Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-489/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Laçın rayonu, Kamallı ərazi dairəsi, Çıraqlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Firdovsi Vəliyev küçəsi, npmrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış qohumu Zərərçəkmiş şəxs istifadəsində olan nəqliyyat vasitəsi hesab edilən “LF 7185-720 minik” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək məqsədilə, qapısının açıq və açarının avtomobilin içərisində olmasından istifadə edərək Zərərçəkmiş şəxs icazəsi olmadan sükanı arxasına əyləşib mühərriki işə saldıqdan sonra hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. 16 iyul 2024-cü il tarixdə saat 18 radələrində Nurlan istifadəsində olan idarə etdiyi LF 7185-720 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə onu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında düşürtmüş, o, evə getdikdən sonra özünə məxsus təsbehin üstündə olmadığını görmüş, həmin təsbehin Nurlanın avtomobilində qaldığını fikirləşmiş, buna görə də Nurlanla əlaqə saxlayıb təsbehinin avtomobildə qaldığını demiş, Nurlan isə avtomobilində ona aid heç bir əşya olmadığını bildirmişdir. Həmin gün saat 23:30 radələrində Nurlanın o zaman müvəqqəti qaldığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yaşadığı bacısıgilin evinin yaxınlığına getmiş, oraya çatdıqda Nurlanın istifadəsində olan LF 7185-720 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin evin qarşısında olduğunu görmüş, avtomobilə yaxınlaşdıqda qapılarının açıq olduğunu görüb sükan tərəfdən əyləşmiş və təsbehini axtarmağa başlamış, bu zaman qoltuqaltı hissədə avtomobilin açarının olduğunu görmüş, bundan sonra həmin avtomobili idarə etmək həvəsinə düşmüş, bu səbəbdən də avtomobilin mühərrikini işə salaraq hərəkət etdirməyə başlamışdır. Avtomobili bir neçə saat Abşeron rayonu, Masazır qəsəbəsi və Binəqədi rayonu ərazisində sürərək idarə etmiş, daha sonra isə avtomobili Xırdalan dairəsi yaxınlığında saxlayıb oradan uzaqlaşmışdır. Sonradan Nurlanın onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq avtomobili idarə etmək üçün Nurlandan icazə almadığını, avtomobili Nurdan icazəsiz idarə etdiyini, LF 7185-720 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda məqsədinin yalnız avtomobili idarə etmək olduğunu, bundan başqa avtomobili oğurlamaq və yaxud da satmaq kimi niyyətinin olmadığını, avtomobili qaçırarkən tək olduğunu, həmin zaman yanında heç kəs olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 2015-ci il istehsalı olan LF 7185-720 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 16 iyul 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi LF 7185-720 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobili həmin zaman müvəqqəti olaraq yaşadığı və yeznəsi Pərviz Məmmədova məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən evin qarşısında saxlamışdır. Ona məxsus avtomobilin qapıları bağlanmır və o, avtomobilin açarını salonda qoltuqaltında olan saxlanc yerində saxlayır. O, 17 iyul 2024-cü il tarixdə su içmək üçün yuxudan oyanmış, həmin vaxt mobil telefonundakı “SMS Radar” mobil tətbiqinə 200 manat cərimə olunması ilə bağlı ismarıc gəldiyini görmüş, avtomobili ilə harada radara düşməsi barədə bir qədər düşündükdən sonra radarın 17 iyul 2024-cü il tarixdə saat 02:43-də olmasını görüb avtomobilə baxmaq üçün qapıdan çölə çıxmış, bu zaman avtomobilinin yerində olmamasını aşkar etmiş, buna görə də DİN-in “102” xidmətinə zəng vurub avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən bir qədər avtomobilinin əvvəllər məhkum olunmuş qohumu Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını düşünmüş, bu səbəbdən də Əmrahın qohumlarına zəng edərək bu barədə maraqlanmış, bundan sonra avtomobilin Əmrah tərəfindən qaçırılması və avtomobilinin hazırda Xırdalan dairəsi yaxınlığında olması ona məlum olmuşdur. Daha sonra polis əməkdaşları ilə birlikdə avtomobilinin olduğu yerə getmiş və avtomobil cərimə meydançasına yerləşdirilmişdir. LF 7185-720 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Əmraha icazə verməmiş, Əmrahın özbaşına olaraq onun avtomobilini qaçırtmış, Əmrah onun avtomobilini qaçıraraq sürmüş, avtomobilə heç bir maddi ziyan yetirməmiş, avtomobilindən heç bir əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona heç bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət ii başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Republiaksı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 29, 177.2.2; 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4, 9.2.3; 9.3-cü b\ndinə əsasən azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış və üzərinə qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/5828 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən təyinatı üzrə yararlıvəziyyətdə 2015-ci il buraxılışlı “Naz Lifan (LF7185-720) “ markalı avtomobilin 2024-cü ilin iyul ayında olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 10500,00 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri-50 manat). - “ Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “LF 7185-720 minik” markalı ** NM *** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs qalmasının nəzərə alınması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış keçirilməsi protokolu, ifadənin yerində yoxlasnması protokolu və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir ziyan dəyməmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsininin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut bir ədəd "“LF 7185-720 minik” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qalması nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut bir ədəd "“LF 7185-720 minik” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qalması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(012)-489/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-489/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver