Məhkəmə qərarları › İş №1(012)-49/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-49/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-49/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhr Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhr Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi döngə 1, ev 222-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə, xx.xx.1977-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi evinin plastik pəncərəni açaraq qanunsuz içəri daxil olub, evin yataq otağında olan çantada pul qabından ekvivalentilə 1360 manat təşkil edən 800 ABŞ dollarını, həmin otaqda olan hədiyyəlik qabın içəsində saxladığı hər birinin qiyməti 1400 manat olan ümumi 2800 manat dəyərində 2 ədəd türk qızılından olan qolbağı, 1 ədəd 800 manat dəyərində türk qızılından olan boyunbağını, 1 cüt 600 manat dəyərində türk qızılından olan forması ipə bağlı 3 toplu olan sırğanı, 1 ədəd 1000 manat dəyərində türk qızılından olan forması ipə bağlı 3 toplu olan boyunbağını, ümumilikdə 6560 manat dəyərində əmlakı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 04 mart 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 həyətdə olan fərdi evin plastik materialdan olan qapısını sıxıb açmaqla evin içərisinə girmiş, o isə evin həyətində dayanıb kənar şəxslərin gəlib-gəlməməsini müşahidə etmiş, Təqsirləndirilən şəxs2 evin qonaq otağından 01 ədəd 900 manat dəyərində olan “Samsunq” markalı, UE55TU7140U modelli televizoru, yataq otağından 01 ədəd 600 manat dəyərində olan “Samsunq” markalı komputeri və dəhlizdən evin siqnalizasiya aparatının 400 manat dəyərində yaddaş qurğusunu evin pəncərəsindən ona verdikdən sonra həmin əmlakları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 mart 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından həyətinə düşməklə evin birinci mərtəbəsinin plastik pəncərəsinin dəmir barmaqlığını həyətdə yerdən götürdüyü dəmir parçası ilə sındırıb pəncərəni əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 01 ədəd 500 manat dəyərində qızılı rəngli tutacağı metal və taxtadan, ön hissəsində 10 ədəd dairəvi formalı möhür olan, təxminən 5-6 litr su tutumlu odun samovarını, hər birinin dəyəri 300 manat olan ümumi 600 manat dəyərində 2 ədəd lampa yeri olan bürünc rəngli şamdanı, evin həyətində olan bir ədəd 90 manat dəyərində «Salyut» markalı, gümüşü-qırmızı rəngli, təxminən 24 ölçülü sadə velosipedi 1 ədəd 120 manat dəyərində «Stels» markalı, Naviqatior 330 medelli, ağ-göy rəngli, təxminən 28 ölçülü sadə velosipedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1310 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq həyətdə olan fərdi evin plastik materialdan olan qapısını sıxıb açmaqla evin içərisinə girmiş, Təqsirləndirilən şəxs1 isə evin həyətində dayanıb kənar şəxslərin gəlib-gəlməməsini müşahidə etmiş, o, evin qonaq otağından 01 ədəd 900 manat dəyərində olan “Samsunq” markalı, UE55TU7140U modelli televizoru, yataq otağından 01 ədəd 600 manat dəyərində olan “Samsunq” markalı komputeri və dəhlizdən evin siqnalizasiya aparatının 400 manat dəyərində olan yaddaş qurğusunu evin pəncərəsindən Təqsirləndirilən şəxs1 verdikdən sonra həmin əmlakları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində yaşadığımevdən çıxaraq tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüş və birlikdə oğurluq etmək məqsədilə idarə etdiyi “Opel” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisinə getmişlər. Saray qəsəbəsində idarə etdiyi avtomobillə ara küçələrdə asta sürətlə hərəkət edərək oğurluq etmələri üçün münasib ev axtarmağa başlamışlar. Bu zaman bir evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görüb avtomobilini bir qədər irəlidə saxlayıb yerə düşmüş, həmin evə tərəf piyada gəlib ətrafda və evdə heç kimin olmadığına əmin olduqdan sonra evin arxa tərəfinə keçmişlər. Daha sonra isə Taleh evin arxa tərəf hasarına dırmaşaraq həyətə düşmüş, o isə evə kimsə gələrsə xəbər vermək üçün evin arxasında dayanıb gözləmişdir. Sonra Taleh evin arxa tərəfində plastik materialdan olan pəncərəsini sıxıb açaraq içəri daxil olmuş, bir qədər sonra Taleh evdən bir ədəd televizor, bir ədəd komputer və siqnalizasiya aparatının yaddaş qurğusunu evdən oğurlayıb içəri daxil olduğu pəncərədən bayıra çıxararaq ona vermişdir. O da oğurladıqları həmin əşyaları Talehdən alıb ehmalca yerə qoymuş, sonra Taleh evdən çıxmış və birlikdə oğurladıqları həmin əyaları aparıb bir qədər qabaqda saxladığı “Opel” markalı avtomobilə qoymuşlar. Daha sonra isə Talehlə razılaşaraq oğurladıqları həmin televizoru özü satmaq üçün götürmüş, siqnalizasiyanı yolda gələrkən boşluq ərazidə atmışlar. Bundan başqa oğurladıqları komputeri də satmaq üçün özündə saxlamış, həmin günün səhərisi komputeri Binəqədi ərazisində Çentralnı deyilən ərazidə tanımadığı şəxsə 150 manata satmış, sonradan törətdiyi cinayət əməlini səmimi etiraf edərək polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedib oğurladığı həmin televizoru istintaqa təqdim etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində “Opel” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron rayonu Digah qəsəbəsi ərazisinə getmişdir. Digah qəsəbəsində ara küçələrdə hərəkətdə olan zaman üç mərtəbəli işıqları sönmüş vəziyyətdə olan ev görmüş, avtomobilini bir qədər irəlidə saxlayıb düşmüşdür. Qeyd etdiyi həmin evə tərəf piyada gəlmiş, ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra evin hasarına dırmaşaraq həyətə düşmüşdür. Həyətdə olan evin pəncərələri dəmir barmaqlıqla örtülmüşdür. O, həyətdə armatur parçası tapıb həmin dəmirlə evin yan tərəfində olan pəncərənin dəmir barmaqlığını sındırıb yerə qoymuş, bundan sonra pəncərəni əli ilə açıb içəri daxil olmuş, evin birinci mərtəbəsində olan qonaq otağında kamotun üzərində olan iki ədəd dəmir materialdan olan şamdan qabını götürüb həmin otaqda olan sellofanlara salmış, sonra qonaq otağından çıxıb mətbəxə daxil olmuşdur. Mətbəx mebelinin üzərində bir ədəd samovar görmüş, həmin samovarı da götürüb sellofana salmışdır. Götürdüyü əşyaları daxil olduğu pəncərədən həyətə çıxarmış, götürdüyü əşyaları hasardan keçirməklə küçədə yerə qoymuş, sonra evin həyətində hasara söykənmiş bir ədəd kiçik ölçüdə və bir ədəd böyük ölçüdə velosipedi də hasardan küçəyə tərəf keçirmiş, həmin əşyaları avtomobilin yanına daşıyaraq avtomobilə yükləmişdir. Səhəri gün oğurladığı həmin əşyalardan bir ədəd samovar və iki ədəd şamdan qablarını Bakı şəhəri İçəri Şəhər metro stansiyasının yaxınlığında qədim əşyaların alqı-satqısı dükanına 220 manat müqabilində satmış və əldə etdiyi pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan ünvandan oğurladığı 2 ədəd velosipedi isə avtomobilində saxladığı üçün sonradan istintaqa təqdim etmişdir. Bundan başqa 09 fevral 2022-ci il tarixdə saat 15 radələrində Masazır kəndi ərazisində çöllük sahədə yerləşən fərdi yaşayış evləri yerləşən yerə gəlmiş, çöllük ərazidə sahibsiz itlər olduğu üçün özü ilə taxta parçası götürmüş, bir həyət evinin darvazasına yaxınlaşmış, qapısını əli ilə yoxlamış və bağlı olduğuna əmin olmuş evdə adam olmadığını bilmişdir. Ona görədə hasardan evin həyətinə tullanmış, həyətdə birmərtəbəli ev olmuş, evin arxa tərəfinə keçib pəncərəsini itələdikdə açıq olduğunu görmüşdür. Oradan evə daxil olmuş, tumboçkanın üstündə açıq vəziyyətdə qadın çantası olmuş, həmin çantanın içinə baxdıqda görmüşdür ki, pul vardır. Həmin pulları götürmüş və saydıqda 800 ABŞ dolları olduğunu bilib cibinə qoymuşdur. Bundan sonra çantanın yanında hədiyyə paketi, paketin içərisində isə 2 ədəd kiçik ölçülü qutu olmuş, həmin qutuları açdıqda içərisindən 2 ədəd qızıl qolbağ, 1 ədəd tros boyunbağı, bir dəst sırğa, 1 ədəd nazik boyunbağı olmuş, həmin qızılları götürüb cibimə qoymuş və gəldiyim yerdən qayıdıb çıxıb getmişdir. Həmin günü saat 16 radələrində Bakı şəhəri, 28 may metrostansiyası yerləşən əraziyə gəlmiş, orada tanımadığı dollar xırdalayan şəxsə yaxınlaşmış, oğurladığı dolların üstündə ərəb hərfi olduğuna görə 800 ABŞ dollarnı 1,50 manatdan ümumilikdə 1200 manata dəyişmiş, bundan sonra Moskva univermağına getmiş, orada oğurladığı qızıl-zinyət əşyalarını 1200 manata üzdən tanıdığı şəxsə satmış, əldə etdiyi 2400 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Əhmədlə birlikdə oğurluq etmək məqsədilə onun idarə etdiyi “Opel” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisinə getmişlər. Saray qəsəbəsində avtomobillə ara küçələrdə asta sürətlə hərəkət edərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Bu zaman bir evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görmüş və Əhməd avtomobili bir qədər irəlidə saxlamışdır. Onlar avtomobildən yerə düşüb həmin evə tərəf piyada gəlib ətrafda və evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin arxa tərəfinə keçmişlər. Daha sonra isə evin arxa tərəf hasarına dırmaşaraq həyətə düşmüş, sonra isə evin arxa tərəfində plastik materialdan olan qapını sıxıb açaraq içəri daxil olmuşdur. Əhməd isə evə kimsə gələrsə xəbər vermək üçün evin arxasında dayanıb gözləmiş, o həmin evin bütün otaqlarında axtarış apardıqdan sonra evin qonaq otağında divardan asılmış bir ədəd televizoru, qonaq otağından bir ədəd komputeri və dəhlizdə quraşdırılmış siqnalizasiya aparatının yaddaş qurğusunu evdən oğurlayıb içəri daxil olduğum pəncərədən bayıra çıxararaq Əhmədə vermişdir. Sonra isə evdən bayıra çıxıb Əhmədlə birlikdə oğurladığı həmin əşyaları aparıb Əhmədin bir qədər qabaqda saxladığı “Opel” markalı avtomobilinə qoyub həmin yerdən uzaqlaşmışlar. Daha sonra isə Əhməd onunla razılaşaraq oğurladıqları həmin televizoru və kompuyeri özü satmaq üçün götürmüş, siqnalizasiyanı yolda gələrkən boşluq ərazidə atmışdır. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən 28 nömrəli bağ evim vardır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində bağ evinə gedib baxan zaman hər şeyin öz qaydasında olduğunu görərək çıxıb getmişdir. Həmin bağ evinə müşahidə kameraları quraşdırıldığına görə həmin gün saat 16 radələrində mobil telefonu vasitəsilə yenidən evinə baxmaq istədikdə müşahidə kamerasının sönülü olduğunu görmüşdür. O, əvvəlcə bağ evinin yerləşdiyi ərazidə işıqların sönülü olmasını ehtimal edib bir qədər gözləmiş, lakin müşahidə kamerasının yenə də işləmədiyini görüb həmin bağ evimə getmişdir. Bu zaman isə evin bütün otaqlarında əşyaların dağınıq vəziyyətdə olduğunu, evdə axtarış aparıldığını, evin qonaq otağından bir ədəd “Samsunq” markalı televizorun, yataq otağından bir ədəd “Samsunq” markalı komputerin və evin dəhlizində quraşdırılmış siqnalizasiya aparatının markasını xatırlamadığı yaddaş qurğusunuin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də mən həmin vaxt DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək evimdən oğurluq olması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə həmin bağ evinin qonaq otağından bir ədəd 2000 manat dəyərində olan “Samsunq” markalı televizor, yataq otağından bir ədəd 600 manat dəyərində olan “Samsunq” markalı komputer və evin dəhlizində quraşdırılmış siqnalizasiya aparatının 400 manat dəyərində olan yaddaş qurğusu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Nəticədə isə ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində özünə məxsus üç mərtəbəli fərdi evi vardır və həmin evdə yay mövsümü ilə əlaqədar yaşayır, lakin evdə yaşamadığı müddətdə həmin evə baş çəkir. xx.xx.2022-ci il tarixdə sonuncu dəfə evində olmuş, hər şey qaydasında olmuşdur. 15 mart 2022-ci il tarixdə saat 13 radələrində həmin evə baş çəkmək üçün getmiş, evin yan tərəfinə baxdıqda pəncərənin üzərində olan dəmir barmaqlığın sındırılaraq kənara qoyulduğunu görmüş, evin içərisinə baxdıqda orada olan kamotun üzərində olan iki ədəd şamdan qablarının, mətbəx mebelinin üzərində olan bir ədəd samovarın, evin həyətində olan bir ədəd kiçik ölçülü və bir ədəd böyük ölçülü velosipedlərin oğurlandığını aşkar etmişdir. Bağ evindən bir ədəd 1300 manat dəyərində samovar, hər biri 500 manat olmaqla ümumi 1000 manat dəyərində iki ədəd şamdan qablarının, bir ədəd 100 manat dəyərində kiçik ölçüdə və bir ədəd 1000 manat dəyərində böyük ölçüdə velosipedlərin oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Türkiyə Respublikası vətəndaşı olan Salih Kaymakçı yaşadığı evi təxminən 5 ay olar ki, almış və həmin evdə uşaqları ilə birlikdə yaşayır. Həyat yoldaşı Salih xx.xx.2022-ci il tarixdə Türkiyəyə getmiş və həmin evdə mən uşaqları ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində uşaqları ilə birlikdə yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən uşaqların oxuduğu məktəbə getmişdir. O, evdən çıxanda evin qapısını və darvazanın qapısını bağlamış, həmin günü, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində idarə etdiyi avtomobil ilə evə gəlmiş və darvazanın qapısını açaraq avtomobil ilə həyətə daxil olmuş və evin qapısını açmaq istədikdə evin qapısının açılmadığını və qapının içəridən bağlı olduğunu aşkar etmişdir. Daha sonra evə nəzər yetridikdə evin yan tərəfində olan plastik pəncərənin açıq olduğunu görmüşdür. Bundan sonra həmin pəncərədən içəri evə daxil olaraq evin qapısını içəridənm açmış, evin içərisinə nəzər yetirdikdə hər tərəfin dağınıq olduğunu gördükdə tez pulları və qızılları olan yerə getmişdir. Qızının yataq otağında pulları qoyduğu yerə, yəni pul çantasına baxdıqda pul qabında 800 ABŞ dollarının olmadığını və daha sonra həmin yerdə hədiyyəlik qabın içərisində olan hər birinin dəyəri 1400 manat olan 2 ədəd türk qızılından olan qolbağı, 1 ədəd 600 manat dəyərində türk qızılından olan boyunbağı, 1 cüt 800 manat dəyərində türk qızılından olan forması ipə bağlı 3 toplu olan sırğa, 1 ədəd 1000 manat dəyərində türk qızılından olan forması ipə bağlı 3 toplu olan sepin həmin qabda olmadığını və hədiyyəlik qabın bir ədədinin də yerdə olmadığını aşkar etmişdir. Bundan sonra dərhal özündə olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 800 ABŞ dolları və 5200 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, 2012-ci ildən Bakı şəhəri, Səbael rayonu, N.Rəfibəyli küçəsində şəriki Möhsümlə birlikdə icarə götürdüyü obyektdə antik əşyaların alqı-satqısı ilə məşğul olur. 14 mart 2022-ci il tarixdə saat 11 radələrində tanımadlığı bir nəfər şəxs mağazaya gələrək bir ədəd samovar, iki ədəd şamdan qablarını satmaq istədiyini bildirmiş, o da həmin əşyalara baxdıqdan sonra həqiqətən həmin əşyaların antik əşyalar olduğunu görüb almaq qərarına gəlmiş, həmin şəxslə razılaşaraq bir ədəd samovarı və iki ədəd şamdanı ümumilikdə 220 manata almışdır. Aldığı əşyaların sahibi həmin əşyaların özünə məxsus olduğunu bildirmiş və pula ehtiyacı olduğu üçün satmaq üçün gətirdiyini bildirmiş, həmin əşyaların oğurluq olduğunu bilməmiş, sonradan qeyd olunan əşyaları istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Moskva univermağında təxminən 10 il olar ki, qızıl alqı-satqısı ilə məşğul olur. 09 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq özünə məxsus qızılları satmaq istədiyini bildirmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsini aldıqdan sonra onun Əhməd adlı şəxs olduğunu bilmiş, həmin şəxs ona bir ədəd qızıl boyunbağı, bir cüt 3 toplu sırğa, bir ədəd 3 toplu boyunbağı çıxarıb ona vermiş, həmin qızılların lom qiyməti ilə hesablayıb sonuncuya 1200 manat pul vermiş, Əhməd adlı şəxsin ona satmaq üçün təqdim etdiyi qızıllar Türkiyə istehsallı qızıllar olmuş, sonuncu satmaq istədiyi qızılların həyat yoldaşına məxsus qızıllar olduğunu bildirmiş və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə 01 ədəd qara rəngli «Samsunq» markalı televizor, 01 ədəd qızılı rəngli samovar, 01 ədəd «Salyut» markalı velosiped, 01 ədəd «Stels» markalı velosiped və 02 ədəd şamdan qabları maddi sübut kimi götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2022-ci il tarixli 9/2254 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli «Samsunq» markalı, UE55TU7140U model, 2021.01 Rusiya Federasiyası istehsalı olan televizor istifadədə olması, nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti 900 manat müəyyən edilir. Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2022-ci il tarixli 9/2969 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş: 01 ədəd qızılı rəngli tutacağı metal və taxtadan, ön hissəsində 10 ədəd dairəvi formalı möhür olan, təxminən 5-6 litr su tutumlu odur samovarı 500 manat,02 ədəd 05 ədəd lampa yeri olan, bürünc rəngli şamdan 600 (2x300 m) manat,01 ədəd «Salyut» markalı, gümüşü-qırmızı rəngli, təxminən 24 ölçülü sadə velosiped 90 manat,01 ədəd «Stels» markalı, Naviqatior 330 medelli, ağ-göy rəngli, təxminən 28 ölçülü sadə velosiped 120 manat, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hazırkı vəziyyətdə 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1310 manat müəyyən edilir. İş üzrə 01 ədəd qara rəngli «Samsunq» markalı, UE55TU7140U model, 2021.01 Rusiya Federasiyası istehsalı olan televizor, 01 ədəd qızılı rəngli tutacağı metal və taxtadan, ön hissəsində 10 ədəd dairəvi formalı möhür olan, təxminən 5-6 litr su tutumlu odun samovarı 500 manat, 02 ədəd 05 ədəd lampa yeri olan bürünc rəngli şamdan 600 manat, 01 ədəd «Salyut» markalı, gümüşü-qırmızı rəngli, təxminən 24 ölçülü sadə velosiped 90 manat, 01 ədəd «Stels» markalı, Naviqatior 330 medelli, ağ-göy rəngli, təxminən 28 ölçülü sadə velosiped və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, qeyd olunan əşyalar saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmış, bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 02 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Apeiyasiya Məhkəməsinin 1(105)- 146/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Abşeron rayon Məhkəməsinin 1(012)300/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3- cü maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu İİ tarixli, 1 (001 )-301 /2019 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-144/2Q22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5- ci bəndinə əsasən 01 il müddətinə azaldılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2021-cl il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(012)-192 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 cəzasının 04 ay 22 gününü çəkmiş, çəkilməmiş 02 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli şübhəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaqda Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, evdən oğurlanmış 1 ədəd samovar, 2 ədəd şamdan qabları və 2 ədəd velosipedlər özünə qaytarıldığı üçün onu törətmiş Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli şübhəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli «Samsunq» markalı, UE55TU7140U model, 2021.01 Rusiya Federasiyası istehsalı olan televizor, 01 ədəd qızılı rəngli tutacağı metal və taxtadan, ön hissəsində 10 ədəd dairəvi formalı möhür olan, təxminən 5-6 litr su tutumlu odun samovarı 500 manat, 02 ədəd 05 ədəd lampa yeri olan bürünc rəngli şamdan 600 manat, 01 ədəd «Salyut» markalı, gümüşü-qırmızı rəngli, təxminən 24 ölçülü sadə velosiped 90 manat, 01 ədəd «Stels» markalı, Naviqatior 330 medelli, ağ-göy rəngli, təxminən 28 ölçülü sadə velosiped ibtidai istintaq zamanı sahiblərinə qaytarılmış və bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 kamerada əksi göstərilən şəxsin özü olduğunu və 09 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi evin həyətinə daxil olub evdən oğurluq etdikdən sonra giriş darvazasının üstünə çıxıb tullanaraq hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli «Samsunq» markalı, UE55TU7140U model, 2021.01 Rusiya Federasiyası istehsalı olan televizor, 01 ədəd qızılı rəngli samovarın, 02 ədəd 05 ədəd lampa yeri olan bürünc rəngli şamdan, 01 ədəd «Salyut» markalı, gümüşü-qırmızı rəngli, təxminən 24 ölçülü sadə velosipedin, 01 ədəd «Stels» markalı velosipedin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 420 manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CMin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 01 il 03 ay 19 gün müddət Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli «Samsunq» markalı, UE55TU7140U model, 2021.01 Rusiya Federasiyası istehsalı olan televizor, 01 ədəd qızılı rəngli samovarın, 02 ədəd 05 ədəd lampa yeri olan bürünc rəngli şamdan, 01 ədəd «Salyut» markalı, gümüşü-qırmızı rəngli, təxminən 24 ölçülü sadə velosiped, 01 ədəd «Stels» markalı velosipedin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 420 manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar