Məhkəmə qərarları › İş №1(012)-485/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-485/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-485/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayış kompleksi, bina 1, mənzil 56 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il gecə saat 04 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2ayış kompleksi, bina 1 mənzil 56 ünvanında arvadı Zərərçəkmiş şəxs ona növbəti dəfə evə gec gəlməsinə görə irad bildirməsindən əsəbiləşərək həmin səbəbdən aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əvvəlcə əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş, boyun, qol, bədəninin müxtəlif nahiyələrindən ardıcıl vuraraq, dişi ilə Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsini dişləyib, ardınca sonuncunun boğaz, yaxa nahiyələrindən əlləri ilə tutub sıxaraq itələməklə yerə yıxıb Zərərçəkmiş şəxs saçından əlləri ilə tutub dartaraq döşəmə və divara vurmaqla, habelə baş, hər iki ayaq nahiyələrindən, bədənindən təpik zərbələri endirməklə Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının eləcə də, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, burun, boyun, sağ bazu, sol diz oynağı, hər iki baldır nahiyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, çənə nahiyəsinin sıyrığı, sağ bud-çanaq oynağı nahiyəsinin qançırı, sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görəümumilikdəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Onlar birlikdə ünvan 2ayış kompleksi, bina 1 mənzil 56 ünvanında yaşayırlar. Günel iləəvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar aralarında onun evə gec gəlməyi üstündə sözlə mübahisələri olur. 24 noyabr 2024-cü il tarixdə gecə saat 04 radələrində Xırdalan şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evə gəlmiş və həmin vaxt arvadı Günel evə gec gəldiyi üçün ona sözlə irad bildirmişdir. Onun bu iradından əsəbiləşib üzərinə gedib yumruqla sifətindən vurmuş, daha sonra isə əlləri ilə Günelin yaxasından tutub kənara itələmişdir. Həmin vaxt Günel yerə yıxılmışdır. Yerdə olan təpiklə onun ayaqlarından da vuraraq onu döymüdşür. Bundan sonra o otaqdan çıxıb getmiş, bir neçə dəqiqədən sonra sakitləşib evə qayıtmışdır. Baş vermiş mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, həmin vaxt evdə azyaşlı övladı Əhmədin olduğunu və onun digər otaqda yatdığını, başqa şəxsin olmadığını, mübahisənin yaranmasına səbəb arvadı Günelin ona evə gec gəldiyi üçün irad bildirməsi olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, həmin mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs onu vurub hər hansı bir formada bədən xəsarəti yetirmədiyini göstərmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Dəymiş ziyanı tam olaraq ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 2ayış kompleksi, bina 1 mənzil 56 ünvanında ailəsi ilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2017ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2018-ci il təvüllüdlü X2 anadan olmuşdur. Emil ilə əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar onun evə gec gəlməsi səbəbindən aralarında sözlə mübahisələri olur. 24 noyabr 2024-cü il tarixdə gecə saat 04 radələrində Emil yaşadığı ünvana gəlmiş və həmin vaxt ona bu vaxt evə gəlməsinə görə sözlə irad bildirmişdir. Emil onun bu iradından əsəbiləşərək üzərinə gəlib əvvəlcə əl və yumruq zərbələri ilə onun sifət, baş, boyun, qol nahiyələrindən vurmuş, ardınca dişi ilə sağ ayağının bud hissəsindən dişləmişdir. Daha sonra Emil əli ilə onun boğazından tutub sıxaraq yerə yıxmışdır. Yerdə olduğu zaman əli ilə saçından tutub başını yerə və divara vurmuş, təpik zərbələri ilə başından və hər iki ayaqlarından vuraraq onu döyüb bədən xəsarəti yetirmişdir. Bundan ssonra halı pisləşdiyi üçün Emil kənara çəkilmişdir. Həmin günü özünü yaxşı hiss etmədiyi üçün, ertəsi gün, yəni 25 noyabr 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinə gəlib əri Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Baş vermiş mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxt evdə az yaşlıövladıƏhmədin olduğunu və onun digər otaqda yatdığını, başqa şəxsin olmadığını, Emilin onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2740 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının eləcə də, sol gözaltıalmacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, burun, boyun, sağ bazu, sol diz oynağı, hər iki baldır nahiyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, çənə nahiyəsinin sıyrığı, sağ bud-çanaq oynağı nahiyəsinin qançırı, sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdəəmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının eləcə də, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, burun, boyun, sağ bazu, sol diz oynağı, hər iki baldır nahiyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, çənə nahiyəsinin sıyrığı qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən, sağ bud-çanaq oynağı nahiyəsinin qançırı, sıyrıqları isə müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni həmin nahiyənin dişlənməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar