Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-487/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 2002-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, işsiz, evli, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Vip” adlı kafeyə gedib müştəri qismində masaların birində əyləşərək həmin kafedə aşpaz işləyən Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra 05 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində sonuncunun kafedə işləyən qadınlar barəsində xoşagəlməz ifadələr işlətməsini bəhanə etməklə yaratdığı mübahisə zamanı Zərərçəkmiş şəxs ona öz iradlarını bildirməsi ilə əlaqədar özündə formalaşmış hirslilik fonunda mübahisəni kafenin dəhlizində davam etdirməklə istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan dəhlizdə - mübahisənin baş verdiyi yerin yaxınlığındakı hündür və daş pilləkənlərdən yıxılacaq şəxsin ciddi xəsarət alacağını bilərək və əvvəlcədən bunu arzu edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs xəsarət yetirməyi arzu etməklə əli ilə sinə nahiyəsindən qəsdən itələyib pilləkəndən yıxmaqla sonuncunun sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsilə təqsirli bilmədiyini, lakin CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və evlidir. Bu səbəbdən ara-sıra həyat yoldaşının məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşdığı Xırdalana şəhəri, Köhnə Statistikanın inzibati binasında yerləşən mənzilində qalır. Zərərçəkmiş şəxs əvvəllər kişi kimi tanımış, Rəqsanə özünü Vüsal kimi qələmə vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs xarici görkəmcə də kişiyə oxşadığı üçün qadın olduğunu seçmək mümkün deyil. Zərərçəkmiş şəxs Xırdalan şəhərində yerləşən “Vip” adlı kafedə mətbəxdə işləmiş, əvvəllər aralarında heç bir ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Xırdalan şəhərində yerləşən “Vip” adlı kafeyə tək getmiş, masaların birində əyləşmiş, həmin vaxt Vüsal kimi tanıdığı Zərərçəkmiş şəxs masaya yaxınlaşmış və nə istədiyini soruşmuşdur. O da toyuq və yağ alaraq bişirməsi üçün Rəqsanəyə vermiş, həmin vaxt təxminən 2-3 gün əvvəl tanıdığı müştəri kimi “Vip” adlı kafeyə gələn adını Sədaqət kimi bildiyi qadın da kafeyə gəlmiş və onunla birlikdə oturmuşdur. Onlarla yəni Rəqsanə və Sədaqətlə birlikdə “Vip” adlı kafedə oturub, masaların birində yemək yeyib spirtli içki qəbul etmişlər. Hətta həmin ərəfələrdə Rəqsanəni “dayı” deyə çağırmışdır. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə musiqi qoyub oynamış, bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində kafedə işləyən qadınların üzlərinə olmasa da, ümumi olaraq onların ünvanına “əxlaqsız” sözlərini deyib, həmin kafeyə gələn şəxsləri də eyni adla adlandırmışdır. Rəqsanənin dediyi sözün ona da aidiyyəti olduğuna görə xoşuna gəlməmiş və dediklərinin düzgün olmadığı barədə Rəqsanəyə irad bildirib bir daha sonuncunun işlədiyi kafeyə gəlməyəcəyini demişdir. Zərərçəkmiş şəxs onun qolundan tutub, kafenin dəhlizinə aparmış, onunla kobud danışaraq sinə nahiyyəsindən bir neçə dəfə itələmişdir. Lakin o, Rəqsanənin hərəkətlərinə məhəl qoymamış, sonuncu dəfə onu itələyəndə Rəqsanənin sinə nahiyyəsindən qəsdən itələmiş və sonuncu pilləkanlardan yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yıxıldığını görüb yaxınlaşmış və ona qarşı səhf etməsinə baxmayaraq günahın özündə olduğunu bildirib üzr istəmiş, Rəqsanəyə qalxmağını təklif eləmişdir. Zərərçəkmiş şəxs isə onun ünvanına nalayiq ifadələr işlədərək getməyini tələb etmişdir. O da Rəqsanəyə heç bir söz demədən kafedən çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirmədiyini, mübahisə zamanı səs-küy olmadığını, kafenin içərisində musiqi çalındığı üçün səs-küy olduğundan heç kəs onların arasındakı mübahisəni hiss etmədiyini, bundan başqa kafedə cəmi bir nəfər müştəri olduğunu, həmin müştərinin onların mübahisə etmələrindən xəbərsiz olduğunu, dəhlizdə olan zaman isə ikisindən başqa yaxınlıqda heç kəsin olmadığını, Sadaqətin isə mübahəsiləri düşən vaxt yanlarında olmadığını, aralarında yaranan insidentin şahidi olmadığını, Sədaqətin hara getdiyini bilmədiyini qeyd etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Hadisə baş verən vaxt Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Vip” adlı çay evində aşbaz kimi fəaliyyət göstərmişdir. Həmin kafedə 2022-ci ilin oktyabr ayının əvvələrində işləmiş, kafenin sahibi olan Rüfətə özünü kişi cinsinin nümayəndəsi kimi təqdim etmişdir ki, onu işə götürsün. Xarici görkəmi də kişi cinsinin nümayəndəsinə bənzədiyinə görə inandırıcı olmuşdur. Adı gedən kafenin işçiləri də onu kişi kimi tanımışlar. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində işlədiyi kafeyə gəlib, masaların birində əyləşmiş, ona toyuq verib bişirməsini xahiş eləmişdir. O da etiraz eləməmiş, lakin yağ almasını da istəmişdirr. Təqsirləndirilən şəxs yağ alıb gətirdikdən sonra həmin toyuğu bişirmişdir. Təqsirləndirilən şəxs ilə oturub spirtli içki qəbul etmiş, sonradan Sədaqət də gəlib onlarla birlikdə əyləşib spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşmüş, mübahisəyə səbəb onun kafenin işçiləri barədə dediyi sözlər olmuşdur. Təqsirləndirilən şəxs kafedə işləyən qızların tərəfini tutaraq onunla kobud danışması xoşuna gəlməmiş, bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, kafenin içərisində olan musiqi səslərindən bir-birlərinin danışıqlarını eşitmədiklərinə görə Kənanı kafenin dəhlizinə dəvət edib, etdiyi əməlin düzgün olmadığını izah eləmişdir. Kənan həmin vaxt sinə nahiyyəsindən onu itələmiş, o da pilləkanlardan yıxılıb sağ ayaq nahiyyəsindən xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs pilləkanlardan düşmüş, ona nə olduğunu soruşmuş, o da Kənana qarşı hirsli olduğuna görə getməsini tələb eləmişdir. Həmin vaxt hadisə yerinə gələn Rüfət onu xəstəxanaya aparmışdır. Xəstəxanada isə Kənanın müalicəsi üçün ona köməklik göstərəcəyini düşünüb yıxıldığını bildirmişdir. Lakin Kənandan bir xəbər çıxmadığı üçün DİN-in 102 xidmətinə zəng edib özünü Vüsal adlı şəxsin bacısı kimi təqdim edərək Kənan adlı şəxsin tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində hadisə günü Təqsirləndirilən şəxs xəsarət yetirmədiyini, hadisə vaxtı müsiqi səsinin ucadan gəlməsi səbəbi ilə kiminsə onların mübahisə etməyini eşitmədiyini, kafedə işçilərdən başqa heç kəsin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvələrində tanımışdır. Əvvəllər Zərərçəkmiş şəxs qadın olduğunu bilməmiş, onu kişi kimi tanımış, adının isə Vüsal olduğunu bilmişdir. Zərərçəkmiş şəxs Xırdalan şəhərində yerləşən “Vip” adlı kafedə aşbaz kimi faəliyyət göstərmişdir. xx.xx.2022-cü il tarixdə saat 22 radələrində rəfiqəsi Günayı görmək üçün Rəqsanənin işlədiyi Xırdalan şəhərində yerləşən “Vip” adlı kafeyə getmiş, kafeyə gedəndə Rəqsanə ilə Kənanın masada əyləşib, yemək yeyərək spirtli içki qəbul etdiyini görmüş, onlara yaxınlaşıb masalarında əyləşmiş və onlarla birlikdə yemək yeyib spirtli içki qəbul eləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində Rəqsanə kafedə işləyən qızların barəsində nalayiq ifadələr işlətdiyi üçün Kənan Rəqsanəyə irad bildirmişdir. Sonradan hər ikisi kafenin dəhlizinə çıxmış, kafedə musiqi çalındığı üçün onların arasında mübahisə baş verməsini kafenin işçiləri hiss etməmiş, o da təsadüfən bunu hiss eləmişdir. Rəqsanə ilə Kənan kafenin dəhlizinə çıxandan bir neçə dəqiqə sonra özü də dəhlizə çıxanda Rəqsənin yıxıldığını görmüş, Kənandan nə baş verdiyini soruşmuş, Kənan aralarında yaranmış mübahisə zamanı Rəqsanənin onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən itələdiyini bildirmiş, o da dərhal bu barədə “Vip” kafesini işlədən Rüfətə bildirmişdir. Rüfət də dəhlizə çıxıb Rəqsanəni öz maşınına qoymuş və xəstəxanaya aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “MTE və PA Birliyi”-nin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2022-ci il tarixli 2871 nömrəli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər- sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə pilləkanlardan yıxılması nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim etmiş ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini, lakin CMnin 127.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, o cümlədən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, həmçinin onunla barışdığı üçün barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin lll bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edərək, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə tanışı olan Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, baş vermiş hadisə səbəbsiz deyil, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisənin davamı olmuşdur. Məhz zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qolundan tutub, kafenin dəhlizinə aparmış, onunla kobud danışaraq sinə nahiyyəsindən bir neçə dəfə itələmiş, sonuncu dəfə onu itələyəndə tanışı olan Zərərçəkmiş şəxs sinə nahiyyəsindən qəsdən itələmiş və sonuncu pilləkanlardan yerə yıxılaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirilmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə təsdiq edilir ki, mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış, qarşılıqlı mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələmiş və ona xəsarət yetirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da, istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. “Xuliqanlıq niyyəti”nin anlayışı “Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq edərək mübahisə və dalaşma zamanı Zərərçəkmiş şəxsnu vurub sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Yuxarıda şərh edilənlər cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilən sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin təqsirləndirilənlə zərərçəkmiş şəxsin arasında baş verən mübahisə zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Zərərçəkmiş şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törətdiyi, həmçinin kifayət qədər sübut olmadan təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə xəsarət yetidiyi qənaətinə gəlmişdir. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə də, törədilmiş cinayət əməlinin tərəflər arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs kafenin dəhlizində tanışı olan Zərərçəkmiş şəxs sinə nahiyyəsindən qəsdən itələmiş və sonuncu pilləkanlardan yerə yıxılaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunduğu əməlləri həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, zərərçəkmişin təqsirləndirilənə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin, 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 318, 344-349, 351- 353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-487/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-487/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver