Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-487/2021 04.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18.05.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 30 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,567 qram çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan ümumi 0,373 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Novxanı kəndinə daşımış, 17.05.2021-ci tarixdə saat 22:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Novxanı kəndində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın balaca sağ cibliyində iki ədəd büküm –birinin içərisində təmiz çəkisi 0,567 qram olan qəhvəyi rəngli maddədən hazırlanmış narkotik vasitə heroini, digərinin içərisində isə təmiz çəkisi 0,373 qram olan ağ rəngli kristallik formalı maddədən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 7,62X54 mm kalibrli, Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı atəş üçün yaralı döyüş sursatı patronu, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş 5,45X39 mm kalibrli, Kalaşnikov konstruksiyalı, atəş üçün yararlı döyüş sursatı patronu, 02 ədəd zavod üsulu ilə xarici dövlətdə 1962-ci ildə istehsal olunmuş 9X19 mm kalibrli, Parabelum patronları, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9X18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı, atəş üçün yararlı, döyüş sursatı patronu, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1944-cü ildə istehsal olunmuş 7,62x25 mm kalibrli, Tokarev (TT) konstruksiyalı və PPŞ-PPS konstruksiyalı döyüş sursatı patronu əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Novxanı kəndinə daşıyıb gəzdirmiş, 17.05.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən həmin döyüş sursatı hesab edilən 6 ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi M.Ə.Rəsulzadə küçəsi, ev 7-də yaşamışdır, bir neçə ildir narkotik vasitələrin qəbulu ilə məşğul olmuş, ona görədə üzərində narkotik vasitə saxlamışdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum olunmuşdur. 17.05.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Novxanı kəndində yaşadığı evə gedən zaman yaşadığı evin yaxınlığında üç nəfər mülki geyim formasında olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğumu bildirmişlər. O, da polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmiş və o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o, da könüllü olaraq qara rəngli cins şalvarımın balaca sağ cibliyində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş iki ədəd bükümü təqdim edərək birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra ondan bir daha üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və o, bu dəfə qara rəngli cins şalvarımın sağ cibində olan 6 ədəd döyüş patronunu təqdim etmişdir. Bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən “online” yolla 30 manat məbləğə öz şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, internetdə instagram sosial şəbəkəsində əldə etdiyi mobil nömrə ilə əlaqə saxlamış və həmin şəxsin ona dediyi koda 17.05.2021-ci il tarixdə Sumqayıt şəhərində bazarın yanında “Millön” ödəmə aparatından 30 manat pul köçürmüşdür. Bundan sonra ona narkotik vasitəni Sumqayıt şəhərində bazarın ətrafında daşın kənarından götürməyi bildirilmiş, o, da siqaretin gümüşü kağızına bükülmüş iki büküm narkotiki həmin yerdən götürmüşdür. Təqdim etdiyi patronları isə 17.05.2021-ci il tarixdə Sumqayıt şəhərində dəniz kənarından tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəsifəsində işləyir, polis baş leytenantıdır. 17 may 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması və hazırda Novxanı kəndində yaşadığı küçədə olması və üstündə narkotik vasitə olması barədə məlumat almış, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİnin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 və CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyytat qrupu yaradılmış və birlikdə Abşeron rayonu Novxanı kəndinə getmişlər. Həmin vaxtı Novxanı kəndində küçədə dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs video çəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və üzərində qanunsuz narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün iki ədəd siqaretin gümüşü kağızına bükülü heroin və metamfetamin olduğunu bildirmiş və əynindəki qara rəngli cins şalvarın balaca sağ cibliyində olan həmin iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüləri təqdim edib bir bükümdə heroin, digər bükümdə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni 17.05.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində bazarın yanında “Millön” ödəmə aparatı vasitəsilə tanımadığı şəxsin hesabına 30 manat pul köçürdükdən sonra Sumqayıt şəhərində bazarın ətrafında daşın yanından götürdüyünü və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibində olan 6 ədəd döyüş patronunu təqdim edib həmin patronları 17.05.2021-ci il tarixdə Sumqayıt şəhərində dəniz kənarından tapdığını və üzərində daşıyıb, saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm narkotik vasitə heroinə oxşar maddə, digər büküm psixotrop maddə metamfetaminə oxşar maddə və altı ədəd döyüş patronu ayrı-ayrılıqda kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşı Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli 6/1949 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və s. imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 0,567 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir(qalıq 0,517 qram - 0,05 qram narkotik vasitə olan heroin tədqiqata sərf edilmişdir), 01 ədəd bükümdə təmiz çəkisi 0,373 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir(qalıq 0,323 qram - 0,05 qram narkotik vasitə olan metamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına “Siyahı İ) daxildir. Məhkəmə-narkoloji 24 iyul 2021-ci il tarixli 2444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08.11.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 27.06.2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17.09.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə-ballistik ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26 may 2021-ci il tarixli 21/337R saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 7,62X54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş 5,45X39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Təqdiqaqta təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə 1962-ci ildə istehsal olunmuş 9X19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalrdan atəş açmaq üçün nəzərdə tutulmuş Parabelum patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9X18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1944-cü ildə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açamq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. 18.05.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 18.05.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 7,62X54 mm kalibrli, 01 ədəd 5,45X39 mm kalibrli, 02 ədəd 9X19 mm kalibrli, 01 ədəd 9X18 mm kalibrli və 01 ədəd 7,62x25 mm kalibrli patronlar maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın balaca sağ cibliyində iki ədəd büküm –birinin içərisində qəhvəyi rəngli maddədən hazırlanmış narkotik vasitə heroini, digərinin içərisində isə ağ rəngli kristallik formalı maddədən kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və həmçinin qara rəngli cins şalvarının sağ cibində olan 6 ədəd döyüş patronunu təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədəəldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinəəsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.05.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinəəsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza iləəhatə etmək yolu ilə və ya təyin olunmuşcəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırıüçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmişəlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növüüçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 18.05.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,517 qram qalmış narkotik vasitə heroin, 0,373 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 7,62X54 mm kalibrli, 01 ədəd 5,45X39 mm kalibrli, 02 ədəd 9X19 mm kalibrli, 01 ədəd 9X18 mm kalibrli və 01 ədəd 7,62x25 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18.05.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 109 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,517 qram qalmış narkotik vasitə heroin, 0,373 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 7,62X54 mm kalibrli, 01 ədəd 5,45X39 mm kalibrli, 02 ədəd 9X19 mm kalibrli, 01 ədəd 9X18 mm kalibrli və 01 ədəd 7,62x25 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-487/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-487/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver