Məhkəmə qərarları › İş №1(012)-488/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-488/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-488/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Müdafiəçi və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx.xx.1969-cu ildə Ağstafa rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Xətai ərazi dairəsi, Qaçaq Kərəm kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Müdafiəçi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Müdafiəçi 01.08.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Xocahəsən yolu, yeni məhəllə, ünvansız fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətləri nəticəsində baş vermiş mübahisə zamanı yumruqla sifətindən vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin cırılmış yarası, sol alt və üst göz qapaqlarının qançırı, sol gözün ağlı qişasına qansızma, üst çənədə solda 1-ci dişin tac hissədən sınığı, üst dodağın selikli qişasına qansızma yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Müdafiəçi göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Müdafiəçi ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir müddətdir Xırdalan şəhərində yerləşən avtomobil parkında sürücü işlədiyini, Seyfəddin adlı şəxsidə həmin parkda kafedə işləyən zaman tanıdığını bildirmişdir. 01.08.2021-ci il tarixdə saat təxminən 19 radələrində o işdə olarkən yanında olan adını bilmədiyi sürücü ilə birlikdə kafeyə gəlib pivə qəbul etdiyini və həmin vaxt Seyfəddinin onlara 8-10 bakal pivə verdiyini və onlar pivəni içərək həmin yerdən getdikləri barədə məlumat vermişdir. Bundan bir müddət sonra o yenidən tək qayıdaraq pivə içmək istədiyini və Seyfəddinin ona 1 bakal pivə gətirdiyini qeyd etmişdir. Həmin pivəni içən zaman pivənin köhnə olduğunu Seyfəddinə bildirdiyini lakin Seyfəddinin pivənin təzə olduğunu bildirərək onunla mübahisə edərək söyüş söyməyə başladığını bildirmişdir. Bundan sonra Seyfəddin onun yaxasından tutaraq dartmağa başladığını və həmin zaman onun köynəyinin cırıldığını qeyd etmişdir. Buna görədə o əsəbləşərək 1 dəfə yumruqla Seyfəddinin sifətindən vurduğunu və bundan sonra Seyfəddinin kənara çəkildiyini bildirmişdir. Həmin zaman orada olan “Bibi” kimi tanıdığı kafedə işləyən qadının onları araladığını və Seyfəddinə bir zərbə vurduğunu qeyd etmişdir. Mübahisə zamanı Seyfəddinin ona qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini və ona heç bir xəsarət yetirmədiyini qeyd etmişdir. Aralarında baş vermiş mübahisənin, təxminən 10-15 dəqiqiqə davam elədiyini, hadisə yerində həmin qadının olduğunu bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olmadığını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, bir müddətdir Xırdalan şəhərində yerləşən avtomobil parkında aşpaz işləyir. Barəsində şikayət etdiyi Müdafiəçi şəxsin həmin parkda Tır sürücüsü işlədiyini qeyd etmişdir. 01.08.2021-ci il tarixdə saat təxminən 19 radələrində o işdə olarkən Ceyhunun yanında olan tanımadığı şəxslə birlikdə kafeyə gəlib spirtli içki qəbul etdiklərini və həmin vaxt onlara 8-10 bakal pivə verdiyini və onların pivəni içərək həmin yerdən getdikləri barədə məlumat vermişdir. Bundan bir müddət sonra Ceyhunun yenidən tək qayıdaraq pivə istədiyini lakin pivə isti olduğu üçün ona pivə vermədiyini, lakin Ceyhunun təkidlə pivə istədiyi üçün kafedə işləyən “Bibi” kimi tanıdığı qadının Ceyhuna 1 bakal pivə verdiyini qeyd etmişdir. Bundan sonra Ceyhunun gedib birdə geri qayıdaraq ona yarasız pivə verdiyini bəhanə gətirərək söyüş söyməyə başladığını və həmin vaxt ona sakitləşməyi bildirərək onu kənara itələdiyini və həmin vaxt gözləmədiyi zaman Ceyhunun yumruqla onun sifətindən vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt o, huşunu itirdiyi üçün Ceyhunun ona neçə vurduğundan xəbəri olmadığını qeyd etmişdir. Bundan sonra Ceyhunun 30 manat hesabı verməyərək oradan uzaqlaşdığını, mübahisə zamanı Ceyhuna qarşı hər hansı bir zor tətbiq etmədiyini, onu vurub xəsarət yetirmədiyini bildirmişdir. Aralarında baş vermiş ahisənin, təxminən 10-15 dəqiqiqə davam elədiyini, hadisə yerində tanımadığı sürücülərin olduğunu qeyd etmişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, bir müddətdir Xırdalan şəhərində yerləşən avtomobil parkında yerləşən kafedə yemək paylayan işlədiyini qeyd etmişdir. Seyfəddin adlı şəxsi də həmin parkda kafedə işləyən zaman tanıdığı barədə məlumat vermişdir. 01.08.2021-ci il də o da həmişəki kimi iş başında olanda səs küy eşitmiş, çıxanda Seyfəddinin ağzının qanadığını görmüşdür, hadisənin necə baş verdiyindən xəbərsizdir, başqa heç nə görməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 06.08.2021-ci il tarixli 1756 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- alın nahiyəsinin cırılmış yarası, sol alt və üst göz qapaqlarının qançırı, sol gözün ağlı qişasına qansızma, üst çənədə sol 1-ci dişin tac hissədən sınığı, üst dodağın selikli qişasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 01.08.2021-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbələri ilə vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 07.08.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Müdafiəçi barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa rayon İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Müdafiəçi həqiqətən də Ağstafa rayonu, Q.Kərəm küçəsi, 3 saylı evdə qeydiyyatdadır və mütəmadi olaraq şəhər ərazisində yaşamadığı üçün onunla bağlı nümayəndəlikdə heç bir rəsmi məlumat yoxdur. Məhkəmədə Müdafiəçi həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarından görünür ki, Müdafiəçi 25.01.2008-ci il təvəllüdlü Ayşə Cəfərova adlı bir övladı var. Məhkəmə, Müdafiəçi 1 azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Müdafiəçi oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Müdafiəçi ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs Müdafiəçi barəsində qətimkan tədbiri seçilməmişdir Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs Müdafiəçi ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Müdafiəçi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Müdafiəçi təhqiqat zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar