Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-492/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili X3 oğlunun iştirakı ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi dəmir qapı-pəncərə təmiri sexinin arxa qapısını əli ilə açaraq saxlanc yerinə qanunsuz daxil olub, içəridə divarda asılqandan asılmış şalvarın yan cibindən 1 ədəd 240 manat dəyərində “Redmi Poco” markalı X3 modelli mobil telefon və 80 manat nağd pulu gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. İki azyaşlı övladı var. Övladının biri xəstədir. Heç bir yerdə işləmir. Təxminən 1 aydır ki, Zərərçəkmiş şəxs tanıyır. Yasinə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən dəmir qapı-pəncərə təmiri sexində arada işlərində kömək etmiş. 26.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində Yasinin işlədiyi sexə getmiş. Sex bağlı olmuş. O, sexin arxa dəmir qapısını əli ilə açıb içəri sexə daxil olmuş. Sexdə divarda asılmış paltarların arasında olan Yasinin şalvarının yan cibindən 1 ədəd Redmi Poco markalı mobil telefon və 14 manat pulu götürüb sexdən çıxmış. Əldə etdiyi 14 manat pul ilə ərzaq alıb Yasinin qeyri-rəsmi münasibətdə yaşadığı və onun da tanıdığı Şəbnəmin evinə getmiş. Həmin gün orada qalmış. Səhəri gün, yəni 27.05.2021-ci il tarixdə saat 19 radələrində Şəbnəmin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evdən çıxan zaman evin qarşısında mülki geyimdə olan özlərini təqdim etdikdən sonra polis əməkdaşları olduqlarını bildiyi iki nəfər şəxsi görmüş. Polis əməkdaşları ona oğurluq hadisəsində şübhəli olduğunu deyərək onu Abşeron rayon Polis idarəsinə dəvət etmişlər. O, da həmin polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmiş. Polis idarəsində onunla fərdi söhbət zamanı o, Yasinin işlədiyi sexdən Yasinə məxsus 1 ədəd Redmi Poco markalı mobil telefon və 14 manat pul oğurladığını etiraf etmiş. Yasinin işlədiyi sexdən oğurladığı 1 ədəd Redmi Poco markalı mobil telefon onda olduğu üçün istintaqa təqdim etmiş. Əlavə olaraq bildirmişdir ki, oğurluq etməsi barədə heç bir şəxsə məlumat verməmiş. Onun Yasinin işlədiyi sexə daxil olmaqda məqsədi Yasinə məxsus hər hansı bir əşyanı oğurlamaq olmuş. Yasin Şəbnəmin evində qalsa da, Şəbnəmə maddi köməklik göstərmədiyi üçün o, Yasinin hər hansı əşyasını oğurlamaq qərarına gəlmiş ki, Yasin Şəbnəmə maddi köməklik göstərsin. O, Zərərçəkmiş şəxs işlədiyi sexdən oğurluq cinayətini tək törətmiş, cinayəti törədən zaman yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs dedikləri ilə razı olduğunu, lakin qeyd etdiyi kimi 1 ədəd Redmi Poco markalı mobil telefon və 14 manat pul oğurlamış, 14 manatdan artıq pul götürməmiş. Oğurladığı 1 ədəd Redmi Poco markalı mobil telefonu istintaqa təqdim etmiş, lakin 14 manat pulu xərclədiyini bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi övladları ilə birlikdə Naxçıvan MR, Şərur rayonu, Alışar kəndində yaşayır. O, isə işləmək üçün Bakı şəhərinə gəlmiş və əmisinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni məhəllədə yerləşən evində qalır. Arada baş çəkmək üçün ailəsinin yanına gedib gəlir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən dəmir qapı-pəncərə sexini icarə əsasında işlədir. 26.05.2021-ci il tarixdə saat təxminən 17 radələrində sifariş götürmək üçün sexi bağlayıb ustası ilə birlikdə Xırdalan şəhərinə getmişlər. Təxminən 1-2 saat sonra ustası ilə birlikdə işə qayıtmış. Sexi açmış və içəri daxil olmuş. İçəri daxil olduqda sexin arxa qapısının açıq olduğunu görmüş. Bu zaman o, naməlum şəxs və ya şəxslərin sexə daxil olduğunu başa düşmüş. Bundan sonra o, sexdə arxa otaqda divardan asdığı paltarlara baxan zaman divardan asdığı şalvarın cibində olan ona məxsus 1 ədəd Redmi Poco markalı mobil telefon və 80 manat nəğd pulunun yerində olmadığını görmüş. O, işlədiyi sexdən oğurluq hadisəsi baş verdiyini anlayıb DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə edib baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, əvvəl ifadəsində qeyd etdiyi kimi 1 ədəd Redmi Poco markalı mobil telefonunu 800 manata almış. Lakin bir müddət istifadə etmiş, Ona görə də ekspertizanın onun mobil telefonuna verdiyi qiymətə etirazı olmadığını, ekspertizanın rəyi ilə razı olduğunu bildirmişdir. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da, 2020-ci ildən Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massividir. 26.05.2021-ci il tarixdə vət. Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən qapı-pəncərə təmiri sexindən oğurluq olması barədə məlumat vermiş. 26.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi sexdən oğurluq edilməsi cinayətində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş. Həmin məlumat əsasında 27.05.2021-ci il tarixdə saat 16 radələrində idarənin polis sahə rəisi Şahid2la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan zaman ara küçələrin birində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs işlədiyi sexdən oğurluq olmasını bildirmişlər. Həmin cinayətdə onun şübhəli olduğunu bildirib Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra polis idarəsinə gəlmişlər. Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı Anar Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən tanışı Zərərçəkmiş şəxs işlədiyi sexdən oğurluq etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq etmiş və analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası Alternativ Еkspertiza Mərkəzindən alınmış 18.06.2021-ci il тарихли 223 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd istifadədə olmuş “Redmi Poco” markalı X3 modelli mobil telefon aparatının 2021ci ilin may ayına işlənmə dərəcəsi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 240 manat təşkil edir. 31.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Nəsimi rayon Məhkəməsinin 14.04.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.07.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan 27.05.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş, 29.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 29.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd “Redmi Poco” markalı X3 modelli mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 25.03.2012-ci il təvəllüdlü Anar Rzalı və 30.08.2013-cü il təvəllüdlü Rəsul Rzalı adlı 2 (iki) azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 27.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək şübhəli şəxs qismində 02 gün tutulması nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə maddi sübut kimi 1 ədəd “Redmi Poco” markalı X3 modelli mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 62 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 372 (üç yüz yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 27.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək şübhəli şəxs qismində 02 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut 1 ədəd “Redmi Poco” markalı X3 modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 62 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 372 (üç yüz yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-492/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-492/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver