Məhkəmə qərarları › İş №1(012)-487/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-487/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-487/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Astara rayonu Artopa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, Astara rayonu Artopa kəndində qeydiyyatda olan və Xırdalan şəhəri Quşçuluq yaşayış massivi S.Bəhlulzadə küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 оğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 fevral 2022-ci il tarixdə, saat 18 radələrində, 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində, 05 fevral 2022-ci il tarixdə, saat 18 radələrində və 06 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi S.Bəhlulzadə küçəsində yeni inşa etdiyi evdə təmir işlərini gördükləri vaxt birlikdə evin həyətində olan lift üçün nəzərdə tutulmuş 3 bağlamada, hər biri 100 metr, cəmi 300 metr uzunluğunda və bir metri 5 manat, cəmi 1500 manat dəyərində trosları, bir ədədi 33 manat olan 38 ədəd, cəmi 1254 manat dəyərində metaldan olan lift yüklərini, bir ədədi 15 manat olan 18 ədəd, cəmi 270 manat dəyərində liftin bağlayıcılarını, bir metri 30 manat olan 20 ədəd, hər biri 2 metrlik olan cəmi 40 metr uzunluğunda 1200 manat dəyərində lift relslərini vahid niyyətlə gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4274 manat məbləğində ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evlərin təmiri işi ilə məşğul olur. 2021-ci ilin aprel ayında Xırdalan şəhəri Quşçuluq massivi S.Bəhlülzadə küçəsində 4 mərtəbəli yeni inşa edilmiş evin sahibi Vüqar ilə tanış olaraq evin müəyyən qalan təmir işlərini görməyini onunla danışmışdır. Həmin vaxt şəriki Süphan ilə birlikdə Vüqar ilə söhbət etmişlər və onlar 4 mərtəbəli evin malyar işini, döşəmələrin və tavanların vurulması işlərinin hamısını 90000 manata danışmışlar, lakin Vüqar həmin qiymətlə razılaşmayıb demişdir ki, ona sadə təmir lazımdır və onunla işi 55000 manata razılaşmışlar. Həmin vaxtdan o, 15-20 nəfər üstaları işə cəlb edərək evin təmir işinə başlamışdır. Lakin işin gedişində Vüqar evin təmirini dediyi şəkildə yox daha əmək tələb etdən şəkildə onlara gördürməyə başlamışdır. O, Vüqara demişdir ki, axı biz evin işini sadə təmir danışmışdıq, lakin Vüqar demişdir ki, onun dediyi şəkildə onlar evi təmir etməlidirlər. Süphan da həmin evdə 7-8 ay işləmiş, ondan sonra Süphan Rusiyada yaşadığı üçün çıxıb getmişdir. Ondan sonra o, üstalarla Vüqarın təmir işlərini görürmüşdür. Vüqar da evin təmirinə görə ona 55000 manat pulu hissə-hissə vermişdir. O, da pulu təmirdə işləyən üstalara vermiş, 2021-ci ilin aprel ayından dayanmadan Vüqarın evində işləmişmişlər. Vüqar təmir işlərinə görə daha pul vermədiyi üçün özü üstalara pul vermişdir. Son vaxtlarda o, Fuad, Hüseyn, Rəşad, Namiq, Müşviq, Azər, Rəşid və lift işini görən üstalar orada işləyirmişlər. Vüqar evinə aldığı tikinti materiallarını evin həyətinə yığılmışdır. Vüqar evinə lift də quraşdıracaqmış və onun hissələri də evin həyətində olmuşdur.O, da Vüqarın evində işləsədə Vüqar daha ona pul vermirmiş və demişdir ki, onunla razılaşmağa əsasən ona pul verməyəcək. 2022-ci ilin fevral ayında onun da pulu olmadığı üçün Fuad ilə söhbət zamanı qərara gəlmişlər ki, Vüqarın evin həyətində olan tikinti materialları olan metallardan oğurlayıb sataq. Təxminən 03 fevral 2022-ci il tarixdə, təxminən saat 18 radələrində evdə işləyən digər ustalar gedəndən sonra *0404 taksi xidmətinə zəng edib taksi sifariş etmişlər və nömrəsini bilmədiyi taksi avtomobili Vüqarın evin qarşısına gələndən sonra həyətdə olan lift üçün nəzərdə tutulmuş metal yük dəmirlərdən təxminən 10-15 ədədini həmin avtomobilə yükləyib Xırdalan şəhərində olan metal qəbulu yerinə aparıb satmışlar və bir kiloqramını 35 qəpikdən olmaqla 70 manat pul almışlar, pulu da Fuad ilə aralarında bölmüşlər. Ondan sonrakı günü, 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində yenə evdə işləyən üstalar gedəndən sonra *0404 taksi xidmətindən bir taksi sifariş edib həyətdə olan yenə 10-15 ədəd əvvəlki metallardan və 5-6 ədəd də liftin bağlayıcı dəmirlərindən avtomobilə yükləyib həmin metal qəbulu yerinə aparıb satıb 125 manat pul almışlar, pulu da Fuad ilə aralarında bölmüşlər. Yenə növbəti günü, 05 fevral 2022-ci il tarixdə saat 18 radələrində evdə işləyən üstalar gedəndən sonra *0404 taksi xidmətindən bir taksi sifariş edib həyətdə olan təxminən 10 ədəd əvvəlki metallardan və 4 ədəd lift reyslərindən avtomobilə yükləyib həmin metal qəbulu yerinə aparıb satıb 90 manat pul almışlar, pulu da Fuad ilə aralarında bölmüşlər. 06 fevral 2022-ci il tarixdə, saat 18 radələrində evdə işləyən üstalar gedəndən sonra *0404 taksi xidmətindən bir taksi sifariş edib həyətdə olan 3 ədəd lift tros bağlamalarından avtomobilə yükləyib həmin metal qəbulu yerinə aparıb satıb, 90 manat pul alıb və pulu Fuad ilə aralarında bölmüşlər. Bundan başqa Vüqarın evin həyətindən heç nə oğurlamamışlar ki, Vüqar gələndə bunu bilməsin. 10 fevral 2022-ci il tarixdə Vüqar evə gəlmiş və evin həyətində olanda həyətdə olan ehtiyyat hissələrin hamısının yerində olmadığını bilib və ona zəng edib həyətdə olan malların hamısının yerində olmadığını bildirmişdir. O, da Fuadın telefonu olmadığı üçün Rəşada zəng edib telefonu Fuada verməyini demiş və Fuada demişdir ki, Vüqar malların oğurlandığını bilib və bununla bağlı şikayət edəcək getsin oğurladığı malları verdiyi yerə də bu barədə məlumat versin ki, birdən həmin metal qəbulu məntəqəsindən soruşulunda bu barədə heç nə deməsin. Lakin Fuad demişdir ki, o, qorxur daha həmin metal qəbulu yerinə gedə bilməyəcək. Ondan sonra o, Vüqarın evinə gəlmiş və görmüşdür ki, artıq Vüqar şikayət edib polis əməkdaşları da oradadırlar. Həmin metalları onlardan alan şəxs, həmçinin metalları apardıqları taksi sürücüləri də onların oğurluq olduğunu bilməmişlər, Rəşad və Hüseynin onların oğurluq etməklərindən xəbərləri olmamış, Vüqar da oğurluqda Rəşad və Hüseyndən əsassız şübhlənir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəхs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evlərin təmiri işi ilə məşğul olur. Nicat adlı tanıdığı üsta ona 2021-ci ilin oktyabr ayının sonunda Eldəniz adlı şəxsin telefon nömrəsini verərək demişdir ki, Eldənizdə ev işi vardır. O, da həmin vaxt Eldənizlə danışmış və o, da demişdir ki, Xırdalan şəhəri Quşçuluq massivində 4 mərtəbəli bir yeni tikilmiş evdə malyar işi vardır. O, Eldənizlə görüşüb işə baxmış və həmin evdə malyar işini görməyə başlamışdır. O, qohumu Rəşada zəng etmiş və Rəşad da gələrək həmin evdə işləməyə başlamışdır. Onlar orada 15-20 gün işləyəndən sonra işin qiymətində Eldəniz ilə razılaşmamış və daha orada işləməmiş, 10-15 gün işsiz qalmışdır. Ondan sonra ev sahibi Vüqar onu özü evə çağırıb işləməməyinin səbəbini soruşmuş və demişdir ki, bundan sonra işlədiyinin pulunu özü ona verəcək. Ondan sonra o, yenə Vüqarın evində işləməyə başlamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində işlədiyi işin pulunu Vüqar ona verməmişdir. Onun da pulu olmamış, Eldəniz demişdir ki, Vüqar ona da pul vermir, Eldəniz ilə söhbət zamanı qərara gəlmişlər ki, Vüqarın evin həyətində olan tikinti materialları olan metallardan oğurlayıb sataq. Təxminən 03 fevral 2022-ci il tarixdə, təxminən saat 18 radələrində evdə işləyən digər ustalar gedəndən sonra *0404 taksi xidmətinə zəng edib taksi sifariş etmiş, nömrəsini bilmədiyi taksi avtomobili Vüqarın evin qarşısına gələndən sonra həyətdə olan lift üçün nəzərdə tutulmuş metal yük dəmirlərdən təxminən 10-15 ədədini həmin avtomobilə yükləyib, Xırdalan şəhərində olan metal qəbulu yerinə aparıb satmışlar və bir kilosunu 35 qəpikdən olmaqla 70 manat pul almışlar, pulu da Eldəniz ilə aralarında bölmüşlər. Ondan sonrakı gün 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində yenə evdə işləyən üstalar gedəndən sonra *0404 taksi xidmətindən bir taksi sifariş edib, həyətdə olan yenə 10-15 ədəd əvvəlki metallardan və 5-6 ədəd də liftin bağlayıcı dəmirlərindən avtomobilə yükləyib, həmin metal qəbulu yerinə aparıb satıb, 125 manat pul almışlar və pulu da Eldəniz ilə aralarında bölmüşlər. Yenə növbəti günü 05 fevral 2022-ci il tarixdə, saat 18 radələrində evdə işləyən üstalar gedəndən sonra *0404 taksi xidmətindən bir taksi sifariş edib, həyətdə olan yenə təxminən 10 ədəd əvvəlki metallardan və 4 ədəd lift reyslərindən avtomobilə yükləyib həmin metal qəbulu yerinə aparıb satıb 90 manat pul almışlar və pulu da Eldəniz ilə aralarında bölmüşlər. 06 fevral 2022-ci il tarixdə, saat 18 radələrində yenə evdə işləyən üstalar gedəndən sonra *0404 taksi xidmətindən bir taksi sifariş edib, həyətdə olan 3 ədəd lift tros bağlamalarından avtomobilə yükləyib həmin metal qəbulu yerinə aparıb satıb 90 manat pul alıb və pulu da Eldəniz ilə aralarında bölmüşlər. Bundan başqa Vüqarın evin həyətindən heç nə oğurlamamışlar ki, Vüqar gələndə bunu biləcək. 10 fevral 2022-ci il tarixdə Vüqarın evində işləyirmiş, Vüqar özü də ora gəlmiş və evinə baxırmış, Rəşad da orada olmuş, həmin vaxt onun telefonum olmadığı üçün Rəşad telefonu gətirib ona verib demişdir ki, Eldəniz onunla danışmaq istəyir. Həmin vaxt Eldəniz ona telefonda demişdir ki, Vüqar malların oğurlandığını bilib və bununla bağlı şikayət edəcək, o, gedib oğurladıqları malları verdikləri yerə də bu barədə məlumat versin ki, birdən həmin metal qəbulu məntəqəsindən soruşulunda bu barədə heç nə deməsin. Lakin o, Eldənizə demişdir ki, qorxur daha həmin metal qəbulu yerinə gedə bilməyəcək. Ondan bir qədər sonra Eldəniz də ora gəlmiş, daha sonra isə məlum olmuşdur ki, artıq Vüqar şikayət edib polis əməkdaşları da oradadırlar. Metalları onlardan alan şəxs həmin metalların oğurluq olduğunu, oğurladıqları malları aparan taksi avtomobilin sürücüləri də onların oğurluq olduğunu bilməmişlər. Qeyd etmişdir ki, Rəşad və Hüseynin onların oğurluq etməkərindən xəbərləri olmamış, Vüqar da oğurluqda Rəşad və Hüseyndən əsassız şübhlənir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi S.Bəhlulzadə küçəsində 4 mərtəbəli yaşayış evini tikdirmiş və hazırda da həmin evdə təmir işləri davam etdirilir, hər gün üstalar evdə işləyirlər. Evin yerləşdiyi torpaq sahəsi də mişar daşları ilə hasarlanmış, evin sağ-sol və arxa tərəfləri yaşayış evləridir. Evin qabaq tərəfində küçə vardır və həyətin darvaza qapısı hələ qoyulmamış, oranı taxtalarla bağlamışdır. Evin həyətində çoxlu tikinti materialları və dəmirlər vardır. Evin təmirində hazırda üstalara nəzarətçi Eldəniz adlı şəxsdir. Eldəniz öz tanışlarını Hüseyn, Fuad və Rəşad adlı üstalar ilə 4-5 aydır ki, evin içərisində işləyirlər. Evin içərisində bütün təmir işlərini onlarla danışmış və hələ onlar işlərini tam qutarmamış onlara 65000 manat pul vermişdir. Sonuncu dəfə 07 fevral 2022-ci il tarixdə, saat 11 radələrində evə gedib baxmış, həyətdə olan malların hamısı yerində olmuş, 10 fevral 2022-ci il tarixdə, saat 12 radələrində yenə həmin evinə gedib görmüşdür ki, üstalar hamısı orada işləyirlər. Həyətdə olanda görmüşdür ki, evin həyətində yığdığı lift üçün nəzərdə tutulmuş 3 bağlamada, hər biri 100 metr, bir metri 17 manat olan, 5100 manat dəyərində troslar, bir ədədi 33,50 manat olan 38 ədəd cəmi 1273 manat dəyərində metaldan olan lift yükü, bir ədədi 15 manat olan 18 ədəd cəmi 270 manat dəyərində liftin bağlayıcıları, bir metri 30 manat olan 20 ədəd hər biri 2 metrlik olan 1200 manat dəyərində lift relsləri oğurlanmışdır. Ona görə də o, bununla bağlı ərizə ilə müraciət etmişdir. Mənim şübhələndiyi şəxslər üstaları Eldəniz, Hüseyn, Fuad və Rəşaddır, onlar onun evinin təmir işlərinin pulunu tam almışlar, ancaq işi heç başa çatdırmayıb, onun mallarını da oğurlamışlar. Dəymiş ziyandan 2000 manat ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri 120 nömrəli marşrutun sonu adlanan ərazidə icarəyə götürdüyü yerdə təxminən bir ildir ki, metal və plasmas qəbulu ilə məşğul olur. Vətəndaşlar tərəfindən gətirilmiş metal və plasmasları qəbul edib onları Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən zavoda təhvil veririr. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri də əvvəllər tanımamış və onlarla arasında heç bir qərəzli münasibəti olmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində saat təxminən 19 radələrində əvvəllər tanımadığı sonradan adlarını bildiyi Eldəniz və Fuad adlı şəxslər onun işlətdiyi metal qəbulu yerinə gəlmişlər və onlar nömrəsini bilmədiyi taksi avtomobili ilə lift üçün nəzərdə tutulmuş metal yük dəmirlərdən təxminən 10-15 ədədini gətirmişlər. O, da həmin lift yüklərini tərəzidə çəkib və bir kiloqramını 35 qəpikdən olmaqla onlara 70 manat pul vermiş, həmin lift yüklərini haradan əldə etdiklərini onlardan soruşmuş və onlar ona demişlər ki, tikintidə söküntü işləri ilə məşğul olurlar, həmin əşyaları tikintinin sahibi onlara satmağa vermişdir.Səhəri günü yenə saat təxminən 19 radələrində Eldəniz ilə Fuad nömrəsini bilmədiyi başqa bir taksi avtomobili ilə 10-15 ədəd əvvəlki metallardan və 5-6 ədəd də liftin bağlayıcı dəmirlərindən gətirmişlər. O, həmin metalları da çəkib qəbul etmiş və onlara 125 manat pul vermişdir. Ondan sonra yenə səhəri günü saat təxminən 19 radələrində Fuad ilə Eldəniz nömrəsini bilmədiyi bir taksi avtomobili ilə təxminən 10 ədəd əvvəlki metallardan və bir neçə ədəd də lift relslərindən gətirmişlər.O, həmin metalları da alıb onlara 90 manat pul vermişdir. Yenə səhəri günü, sonuncu dəfə Eldəniz ilə Fuad nömrəsini bilmədiyi bir taksi avtomobili ilə 3 ədəd lift tros bağlamalarını gətirmişlər və mən onları da tərəzidə çəkmiş və onlara 90 manat pul vermişdir. Göstərilənlərdən başqa onlar onun metal qəbulu yerinə heç nə verməmişlər.Qeyd etmişdir ki, o, Fuad və Eldənizdən həmin əşyaları haradan əldə etdiklərini soruşmuş və onlar ona demişlər ki, söküntü işləri ilə məşğul olurlar, həmin əşyalar da söküntüdəndir, söküntünün sahibi onlara icazə vermişdir. O, baxmışdır ki, həqiqətən onları gətirdikləri metallar istifadə olunmuş köhnədir. Onların oğurluq olduqlarını bilməmiş, əks halda onlardan heç nə almazdı. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 13 iyun 2022-ci il tarixli, 9/3230 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1.01 metr 10mm diametrli, dəmir əsaslı ərintidən hazırlanmış tros - 5 manat, 2.01 ədəd lift yükü – 33 manat, 3.01 ədəd liftin bağlayıcısı – 15 manat 4.01 metr lift relsi – 30 manatdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs оğlu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Komissiyasının sonuncu müayinəsinə dair məlumatların verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlildir. Həmçinin Bakı İstintaq Təcridxanasında vəkil sorğusuna cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 virus hepatiti C və İİV 3-cü klinik mərhələ xəstə olması təqsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslərin qаbаqcаdаn əlbir оlаn bir qrup şəхs hаlındа özgənin əmlаkını gizli tаlаyıb оğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəsxlərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Mansur Murtuzayev və xx.xx.2009-cu il təvəllüdlü Fatimə Murtuzayeva adlı 2 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 münasibətdə zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, İİ qrup əlil, həmçinin virus hepatiti C və İİV 3-cü klinik mərhələ xəstə olmasını Аzərbаycаn Rеspublikаsı CM-nin 59.2-ci mаddəsinə əsаsən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halı, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 08 ay 07 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 Mayis oğluna 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 08 ay 07 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 08 ay 07 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 Mayis oğluna 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə Lənkəran rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar