Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-490/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid 212, “Yeni Masazır” yaşayış kompleksi, blok A2, mənzil 223 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 121-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid 212, “Yeni Masazır” yaşayış kompleksi, blok A2, mənzil 223 ünvanında yerləşən yaşadığı mənzildə olduğu vaxt sancılandığı və uşaqlıq yolunda ağrılar olduğu üçün aybaşı ola biləcəyini düşünüb yaşadığı evin hamam otağına girərək öz təbii ehtiyacını ödədiyi zaman, uşaqlıq boynunun açılışı prosesinin başladığını hiss edərək hamilə olduğuna tam əmin olub, bətnindəki uşağdan azad olmaq üçün gücverməyə başlamış, elə bu vaxt baş vermiş doğuş nəticəsində bətnindən ayrılmış uşağın unitaza düşdüyünü görüb, uşaq dünyaya gətirdiyini heç kimin bilməməsi üçün yeni doğduğu qız uşağını öldürmək qərarına gəlib, əvvəlcə dərhal uşağı unitazdan götürərək hamam otağında olan qayçı vasitəsilə göbək ciyəsini kəsib yeni doğduğu uşağı özündən tamamilə ayırmış, daha sonra hərəkətlərini davam etdirərək uşağı hər ikisinin üzərində “Bazarstore” yazılmış xx.xx.2023-cü il tarixli barkodlar olan şəffaf rəngli polietilen torbalara və üzərində “Bazarstore” yazılmış yaşıl rəngli polietilen torbaya qoyub hamam otağından çıxaraq evin qonaq otağına getmiş, əvvəlcə otağın pəncərəsini açıb, pəncərədən ətrafa baxmaqla yaxınlıqdan heç kimin keçmədiyini müəyyən etdikdən sonra polietilen torbalara qoyduğu yeni doğduğu uşağı binanın beşinci mərtəbəsində yerləşən yaşadığı mənzilin pəncərəsindən aşağıya doğru, asfaltın üzərinə tullamaqda sonuncunun başın küt travması nəticəsində baş beyinin toxumasına, qişalarına və qişaları altına qansızmalar, kəllə sümüklərinin qəlpəli sınıqları nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin toxumasına və qişalarına qansızmalar, başın sağ təpə-gicgah-alın hissələrinin subdural hematoması, kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, başın sağ təpə-gicgah-alın nahiyələrinin yumşaq toxumaları altına və sağ gicgah əzələsinə qansızmalar, başın sağ təpə- gicgah-alın, sağ qaşüstü və sağ üst göz qapağının qançırı, sol dirsək oynağı və said nahiyələrinin, əlin arxa səthinin iri ölçülü sıyrığı, sağ bazu və dirsək oynağı nahiyələrinin, sağ mil-bilək oynağının və sağ əlin arxa səthinin qançırları kimi xəsarətlər almasına səbəb olmaqla yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 121ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürmüşdür. Belə ki, o, 17 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid 212, “Yeni Masazır” yaşayış kompleksi, blok A2, mənzil 223 ünvanında yerləşən yaşadığı mənzildə olduğu vaxt sancılandığı və uşaqlıq yolunda ağrılar olduğu üçün aybaşı ola biləcəyini düşünüb yaşadığı evin hamam otağına girərək öz təbii ehtiyacını ödədiyi zaman, uşaqlıq boynunun açılışı prosesinin başladığını hiss edərək hamilə olduğuna tam əmin olub, bətnindəki uşağdan azad olmaq üçün gücverməyə başlamış, elə bu vaxt baş vermiş doğuş nəticəsində bətnindən ayrılmış uşağın unitaza düşdüyünü görüb, uşaq dünyaya gətirdiyini heç kimin bilməməsi üçün yeni doğduğu qız uşağını öldürmək qərarına gəlib, əvvəlcə dərhal uşağı unitazdan götürərək hamam otağında olan qayçı vasitəsilə göbək ciyəsini kəsib yeni doğduğu uşağı özündən tamamilə ayırmış, daha sonra hərəkətlərini davam etdirərək uşağı hər ikisinin üzərində “Bazarstore” yazılmış xx.xx.2023-cü il tarixli barkodlar olan şəffaf rəngli polietilen torbalara və üzərində “Bazarstore” yazılmış yaşıl rəngli polietilen torbaya qoyub hamam otağından çıxaraq evin qonaq otağına getmiş, əvvəlcə otağın pəncərəsini açıb, pəncərədən ətrafa baxmaqla yaxınlıqdan heç kimin keçmədiyini müəyyən etdikdən sonra polietilen torbalara qoyduğu yeni doğduğu uşağı binanın beşinci mərtəbəsində yerləşən yaşadığı mənzilin pəncərəsindən aşağıya doğru, asfaltın üzərinə tullamaqda sonuncunun başın küt travması nəticəsində baş beyinin toxumasına, qişalarına və qişaları altına qansızmalar, kəllə sümüklərinin qəlpəli sınıqları nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin toxumasına və qişalarına qansızmalar, başın sağ təpə-gicgah-alın hissələrinin subdural hematoması, kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, başın sağ təpəgicgah-alın nahi¬yələrinin yumşaq toxumaları altına və sağ gicgah əzələsinə qansızmalar, başın sağ təpə- gicgah-alın, sağ qaşüstü və sağ üst göz qapağının qançırı, sol dirsək oynağı və said nahiyələrinin, əlin arxa səthinin iri ölçülü sıyrığı, sağ bazu və dirsək oynağı nahiyə¬lərinin, sağ mil-bilək oynağının və sağ əlin arxa səthinin qançırları kimi xəsarətlər almasına səbəb olmaqla yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 121-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürməsi özünün etirafedici ifadəsi, ifadəsinin yerində yoxlanılması protokolu, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, kamera görüntülərinə baxış keçirilməsi haqqında protokollar, məhkəmə tibbi ekspertizasının 13 fevral 2023-cü il tarixli 07 saylı, 31 yanvar 2023-cü il tarixli 39 saylı, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 883 saylı, məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/67R saylı rəyləri və iş materiallarında olan digər istintaq hərəkətlərinin protokolları və sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 121-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid 212, “Yeni Masazır” y/k, blok A2, mənzil 223 ünvanında əri Şahid1, 2013-cü il təvəllüdlü qızı Mərva, 2014-cü il təvəllüdlü qızı Əsna, 2016-cı il təvəllüdlü oğlu Səfa, 2020ci il təvəllüdlü qızı Fizzə ilə birlikdə yaşayır. Yaşadıqları mənzil əri Nemana məxsusdur. Nemanla 2011-ci ildə ailə həyatı qurmuş və 2016-cı ilədək Boradigah qəsəbəsində Neymanın atasına məxsus evdə sonuncunun valideynləri ilə birlikdə yaşamışdır. 2016- 2017-ci illərdə Bakı şəhərində kirayə yaşamışlar. 2017-ci ildən isə hazırki evlərində yaşayırlar. Yaşadıqları mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, uzun illərdir zob xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə bağlı əvvəllər müalicə olunsa da, təxminən 3 ildən artıqdır ki, müalicə olunmur. Zob xəstəliyindən əziyyət çəkdiyi üçün təxminən 2-3 aydan bir aybaşı olur. Sonuncu dəfə 2022ci ilin iyun ayında aybaşı olmuşdur. 2022-ci ilin dekabr ayının ortalarında artıq 6 ay olardı ki, xəstələnmirmiş, yəni aybaşı olmurmuş. Normalda 2-3 aydan bir aybaşı olduğundan, dekabr ayında artıq 6 aydır aybaşı olmadığı üçün 2-3 aylıq hamilə ola biləcəyini düşünmüşdür Lakin bu barədə əri Nemana və ümumiyyətlə heç kimə heç bir söz deməmişdir. Həmin ərəfələrdə növbəli şəkildə o və övladları xəstə olduqları üçün o, hamilə olub-olmamasını dəqiqləşdirmək üçün USM müayinəsinə gedə bilməmişdir. O, düşünmüşdür ki, özü və uşaqları sağaldıqdan sonra həkim müayinəsinə gedər və əgər hamilə olsa bətnindəki dölü abort edər. Əri Nemana isə hamilə olduğunu yalnız həkim müayinəsindən keçərək tam əmin olduqdan sonra deməyi düşünürmüş. 2023-cü ilin yanvar ayı ərzində də, həm o, həm də, övladları xəstə olmuşlar. Ona görə də, USM müayinəsinə gedə bilməmişdir. Xəstəlik özünü öskürək və yüksək hərarətlə büruzə vermiş, ona görə də, o, demək olar ki, hər gün soyuqdəymə, qızdırma elehinə olan “nimesil”, “qriphot”, “terafly” adlı toz şəklində dərmanlar, eləcə də, qızdırma elehinə olan “nurafet” tərkibli “ibofen” adlı dərman həbi qəbul etmişdir. Hamilə olduğu üçün son bir neçə gün ərzində sancıları olmuşdur. 17 yanvar 2023-cü il tarixdə saat təxminən 17-18 radələrində əri Neman işdən evə gəlmişdir. Bir qədər evdə olduqdan sonra Neman saat təxminən 18- 19 radələrində qara rəngli diman çantasında götürüb yaxınlıqdan yerləşən “Xaqan fitness” adlı idman zalına getmişdir. Saat təxminən 21 radələrində Neman evə qayıtmışdır. Ayaqüstü nəsə yedikdən sonra isə Neman oğlu Səfa ilə birlikdə, yaşadıqları binanın birinci mərtəbəsində yerləşən “Taraş” çay evinə getmişdir. Neman getdikdən bir qədər sonra o, sancıları və ağrıları olduğu üçün aybaşı ola biləcəyini düşünüb ayaqyoluna getmişdir. Hamam otağındakı unitazda oturduğu vaxt uşaqlıq yolunda ağrı olduğunu və nəsə gəldiyini hiss etmişdir. Həmin vaxt, bətnində uşaq olduğuna tam əmin olmuşdur. Buna görə də, uşağın düşməsi üçün özünü sıxmağa, necə deyərlər “güc verməyə” başlamışdır. Əvvəlcə uşağın başı görünmüş və bir qədərdə güc verdikdən sonra uşaq unitazın içərisinə düşmüşdür. Əvvəlki doğuşları iki gün çəkdiyi, çox ağrılı, sancılı olsa da, hazırki doğuş zamanı heç bir ağrı hiss etməmiş, uşaq demək olar ki, rahatlıqla uşaqlıq yolundan çıxmışdır. Bətnindəki uşaq anidən uşaqlıq yolundan unitazın içərisinə düşmüşdür. Bundan sonra o, dərhal ayağa qalxıb unitaza baxdıqda uşaqlıq yolundan düşən körpənin 2-3 aylıq deyil, daha böyük olduğunu görmüşdür. Dərhal uşağı oradan götürmüşdür. Həmin vaxt uşaq tam hərəkətsiz olduğundan o, yeni doğduğu uşağın yaşayıb-yaşamamasını, nəfəs alıb-almamasını bilməmişdir. Uşağın ciyəsi qopmamış və onun uşaqlıq yolundan sallanırmış. Həmin vaxt o, qorxmuş, sanki şok keçirtmiş və yalnız yeni doğduğu uşaqdan canını qutarmaq, uşağı pəncərədən atmaq haqqında düşünürmüş. Buna görə də, uşağın sifətinə belə baxmamış, qız yoxsa oğlan uşağı olmasını, yaşayıb-yaşamamasını dəqiqləşdirməmiş və hamam otağında olan qayçı ilə ciyəni kəsərək yeni doğduğu uşağı özündən tam ayırmışdır. Həmin vaxt evdə ondan savayı 3 az yaşlı qızıda olmuş, oğlu Səfa isə əri Nemanla birlikdə çay evində olmuşlar. Ciyəni kəsdikdən sonra hamamın qapısını bir qədər aralayaraq uşaqlarını səsləyib mətbəxdən selofan torba gətirmələrini istəmişdir. Uşaqlardan hansısa biri ona 2 ya 3 ədəd selofan torba gətirmişdir. Selofan torbalar ağ və yaşıl rəngdə olmuş, yaşıl selofanın üzərində “Bazarstore” yazılmışdır. Daha sonra o, uşağı əvvəlcə ağ selofana qoyub selofanın tutacaqlarını düyünləmişdir ki, selofan bağlansın. Bundan sonra içərisində uşaq olan həmin selofanı üzərində “Bazarstore” yazılmış yaşıl rəngli selofana qoyub, açılmaması, uşaq içərisindən düşməməsi üçün selofanın tutacaqlarını düyünləmişdir. Daha sonra isə selofanların içərisinə qoyduğu uşağı öz yataq otağına aparıb, otağın pəncərəsini açmış, əvvəlcə bir qədər əyilib pəncərədən aşağı doğru baxaraq, aşağıdan, yəni binanın qarşısından heç kimin keçmədiyini görüb, selofan torbalara qoyduğu uşağı pəncərədən aşağı, avtomobil yolu istiqamətində tullamışdır. Dərhal pəncərəni örtüb, pərdəni çəkmiş və buna görə də, uşağın konkret hara düşməsini görməmişdir. Daha sonra, uşaqlıq yolunda qalan ciftin düşməsi üçün yenidən hamama getmiş və unitazda oturmuşdur. Bu vaxt cift unitaza düşmüş və uşaqlıq yolundan bir qədər qan axmışdır. Qanın axması dayandıqdan sonra isə qonaq otağına uşaqlarının yanına gedib TV-yə baxmağa başlamışdır. Bir qədər sonra əri Neman və oğlu Səfa evə gəlmişlər. Neman və Səfa evə qayıtdıqda saat 23:30-u bir qədər keçmişdi. Neman gəldikdən sonra qızı Əsnanın atası Nemana “gəlin görün nə qədər polis maşını yığıllıb” dediyini eşitmişdir. O, qonaq otağının pəncərəsindən baxdıqda binanın üzbəüzündə polis maşınlarının dayandığını, camaatın avtomobil yoluna toplaşdığını, onun selofan torbaya qoyaraq atdığı uşağın yolun ortasında olduğunu, uşağın başının selofan torbadan çölə çıxdığını, bədəninin isə torbanın içərisində olduğunu görmüşdür. Polis maşınlarının işığı yola düşdüyündən o, uşağı aydın görə bilmişdir. O, dünyaya gətirdiyi uşağı həmin vəziyyətdə görüb çox pis olsa da, bu barədə heç kimə bir söz deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, doğuş zamanı ondan qan gəlməmiş, yalnız uşaqlıq yolunda qalan cif unitaza düşdükdən sonra qan gəlmiş və unitaza tökülmüşdür. Bütun bu prosesləri tək başına eləmişdir. Bu barədə hazırki vaxtadək heç kimə heç bir söz deməmişdir. Nə əri Nemana, nə uşaqlarına, qohumlarına, nədə ki, qonşulara, hamilə olması, uşaq dünyaya gətirməsi, doğduğu uşağı yaşadıqları binadan atması barədə heç bir söz deməmişdir. Hamam otağına girərək uşaq dünyaya gətirməsi və uşağı pəncərədən atması təxminən 20-25 dəqiqə çəkmişdir. Uşağı pəncərədən atdığı vaxt saat 23:00-23:30 arası olarmış. O, bətnindəki körpənin tələf olması üçün hər hansı bir dərman həbi qəbul etməmiş və həmçinin məqsədli şəkildə ağır fiziki iş görməmişdir. O, bətnindəki körpəni öldürməyi əvvəlcədən planlaşdırmamışdır. Çünki bətnindəki dölün təxminən 2-3 aylıq olduğunu zənn etmişdir. Doğuşdan sonra isə dölün daha böyük olduğunu görmüş və elə bu zaman doğduğu uşaqdan canını qurtarmaq qərarına gəlmişdir. Həmin ağlına, vaxt uşaqdan canını qutarmaq üçün sonuncunu pəncərədən gəldiyindən, elə də, etmiş və yeni doğduğu uşağı yaşadığı mənzilin yerləşdiyi beşinci mərtəbədən, pəncərdən çölə tullamışdır. O, uşağın diri yoxsa ölü doğulmasını, pəncərədən atarkən yaşayıbyaşamamasını bilməmişdir. O, bu hərəkəti məqsədli şəkildə etmişdir. Çünki məqsədi uşaq dünyaya gətirməsini heç kimin bilməməsi olmuşdur. Buna görə də, yeni doğduğu uşağı pəncərədən aşağı tullamışdır. . Əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid 212, “Yeni Masazır” y/k, blok A2, mənzil 223 ünvanında arvadı Təqsirləndirilən şəxs, 2013-cü il təvəllüdlü qızı Mərva, 2014cü il təvəllüdlü qızı Əsna, 2016-cı il təvəllüdlü oğlu Səfa, 2020-ci il təvəllüdlü qızı Fizzə ilə birlikdə yaşayır. Təxminən 4-5 aydır ki, qaynı Rəşad onların yaşadıqları mənzilin yerləşdiyini binanın birinci mərtəbəsində olan “Taraş” çay evində işlədiyi üçün, onlarla birlikdə yaşayır. Rəşad hər gün saat 11-12 radələrində işə yəni “Taraş” çay evinə gedir, gecə saat 02-03 radələrində isə evə qayıdır. Demək olarki Rəşad onlara yalnız gecələməyə gəlir. xx.xx.2022-ci il tarixdə saat 21-22 radələrindən təxminən saat 23:3023:50-dək o, “Yeni Masazır” y/k-nin birinci mərtəbəsində yerləşən “Taraş” çay evində olmuşdur. Həmin vaxt Taraş” çay evində oğlu Səfa, qonşuluqda yaşayan dostu Famil və Familin azyaşlı övladı da, onunla birlikdə olmuşlar. Famillə söhbətləşib, çay içdikdən sonra o, saat təxminən 23:30-23:50 aralığında yaşadığı evə qayıtmışdır. Təxminən 10-15 dəqiqə sonra qızı Əsna onu pəncərədən baxmağa çağırmış və o, qonaq otağının pəncərəsindən baxdıqda binanın üzbəüzündə polis maşınlarının dayandığını, camaatın avtomobil yoluna toplaşdığını, duz gölünə gedən istiqamətində yolun ortasında sellafon torbaya bükülmüş vəziyyətdə asfaltın üzərində yeni doğulmuş uşaq olduğunu görmüşdür. Uşağın başı sellafon torbadan çölə çıxmış, bədəni isə torbanın içərisində idi. Polis maşınlarının işığı yola düşdüyündən o, uşağı aydın görə bilmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, arvadı Tünzalə zob xəstəliyindən əziyyət çəkir və buna görə də, sonuncunun aybaşı prosesində gecikmələr baş verir, təxminən 2-3 aydan bir aybaşı olur. O, arvadı Tünzalənin hamilə olmasını bilməmişdir. Lakin 2022-ci ilin dekabr ayının sonlarında Tünzalənin qarnının bir qədər çıxdığını görüb, əvvəlcə sonuncunun hamilə olduğunu düşünsə də, hamilə olacağı təqdirdə arvadının bu barədə ona məlumat verəcəyindən əmin olduğum üçün, sonuncunun kökəldiyini, buna görə də, qarnının bir qədər çıxdığını fikirləşmişdir. Hətta Tünzaləyə “kökəlmisən deyəsən” dedikdə sonuncu ona bir qədər kökəldiyini bildirmişdir. 17 yanvar 2023-cü il tarixdə axşam saatlarında oğlu oğlum Səfa ilə birlikdə “Taraş” çay evində olmuş və saat təxminən 23:3023:50 aralığında evə qayıtmışdır. Evə qayıtdıqdan sonra arvadı Tünzalə ona, tualetdə doğuş etməsi və doğduğu uşağı selofan torbaya qoyaraq pəncərədən atması barədə heç bir söz deməmişdir. Həmin gün evə qayıtdıqdan sonra arvadı Tünzalədə heç bir qəribəlik hiss etməmişdir. Ümumiyyətlə həmin ərəfələrdə Tünzalə mövsümü xəstəliyə yoluxduğu üçün hərarəti olmuş və möhkəm öskürmüş, buna görə də, arvadında narahatçılıq, halsızlıq olurmuş. Hətta sonuncu sağalması üçün dərmanda qəbul edirmiş. Rayon prokurorluğunda araşdırma aparılarkən ginekoloq müayinəsi zamanı həkim Tünzalənin bir neçə gün əvvəl doğduğunu dedikdə, o, bu barədə Tünzalədən soruşmuş və sonuncu ona doğuş etmədiyini bildirmişdir. O, isə arvadının sözünə inandığı üçün, asfaltın üzərində tapılmış uşağın onların uşağı ola biləcəyindən zərrə qədər belə olsa şübhələnməmişdir. Tapılmış uşağın onun 14 yanvar 2023-cü il tarixdə “Bazarstore” marketdən etdiyi alış-veriş zamanı aldığı meyvələrin yığıldığı selofanlara qoyulduğunu bildikdə belə, arvadından şübhələnməmiş, həmin həmin selofan torbaları binanın yanındakı zibil qutularına atdıqlarını və kimsə oradan götürdüyünü düşünmüşdür. Yalnız genetik ekspertizanın rəyi barədə ona məlumat verildikdən sonra əmin olmuşdur ki, tapılmış uşaq onun və arvadı Tünzalənin uşağıdır. Bundan sonra o, arvadı Tünzalədən hadisənin necə baş verdiyini soruşmuş və sonuncu ona 17 yanvar 2023-cü il tarixdə axşam saatlarında o evdə olmadığı vaxt yaşadıqları evin tualetində doğuş həyata keçirdiyini və doğduğu uşağı selafon torbaya qoyub pəncədərən atdığını demişdir. Həmin gün o, evə qayıtdıqda evdə, tualetdə qan izi, hər hansı bir ləkə görməmişdir. O, arvadından uşağın qız yoxsa oğlan uşağı olmasını, doğuş zamanı yaşayıb-yaşamamasını soruşduqda, sonuncu həmin vaxt şokda olduğundan bunları dədiqləşdirmədiyini, uşağa baxmadığını, tək fikrinin uşaqdan canını qutarmaq olduğunu demişdir. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə istibtaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayır. Şahid1 onun kiçik oğludur. Neman arvadı Tünzalə və 4 övladı ilə birlikdə Masazır qəsəbəsi, Yeni Masazır yaşayış kompleksində özünə məxsus mənzildə yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində arvadı Arifə ilə birlikdə oğlu Nemangilə gəlmişdir. Həmin gün saat təxminən 20 radələrində Nemangildə olduqları vaxt polis əməkdaşları gəlib, bir gün əvvəl, Nemangilin yaşadığı mənzilin yerləşdiyi binanın qarşısında, asfaltın üzərində sellafon torbaya bükülmüş vəziyyətdə yeni doğulmuş uşaq meyiti tağıldığını, uşaq meyitinin içərisinə qoyulduğu selafon torbanın üzərində “Bazarstore” marketin barkodu olduğunu və həmin barkodun Nemanın mağazadan aldığı meyvənin barkodu olduğunu bildirmişlər. Həmin vaxt oğlu Neman və Tünzalə polis əməkdaşlarına marketdən mal aldıqları sellafon torbaları zibilliyə atdıqlarını bildirmişlər. 17 yanvar 2023-cü il tarixdə saat 09 radələrində arvadı Arifə ilə birlikdə yaşadıqları Masallı rayonu, Boradigah qəsəbəsindəki evlərindən çıxıb Bakı şəhərinə gəlmişlər. Saat təxminən 12 radələrində Bakı şəhərinə çatıb, arvadı ilə birlikdə birbaşa böyük oğlu Peymanın Bakı şəhəri, Yeni Yasamal qəsəbəsindəki evinə getmişdir. Həmin gün arvadı ila Peymangildə qalıb, növbəti gün, yəni 18 yanvar 2023-cü il tarixdə saat təxminən 18 radələrində kiçik oğlu Neymanın Masazır qəsəbəsindəki evinə getmişdir. Həmin gün Nemangildə qalıb, 19 yanvar 2023-cü il tarixdə yaşadığı Boradigah qəsəbəsinə qayıtmışdır. Onun Bakıya gəlmə səbəbi, kordioloq müayinəsindən keçmək istəməsi olmuşdur. Lakin həkim ölkə xaricində olduğundan yanvarın 17-i və 18-də müayinəyə gedə bilməmişdir.Şahid3 ifadəsinə əlavə olaraq göstərmişdir ki, gəlini Tünzalənin hamilə olmasından və uşaq dünyaya gətirməsindən, həmin uşağı pəncərədən atmasından onun məlumatı olmamışdır. Bu barədə gəlini Tünzalə, eləcədə oğlu Neman ona heç bir söz deməmişdir. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, Şahid3 ifadəsində oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayından Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Masazır” yaşayış kompleksində bacısı Tünzaləgillə birlikdə yaşayır. Həmin vaxtdan “Yeni Masazır” yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən “Taraş” çay evində ofisant işləyir. Buna görə də, bacısıgildə qalır. Demək olar ki, işə getmək üçün hər gün saat 11 radələrində evdən çıxıb, gecə saat 02-03 radələrində evə qayıdır. 18 yanvar 2023-cü il tarixdə çayxanada olduğu vaxt bina sakinlərindən eşitmişdir ki, binanın qarşısında maşın yolunda yenidoğulmuş uşaq meyiti aşkar edilmişdir.Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə saat təxminən 22 radələrinədək işlədiyi çayxanada olmuşdur. Həmin gün saat 22 radələrində dostum Fazillə birlikdə sonuncuya məxsus avtomobillə valideynlərini görmək üçün Masallı rayonu, Boradigah qəsəbəsində getmişdir. Gecəni öz evində, yəni valideynlərinin yanında qalıb, səhəri gün isə Fazillə birlikdə geri qayıtmışdır. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 10-11 radələrində Boradigahdan yola çıxmış və saat 13- 14 radələrində Masazıra çatmışdır. Bacısı Tünzalənin hamilə olmasından və uşaq dünyaya gətirməsindən həmin uşağı pəncərədən atmasından məlumatı olmamışdır. Bu barədə Tünzalə ona heç bir söz deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid1 onun qaynıdır. Neman arvadı Tünzalə və dörd az yaşlı övladı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Masazır” yaşayış kompleksində yaşayır. 2023-cü ilin yanvar ayında o, televiziyada Nemangilin yaşadığı kompleksin qarşısında yeni doğulmuş uşaq meyiti tapıldığını görmüşdür. Sonradan bilmişdir ki, həmin uşağın anası Nemanın arvadı Tünzalədir. Tünzalə yeni doğduğu uşağın yaşadığı mənzilin pəncərəsindən aşağı tullamışdır. Bunu ona Tünzalənin vəkili Azər demişdir. Lakin doğuşun necə, hansı formada baş verməsindən onun məlumatı olmamışdır. Məhkəmə istintaqında Şahid6 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Masazır” yaşayış kompleksinin yaxınlığında yerləşən “Bazarstore” market adlı ərzaq mağazasında meyvəçi işləyir. 17 yanvar 2023-cü il tarixdə saat 23:00-da marketin əməkdaşları Vüsal Əlili, İradə Mehdiyeva və Gülər Cəfərova ilə birlikdə işdən çıxıb, Yeni Masazır yaşayış kompleksinə doğru getdikləri vaxt yaşayış kompleksinin qarşısında asfalt üzərində bir bükülü olduğunu görüb, həmin bükülüyə yaxınlaşmışdır. Yaxınlaşdıqda bükülünün, üzərində “Bazarstore” yazılmış yaşıl rəngli polietilen torbaya bükülmüş vəziyyətdə yeni doğulmuş uşaq olduğunu görmüşdür. Həmin vaxt saat təxminən 23:30 olarmış. Uşağın bədəni polietilen torbanın içərisində olsa da, başı torbadan çölə çıxmış vəziyyətdə olmuşdur. Həmin vaxt yeni doğulmuş uşaq hərəkətsiz olmuş və gözləri göyərmişdir. O, dərhal özündən bir qədər irəlidə gedən Vüsalı, Güləri və İradəni səsləmişdir. Bundan sonra onlar, yol ilə hərəkətdə olan avtomobillərə istiqamət verməyə başlamışlar ki, avtomobillər uşağın üzərindən keçməsin. Daha sonra oradan keçən avtomobillərdən düşən şəxslər onlara yaxınlaşmış və DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Polis əməkdaşları gəldikdən sonra onlar oradan uzaqlaşmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır kəndində yerləşən "Yeni Masazır" yaşayış kompleksinin qarşısında, işıqlandırılmayan avtomobil yoludur. Yolun eni 12 metrdir. Xırdalan şəhəri istiqamətində dayandıqda yolun sağında "Yeni Masazır" yaşayış kompleksi, solunda isə iaşə obyektləri yerləşir. Yolun duzlu göl istiqamətində olan hissəsində, yolun kənarından 2,65 metr məsafədə asfalt yolda üzəri qırmızı rəngli adyalla örtülmüş bükülü vardır. Adyal götürüldükdə bükülünün yeni doğulmuş uşaq meyiti olması aşkar olundu. Meyit ikisi şəffaf rəngli, biri isə yaşıl rəngli polietilen torbanın içərisinə qoyulmuş vəziyyətdədir. Meyitin başı polietilen torbalardan çölə çıxmışdır. Meyitin gözləri və ağzı qapalı, hər iki əli sinəsinə doğru sıxılmış vəziyyətdədir. Şəffaf rəngli polietilen torbaların hər ikisinin üzərində xx.xx.2023-cü il tarixli “Bazarstore” yazılmış barkod vardır. Yaşıl rəngli polietilen torbanın üzərində “Bazarstore” yazılmışdır. ünvan 1şayış kompleksinin qarşısında olan təhlükəsizlik kamerasına baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Yeni Masazır” yaşayış kompleksinin qarşısından keçən avtomobil yolunun üzərində 3 ədəd polietilen torbaya qoyulmuş vəziyyətdə yeni doğulmuş uşaq meyiti 17 yanvar 2023-cü il tarixdə real vaxtla saat 23:12-də peyda olur, yəni qeyd olunan saatda atılmışdır. Gecə yarısı olduğundan və avtomobil yolunun işıqlandırılmaması səbəbindən yeni doğulmuş uşaq meyitin ora necə qoyulmasını, kim tərəfindən atılmasınını kamera görüntülərindən görmək mümkün deyildir. Yalnız avtomobil yolu ilə hərəkət edən bir avtomobilin ön işiqlarının asfalt yol üzərinə düşməsi nəticəsində yeni doğulmuş uşağın real vaxtla saat 23:12-də asfalt yol üzərində peyda olmasını görmək mümkündür. Təhlükəsizlik kamerasına baxış zamanı həmçinin müəyyən edildi ki, yeni doğulmuş uşaq meyiti asfaltın üzərində peyda olduqdan sonra oradan keçən avtomobillərdən birinin təkələrinin toxunması nəticəsində bir qədər irəliyə doğru atılmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, yeni doğulmuş uşaq meyitinin içərisinə qoyulduğu şəffaf rəngli iki ədəd sellafon torbanın üzərində olan barkodlardan biri alma, digəri isə mandarin meyvəsinin barkodudur və həmin barkodlar əsasında yeni doğulmuş uşaq meyitinin tapıldığı yerin yaxınlığında yerləşən “Bazarstore” marketdən 14 yanvar 2023-cü il tarixdə alış-veriş edilmişdir. Masazır kəndi “Yeni Masazır” yaşayış kompleksinin yaxınlığında yerləşən “Bazarstore” marketin içərisində və çölündə olan təhlükəsizlik kameralarına baxış baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 14 yanvar 2023-cü il tarixdə saat 17-18 aralığında başı papaqlı, üzü tüklü bir nəfər kişi cinsindən olan şəxs tərəfindən qeyd olunan “Bazarstore” marketdən alış-veriş edilmiş və həmin şəxsin aldığı mallar saat 17:53-17:56 aralığında marketin kassasından keçirilməklə ödəniş edilmişdir. Kassada ödəniş zamanı qeyd olunan şəxs marketin kassasında Təqsirləndirilən şəxs adlı qadının adına olan bonus kartından istifadə etmişdir. Üzərində barkodlar olan hər iki polietilen torbada alma və mandarin meyvələri həmin şəxs tərəfindən alınmışdır. Kamera görüntülərinə baxış zamanı həmçinin müəyyən edildi ki, alış-veriş etmiş həmin şəxs saat 17:59-da içərisinə aldığı malları yığdığı market arabası ilə marketdən çıxmış və marketin giriş qapısının qarşısında olan dayanacaqda saxladığı **-CB-*** d.q.n.lı boz rəngli “MercedesBenz B class” markalı avtomobilə yaxınlaşaraq aldığı malları həmin avtomobilin yük yerinə yığdıqdan sonra avtomobili sürərək oradan uzaqlaşmışdır. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 01-CB293 d.q.n.lı boz rəngli “Mercedes-Benz B class” markalı avtomobilin sahibi və avtomobili idarə edən şəxs, yəni yeni doğulmuş uşaq meyitinin içərisinə qoyulduğu şəffaf rəngli sellafon torbalarla 14 yanvar 2023-cü il tarixdə “Bazarstore” marketdən alış-veriş etmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid 212, “Yeni Masazır” y/k, blok A2, mənzil 223 ünvanında yaşayan Şahid1dur. ünvan 1şayış kompleksinin zirzəmisində yerləşən avtomobil dayanacağında olan təhlükəsizlik kamerasına baxış keçirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus **-CB-*** d.q.n.lı “Mercedes-Benz B class” markalı avtomobil 14 yanvar 2023-cü il tarixdə real vaxtla saat 18:05-də dayanacağa daxil olur, avtomobili dayanacaqda saxladıqdan sonra “Bazarstore” marketdən aldığı ərzaqları avtomobilinin yük yerindən götürüb, yaşadığı mənzilə getmək üçün saat 18:07 saat dayanacaqdakı liftə girir. Şahid1 17 yanvar 2023-cü il tarixdə real vaxtla saat 10:30-da dayanacaqdakı liftən çıxıb avtomobilinə əyləşir və saat 10:33-də avtomobilini sürərək dayanacaqdan çıxır. Şahid1 məxsus **-CB-*** d.q.n.lı “Mercedes-Benz B class” markalı avtomobil 17 yanvar 2023-cü il tarixdə real vaxtla saat 20:41-də dayanacağa daxil olur. Saat 20:42-də Şahid1 avtomobildən düşərək əlində idman çantası dayanacaqdakı liftə daxil olur. Saat 21:07-də Şahid1 oğlu Səfa Əkbərovla birlikdə dayanacaqdakı liftdən çıxıb, dayanacağın “Taraş” çay evi istiqamətində olan girişinə doğru irəliləyir. Saat 23:41-də Şahid1 oğlu Səfa Əkbərovla birlikdə, dayanacağın girişindən dayanacaqdakı liftə doğru gəlir və onlar birlikdə liftə daxil olurlar. Meyitə baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, yeni doğulmuş uşaq meyiti qadın cinslidir, düzgün bədən quruluşludur. Meyit soyumuşdur, dəri örtüyü solğundur, ağımtıl rəngdə olub qırmızımtıl çalarlıdır, təmizdir, bədən səthində qan izləri, qoltuqaltı və aralıq nahiyələrində pendirvari maddə müəyyən edilmir. Meyitin çəkisi 2600qr, bədənin uzunluğu 48sm, başının çevrəsinin uzunluğu 32sm, döş qəfəsinin çevrəsi 29sm-dir. Başında şabalıdı rəngli 1-2sm uzunluqda seyrək yumşaq tüklər vardır. Qarnın ön divarında göbək ilə birləşmiş 19 sm uzunluğunda göbək çiyəsi vardır. Göbək ciyəsinin qalınlığı 1,8 sm-dir, bozumtul-mavi rəngdədir, nəmdir, şirəlidir, yumşaqdır, sərbəst ucu nahamar olub qırmızımtıl qansızmalıdır. Məhkəmə-tibbi ekspertizasının 13 fevral 2023-cü il tarixli 07 saylı rəyində göstərilmişdir ki, meyit yeni doğulmuş uşaq olub, qadın cinslidir, diri doğulmuşdur, tənəffüs etmişdir, doğulduqdan sonra bir neçə saat (6 saata qədər) yaşamışdır. Yeni doğulmuşun doğum müddəti hamiləliyin 10-cu qəmər ayına uyğun gəlir. Yeni doğulmuş uşaq meyitində aşağıdakı xəsarətlər - baş beyinin toxumasına və qişalarına qansızmalar, başın sağ təpəgicgah-alın hissəsinin subdural hematoması, kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, başın sağ təpə-gicgah-alın nahiyələrinin yumşaq toxumaları altına və sağ gicgah əzələsinə qansızmalar, başın sağ təpə-gicgah-alın, sağ qaşüstü və sağ üst göz qapağının qançırı, sol dirsək oynağı və said nahiyələrinin, əlin arxa səthinin iri ölçülü sıyrığı, sağ bazu və dirsək oynağı nahiyələrinin, sağ mil-bilək oynağının və sağ əlin arxa səthinin qançırları aşkar edildi. Qeyd edilən xəsarətlər həyati olub onun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhkükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Yeni doğulmuş uşağın ölümünə səbəb başın küt travması nəticəsində baş beyinin toxumasına, qişalarına və qişaları altına qansızmalar, kəllə sümüklərinin qəlpəli sınıqları olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə meyitin meyitxanada müayinəsi başlandığı vaxtdan 12-16 saat əvvələ uyğun gəlir. (rəydən görünür ki, meyitin meyitxanada xarici və daxili müayinəsi 18 yanvar 2023-cü il tarixdə saat 11:30dan 12:30-dən aparılmışdır) Yeni doğulmuş uşaq meyitinin bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demek olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, hündürlükdən düşərək yerin bərk səthinə və ya asfalt örtüyünə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində və sürətli doğuş zamanı əmələ gələ bilmələri az inandırıcıdır. Yeni doğulmuş uşaq meyitində kobud qüsur və eybəcərlik aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 39 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həkim mama-ginekoloq tərəfindən müayinəsi zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs zahıdır, gec zahılıq dövründədir, 10-15 gün ərzində təbii yolla doğuş baş verib. Hamiləliyin hansı ayında doğuşun baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/67R saylı rəyinə əsasən müəyyən edilmişdir ki, yeni doğulmuş uşaq meyitinin bioloji atası Şahid1, bioloji anası isə sonuncunun arvadı Təqsirləndirilən şəxsdır. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 883 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək, soyuqqanlılıq, məsuliyyətsizlik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək, anlamaq və davranışlarını idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron RMX PHŞ-dən daxil olmuş 08 fevral 2023-cü il tarixli PHŞ-6-20/2169/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RMXnın doğum şöbəsinə müraciət etməmişdir Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 121-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 59.1.4-cü maddəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Əsna, xx.xx.2013-cü il təvəllüdlü Mərva, xx.xx.2016-cı il təvəllüdlü Səfa, xx.xx.2020-ci il təvəllüdlü Fizzə adlı 4 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 07 ay 10 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Prokurorluğunun maddi sübutlar otağında daxlanılan iki ədəd şəffaf (ağ) və üzərində “Bazarstore” yazısı olan bir ədəd açıq yaşıl rəngli polietilen torbalar məhv edilməldir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldiri. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Abşeron rayon vəlik bürosunun müdafiəçisi vəkil Müdafiəçi 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 121-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 07 (yeddi) ay 10 (on) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Prokurorluğunun maddi sübutlar otağında daxlanılan iki ədəd şəffaf (ağ) və üzərində “Bazarstore” yazısı olan bir ədəd açıq yaşıl rəngli polietilen torbalar məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-490/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-490/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver