İş üzrə "xxxx" ASC-nin X1 alınmış E/024 saylı, xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısı zərbə nəticəsində zədələnmişdir.qabaq sağ qapının təmiri və rənglənməsi aşağıdakı kimidir. Rixtovka işləri (qapının sökülüb yığılması) (dəmirçi) – 50 manat. Rənglənmə işləri (materialla bir yerdə) – 70 manat. İş üzrə Zərərçəkmiş şəxs məxsus köynək, poliver və mayka, həmçinin Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 007 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 00:27-dən 00:42-dək olan müddətdəki görüntülərin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus köynək, poliver və mayka saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbaranı təhvil verilmiş, bir ədəd DVD diskinin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. Abşeron rayon icra və probasiya şöbəsindən alınmış 10 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməlidir və onun əməlində cinayətin residivi yoxdur. İş üzrə Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 007 nömrəli videomüşahidə qurğusunun 3cü kamerasının xx.xx.2022-ci il tarixli saat 00:27-dən 00:42-dək olan müddətdəki görüntülərin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, təqdim edilmiş bir ədəd DVD diskdə 1 ədəd qovluq vardır. Diskə köçürülmüş görüntü ATŞ 007 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 00:27-dən 00:42-dək olan müddətdəki 00:15 dəqiqəni əhatə edən anları fiksə etmişdir. Məhkəmə istintaqında qeyd olunan videogörüntüyə baxış zamanı müəyyən olundu ki, videogörüntünün 00:04 dəqiqəsində 4 nəfər şəxs kameranın müşahidə dairəsinə daxil olur və yolayrıcı istiqamətinə tərəf hərəkət edir. Yolayrıcına az qalmış həmin 4 nəfərdən 3ü ayrılaraq gedir, digər bir nəfər şəxs isə yolayrıcına tərəf hərəkət edir. Lakin hava qaranlıq olduğundan, küçə süni işıqlarla işıqlandığından, eyni zamanda qarşıdan gələn avtomobillər uzaqvuran işıqlarla götürtünün əhatə dairəsinə daxil olduğundan, eyni zamanda kamera yolayrıcından nisbətən uzaq məsafədə quraşdırıldığından yolayrıcına tərəf gedən şəxsin orada olan taksi sürücüsünə yaxınlaşmasını, orada etdiyi hərəkətləri müşahidə etmək mümkün olmamışdır. Videogörüntünün 00:14 dəqiqəsində yolayrıcığında dayanmış qara rəngli minik avtomobili hərəkətə gələrək yolayrıcına doğru hərəkət edir və əks istiqamətli yola dönərək hərəkətini davam etdirir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını və aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 127 , 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. xx.xx.2022-ci il ildə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunaraq barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməldir. İş üzrə Zərərçəkmiş şəxs məxsus köynək, poliver və mayka sahibinə qaytarılmalı, həmçinin Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 007 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 00:27-dən 00:42-dək olan müddətdəki görüntülərin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diski isə iş materiallarında saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X6 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs məxsus köynək, poliver və mayka sahibinə qaytarılsın. Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 007 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 00:27-dən 00:42-dək olan müddətdəki görüntülərin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diski iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-484/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-484/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver