Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-485/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşüviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mik., ev 23 A, mənzil 42-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3. mənzil 192-də kirayədə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə saat 00:20 radələrində Zərərçəkmiş şəxs1, ailə həyatı qurmaq istədiyi Şahid Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı binanın qarşısında evə yola salarkən sonuncunun qaradaşı Təqsirləndirilən şəxs onları görmüş və bu zaman o, Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözündə görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsi də əhatə olmaqla qançır-şişkinliyi başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin sıyrığı, sol diz oynağı nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri, həmçinin bundan təxminən 10 dəqiqə sonra, yəni həmin gün saat 00:30 radələrində Şahid ilə qardaşı Təqsirləndirilən şəxsla birlikdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 192-də yaşadıqları evə getmiş, aralarında bu zəmində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bacısı Şahid vurmaq istəyərkən sonuncunun 2007-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 onların arasına girərək dayısı Vüsala irad bildirmiş, bu zaman Təqsirləndirilən şəxs bacısı oğlu Zərərçəkmiş şəxs2 onunla kobud rəftar etməsinə narazılıq edərək sonuncunun da bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq və təpiklə vuraraq ona sağ əlin 5-ci barmağının hərəkət məhdudluğu və qançır- şişkinliklə müşahidə olunan əsas falanqasının qapalı, yerdəyişməyən sınığı, sağ yanaq nahiyəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 23 A, mənzil 42-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 3, mənzil 192-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində etdikləri şikayətləri ilə tanış olmuşdur. Bununla bağlı bildirir ki, Murad onun bacısı Şahid oğludur. Elvin isə bacısı Elnarə ilə ailə həyatı qurmaq istəyən şəxsdir. Mahiyyəti üzrə bildirir ki, o, bir neçə dəfə bacısı Elnarəyə Elvinlə ailə həyatı qurmalarına razı olmadığını bildirmişdir. X3 də razı olmadığını söyləməsini demişdir. 27.07.2021 -ci il tarixdə saat 00:20 radələrində yaşadığı binanın qarşısında olduğu zaman Elvinin onun bacısı Elnarəni həyətlərinə gətirib yola saldığını görmüşdür. Bu zaman isə o, əsəblərini cilovlaya bilməyib Elvinə yaxınlaşmış və onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq döymüşdür. Bu zaman isə bir qədər aralıda olan bacısı Elnarə yaxınlaşıb onları aralaşdırmışdır. Bundan sonra Elvin həmin yerdən çıxıb getmişdir. Özü isə Elnarə ilə birlikdə kirayədə yaşadıqları evə getmişdir. Evdə bacısı Elnarə onunla mübahisə edərək Elvini döyməyinə öz iradını bildirmişdir. Həmçinin həmin vaxt Elnarənin oğlu Murad anası Elnarə ilə mübahisə etdiyinə görə onun üstünə gələrək ona narazılıq və kobudluq etmişdir. Həmin vaxt o, bərk əsəbi vıəziyyətdə olduğuna görə Murada 2-3 dəfə üz nahiyəsindən şillə vurub onların işinə qarışmamasmı bildirmişdir. Bundan sonra isə bacısı Elnarə oğlu Muradla birlikdə evdən çıxıb getmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, onlar Abşeron rayon polis idarəsinə gələrək onun barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxs1 27.07.2021 -ci il tarixdə saat 00:20 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı binanın qarşısında yumruq və təpiklə bir neçə dəfə vuraraq döymüşdür. Həmçinin Zərərçəkmiş şəxs2 də həmin hadisədən təxminən 10 dəqiqə sonra, yəni saat 00:30 radələrində yaşadıqları evdə 2-3 dəfə üz nahiyəsinə şillə ilə vuraraq döymüşdür. Bildirir ki, o, Elvini yaşadığı binanın qarşısında döydüyü zaman bacısı Elnarə və tanımadığı 2 nəfər şəxs onlara yaxınlaşaraq onları sakitləşdirməyə çalışmışlar. Həmçinin Muradı yaşadıqları evdə şillə ilə döydüyü zaman da yanlarında bacısı Elnarə olmuşdur. O, bacısı Elnarənin Elvinlə ailə həyatı qurmasına razı deyil. X2 gecə vaxtı küçələrinə gətirib yola salmağı ona çox pis təsir etmişdir. Ona görə də Elvini yaşadığı binanın qarşısında döymüşdür. Həmçinin bundan bir qədər sonra da yaşadıqları evdə Elnarənin oğlu Murad anası ilə onun mübahisə etdiyinə görə onunla çox pis rəftar etmişdir. Bu səbəbdən də o, həmin vaxt Muradın sifət nahiyəsinə 2-3 dəfə şillə ilə vuraraq onu döymüşdür. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 sadələşdirilmiş icraat zamanı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Halhazırda Bakı şəhərində yerləşən "xxxx" MMC-də satış təmsilçisi işləyir. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur. Belə ki, Vüsal ailə həyatı qurmaq istədiyi Şahid qardaşıdır. 26.07.2021-ci il tarixdə saat 11 radələrində o, Elnarə ilə birlikdə Sumqayıt şəhərində yaşayan bacısı gilə qonaq getmişdir. Həmin gün saat 23:30 radələrində Sumqayıt şəhərindən çıxmışlar və o, Elnarəni Xırdalan şəhərində yaşadığı evin qarşısına gətirib 27.07.2021-ci il tarixdə saat 00:20 radələrində yola salmışdır. Bu zaman Elnarənin qardaşı Təqsirləndirilən şəxs yaşadıqları binanın qarşısında ona yaxınlaşaraq ona heç bir söz demədən onu yumruq və təpiklə döyməyə başlamışdır. Həmin vaxt Elnarə onlara yaxınlaşıb onları aralaşdırmışdır. Bundan sonra isə o, həmin yerdən çıxıb getmişdir. Bir qədər sonra isə Elnarə ilə mobil telefon vasitəsilə danışdığı zaman sonuncu Vüsalın yaşadıqlıarı evdə onun oğlu Muradı da döydüyünü bildirmişdir. Buna görə də onlar həmin vaxt görüşüb Abşeron rayon polis idarəsinə gələrək bu barədə şikayətlərini bildirmişlər. Bildirir ki, Təqsirləndirilən şəxs onu 27.07.2021-ci il tarixdə saat 00:20 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadıqları binanın qarşısında yumruq və təpiklə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vuraraq döymüşdür. Həmin dava-dalaş zamanı Elnarə onlara yaxınlaşıb aralaşdırmışdır. Həmçinin tanımadığı 2 nəfər şəxs də səs-küyə gəlib Vüsalı sakitləşdirməyə çalışmışlar. Həmin şəxslərdən başqa yanlarında heç kim olmamışdır. Aralarında baş verən dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onu döyməsinə başlıca səbəbin Elnarəni yaşadıqları binanın qarşısına gətirib yola salmağı olduğunu düşünür. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid iştirakı ilə sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2007cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 3. mənzil 192-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 27.07.2021-ci il tarixdə saat 00:30 radələrində yaşadıqları evdə olduğu zaman dayısı Vüsal ilə anası Elnarənin yaşadıqları evə gələrək evdə mübahisə etdiklərini görmüşdür. Mübahisə zəmnində dayısı Vüsal onun anası Elnarənin Elvin adlı şəxslə ailə qurmasına razı olmadığını bildirmiş və həmin vaxt Vüsal onun anası Elnarəni vurmaq istəmişdir. Bu zaman isə o, onların arasına girib bunun qarşısını almağa çalışmışdır. Həmin vaxt isə dayısı Vüsal onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq və təpiklə vurmuşdur. Bundan sonra isə o, anası ilə birlikdə evdən çıxmışlar və anası Elnarə tanışı Elvin ilə telefon əlaqəsi saxlamışdır. Daha sonra isə onlar birlikdə Abşeron rayon polis idarəsinə gələrək bu barədə şikayətlərini bildirmişlər. Dayısı Vüsal onu 27.07.2021-ci il tarixdə saat 00:30 radələrində yaşadıqları evdə yumruq və təpiklə bir neçə dəfə vuraraq döymüşdür. Məhkəmədə ifadəsi elan edilmiş, sadələşdirilmiş icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 2, mənzil 40-da qeydiyyatdadır və təxminən 3 il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2017-ci ildə həyat yoldaşı vəfat etdiyinə görə təxminən 1 il olar ki, tanıdığı Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmaq qərarına gəlmişlər. 26.07.2021-ci il tarixdə saat 11 radələrində o, Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun Sumqayıt şəhərində yaşayan bacısı gilə qonaq getmişlər. Həmin gün saat 23:30 radələrində isə Sumqayıt şəhərindən çıxmışlar və Elvin onu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, yaşadığı binanın qarşısına gətirib yola salmışdır. O, Elvindən təxminən 10-15 metr aralaşdıqdan sonra səs-küy eşitmiş və geri dönüb baxdıqda qardaşı Təqsirləndirilən şəxs Elvini döydüyünü görmüşdür. Dərhal onlara yaxınlaşıb Vüsalı sakitləşdirməyə başlamışdır. Bundan sonra isə Elvin həmin yerdən çıxıb getmişdir. Vüsal ilə o, da evə getmişdir. Evdə Vüsal ilə aralarında bu zəmində mübahisələri olmuşdur. Mübahisə zəmnində də Vüsal onu vurmaq istəyərkən 2007-ci il təvəllüdlü oğlu Murad aralarına girərək Vüsalın onu döyməsinə imkan verməmişdir. Həmin vaxt Vüsal oğlu Muradın da bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq və təpiklə vurmuşdur. Bundan sonra isə o, oğlu Muradı da götürüb evdən çıxmış və Elvin ilə telefon əlaqəsi saxlayıb görüşmüşlər. Daha sonra isə onlar Zərərçəkmiş şəxs1 ilə birlikdə Abşeron rayon polis idarəsinə gələrək bu barədə şikayətlərini bildirmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.08.2021-ci il tarixli 1690 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözündə görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsi də əhatə olmaqla qançır-şişkinliyi başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin sıyrığı, sol diz oynağı nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.07.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03.08.2021-ci il tarixli 1699 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin 5-ci barmağının hərəkət məhdudluğu və qançır-şişkinliklə müşahidə olunan əsas falanqasının qapalı, yerdəyişməyən sınığı, sağ yanaq nahiyəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.07.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq böyük İctimai təhlükə törətməyən cinayətin törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Gəncə şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-485/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-485/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver