Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-489/2023 06.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fermanın divarını sökərək qanunsuz içəri daxil olub fermanın həyətindən 01 ədəd 1000 manat dəyərində “Dawer” markalı DYH 8000 SE model generatoru birlikdə gizli talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1000 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2021 -ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli kəndi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinin qapısını sındıraraq qanunsuz evə daxil olub, evdən 01 ədəd 50 manat dəyərində su mühərrikini, 01 ədəd 480 manat dəyərində “Panasonic”markalı televizoru.01 ədəd 170 manat dəyərində su qızdırıcısım, hər biri 2500 manat dəyərində olan 02 ədəd ümumi 5000 manat dəyərində iri həcmli su nasosunu, 01 ədəd 370 manat dəyərində qaynaq aparatını və 01 ədəd 300 manat dəyərində üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatoru birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 6370 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində şəxsiyyəti istintaqa məlum olmayan Emin adlı şəxsdən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ümumi 0,213 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib Abşeron rayonu Məmmədli kəndi ərazisində üzərində saxlamaqla daşımış, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2021ci il tarixdə saat 19 radələrində Abşeron rayonu. Məmmədli kəndi. Kəndli küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gətirilib, bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bir ədəd bükümdə 0,213 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır, əvvəllər məhkum olunmamışdır. X7 onun həmkəndlisidir. Təxminən 6-7 il olar ki, Qurbanəlini tanıyır. Bildirmişdir ki, fermasından generator oğurlanan Zərərçəkmiş şəxs2 fermanın sahibi kimi tanıyır. xx.xx.2021 -ci il tarixdə o, X4 zəng vuraraq evdə olub-olmadığını soruşmuşdur. Qurbanəli ondan nə üçün zəng etməsini soruşanda o, Qurbanəliyə Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermada işıq generatoru olduğunu həmin generatorun ağır olduğu üçün götürmək üçün kömək lazım olduğunu bildirmişdir. Bundan sonra X8 yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin qarşısına gəlmişdir. Bundan sonra Nuraliyev Qurbanəli birlikdə piyada gəzərək Zərərçəkmiş şəxs2 məxsus fermaya getmişlər. Fermanın hasarının əvvəlcədən dağılmış hissəsindən Qurbanəli ilə birlikdə həmin fermanın ərazisinə daxil olmuşlar. Həmin vaxt təxminən saat 23 radələri olmuşdur. Generator həqiqətən də ağır olmuşdur. Generatorun altında təkərləri vardır. O, Qurbanəli ilə birlikdə həmin generatoru sürütləyərək oradan çölə çıxarmışlar. O. Qurbanəliyə təklif etmişdir ki, generatoru onun yaşadığı evin həyətinə qoysunlar. Qurban ona bildirmişdir ki, “bizim ev yaxındı onu bizim evə aparsaq taparlar bizi”. Bunun üçün Qurbanəli ilə birlikdə həmin generatoru yaxınlıqda yerləşən hasarın dibinə qoymuşlar ki, maşın tapsınlar və həmin generatoru '. götürüb sonradan satsınlar. Lakin maşın tapa bilməmişlər. Bunun üçün fermaya yaxın yerləşən sahibsiz bir tikilidə həmin generatoru gizlətmişlər. Bundan sonra o, həmin generatoru satmaq üçün müştəri tapacağını Qurbanəliyə bildirmiş və Qurbnəlidən ayrılıb getmişdir. Qurbanəli də çıxıb evinə getmişdir. Həmin gündən iki gün sonra Qurbanəli ona zəng vuraraq bildirmişdir ki, generatoru götürüb yaşadığı evə gətirmiş, Qurbanəli ona həmin generatoru satmaqda ona kömək etməsini istəmişdir. O, Qurbanəlidən həmin generatoru nə ilə apardığını soruşduqda ona bildirmişdir ki, həmin generatoru əl arabası ilə gətirmişdir. Sonra Qurbanəli ondan generatoru nə edəcəyini soruşmuş, o da Qurbanəliyə bildirmişdir ki, “başım qarışıqdı əgər istəyən olarsa sən sat". Qurbanəli də generatoru satmaq üçün bir neçə adam axtarsada həmin generatoru sata bilməmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən axşam saat 22 radələrində o, Qurbanəlinin yaşadığı evinə gedərək Qurbanəliyə bildirmişdir ki, “kəndin içərisində konteyner ev var həmin evin qapısı açıqdır, həmin evə girmək istəyirəm mənə kömək edə bilərsən”. Qurbanəli razılaşıb onunla birlikdə həmin evin yerləşdiyi əraziyə getmişlər. Qurbanəli torpaq sahəsinin hasarının giriş darvazasının yanında dayanmışdır ki, gələn olsa xəbər etsin. O, isə hasardan aşaraq həyətə daxil olmuşdur. Bundan sonra hasarın bir tərəfindən oğurladığı əşyaları daşıyaraq digər tərəfində duran Qurbanəliyə vermişdir. O, həmin evdən 1 ədəd “Panasonic” markalı televizor, 1 ədəd su matoru, 1 ədəd su qızdırıcısı, 1 ədəd işıq generatoru və 2 ədəd su matoru və 1 ədəd qaynaq aparatını daşıyaraq Qurbanəliyə ötürmüşdür. Həmin əşyaları Qurbanəli ilə birlikdə onun əvvəlcədən özü ilə gətirdiyi əl arabasına yığaraq həmin əşyaları da əvvəlki oğurluqda generatoru qoyduqları yarımçıq tikilinin içərisinə yığmışlar. Bundan sonra o, həmin əşyalardan 1 ədəd “Panasonic” markalı televizoru, 1 ədəd su matoru, 1 ədəd su qızdırıcısı və 1 ədəd qaynaq aparatını aparıb Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Rus bazarı adlanan yerdə tanımadığı şəxsə ümumilikdə 500 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə o, Abşeron rayonu Məmmədli kəndində olduğu zaman anket məlumatlarını bilmədiyi Emin adlı şəxs ona bir büküm siqaretin gümüşü rəngli kağızma bükülmüş psixotrop maddə olan metamfetamini pay kimi vermişdir. O da həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub üzərində saxlayaraq daşımışdır. Bundan sonra həmin gün saat 19 radələrində Abşeron rayonu, Məmmədli kəndində olduğu zaman Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin iki nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər onun axtarışda olduğunu bildirib onun polis əməkdaşları ilə birlikdə Abşeron RPİnin Mehdiabad PB-nə getməsini xahiş etmişlər. O, heç bir etiraz etməyərək həmin şəxslələ birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmişdir. Mehdiabad PB-də xidməti otaqların birində ona üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış başlamazdan öncə ona dövriyyəsi qanunla qadağan olunmuş hər-hanası bir əşya və ya predmetin olub-olmaması əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir büküm siqaretin gümüşü rəngli kağızma bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb iştirakçılara təqdim etmişdir. Bundan sonra onun üzərindən çıxan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirən zaman polis əməkdaşları ondan psixotrop maddəni kimdən aldığını soruşduqda bildirmişdir ki, Emin adlı şəxsdən almışdır. Polis əməkdaşları ondan bir daha soruşduqda o, yalandan bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini həmkəndlisi X14 adlı şəxsdən almışdır. Həqiqətdə isə həmin adda adam tanımır. Ona metamfetamini satan Emin adlı şəxsin anket məlumatlarını və hazırda harada olduğunu bilmir, o, həmin şəxsi bu adla tanımışdır. Həmin şəxsin hazırda harada olması barədə heç bir məlumatı yoxdur. Dəymiş ziyan onun tərəfindən ödənilmişdir, əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, təxminən 6 il olar ki, Abşeron rayonu Məmmədli kəndində özünə məxsus torpaq sahəsində iri buynuzlu heyvanlar saxlayır. Həmin torpaq sahəsinin qurtaracağında heyvanların qida tələbatını ödəmək üçün samanlıq vardır.xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ona məxsus fermanın hasarında kiçik dəlik açmaq yolu ilə fermaya daxil olan şəxslər tərəfindən fermanın aşağı hissəsində yerləşən samanlığın yaxınlığında yerləşdirilmiş 2000 manat dəyərində “Daver” markalı generatorun oğurlandığını bildirmişdir.Zərərçəkmiş şəxs2 hadisə nəticəsində ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəydiyini və bunun üçün ərizə ilə Abşeron RPİ-nə müraciət etdiyini və sonradan ona məxsus fermadan oğurluq etmiş şəxslərin Abşeron rayon Məmmədli kənd sakinləri X7 və Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini bildirmiş və tələbinin həmin şəxslər barəsində qanuni tədbir görülməsindən ibarət olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 əvvəllər həmin şəxsləri tanımadığını həmin şəxslərlə arasında heç bir əlaqənin eləcədə düşmənçilik münasibəti və ya şəxsi ədavətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli kəndində özünə məxsus 04 ha torpaq sahəsində badam əkmişdir. Həmin torpaq sahəsinin kənarında fərdi yaşayış evi vardır.xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəmir qapısının kilidini sındırmaq yolu ilə içəri daxil olaraq oradan ona məxsus bir ədəd 86 manat dəyərində su nasosunu, bir ədəd 480 manat dəyərində “Panasonic”markalı televizoru, 1 ədəd 170 manat dəyərində su qızdırıcını, hər biri 2500 manat dəyərində olan ümumi 5000 manat dəyərində iri həcmli su nasosunu, 1 ədəd 370 manat dəyərində qaynaq aparatını və bir ədəd 1600 manat dəyərində “Genpover” markalı generatoru oğurlayaraq ona ümumilikdə 7706 manat məbləğində maddi ziyan vurduğu üçün ərizə Abşeron RPİ-nin Mehdiabad PB-nə müraciət etmişdir.Sonradan öyrənmişdir ki ona məxsus evdən oğurluq etmiş şəxslər Abşeron rayon Məmmədli kənd sakinləri X7 və Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs1 tələbinin ona məxsus əşyaları oğurlayan şəxslərin barəsində qanuni tədbir görülməsindən və ona məxsus olan əşyaların tapılaraq geri qaytarılmasından ibarət olduğunu bildirmişdir.Zərərçəkmiş şəxs1 əvvəllər həmin şəxsləri tanımadığını həmin şəxslərlə arasında heç bir əlaqənin eləcədə düşmənçilik münasibəti və ya şəxsi ədavətinin olmadığını bildirmişdir. Dəymiş ziyan məhz Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona görə də ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təxminən 6-7 ildir ki, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2021-ci il tarixdə Hikmət onun yaşadığı evə gələrək onu evdən çölə çağımış və ona bildirmişdir ki, Məmmədli kəndində ferma var və həmin fermanın divarını dağıdaraq oğurluq üçün həyətinə daxil olub .Lakin fermanın həyətində olan generator ağır olduğundan onu apara bilmir. Bunun üçün onun köməyinə ehtiyacı vardır. Bundan sonra Hikmətlə piyada həmin fermaya getmiş və Hikmətin dağıtdığı divardan həmin fermaya daxil olmuşlar. Həmin vaxtı həmin yerdə Hikmətlə ondan başqa heç kim olmamışdır. O, Hikmətlə birlikdə həmin generatoru sürütləyərək fermanın hasarında açdıqları dəlikdən çölə çıxarmışlar. Hikmət ona həmin generatoru onun həyətində gizlətməyi təklif etmiş lakin o, evlərinin fermaya yaxın olduğundan tutulma ehtimalını nəzərə alaraq buna razı olmamışdır.Bundan sonra Hikmətlə həmin generatoru yaxınlıqda yerləşən hasarın dibinə qoymuş və generatoru aparmaq üçün avtomobil axtarmışlar lakin tapa bilməmiş bunun üçün fermaya yaxın yerləşən sahibsiz bir tikilidə həmin generatoru gizlətmişlər.Bundan sonra Hikmət həmin generatoru satmaq üçün müştəri tapacağını bildirmişdir.Bundan sonra xx.xx.2021-ci il tarixdə təxminən axşam saat 22 radələrində Hikmət təkrarən onun yaşadığı evə gələrək ona kəndin içərisində konteyner ev olduğunu və həmin evin qapısının açıq olduğunu həmin evə girmək istədiyini lakin ona köməklik lazım olduğunu bildirmişdir. Bunun üçün həmin vaxtı O, Hikmətlə birlikdə həmin evin yerləşdiyi əraziyə getmişdir. O, torpaq sahəsinin hasarının giriş darvazasının yanında dayandığını gələn olarsa xəbər edəcəyini. Hikmətin isə hasardan aşaraq həyətə daxil olduğunu. Bundan sonra hasarın bir tərəfindən Hikmət oğurladığı əşyaları digər tərəfmə ona verdiyini. Hikmətlə həmin vaxtı evdən 1 ədəd “Panasonic” markalı televizor, 1 ədəd su matoru, 1 ədəd su qızdırıcısı, 1 ədəd işıq generatoru və 2 ədəd su matoru və 1 ədəd qaynaq aparatını götürdüyünü və həmin əşyaları Himətlə birlikdə Hikmətin əvvəlcədən özü ilə gətirdiyi əl arabasına yığaraq həmin əşyaları da əvvəlki oğurluqda oğurladıqları generatoru qoyduqları yarımçıq tikilinin içərisinə yığmışlar.Bundan sonra Hikmətin həmin əşyaları kimə və necə satmasından məlumatı olmadığını bildirmişdir.X1 Rəhimov ilə birlikdə oğurluğa getdiklərini əvvəlcədən bildiyini və ehtiyacı olduğu üçün bu yola əl atdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində iş yoldaşı Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu. Məmmədli kəndi ərazisində xidmət aparan zaman barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarış elan edilmiş şəxs Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi, Kəndli küçəsi ərazisində saxlayaraq Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya olması soruşulduqda Təqsirləndirilən şəxs onlara üzərində psixotrop maddə olduğunu bildirmişdir. Həmin şəxs onlarla razılaşaraq birlikdə Bölməyə gəlmiş və onlar raport yazıb həmin şəxsi bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “tanışı X6 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fermanın həyətindən 01 ədəd 1000 manat dəyərində “Dawer” markalı DYH 8000 SE model generatoru, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində X6 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli kəndi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evindən 01 ədəd su mühərrikini, 01 ədəd “Panasonic”markalı televizoru, 01 ədəd su qızdırıcısım, 02 ədəd iri həcmli su nasosunu, 01 ədəd qaynaq aparatını və 01 ədəd “genpover GBS 40M” markalı generatoru gizli talayaraq oğurlamış, oğurladığı əşyalardan bəzilərini Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Rus bazarı adlanan yerdə tanımadığı şəxslərə ümumilikdə 500 manat satmışdır. Bundan sonra bölmə rəisinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına tutulmuş vəkil X9 iştirakı ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş sonra onun və Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə polis nəfəri polis serjantı Şahid2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Nazim Rəhimova hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən çıxararq təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan psixotrop maddə olan metamfetamindir”. Bildirmişdir ki, “təxminən 5 ay olar ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Təqdim etdiyi psixotrop maddə metamfetamini 12 noyabr 2021 -ci il tarixdə Abşeron rayonu, Məmməli kəndində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi Emin Əhmədağa oğlu ləqəbli şəxsdən özü istifadə etmək üçün pulsuz alıb əldə etdiyini və üzərində saxlayaraq özü ilə Abşeron rayonu, Məmmədli kəndində özü ilə daşıdığını bildirmişdir. Onun psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021- ci il tarixli 9/6017 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ili ümumi dəyəri təxminən 1350(min üç yüz əlli) manat müəyyən edilir. O cümlədən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində İ/C 6.5 yazıları “genpover GBS 40 M” markalı rəng qopuqları olan sarı-qara rəngli generator -300 manat ,01 ədəd sarı rəngli “Dawer" markalı DHY 8000 SE model generator -1000 manat,01 ədəd hidroforlu göy rəngli su mühərriki -50 manatdır. Məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 13 noyabr 2021-ci il tarixli 6/5033 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘DİN-nin Zərflət üçün №236 saylı’’ dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs...” soyadlar və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,213 qram olan ağl rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 iyun 2022-ci il tarixli 2940 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 12 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynidə olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Götürmə barədə protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus fermadan oğurlanmış cinayətin predmeti olan 01 ədəd “Dawer” markalı DYH 8000 SE model generator, 01 ədəd su mühərriki və 01 ədəd üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generator X3 göstərməsi ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən sahibsiz yarımçıq tikilidən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,163 qram qalmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut olan 01 ədəd 1000 manat dəyərində “Dawer" markalı DYH 8000 SE model generatorun Zərərçəkmiş şəxs2, 01 ədəd 50 manat dəyərində su mühərriki və 300 manat dəyərində üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatorun isə sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan zərərçəkmiş şəxslər tərəfindən yazılmış ərizələrdən görünür ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs2 dəymiş 1000 manat maddi ziyan, Zərərçəkmiş şəxs1 dəymiş 6370 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan və məhkəmədə baxış keçirilmiş DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. 12 noyabr 2021-ci il tarixdə Rəhimov X15 RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Babaşov Aslan Sarı oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 14 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 210270751 nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinin tələblərinə əsasən icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 14 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 210271062 nömrəli cinayət işinin istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən 13 aprel 2022-ci il tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 13 mart 2022-ci tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin hakimi X11 11 mart 2022-ci il tarixli . qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 13 aprel 2022-ci tarixədək uzadılmışdır. 210271062 nömrəli cinayət işinin istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək məhkəmə zalından azad olunması və barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı’' qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3 və 277 maddələrinə əsasən dayandırılmış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin istintaq şöbəsinə könüllü gəldiyindən cinayət işinin icraatı təzələnmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1, 326.2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanın məhz onun tərəfindən tam ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“ məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməli olan azadlığın məhdudlaşdırılması növündə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşadığı yer üzrə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını, həmçinin saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Dawer” markalı DYH 8000 SE model generator, 01 ədəd su mühərriki və 01 ədəd üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatorun sahibinə geri qaytarılması nəzərə alınmalı və görüntülərin köçürüldüyü bir ədəd DVD diski sübut kimi iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,163 qram psixatrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilsin, onun üzərinə yaşadığı yer üzrə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını, həmçinin saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,163 qram psixatrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Dawer” markalı DYH 8000 SE model generatorun Zərərçəkmiş şəxs2, 01 ədəd 50 manat dəyərində su mühərriki və 01 ədəd üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatorun ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 109 (bir yüz doqquz) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-489/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-489/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver