Məhkəmə qərarları › İş №1(012)-490/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-490/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-490/2020 02.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,186 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, xx xxx 2020-ci il tarixdə saat 20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Amrayev X4 rayonu, Hökməli qəsəbəsində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən Qobu PB-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən həmin bir bükümdə təmiz çəkisi 0,186 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdi. Halbuki, ibtidai istintaq zamanı o,müdafiə hüququ təmin olunmaqla dindirilərkən ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki ay müddət olar narkotik vasitələrin qəbulu ilə məşğuldur, narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul edir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhərində, 20 yanvar metrostansiyasının yaxınlığında, ara məhlələrin birində olduğu zaman tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 10 manat müqabilində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroin almış və sonra istifadə etmək üçün üzərində olan boz rəngli idman şalvarının sağ yan cibində saxlamış, həmin gün yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə qayıdaraq “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən bərbərxanada saçını qırxdırmış, saat 20 radələrində bərbərxanadan çıxıb evə tərəf getməyə başlamış, bu zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və sonra narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB-nə getməli olduğunu bildirmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobu PB-nə getmiş, Qobu PB-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlamış, üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərinə baxış keçirəcəklərini və əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etməyi söyləmişlər, həmin vaxt o, xx.xx.2020-ci ildə günorta saatlarında Bakı şəhərində, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən ara məhlələrin birində olduğu zaman tanımadığı şəxsdən özünün istifadə etməyi üçün tanımadığı şəxsdən 10 manat müqabilində alaraq cibinə qoyduğu 1(bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin 1 bükülüdə narkotik vasitə olduğunu, həmin bir büküm narkotik vasitəni bir neçə saat öncə Bakı şəhərində, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən ara məhlələrin birində tanımadığı şəxsdən özü istifadə etməsi üçün tanımadığı şəxsdən 10 manat müqabilində alaraq cibinə qoyduğunu bildirmiş, sonra polis əməkdaşları tərəfindən həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Əlavə olaraq təxminən iki ay olar narkotik vasitə aludəçisi olduğuna görə həmin narkotik vasitəni özü istifadə etmək üçün cibinə qoyduğunu, bərbərxanada işləyən şəxsin onun üzərində narkotik vasitə olması barədə məlumatsız olmasını, xx.xx.2020-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilərkən ona heç bir fiziki güc tətbiq olunmadığını, həmin vaxt polis əməkdaşları onu saxlayaraq narkotik vasitə qəbul etməkdə şübhəli bilindiyini söyləyib onu polis bölməsinə dəvət etdiklərini, o da heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ona xx.xx.2020-ci il tarixdə xx.xx.1994-cü ildə Ağsu şəhərində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Təqsirləndirilən şəxsCahangir oğlunun Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində qanunla qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi, istifadəsi və gəzdirməsi barədə ona məxfi mənbədən məlumat daxil olmuş, həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün PB-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, bundan sonra Pİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə Hökməli qəsəbəsi ərazisində onu daxil olmuş məlumat əsasında izləməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxsCahangir oğlunun Hökməli qəsəbəsi ərazisində yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsində, saxlanmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmiş və Abşeron RPİ-nin Qobu PB-nə şübhəli şəxs kimi dəvət etmişlər. PB-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və əgər varsa, təqdim edilməsi bildirilmiş, Təqsirləndirilən şəxs həmin vaxt cibinə qoyduğu 1(bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən çıxarıb stolun üstünə qoymuş və həmin bir bükülüdə narkotik vasitə olduğunu bildirmiş, həmin narkotik vasitəni bir neçə saat öncə Bakı şəhərində, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən ara məhlələrin birində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq cibinə qoyduğunu bildirmiş, sonra həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin xüsusi elektron tərəzidə çəkilmiş, sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurularaq, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı formada fiziki zor və təzyiqlər edilmədiyini, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlərin davam etdirilməkdə olduğunu bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində olan xüsusatları təsdiq etmişdir. X10 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X10 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 6/736 saylı tədqiqat rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs...” sözləri qeyd olunan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,136 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsCahangir oğlunda tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxsCahangir oğlunun İİ qrup ələl olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuşAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1126 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu» aşkar olunur. Bunu anamestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - yeniyetmə dövründən əsəbi, hövsələsiz olması, hərbi çağırış zamanı AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında müayinə edildikdən sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmin xəstəxanada «şəxsiyyətin affektiv tipli pozuntusu, özünəkəsmələrlə» diaqonozu ilə bir neçə dəfə müalicələrdə olması, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. K.C. Amrayevin məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnevsk imkanları normaya uyğundur, əqli emosional oyanıqlıq, qıcığa qarşı tez reaksiya vermək kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri düzgün qavramaq, dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədərkən psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamış, hadisə zamanı o, əqli inkişaf və fərdi-psixi xüsusiyyətlərdən asılı olaraq, etdiyi hərəkətləri düzgün qavramaq, dərk etmək, həmçinin öz hərəkətlərinə iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə hesab edir ki, onun məhkəmə zamanı Təqsirləndirilən şəxs ifadə verməməsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixdə tərtib olunmuş məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağsu RİHB-nın Ağsu şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin uzun müddətdir həmin ünvanda yaşamır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-inin Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 2-ci qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, bir günə bir gün hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmalı və üzrində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə zalında həbsə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan 0,136 qram narkotik vasitə olan heroin, hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Əliyev rasim Əli oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,136 qram olan narkotik vasitə olan heroin, hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar