Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-489/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1963-cü ildə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ,ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək cavabdeh kimi ondan 8300,00 ABŞ dolları məbləğində pul və ödənilmiş 20,00 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(012)- 1644/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 3(012)-820/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2019-cu il tarixə kimi şəxsi maraq niyyətilə 8300,00 ABŞ dolları məbləğində borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə onun vasitəsi ilə “Qalaktika Kosmos” şirkətində sürücü kimi işə düzəlmək üçün 6.000 ABŞ dolları məbləğində pul vermiş, lakin qeyd olunan məbləğdə pulu şirkətin rəhbəri X1 vermiş, həmin vaxt özü həmin şirkətin Abşeron rayon filialının müdiri olmuş, təxminən bir aydan sonra şirkətin rəhbəri Sevda Mustafayeva işə düzəltmək adı ilə bir çox insanları aldadaraq pullarını mənimsəyərək dələduzluq etmiş, bu səbəbdən Zərərçəkmiş şəxs bir aya yaxın işləyərək heç bir əmək haqqı almayıb həmin şəxs tərəfindən aldadılmışdır. X3 qeyd olunan cinayət əməllərinə görə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2010-cu ildə isə özü əvvəllər işlədiyi “Royal Bank”-da törədilmiş maliyyə cinayəti ilə əlaqədar dələduzluqda təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum olunmuşdur. O, 2012-ci ildə həbsdə olarkən Zərərçəkmiş şəxs 6000,00 ABŞ dolları məbləğində pulun tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə icraatı zamanı həbsdə olmasına baxmayaraq məhkəmə tərəfindən ona heç bir məlumat verilməmiş və nəticədə 8300,00 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20,00 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(012)-1644/2012 saylı qiyabi qətnaməsi çıxarılmış və yalnız 2017-ci ildə cəza müddətinin bitməsi ilə əlaqədar azad olunarkən həmin qətnamə barədə məlumatı olmuşdur.Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona tələbin könüllü icra olunması üçün 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılması üçün imkanı olmadığından irəli sürülən tələbi icra edə bilməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlakı və ya pul vəsaiti aşkar olunmamış, icra məmurun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq olunmuşdur. Məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar olunmuş,lakin cəzaçəkmə müəssisəsindən azad olunaraq işə düzəlmək çətin olduğundan həmin qətnaməni icra edə bilməmişdir. O, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bəhram oğlu ilə barışmasına, dəymiş ziyanın ödənilməsinə, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bəhram oğlu ifadəsində göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(012)-1644/2012 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 8300,00 ABŞ dolları məbləğində pul və ödənilmiş 20,00 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətində inzibati qaydada həbs olunmuş,lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnamə üzrə pulu qaytarmamış, qətnamənin icrasından qərəzli olaraq yayınmış və qətnamə üzrə Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş olunmamışdır. Qətnamə üzrə qət edilmiş pulu Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Bəhram oğlunun məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1644/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 8300,00 ABŞ dolları borc və 20,00 manat dövlət rüsumu tutulması qət olunmuş, icra vərəqəsi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2017-ci il tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, məhkəmə aktı borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilmədiyindən tələbin ona məxsus əmlak və gəlirləri hesabına ödənilməsi istiqamətində müvafiq qurumlara sorğular edilmiş və alınmış cavablarda borclunun adına hazır ki tələbin yönəldilməsi mümkün ola biləcək heç bir əmlak yaxud pul vəsaiti müəyyən olunmamış,məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Abşeron Rayon Məhkəməsinin 8(012)-1014/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına məhəl qoymadığı üçün dəfələrlə borclunun icra vərəqəsi üzrə qeyd olunan ünvanına gedilmiş, lakin sonradan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamır.Borclunun yaşayış yeri məlum olmadığından Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul olunaraq Abşeron Rayon Polis İdarəsinə göndərilmiş, axtarış tədbirləri təmin olunmuş və Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində xx.xx.2018-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsinə əsasən “İnzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 3(012)-820/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs inzibati xəta haqqında iş üzrə təqsirli bilinərək 10 gün müddətində həbs olunmuş, bunlara baxmayaraq iş üzrə borclu Təqsirləndirilən şəxs icra sənədinin icraatda olduğu müddət ərzində heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs əmək qabiliyyətlidir, borclunun məşğulluq xidməti orqanında qeydiyyata götürməsi və müvafiq işlə təmin edilməsi məqsədilə Abşeron rayon Məşğulluq Mərkəzinə göndəriş verilmiş, borclu Təqsirləndirilən şəxs mərkəzə dəvət olunsa da, təklif olunacaq işlərdə işləmək istəmədiyini bildirərək mərkəzə getməkdən imtina etmişdir.Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(105)-1644/2012 saylı qiyabi qətnamənin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 8300 ABŞ dolları məbləğində pulun, həmçinin 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X7 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş hesab edilir. İş materaillarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(012)- 820/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş 19 saylı Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306.1-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş 19 saylı Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-489/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-489/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver