Məhkəmə qərarları › İş №1(012)-484/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-484/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-484/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı il tarixdə Abşeron rayonu, Məhəmmədli kəndində anadan olmuş, evli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Məhəmmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə saat 16 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs evə gec gəlməsinə görə irad bildirərkən tərəflər arasında həmin səbəbdən yaranmış ailə daxili narazılıqla bağlı mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl və yumruq zərbələri ilə sonuncunun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə, təpiklə bədəninə ardıcıl vuraraq Zərərçəkmiş şəxs başbeyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burun sümüyünün yerdəyişməyən qapalı sınığı, sağ göz orbitasının hematoması, sağ gözaltı nahiyənin qançırı və alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində övladları ilə birlikdə yaşadığı evdə olan zaman həyat yoldaşı Zeynəb həkimdən evə gec gəldiyi üçün onunla arasında münaqişə baş vermiş, həmin münaqişə zamanı həyat yoldaşı Zeynəbə irad bildirərkən o, Təqsirləndirilən şəxs acıqlı cavab verdiyi üçün sonuncu əsəbləşib onun sifətinə və bədənin müxtəlif nahiyyələrinə qəsdən bir neçə şillə və yumruq zərbələri vurmaqla onu döymüşdür. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar, əməlindən peşmandır, özünü təqsirli bilir,iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təhqiqatda şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Onunla 2008-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan üç övladı var. Əvvələr əri Saxavətlə münasibətləri yaxşı olsa da, son zamanlar ailədaxili mübahisələri yaranmışdır. 16 noyabr 2024-cü il saat 16 radələrində yaşadıqları evdə olarkən onun həkimə gedib eve gec gəlməsinə görə Saxavət onunla mübahisə etməyə başlamış və həmin vaxt üzərinə gələrək əl və yumruq zərbələri ilə sifətinə, başına və bədəninin müxtəlif nahiyyələrinə, təpiklə bədəninə vuraraq onu döyüb xəsarət yetirmişdir. Həmin gün Saxavətdən qorxduğu üçün bu barədə onun bacısı, yəni baldızı Nəzakətə bildirmişdir ki, gəlib onu həkimə aparsın Nəzakət də onun sözlərindən sonra telefonla DİN-nin 102 xidmətinə zəng edib döyülməyi barədə məlumat vermişdir. Daha sonra isə o X2 gəlib əri Saxavətin onu döydüyü barədə ərizə ilə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA Birliyi" X3 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2682 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burun sümüyünün yerdəyişməyən qapalı sınığı, sağ göz orbitasının hematoması, sağ gözaltı nahiyənin qançırı və alt dodağın selikli qişasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilardilar dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Abşeron rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli hökmü ilə onun barəsində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun himayəsində üç azyaşlı uşağının olmasıdır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında iştirak edərək əməli törətmiş şəxsə hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, müdafiəçiyə 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Əməli törədən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220(iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar