Məhkəmə qərarları › İş №1(012)-489/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-489/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-489/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə, 04 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində xalası Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evinə sonuncunu ziyarət etmək üçün gəlmiş, həmin vaxtı Rəhimə Məmməquliyevanın mətbəxdə ev işləri ilə məşğul olmasını görüb evin yataq otağındakı yataq dəstinin altında saxladığı 9600 manat nağd pulu oğurlayıb Zərərçəkmiş şəxs xeyli miqdarda 9600 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2013-cü ildə X6 ilə ailə həyatı qurmuş və həmin nigahdan 2 azyaşlı uşaqları 2015-ci il təvəllüdlü qızı X7 və 2017-ci il təvəllüdlü X8 var. Zərərçəkmiş şəxs onun xalasıdır. Xalasının gəlini Gülər isə onun doğma bacısıdır. O təxminən 2017-ci ildən etibarən Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdə oğlu Şahid1, gəlini Şahid2 Əlibala qızı, 8 yaşlı nəvəsi X3, nəvəsi 5 yaşlı Zərərçəkmiş şəxs Vidadi qızı ilə birlikdə yaşamışdır. Xalası Rəhimə həmin evdə yaşayan zaman o xalasının yaşadığı evə gedib gəlmiş və hətta bəzəndə onlarda gecələmişdir. Bu yaxınlarda xalası Rəhimə öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdən 700 metr kənarda torpaq sahəsi alıb orada başqa 1 mərtəbəli ev tikdirmişdir. Qeyd etmək istəyir ki, 2021-ci ilin may ayının axırlarından etibarən xalası Rəhimə öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz yeni inşa etdiyi evində təmir və tikinti işləri aparmağa başlamışdır. Həmin yeni inşa etdiyi evdə xalası oğlu Vidadi usta kimi, o isə fəhlə kimi işləmişdir. 2021-ci ilin iyun ayının axırlarına qədər o həmin xalasının evində fəhlə kimi işləmiş, xalası oğlu Vidadiyə təmir tikinti işlərində köməklik etmiş və həmin bir ay ərzində gecələr onlarla qalıb gecələmişdir. 2021-ci ilin iyun ayının axırlarında tarixi dəqiq yadında deyil o xalası Rəhimədən 50 manat fəhlə kimi evində işlədiyinə görə pul istəmişdir. Lakin xalam Rəhimə ona pul verməmişdir. O da xalasından inciyərək artıq onun evində fəhlə kimi işləməmiş və öz yaşadığı ünvan 3 ünvanındakı evinə getmiş və bir müddət xalasının evinə gəlməmişdir. 04 iyul 2021-ci il tarixdə saat 17:00 radələrinə öz yaşadığı evdən çıxıb tək piyada xalası Rəhimənin yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evinə gəlmişdir ki, xalam və onun ailəsi ilə görüşsün. O xalasının Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evinə gələn zaman evdə xalası Rəhimə və 2 azyaşlı nəvələri olmuşlar. Saat təxminən 18 radələrində o bir qədər xalası gildə oturmuş, sonra əynində olan köynəyi çıxardıb yataq otağına qoymuşdur. Bir qədər evdə oturmuş, xalası evin mətbəxində olan zaman o yataq otağına keçib saat 18:30 radələrində orada çıxardığı köynəyi geyinəndə təsadüfən yatağın döşəyini qaldıranda orada qara rəngli tor formalı pul qabının içində 100 manatlıq əskinazlarla bir qədər pul olmasını görmüşdür. Döşəyi qaldırıb pulu görəndə və baxıb xalası Rəhimənin mətbəxdə başının qarışıq olmasını, azyaşlı nəvələrin həyətdə oynadıqları üçün ani düşünmüşdür ki, həmin pulu oğurlasın. Ona görə döşəyin altında qara rəngli tor formalı pul qabının içində 100 manatlıq əskinazlarla bir qədər pulu götürüb əynində olan qara rəngli idman şalvarının sol cibinə qoymuşdur. Sonra xalası ilə sağollaşıb öz yaşadığı ünvan 3 ünvanındakı evinə getmişdir. Öz yaşadığı evdə öz yataq otağına keçmiş, heç kəs onu görməyən və tək olduğu zaman həmin qara rəngli tor formalı pul qabının içində 100 manatlıq əskinazlarla bir qədər pulu saymış, orada 9000 manat pul olmasını görmüşdür. Həmin qabın içindən özünə xərcləmək üçün 1000 manat pul götürüb öz cibinə qoymuşdur. Həmin günü saat 23 radələrində bacısı Gülər anası Sadəgülə zəng edərək onların yaşadığı evdən 9600 manat pul oğurlanması barədə məlumat vermişdir. Anam bacısı ilə danışan zaman o bunu eşitmiş, sonra o da bacısı ilə telefonla danışanda bacısı ona bildirmişdir ki, evdən 9600 manat pul oğurlanmışdır. O saat 23 radələrində öz yaşadığı evdən çıxıb anamla birlikdə xalamın yaşadığı evə getmişdir. Bu zaman xalası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra xalasının evinə polis əməkdaşları gəlmişlər və xalasının pulunun oğurlanması barədə ərizə vermişdir. 05 iyul 2021-ci il tarixdə saat 03 radələrində o anası ilə öz yaşadığı evə qayıtmışdır. 06 iyul 2021-ci il tarixdə saat 17 radələrində onu 3 nəfər tanımadığı Abşeron rayon Pİ-nin əməkdaşları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O Abşeron rayon polis idarəsinə gəlmişdir. Orada sonradan adını bildiyi Azad adlı polis əməkdaşı onunla söhbət edən zaman o həmin polis əməkdaşına bildirmişdir ki, həmin xalasının evində 9000 manat pulu o oğurlamış, həmin pulun 8000 manatı onun yaşadığı evin yataq otağındadır. 1000 manat pul isə üstündədir. Sonra o Azad adlı və əvvəl onu polis idarəsinə dəvət etdiyi 2 nəfər digər polis əməkdaşları ilə yenidən ünvan 2 ünvanındakı öz yaşadığı evə getmiş, yataq otağına tək qalxıb, qara rəngli tor formalı pul qabının içində 8000 manat pulu və özünə aid 98 manat pulu götürmüşdür. Həmin 98 manat pulu ona görə götürmüşdür ki, nəsə ehtiyacı olarsa alsın. Sonra Azad adlı və digər 2 nəfər əməkdaşla yenidən Abşeron RPİ-nə gəlmişdir. Xalasının evindən 9600 manat pul yox, cəmi 9000 manat pul oğurlamışdır. Həmin oğurladığı 9000 manat pul və özünə aid 98 manat pulu istintaqa təqdim etmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir, ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdə oğlu Vidadi, gəlini Gülər, azyaşlı 2 nəvəmlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Gəlini Gülər isə Elnurun bacısıdır. Bacısı oğlu Elnur ünvan 3 ünvanında bacım Sadəgüllə, arvadı Nərgizlə və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. O Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdə yaşadığı zaman bacısı oğlu Elnur onların evlərinə gedib gəlmiş və hətta bəzəndə gecələmişdir. Bu yaxınlarda o öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdən 700 metr kənarda 2 sot torpaq sahəsini 7000 manata alıb, orada başqa 1 mərtəbəli ev tikdirirmişdir. 2021-ci ilin may ayında hal hazırda yaşadığı evi 27000 manat satmışdır. 2021-ci ilin may ayının axırlarından etibarən o öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz yeni inşa etdiyi evində təmir və tikinti işləri aparmağa başlamışdır. Həmin təmir tikintiyə pulları xərcləmiş onda həmin puldan 9600 manat pul qalmışdır. Həmin pulu yaşağı evin yataq otağında yatağın döşəyinin altında qara rəngli tor formalı dəyəri olmayan pul qabının içində saxlamışdır. Həmin pul 100 manatlıq əskinazlarla olmuşdur. Həmin yeni inşa etdiyi evdə oğlu Vidadi usta kimi, bacısı oğlu Elnur isə fəhlə kimi işləmişdir. 2021-ci ilin iyun ayının axırlarına qədər Elnur onun evində fəhlə kimi işləmiş, oğlu Vidadiyə təmir tikinti işlərində köməklik etmiş və həmin bir ay ərzində gecələr onda qalıb gecələmişdir. 2021-ci ilin iyun ayının axırlarında Elnur bildirmişdir ki, artıq mühafizəyə işə düzəlir, ona başının qarışıq olduğunu, bir müddət onlarda qalmayacağını və bir müddət işlməyə gəlməyəcəyini bildirmişdir. Bir neçə gün Elnur onun yaşadığı evə gəlməmişdir. 04 iyul 2021-ci il tarixdə saat 18:00 radələrində Elnur onun yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evinə gəlmişdir. Bu zaman evdə o və 2 azyaşlı nəvələri olmuşdur. Elnur bir qədər onlarda oturmuş, sonra yay olduğuna görə və isti olduğuna görə əynində olan köynəyi çıxardıb yataq otağına qoymuşdur. Bir qədər evdə oturmuş, sonra isə təxminən 18:30 radələrində Elnur evin yataq otağından öz köynəyini geyinib onun yaşadığım evdən çıxıb getmişdir. Saat 21 radələrində evə gəlini və oğlu Vidadi gəldilər. Saat təxminən 23 radələrində o yataq otağındakı yatağın altına baxanda orada 9600 manat pulun yerində olmadığını yəni oğurlandığı görmüşdür. Bu barədə evdə oğlu, gəlininə və bildirmiş, hətta bundan sonra zəng edib bacısı Sadəgülə məlumat vermişdir. Həmin vaxtı o bacısı oğlu Elnurdan şübhələnmiş, çünki onun evinə gündüz vaxtı Elnurdan başqa heç kəs gəlməmişdir. Bir qədər sonra isə yaşadığı evə bacısı oğlu Elnur və bacısı Sadəgül gəlmişlər. Elnurdan pul götürüb götürmədiyini soruşanda Elnur ona evindən heç bir pul oğurlamadığını bildirmişdir. Daha sonra isə saat 23:40 radələrində DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Ona oğurluq hadisəsi nəticəsində 9600 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdə anası Rəhimə, arvadı Gülər azyaşlı 2 uşağı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun xalası oğludur. Arvadı Gülər isə Elnurun bacısıdır. Xalam oğlu Elnur ünvan 3 ünvanında xalası Sadəgüllə, arvadı Nərgizlə və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Xalası oğlu Elnur o Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdə yaşadığı zaman onların evlərinə gedib gəlmiş və hətta bəzəndə gecələmişdir. Bu yaxınlarda anası öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz evdən 700 metr kənarda 2 sot torpaq sahəsini 7000 manata alıb, orada başqa 1 mərtəbəli ev tikdirmişdir. 2021-ci ilin may ayında hal hazırda yaşadığı evi anası 27000 manat satmışdır. 2021-ci ilin may ayının axırlarından etibarən o öz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivi nömrəsiz yeni inşa etdiyi evində təmir və tikinti işləri aparmağa başlamışdır. Həmin təmir tikintiyə anası pulları xərcləmiş anasıda həmin puldan 9600 manat pul qalmışdır. Həmin pulu yaşadığı evin yataq otağında yatağın döşəyinin altında qara rəngli tor formalı dəyəri olmayan pul qabının içində anam saxlamışdır. Həmin pul 100 manatlıq əskinazlarla olmuşdur. 2021-ci ilin iyun ayının axırlarına qədər Elnur onların evində fəhlə kimi işləmiş, ona təmir tikinti işlərində köməklik etmiş və həmin bir ay ərzində gecələr bizdə qalıb gecələmişdir. 2021-ci ilin iyun ayının axırlarında Elnur mühafizəyə işə düzəldiyini, ona görə başının qarışıq olduğunu və bir müddət artıq bizdə qalmayacağını və tikintidə işləyə bilməyəcəyini bildirmişdir. Bir neçə gün Elnur onun yaşadığı evə gəlməmişdir. 04 iyul 2021-ci il tarixdə o və arvadı Gülər yeni tikinti apardığı evdə olmuşdur. Saat 21 radələrində o və arvadı evə gəlmişdir. Saat təxminən 23 radələrində anası yataq otağındakı yatağın altına baxanda orada 9600 manat pulunun yerində olmadığını yəni oğurlandığı görmüşdür. Bu barədə evdə anası ona və arvadına bildirmişdir, hətta bundan sonra zəng edib xalası Sadəgülə məlumat vermişdir. Həmin vaxtı anası xalam oğlu Elnurdan şübhələnmiş, çünki onların evə gündüz vaxtı Elnurdan başqa heç kəs gəlməmişdir. Bir qədər sonra isə yaşadığı evə xalası Elnur və xalası Sadəgül gəlmişdir. Elnurdan pul götürüb götürmədiyini soruşanda Elnur onlara evlərindən heç bir pul oğurlamadığını bildirmişdir. Daha sonra isə anası saat 23:40 radələrində DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Anasına oğurluq hadisəsi nəticəsində 9600 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİnin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 iyul 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümçülük massivindəki evindən 9600 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində 06 iyul 2021-ci il tarixdə tərəfindən, Abşeron RPİ-nin CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Fikrət Nəsibov və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Bağır İlyasov tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş və 06 iyul 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Saray qəsəbəsində yaşadığı evin yaxınlığında həmin cinayəti törətməkdə şübhəli bilinən xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-yə gətirilmişdir. RPİ-də o öz xalası Zərərçəkmiş şəxs evindən 9000 manat pul oğurladığı etiraf etmişdir. Həmin oğurladığı pulun 1000 manatının və özünə aid şəxsi 98 manat pulun üzərində olmasını, qalan 8000 manat pulun isə yaşadığı ünvan 5 ünvanındakı evdə olmasını bildirmişdir. O, Abşeron RPİ-nin CAŞ-nin rəisi, polis polkovnik-leytenantı Fikrət Nəsibov və Abşeron RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X13 rayonu Saray qəsəbəsi İ Qasımov küçəsi ev 10 ünvanına getmişlər, orada Təqsirləndirilən şəxs yaşadığı evdən digər 8000 manat pulu götürmüş və onlar Abşeron RPİ-nə qayıtmışlar. Sonra Təqsirləndirilən şəxs istintaq orqanına təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 06.09.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. 06.07.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon prokurorluğunun 07.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07.07.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 9098 manat nağd pul maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü qanuni sahibi X1 qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 9098 manat nağd pulun saxlanılmasından ötrü qanuni sahibi X1 qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək şübhəli şəxs qismində 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 9098 manat nağd pulun saxlanılmasından ötrü qanuni sahibi X1 qaytarılması nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar