Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-493/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və onların nümayəndələri vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi3 Badir oğlunun iştirakı ilə xx.xx.1986-cı ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə saat 02 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi özünə məxsus “Volkswagen Passat” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində Mərkəzi istiqamətində hərəkətdə olarkən, həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib idarətməni itirərək əks hərəkət zolağına keçərək, əks istiqamətə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi özünə məxsus Renault Logan MCV markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Renault Logan MCV markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ diz qapağının yerdəyişməyən qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, həmin avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs4 sol mil sümüyünün tipik yerinin qapalı sınığı və sol diz oynağı nahiyəsinin ön səthinin, eləcə də hər iki baldırın qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül, Zərərçəkmiş şəxs3 alt dodağın selikli qişasının əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri vurulmasına, habelə Renault Logan MCV markalı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs1 6930 (altı min doqquz yüz otuz) manat məbləğində zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, onlara dəymiş maddi zərərin əvəzinə mülki cavabdeh Təqsirləndirilən şəxs 6930 manat, aldıqları xəsarətlərin müalicəsinə sərf edilmiş 1000 manat, 02 ay müddətində ailənin dolanışığına sərf edilmiş 2000 manat olmaqla cəmi 9930 manat pulun tutulub onlara verilməsini xahiş etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmasa da avtomobil idarə etməyi bacarır. Təxminən 2 il olar ki, özünə məxsus avtomobilləri idarə etmişdir. 07.03.2021-ci il tarixdə saat 02 radələrində anası X2 adına qeydiyyatda olan “Volkswagen Passat” markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobili mühərrikində olan nasazlığı təmir etdirmək üçün Mehdiabad qəsəbəsindəki ustaya aparmaq istəmiş və evdən çıxanda qonşuluğunda yaşayan xalası oğlu Fuad Hüseynovdan xahiş etmişdir ki, öz maşını ilə onun arxasınca gəlib maşınını ustaya verdikdən sonra onu evə qaytarsın. F.Hüseynovda razılaşıb onun ardınca gələcəyini söyləmişdir. Bundan sonra o, yola çıxıb Mehdiabad qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Həmin vaxtı avtomobili ayıq idarə etmiş, avtomobildə tək olmuş, əlavə yükü də olmamışdır. Mehdiabad qəsəbəsi 28 May küçəsi ilə qəsəbənin mərkəzi istiqamətində təxminən 50-60 km/saat sürətlə yaxın vuran işıqlarla hərəkətdə olduğu vaxtı hərəkət etdiyi yoldan Digah qəsəbəsinə gedən yol ayrıcındakı işıqfora az qalmış markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı minik maşınının Digah qəsəbəsi istiqamətindən gələrək gözlənilmədən yol ayrıcında qarşısına çıxdığını görüb həmin avtomobillə toqquşmamaq üçün sükanı yolun əks hərəkət zolağına istiqamətləndirib sonra öz hərəkət yoluna qayıtmaq istəmişdir. Həmin vaxtı idarə etdiyi avtomobil sürüşdüyünə görə o, idarəetməni itirmiş və avtomobili sağ arxa qanadı qarşıdan gələn “Renault” markalı, ağ rəngli, minik avtomobilinin hərəkət yolunda onun qabaq hissəsinə dəyib toqquşmuşdur. Həmin vaxtı aldığı zərbədən qarın nahiyyəmdə güclü sancılar hiss edib qışqırmağa başlamışdır. Onunla toqquşan avtomobilin yanında isə kiminsə “qaçın partlıyacaq” deyə qışqırdığını eşitmişdir. 2-3 dəqiqə keçmişdir ki, xalası oğlu Fuad hadisə yerinə gəlib onu öz maşınına mindirib, Bakı şəhəri Elmi Tədqiqat və Ortepediya instituna aparmışdır. Orada onun bel fəqərə sümüklərimi yoxlayıb, sonra təcili tibbi yardım maşını ilə Sabunçu xəstəxanasına daxili orqanlarımı müayinə etməyə aparmışlar. O, orada müayinə olunduqdan sonra səhər saat 07 radələrində evinə getmişdir. Həmin vaxtı onun avtomobili ilə toqquşan avtomobildə neçə nəfərin olduğunu və kimlərin xəsarət aldığını bilməmişdir. Sonradan eşitdiyinə görə həmin avtomobildə olan 3 nəfər xəsarət almışdır. Hadisə vaxtı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yalnız mühərrikin yanma kamerasında yüngül nasazlığı olmuş, o, da onu təmir etdirmək üçün ustaya gedərkən həmin hadisə baş vermiş, ona elə gəlir ki, həmin hadisə onun avtomobilin idarəetməsini itirməyi səbəbindən baş vermiş, hadisədən az əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Ona qarşı qaldırılmış mülki iddianı qisməb qəbul edirş Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Renault Logan MCV markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 07.03.2021-ci il tarixdə saat 02:00 radələrində idarə etdiyi həmin avtomobillə Mehdiabad qəsəbəsinə gedərkən Mehdiabad qəsəbəsi, 28 may küçəsi ilə Binəqədi rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən qəflətən əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan avtomobil idarə etməni itirərək fırlanıb onun hərəkət zolağına çıxmış, ayağını tormoza atsa da həmin avtomobilin sağ tərəfi idarə etdiyi avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra Volkswagen markalı avtomobilin sürücüsü yeriyərək hadisə yerindən uzaqlaşıb getmiş, hadisə yerini tərk etmişdir. Hadisə nəticəsində özü və ailə üzvləri xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişlər. Hadisə vaxtı avtomobildə arvadı Ülviyyə və qızı Rüqəyya arxa oturacaqda oğlu Hüseyn isə qabaq oturacaqda əyləşmişlər. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. İdarə etdiyi avtomobil yüksüz və saz vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobillə toqquşan Volkswagen markalı avtomobil əks hərəkət zolağı ilə yüksək sürətlə gəlmiş, qəflətən idarəetməni itirib onun hərəkət zolağına çıxmış, həmin avtomobilin onun hərəkət zolağıma çıxmasını ani vaxt ərzində görmüş, bu səbəbədən də hadisənin qarşısını ala bilməmişdir. Ona elə gəlir ki, həmin avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əl əyləcindən istifadə edərək idarəetməni itirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi hadisə nəticəsində ona və arvadı Ülviyyəyə maddi zərər dəymişdir. Ona görə də mülki iddialarının təmin edilməsini xahiş edir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 07.03.2021-ci il tarixdə saat 02:00 radələrində əri İlqarın idarə etdiyi Renault Logan MCV markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsinə gedərkən həmin vaxtı o və qızı Rüqəyya arxa oturacaqda, oğlu Hüseyn qabaq oturacaqda əyləşmişdir. Mehdiabad qəsəbəsi, 28 may küçəsi ilə Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən qəflətən əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan avtomobil idarə etməni itirərək fırlanıb onların hərəkət zolağına çıxmış və əyləşdiyi avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra Volkswagen markalı avtomobilin sürücüsü yeriyərək hadisə yerindən çıxıb getmiş, hadisə nəticəsində o və ailə üzvləri xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişlər. Təqsirləndirilən şəxsin törətdiyi hadisə nəticəsində ona və əri İlqara maddi zərər dəymişdir. Ona görə də mülki iddialarının təmin edilməsini xahiş edir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs4 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 07.03.2021-ci il tarixdə saat 02:00 radələrində atası İlqarın idarə etdiyi Renault Logan MCV markalı **-GU- *** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsinə getmişlər. Həmin vaxtı o və anası Ülviyyə arxa oturacaqda, qardaşı Hüseyn qabaq oturacaqda əyləşmişdir. Mehdiabad qəsəbəsi, 28 may küçəsi ilə Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən qəflətən əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan avtomobil idarə etməni itirərək fırlanıb əyləşdiyi avtomobilin hərəkət zolağına çıxmış və əyləşdiyi avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra Volkswagen markalı avtomobilin sürücüsü yeriyərək hadisə yerindən çıxıb getmişdir. Hadisə nəticəsində o və ailə üzvləri xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 07.03.2021-ci il tarixdə saat 02:00 radələrində atası İlqarın idarə etdiyi Renault Logan MCV markalı 99-GU-22 dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsinə gedərkən o, qabaq sağ oturacaqda, anası Ülviyyə və bacısı Rüqəyya arxa oturacaqda əyləşmişdir. Mehdiabad qəsəbəsi, 28 may küçəsi ilə Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən qəflətən əks hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan avtomobil idarə etməni itirərək fırlanıb əyləşdiyi avtomobilin hərəkət zolağına çıxmış və əyləşdiyi avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra Volkswagen markalı avtomobilin sürücüsü yeriyərək hadisə yerindən çıxıb getmişdir. Hadisə nəticəsində özü və ailə üzvləri xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 19.03.2021-ci il tarixli 507 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarət sağ diz qapağının yerdəyişməyən qapalı sınığı bərk küt əşya təsirindən törənmişdir, 07.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 19.03.2021-ci il tarixli 508 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində olan xəsarətlər sol mil sümüyünün tipik yerinin qapalı sınığı və sol diz oynağı nahiyəsinin ön səthinin, eləcə də hər iki baldırın qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 07.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçrilmiş məhkəmə-tibb ekspertizasının 19.03.2021-ci il tarixli 509 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarət alt dodağın selikli qişasının əzilmiş yarası bərk-küt əşyanın təsirindən törənmişdir, 07.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu uçun dərəcəsi təyin olunumur. İş üzrə keçrilmiş məhkəmə tibb ekspertizasının 19.03.2021-ci il tarixli 510 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarət alın nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən törənmişdir, 07.03.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 may 2021-ci il tarixli, 8/908 saylı rəyi ilə müəyyən edilmişdir ki, Volkswagen Passat markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.Y.X6 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. "xxxx" ASC-nin X1 X5 daxil olmuş 16.04.2021-ci il tarixli E/401 nömrəli ziyan aktı ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Renault Logan MCV markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6930 (altı min doqquz yüz otuz) manat ziyan dəymişdir. Azərbaycan Respublikası Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutundan daxil olmuş 24.11.2021-ci il tarixli 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdə 3224 sıra sayı ilə institutun ambulator kitabında qeydə alınmışdır. Xəstə kliniki-retginoloji müayinə edilmiş, və növbətçi həkimlər tərəfindən qarınboşluğu və döş qəfəsinin küt travması diaqnozu təyin edilmişdir. Xəstənin dediyinə görə həmin xəsarətləri Mehdiabat yolunda avtoqəza nəticəsində almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli qərarı ilə 06 ay 22 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 28.02.2020-ci il tarixdə cəza müddəti başa çatdlğından qeydiyyatdan çıxarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Volkswagen Passat markal, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil və Renault Logan MCV markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmışdır. Abşeron RPİ-nin DYPB-dən məktubdan görünür ki, sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir, sürücülük hüququnun məhdudlaşdırılması və sürücülük hüququndan məhrum edilməsi barədə məlumat mövcud deyildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri və ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmək əvəzinə, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Halbuki onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərə maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, yaşını, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddialara münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin “1118.1-ci maddəsinə əsasən Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Mülki Məcəllənin 1118.2-ci maddəsinə əsasən İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonar təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15.11.2013-cü il tarixli, 5 nömrəli Qərarında tövsiyə olunur ki: 26. Məhkəmələrə izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır.” Məhkəmə iş materiallarını tədqiq edib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin edilməli, iddianın maddi ziyana görə cavabdeh Təqsirləndirilən şəxs 6930 (altı min doqquz yüz otuz) manat alınıb iddiaçıların xeyrinə verilməsinə dair hissəsi təmin edilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçılar müalicə və müayinəsinə sərf edilmiş 1000 manat, eləcə də 02 ay müddətinə ailəsinin dolanışığına sərf edilmiş 2000 manat maddi ziyan dəyməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Təqsirləndirilən şəxs təqsirli hərəkəti nəticəsində vurulmuşdur və o, hazırkı iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış, “Volkswagen Passat” markalı, **-RD-***dövlət qeydiyyat nişanlı və Renault Logan MCV markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 6930 (altı min doqquz yüz otuz) manat pul cavabdeh Təqsirləndirilən şəxs alınıb, iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 xeyrinə verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-493/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-493/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver