Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-49/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Büposunun vəkili Müdafiəçinın iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Hacıqabul rayonu, Ağacanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və 30 yanvar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxil edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,467 qram maddə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində əldə edib, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə daşımaqla üzərində saxlamış, 01 iyun 2023-cü il tarixdə saat 14 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində yerləşən evinin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad PB-yə gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə həmin 0,467 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi narkotik vasitənin ona aid olmadığını, barəsində inzibati qaydada həbs tətbiq edilən vaxt polisin məcburiyyəti ilə boynuna aldığını, bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, hal-hazırda ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu, Ələtli Ə/D, Ağacanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində nömrəsiz evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmamışdır. Ancaq hazırda barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi Abşeron rayon məhkəməsində baxılmaqdadır. Hadisə barədə bildirmişdir ki, 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetamini istifadə etmək üçün özündə saxlamışdır. 01 iyun 2023-cü il tarixdə günorta vaxtında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsi ilə piyada yaşadığı evi istiqamətində gedən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. Polislər barəsində əməliyyat tədbilərinin həyata keçirilməsi haqqında qərarla tanış edib, narkotik vasitə və psixotrop maddə istifadə etməyi və üzərində saxlamağı barədə polisdə əməliyyat məlumatının olduqlarını bildirmişdilər. Bundan sonra polislər onu saxlayıb Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişdilər. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman ilk öncə hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümündə içərisində öz aralarında (şüşə) adlandırdığı psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin maddə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşıması və satması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, 01 iyun 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PBnin rəisi, polis polkovnik leytenantı Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, qrupun üzvü kimi 01 iyun 2023-cü ildə saat 14-15 radələrində əldə etdikləri məlumat əsasında Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində yəni, evlərinin yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Ona görə də onlar birlikdə bölmənin inzibati binasından çıxaraq, Təqsirləndirilən şəxs olduğu yerə gəlmişdilər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi barədə artıq onlarda məlumat olmuşdur. Ona görə də tez Orxanın yanına yaxınlaşıb saxlamışdılar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və Orxanın barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, üzərində saxlayaraq daşımasında şübhəli olduğunu bildirib, əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməli olduğunu bildirmişdilər. Daha sonra Orxana onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getməsini təklif etmişdilər. Bölmənin inzibati binasında Orxanın üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, Tuncay Tağıyev tərəfindən hüquq və vəzifələri izah edilməklə, vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Orxana üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı gümüşü rəngli folqaya bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisinə açılıb baxıldıqda içərisindən ağ rəngli kristallik maddə yəni, psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan psixotrop maddə olan metamfetamini 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisindən tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, qanunla qadağan olunan başqa hər hansı əşya və predmet tapılmamışdır. Aşkar olunan əşyalar və narkotik vasitə heroin zərfə qoyularaq, möhürlənib götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, DİO-da 2002-ci ildən xidmət edir. 2016-cı ildən isə Abşeron RPİ-də Mehdiabad PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir və polis mayoru rütbəsindədir. Hacıqabul rayonu, Ələtli Ə/D, Ağacanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşıması və satması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, 01 iyun 2023-cü il tarixdə onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi, polis polkovnik leytenantı Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, o, həmin qrupun rəhbəri olmuşdur. Qrupun üzvü isə Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. Bundan sonra, 01 iyun 2023-cü ildə saat 14-15 radələrində əldə etdiyi məlumat əsasında, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində yəni, evlərinin yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Ona görə də onlar birlikdə bölmənin inzibati binasından çıxaraq, Təqsirləndirilən şəxs olduğu yerə gəlmişdilər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi barədə artıq onlarda məlumat olmuşdur. Ona görə də tez Orxanın yanına yaxınlaşıb saxlamışdılar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və Orxanın barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, üzərində saxlayaraq daşımasında şübhəli olduğunu bildirib, əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməli olduğunu bildirmişdilər. Daha sonra Orxana onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getməsini təklif etmişdilər. Bölmənin inzibati binasında Orxanın üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, Tuncay Tağıyev tərəfindən hüquq və vəzifələri izah edilməklə, vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Orxana üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı gümüşü rəngli folqaya bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisinə açılıb baxıldıqda içərisindən ağ rəngli kristallik maddə yəni, psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan psixotrop maddə olan metamfetamini 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisindən tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, qanunla qadağan olunan başqa hər hansı əşya və predmet tapılmamışdır. Aşkar olunan əşyalar və narkotik vasitə heroin zərfə qoyularaq, möhürlənib götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli 6/3126 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 236» dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirak etdilər-dörd imza; təhqiqatçı: T.Tağıyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,467 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Respublika Narkoloji Mərkəzin 05 sentyabr 2023-cü il tarixli 5683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə 01 iyun 2023-cü il tarixdə “şəxsi axtarış və götürülmə keçirilməsi” haqqında protokola əsasən, saat 16:25 radələrindən saat 16:45 radələrinə qədər şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü aşkar edilmişdir. Həmin bükülünün içərisi açılıb baxıldıqda içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş bir ədəd CD diskə 03 sentyabr 2023-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı CD diskdə 1 ədəd qovluq olduğu, həmin qovluqda olan görüntü 07 dəq 59 saniyəlik video görüntü olmaqla saat 16:25 radələrindən saat 16:45 radələrindək olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 13 radələrində radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsində piyada hərəkətdə olan zaman Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılıb, bölmənin inzibati binasına gətirilmiş və saat 16:25 radələrindən saat 16:45 radələrindək olan müddət ərzində polis əməkdaşlarını və müdafiəçinin iştirakları ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli sinəsində döymələri olan uzunqol köynək, boz rəngli cins şalvar və boz rəngli ayaqqabı olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli folqaya bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisindən tanımadığı şəxsdən 15 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən 2023-cü il tarixdə gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lakin, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi məhkməyə göndərilmiş və 28 avqust 2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburu müalicə təyin edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata alınması, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdə olan yanlışlığın aradan qaldırılması barədə məhkəmənin 06 sentyabr 2023-cü il tarixli qərarından göründüyü kimi CM-nin 69.3 maddəsinə əsasən təyin edilmiş cəzadan şübhəli şəxs qismində tutulduğu 03 gün müddət çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan Bakı İstintaq Təcridxanasının 06 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə cəza müddəti qurtardığına görə Bakı istintaq təcridxanasında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi çəkisi 0,467 qram psixotrop maddə olan metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,417 qram metamfetamin iş üzrə 03 iyun 2023-cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş 03 iyun 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ Mehdiabad PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, iş materialları ilə təkzib olunduğundan özünümüdafiə xarakterli kimi qiymət verilməlidir.Belə ki, işdə olan Abşeron rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 23 gün müddətinə tutma tətbiq olunub, tutmanın əvvəli 04 iyun 2023-cü il tarixdən hesablanmışdır.Halbu ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş 03 iyun 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı . Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Abşeron Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(012)-284/2023 saylı hökmü ilə təyin edilmiş 10 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və Abşeron Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(012)-284/2023 saylı hökmü ilə nəzərə alının 03 gün tutma və həmin hökmlə təyin edilmiş 09 ay 27 gün azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından, cəmisi 10 ay 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı tutulduğu 30 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,417 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Büposunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, Abşeron Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(012)-284/2023 saylı hökmü ilə ona təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və Abşeron Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(012)-284/2023 saylı hökmü ilə nəzərə alınan tutulduğu 03 gün, habelə həmin hökmlə təyin edilmiş 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həmin müddət cəmi, 10 ay 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,417 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Büposunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-49/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-49/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver