Məhkəmə qərarları › İş №1(012)-488/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-488/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-488/2022 23.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosuun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Goranboy rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 08 radələrində qonaq kimi gecələdiyi tanışı X5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksi, ev 4-də yerləşən 80 nömrəli mənzilin qonaq otağından bir ədəd 700 manat dəyərində “Samsung” markalı mobil telefonu, çantadan 1500 manat pulu, yataq otağından isə bir ədəd 2200 manat dəyərində 750 əyarlı 15,46 qram kütləli qızıl boyunbağını, bir ədəd 1300 manat dəyərində 750 əyarlı 12 qram kütləli qızıl qolbağını, bir cüt 790 manat dəyərində 750 əyarlı 7,53 qram kütləli sırğanı və bir ədəd 800 manat dəyərində 750 əyarlı 6,30 qram kütləli qızıl kulonu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X5 ümumilikdə 7290 (yeddi min iki yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yeni məhəllədə fərdi evdə kirayədə yaşayır. Təxminən 10 il əvvəl Bakı şəhərində kafedə işləyən zaman Nəzakət adlı qadınla tanış olmuş və aralarında rəfiqə kimi yaxın münasibət yaranmışdır. Nəzakət bacıları Zoya və Rüqayyə ilə də onu tanış etmişdir. xx.xx.2022-ci il tarixdə Goranboy rayonundan Bakı şəhərinə gəlmiş və qalmağa yeri olmadığı üçün Bakı şəhəri, M.Əcəmi metrostasiyası yaxınlığında yaşayan Zoyagilə getmiş və həmin vaxtı Zoyagilin oradan Xırdalan şəhərinə Kristal Abşeron yaşayış kompleksinə köçüb orada yaşadıqlarını öyrənmişdir. Bundan sonra o, Xırdalan şəhərinə Zoyagilə gəlib onlarda qalmışdır. Zoya iki otaqlı mənzildə anası, öz uşağı və bacısı uşaqları ilə olur. O, səhər tezdən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhərinə Zoyagilə gəlib yenə onlarda gecələmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Zoyagildə evdən çıxan zaman hər kəsin yatmasından istifadə edib yatdığı otaqda dolabın içində olan qadın çantasını açıb içindən 1 ədəd 50 manatlıq və 2 ədəd 20 İmanatlıq əskinasları və cərəyanda olan Samsung markalı mobil telefonu götürmüşdür. Bundan sonra Zoyanın yatdığı otağa daxil olmuş və otaqda paltar dolabının içində olan 01 əçləd qızıl klounlu boyunbağını və 01 cüt qızıl sırğanı oğurlayıb evdən çıxıb getmişdir. Həmin gün qızılları Xırdalan şəhərində “Köhnə bazarın” yanında Lombarda girov verib 1950 manat pul götürmüşdür. Həmin pulun 1000 manatını Goranboy rayonuna göndərib borcunu vermiş, qalan 950 manatıda şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan 2 gün sonra Zoyagildən oğurladığı Samsung markalı mobil telefonu Masazır qəsəbəsində iş yoldaşı olmuş Sevinc adlı qadına 100 manata satmış və həmin 100 manat puluda şəxsi ehtiyacları üçün xərcləmişdir.Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında bacısı Nəzakətin tanışı olmuş Gülsüm adlı qadın yaşadıqları mənzilə gəlib qalmağa yeri olmadığını deyib, bir-iki günlük onlarda qalmağına icazə verməyini xahiş etmişdir. O, da heç bir etiraz etməyib Gülsümün qalmasına razılıq vermişdir. Həmin gün bacısı Ruqiyyənin azyaşlı uşaqları Sunay və Sahildə onlara gəlmişlər. Gecə Gülsüm anası Şeyda, oğlu Adəm və bacısı oğlu Sahillə qonaq otağında yatmışlar və o, bacısı qızı Sunayla yataq otağında yatmışdır. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gülsüm evdən çıxıb getmiş və həmin həmin gün axşam yenə gecələmək üçün onlara gəlmişdir. Yenə o, bacısı qızı Sunayla yataq otağında yatmış, Gülsüm gil isə qonaq otağında gecələmişlər. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Gülsümün getmək istədiyini görmüş və onu yola salmaq üçün qalxmaq istədikdə Gülsüm qalxmamağmı deyib gedəcəyini bildirmişdir. O, da buna görə yatağından qalxmamışdır. Gülsüm getdikdən yarım saat sonra o, qalxmış və həmin vaxtı qonaq otağında cərəyanda olan Samsung markalı mobil telefonunun olmadığını aşkar etmişdir. O, telefonu Gülsümün oğurlamasından şübhələnmiş və dərhal qonaq otağında olan çantasına baxmış və çantada olan 1500 manat pulununda olmadığını görmüşdür. Bundan sonra yataq otağına keçib paltar dolabına qoyduğu bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl qolbağının və bir cüt qızıl sırğamın olmadığını aşkar etmişdir. O, Gülsümün oğurluq etməsindən şübhələnmiş və bu barədə polisə müraciət etmişdir. Sonda dəymiş ziyanın ödənilməsini, ona görə də təqsirləndirilən şəxsə qarşı şikayıt və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında qızı Nəzakətin tanışı olmuş Gülsüm adlı qadın Xırdalan şəhərində yaşadıqları mənzilə gəlib qalmağa yeri olmadığını deyib, bir-iki günlük onlarda qalmağına icazə vermələrini xahiş etmişdir. Qızı Zoyada heç bir etirajz etməyib Gülsümün qalmasına razılıq vermişdir. Həmin gün digər qızı Ruqiyyənin azyaşlı uşaqları Sunay və Sahildə onlara gəlmişlər. Gecə Gülsüm o, nəvələri Adəm və Sahillə qonaq otağında yatmışlar və qızı Zoya nəvəsi Sunayla yataq otağında yatmışlar. Səhəri gün yəni xx.xx.2022- ci il tarixdə səhər saatlarında Gülsüm evdən çıxıb getmiş və həmin gün axşam yenə gecələmək üçün onlara gəlmişdir. X10 yataq otağında yatmış, Gülsüm isə onlarla qonaq otağında gecələmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gülsüm evlərindən çıxıb getmişdir. Bundan sonra qızı Zoya Gülsümün evdən çantasından l|500 manat pulunu, mobil telefonunu və qızıl-zinyət əşylarını oğurladığını bildirmiş və bu barədə polisə şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsindən görünür ki, 2021ci ilin iyun ayından Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən X3 məxsus “Brend Lombard” kredit təşkilatında zərgər işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı bir nəfər qadın lombarda müraciət edib özünə məxsus olan qızılları girov verib kreditlə pul götürmək istədiyini bildirmişdir. Gülsüm adlı qadın bir ədəd 21,9 qram qızıl sep klon, 7,56 qram bir cüt qızıl sırğanı təqdim etmişdir. Həmin qızıllar onun tərəfindən yoxlandıqdan Təqsirləndirilən şəxs ilə girov müqaviləsi bağlanmış və təqdim etdiyi qızılların dəyərində ona 1950 manat pul verilmişdir. Təqsirləndirilən şəxs hər ayın 9-da lombarda 98 manat ödəniş etməli olsada, heç bir ödəniş etməmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində polis əməkdaşları Lombarda gəlmişlər və Gülsüm adlı qadının təqdim etdiyi qızılların oğurluq olduğunu bildirmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 evindən oğurladığı bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl kulon və bir cüt qızıl sırğanı özünə məxsus şəxsiyyət vəsiqəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən lombarda girov qoyaraq müqabilində pul götürdüyü həmin qızıl-zinyət əşyalarının maddi sübut qismində götürülməsi barədə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(012)-156/2022 nömrəli qərarı icra edilməsindən ötrü sahibkar X3 göndərilmişdir. İş üzrə maddi sübutların götürülməsi barədə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 5(012)-156/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(105)-5/2022 nömrəli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(012)-156/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə sahibkar X3 məxsus lombardın səlahiyyətli nümayəndəsi tərəfindən iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 evindən oğurladığı bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl kulon və bir cüt qızıl sırğanı özünə məxsus şəxsiyyət vəsiqəsi ilə lombarda girov qoyulmuş həmin qızıl-zinyət əşyaları istintaqa təqdim edildiyi üçün götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 28 iyun 2022-ci il tarixli 6/3196-9/4115 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş məmulatların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti 7,53 qram kütləli bir cüt 750 əyarlı qızıl sırğa-790,0 manat, 6,30 qram kütləli bir ədəd 750 əyarlı qızıl kulon-661,0 manat və 15,46 qram kütləli bir ədəd 750 əyarlı qızıl boyunbağı- 1623,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən göünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2013-cü il təvəllüdlü Murad Sadıxov adlı 1 övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı ödəməklə zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi əməlinə görə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 100 (bir yüz) manat qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İstintaq zamanı lombardın nümayəndəsinin təqdim etdiyi və götürülmüş bir cüt 7,53 qram kütləli 750 əyarlı qızıl sırğa, bir ədəd 6,30 qram kütləli 750 əyarlı qızıl kulon və bir ədəd 15,46 qram kütləli 750 əyarlı qızıl boyunbağı iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək sahibinə qaytarılmışdır. Məhkəmə hesab edir ki, maddi sübutun sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 (bir yüz) manat qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və istintaq zamanı lombardın nümayəndəsinin təqdim etdiyi və götürülmüş bir cüt 7,53 qram kütləli 750 əyarlı qızıl sırğa, bir ədəd 6,30 qram kütləli 750 əyarlı qızıl kulon və bir ədəd 15,46 qram kütləli 750 əyarlı qızıl boyunbağının sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan Şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 manat məbləğində pul Xırdalan Şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar