Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-490/2019 04.11.2019 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 1(012)-490/2019 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM ABŞERON RAYON MƏHKƏMƏSİ 04 noyabr 2019-cu il Xırdalan şəhəri Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 qızının iştirakları ilə xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.05.2019-cu il tarixdə saat 18 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, usta kimi işlədikləri Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək özlərində olan açarla evin zirzəmisinin qapısını açaraq ora daxil olmuş və oradan bir ədəd 400 manat dəyərində olan üzərində “SUMPLUS101 Made in Türkiye, 1-1,5 HW/HP, ölçüləri və 500x500x380” yazıları olan alminium profil kəsmək üçün nəzərdə tutulmuş dəzgahı, 1840 manat dəyərində olan 2000 metr uzunluğunda elektrik naqilini və 50 manat dəyərində olan santexnika borularını gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24.05.2019-cu il tarixdə saat 18 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək usta kimi işlədikləri Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək özlərində olan açarla evin zirzəmisinin qapısını açaraq ora daxil olmuş və oradan bir ədəd 400 manat dəyərində olan üzərində “SUMPLUS101 Made in Türkiye, 1-1,5 HW/HP, ölçüləri və 500x500x380” yazıları olan alminium profil kəsmək üçün nəzərdə tutulmuş dəzgahı, 1840 manat dəyərində olan 2000 metr uzunluğunda elektrik naqilini və 50 manat dəyərində olan santexnika borularını gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24.05.2019-cu il tarixdə saat 18 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək usta kimi işlədikləri Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək özlərində olan açarla evin zirzəmisinin qapısını açaraq ora daxil olmuş və oradan bir ədəd 400 manat dəyərində olan üzərində “SUMPLUS101 Made in Türkiye, 1-1,5 HW/HP, ölçüləri və 500x500x380” yazıları olan alminium profil kəsmək üçün nəzərdə tutulmuş dəzgahı, 1840 manat dəyərində olan 2000 metr uzunluğunda elektrik naqilini və 50 manat dəyərində olan santexnika borularını gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 təklifi ilə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evində usta kimi iki gün işləmiş, satılan malın oğurluq olduğunu bilməmiş, oğurluq olan zaman o, kənddə yox, məsciddə olmuş, Orxan ona 50 manat pul verdikdən sonra həmin malların oğurluq olduğunu bilmişdir. Sonda ona elan olunmuş ittiham üzrə bəraət verilməsini xahiş etdi. Halbuki, ibtidai istintaq zamanı o, müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır, əvvəllər məhkum olunmamışdır. Təxminən üç gün olar Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evində usta kimi işləmiş, həmin evdə quyu qazdırmış, bunun müqaabilində evin sahibi ona 50 manat pul verməli idi, həmin puldan 10 manatı fəhləyə, qalan 40 manatı isə ona verilməli idi. Ev sahibindən zəhmət haqqını istədikdə o, pulu Orxana verdiyini, ona pul verməyəciyini bildirmiş, o, bu barədə Orxana dedikdə, Orxan ev sahibinin onların pullarını vermədiyinə görə evindən oğurluq etməyi təklif etmiş, onlar bu məqsədlə 24.05.2019-cu il tarixdə saat 18 radələrində onun Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedib onda olan Samirin evinə məxsus açarla evin qapısını açıb evin həyətinə girərək oradan evin zirzəminin qapısını açarla açıb içəri daxil olduqdan sonra zirzəmidə olan bir ədəd alüminium profil kəsmək üçün olan dəzgah və təxminən 500 metr uzunluğunda elektrik naqilini oğurlamışlar, oğurladıqları elektrik naqilini elə həmin evin həyətində yandırdıqdan sonra əldə olunan misi isə Binəqədi rayonu, “Eurohome” mağazasına yaxın yerdə yerləşən metal qəbulu yerinə 104 manata satmışlar, əldə etdikləri pulu isə üç yerə bölmüşlər və hər birinə təxminən 35 manat pul çatmış, oğurladıqları dəzgahı isə ağır olduğu üçün üçü birlikdə yola qədər aparmış, daha sonra isə avtobusa qoyaraq kəndin mərkəzinə gətirmiş, orada tanıdıqları Pərvin adlı şəxsə “belə bir dəzgah var, ev sahibinə lazım olmadığı üçün tullayırdı, mən istədim mənə verdi, əgər istəyirsənsə al” demiş, Pərvin dəzgahla maraqlanmış və almaq istədiyini söyləmiş, onlar həmin dəzgahı 150 manata satıb, əldə etdikləri puldan hər birinə 50 manat pul çatmış, əldə etdikləri pulları isə şəxsi ehtiyacları üçün xərcləmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evində usta kimi işləmiş, hadisə baş verdiyi tarix yadında deyil, bildiyinə görə Orxan həmin fərdi yaşayış evində oğurluq etmək istəmişdir. Sonda ona elan olunmuş ittiham üzrə bəraət verilməsini xahiş etdi. Halbuki, ibtidai istintaq zamanı o, müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi ev 12A ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır, əvvəllər məhkum olunmamışdır. Təxminən üç gün olar Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evində usta kimi işləmiş, o, həmin evdə quyu qazmış, bunun üçün evin sahibi ona 30 manat pul verməli olmuş, həmin puldan ona heç nə verməmişdir. o, ev sahibindən bu barədə soruşduqda ev sahibi ona pulu Orxana verdiyini, ona pul verməyəcəyini demiş, o, bu barədə Orxana dedikdə, Orxan ev sahibi pullarını vermədiyinə görə evdən oğurluq etməyi təklif etmiş, onlar bu məqsədlə 24.05.2019-cu il tarixdə saat 18 radələrində Samirin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinə gedib onda olan Samirin evinə məxsus açarla evin qapısını açıb evin həyətinə girərək oradan evin zirzəmisinə yaxınlaşaraq zirzəminin qapısını açarla açıb içəri daxil olduqdan sonra zirzəmidə olan bir ədəd alüminium profil kəsmək üçün olan dəzgah və təxminən 500 metr uzunluğunda elektrik naqilini oğurlamışlar, oğurladıqları elektrik naqilini elə həmin evin həyətində yandırdıqdan sonra əldə olunan misi isə Binəqədi rayonu, “Eurohome” mağazasına yaxın yerdə yerləşən metal qəbulu yerinə 104 manata satmışlar, əldə etdikləri pulu isə üç yerə bölmüşlər və hər birinə təxminən 35 manat pul çatmış, oğurladıqları dəzgahı isə ağır olduğu üçün üçü birlikdə yola qədər aparmışlar, daha sonra isə avtobusa qoyaraq kəndin mərkəzinə gətirmişlər. Orada tanıdıqları Pərvin adlı şəxsə belə bir dəzgah var, ev sahibinə lazım olmadığı üçün tullayırdı, mən istədim mənə verdi, əgər istəyirsənsə al” demişlər. Pərvin dəzgahla maraqlanmış və almaq istədiyini demiş, onlar həmin dəzgahı 150 manata satıb, əldə etdikləri puldan hər birinə 50 manat pul çatmışdır. Əldə etdikləri pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi ev 44-də qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Təzəkənd məhəlləsində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır, əvvəllər məhkum olunmamışdır. Təxminən bir ay olar Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evində usta kimi işləmiş, o, həmin evdə elektrik işlərini həmdə başqa işlər görmüş, sonuncu dəfə həmin evin həyətində quyu qazmış, əlavə olaraq 110 manat zəhmət haqqı müqabilində quyunun içini tikməli olmuş, ev sahibi ona həmin puldan 70 manatını vermiş, 40 manat isə qalıq qalmış, o, ev sahibindən qalan pulu istədikdə bütün işləri gördükdən sonra qalan pulu verəcəyini demiş, onun ev sahibinin bu sözlərindən xoşu gəlməmiş, buna görədə o, həmin evə girərək oğurluq etmək qərarına gəlmiş, bu barədə iş yoldaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 demiş, Fuadgil onun fikri ilə razılaşdıqdan sonra onlar bu məqsədlə 24.05.2019-cu il tarixdə saat 18 radələrində Samirin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinə gedərək onda olan Samirin evinə məxsus açarla evin qapısını açıb evin həyətinə girərək oradan evin zirzəmisinə yaxınlaşaraq zirzəminin qapısını açarla açıb içəri daxil olmuşlar, zirzəmidə olan bir ədəd alüminium profil kəsmək üçün olan dəzgah və təxminən 500 metr uzunluğunda elektrik naqilini oğurladıqdan sonra oğurladıqları elektrik naqilini elə həmin evin həyətində yandırmışlar, əldə olunan misi isə Binəqədi rayonu, “Eurohome” mağazasına yaxın yerdə yerləşən metal qəbulu yerinə 104 manata satmışlar. Əldə etdikləri pulu üç yerə bölmüşlər və hər birinə təxminən 35 manat pul çatmış, oğurladıqları dəzgahı isə ağır olduğu üçün üçü birlikdə yola qədər aparmışlar, daha sonra isə avtobusa qoyaraq kəndin mərkəzinə gətirmişlər, orada tanıdıqları Pərvin adlı şəxsə “belə bir dəzgah var, ev sahibinə lazım olmadığı üçün tullayırdı, mən istədim mənə verdi, əgər istəyirsənsə al” demiş, Pərvin dəzgahla maraqlanmış və almaq istədiyini bildirmişdir. Onlar həmin dəzgahı 150 manata satmışlar və əldə etdikləri puldan hər birinə 50 manat pul çatmışdır. Əldə etdikləri pulları isə şəxsi ehtiyyacları üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödədiyini əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 67V-də ailəsi ilə birlikdə yaşayır, Abşeron rayonu, Qobu qəsəbəsində özünə məxsus iki mərtəbəli fərdi yaşayış evi var, həmin evdə təmir işləri apardığından o, mütəmadi olaraq həmin evə gedib baş çəkirmiş, 25.05.2019-cu il tarixdə saat 09 radələrində həmin evə gedib baş çəkdikdə orada işləyən ustalar ona evin zirzəmisindən bir ədəd dəzgahın oğurlandığını demiş, o, ətraflı baxış keçirtdikdə ona həmin evin zirzəmisindən bir ədəd 1500 manat dəyərində olan alüminium profil kəsən dəzgahın, 1840 manat dəyərində olan 2000 metr uzunluğunda kabelin və 50 manat dəyərində olan santexnika borularının naməlum şəxs(şəxslər) tərəfindən oğurlandığı məlum olduqdan sonra bu barədə o, DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 valideynləri tərəfindən tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxslərdən heç birinə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsi ev 6-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 uzun müddət olar tanıyır, Fuadla münasibəti həmişə yaxşı olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da qəsəbədən tanımış, 24.05.2019-cu il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində qəbristanlığında olan zaman qonşusu Təqsirləndirilən şəxs1 ona zəng etmiş və əgər yaxındadırsa onlarında işlərini bitirdiyini, yol üstü onları götürməyi xahiş etdikdə o da Fuada bir azdan gələcəyini demiş, Fuadgilin usta kimi işlədiyi evin yanına gəldikdə Fuad iki nəfər ilə evdən çıxıb maşına tərəf gəlib əyləşmişlər, həmin şəxslər maşının yük yerini açaraq, ora nəsə qoymuşlar, o, Fuaddan bu barədə soruşduqda Fuad evdə işlərini bitirdiklərini, dəzgah ona məxsus olduğuna görə evə apardığını bildirmiş, o, Fuadgili gətirib evlərinə düşürtmüş, Fuad özü ilə işlədiyi yerdən gətirdiyi dəzgahıda götürərək evə aparmış, təxminən bir gün sonra Fuad ona öz istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək onda dəzgahın olduğunu, əgər almaq istəyirsə gəlib baxmağı təklif etmiş, o, da Fuadgilin evinə getmiş, həmin vaxt həyətdə Fuad, Orxan və İxtiyar olmuş, o, dəzgaha baxmış və ona lazım olduğu üçün almaq istədiyini bildirdikdə Fuadgil dəzgahı 200 manata satdığını demiş, o, isə 150 manat pulunun olduğunu bildirib dəzgahı Fuadgildən almış, sonradan həmin dəzgahın Fuad, Orxan və İxtiyar tərəfindən işlədikləri evdən oğurlandığı məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 25 may 2019-cu il tarixdə işdə növbədə olduğu zaman sonradan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 67 V-də yaşayan Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər şəxsin Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinin zirzəmisindən bir ədəd 1500 manat dəyərində olan dəzgahın, 1840 manat dəyərində olan 2000 metr uzunluğunda olan elektrik naqilinin və 50 manat dəyərində olan santexnika borularının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmiş, həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara həmin şəxsin oğurlanmış olan əşyalarının tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirmək barədə göstəriş vermiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinin zirzəmisindən bir ədəd 1500 manat dəyərində olan dəzgahı, 1840 manat dəyərində 2000 metr uzunluğunda olan elektrik naqilini və 50 manat dəyərində olan santexnika borularını gizli talayaraq oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmiş və həmin şəxslər Abşeron rayon Polis İdarəsinə dəvət olunduqda həmin şəxslər onunla birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişlər, idarədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 etiraf edərək 24.05.2018-ci il tarixdə saat 18 radələrində bir yerdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə özlərində olan açarla evin zirzəmisinin qapısını açaraq ora daxil olduğunu, oradan bir ədəd alminium kəsən dəzgahı, 2000 metr uzunluğunda elektrik naqilini və santexnika borularını gizli talayaraq oğurlandığını etiraf etmişlər. Sonra idarə rəhbərliyinin göstərişi ilə həmin şəxslər dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasına dair 17.07.2019-cu il tarixli, 16570 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “üzərində “SUMPLUS101 Made in Türkiye, 1-1,5 HW/HP, ölçüləri və 500x500x380” yazıları olan alminium profil kəsmək üçün nəzərdə tutulmuş dəzgahın istifadə olunması nəzərə alınmaqla 2019-cu ilin may ayına orta bazar qiyməti təxminən 400,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Şahid1 aşkar olunaraq götürülmüş bir ədəd aliminium profil kəsən dəzgah ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olamaları, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə törətmiş olduqları cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar «X3rşı» işi ilə bağlı 08.02.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrini iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırararaq belə nəticəyə gəlir ki, onların hazırda verdikləri ifadələrindəki xüsusatlar təkzib olunduğundan qeyri-səmimi olmaqla müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.06.2019-cu il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.07.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Səmədov X12 rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 44 saylı evdə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, zərərçəkmış şəxsə vurulmuş ziyanın tam ödənilməsini, sonuncu ilə barışıq əldə edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 01.06.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 03.06.2019-cu il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 01.06.2019-cu il tarixdən 03.06.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.06.2019-cu il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.07.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Salahlı X2 rayonu, Qobu qəsəbəsində, S.Vurğun küçəsi, 12A saylı evdə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bir azyaşlı uşağı - 03.07.2015-ci il təvəllüdlü X8 vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, zərərçəkmış şəxsə vurulmuş ziyanın tam ödənilməsini, sonuncu ilə barışıq əldə edilməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 01.06.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 03.06.2019-cu il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 01.06.2019-cu il tarixdən 03.06.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07.06.2019-cu il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.07.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 44 saylı evdə qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 iki azyaşlı uşağı - 26.10.2013-cü il təvəllüdlü X9 və 30.09.2016-cı il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmış şəxsin ona qarşı heç bir şikayətinin olmamasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə 01.06.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 03.06.2019-cu il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 01.06.2019-cu il tarixdən 03.06.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Şahid1 aşkar olunaraq götürülmüş bir ədəd aliminium profil kəsən dəzgahın sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd aliminium profil kəsən dəzgah ilə bağlı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti həmin əşyanı oğurlamaqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlundan və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu və Bakı şəhəri hüdudlarını hüdudlarını, saat 23:00-dan saat 06:00-dək isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonu və Bakı şəhəri hüdudlarını hüdudlarını, saat 23:00-dan saat 06:00-dək isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 oğlunun üzərinə Abşeron rayonu və Bakı şəhəri hüdudlarını, saat 23:00-dan saat 06:00-dək isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası ona aid hissədə Təqsirləndirilən şəxs3 oğlunun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut olan Şahid1 aşkar olunaraq götürülmüş bir ədəd aliminium profil kəsən dəzgahın qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-490/2019
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-490/2019
04.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver