Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-493/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2000-ci ildə Şamaxı rayonu, Dədəgünəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işsiz, Şamaxı rayonu, Çağan kəndində qeydiyyatda olmaqla Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xanlar küçəsi nömrəsiz fərdi evdə yaşayan barəsində 18 fevral 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə və xx.xx.1995-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs icarə əsasında ilkin ödəniş 1750 manat olmaqla, qalan pulu 18 ay ərzində hər ay 325 manat ödəməklə “Reno Megane” markalı avtomobil verəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, “Vedi” kafesində Zərərçəkmiş şəxs sənədləşmə aparılması adı ilə 1000 manat pulunu Təqsirləndirilən şəxs1la birlikdə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs təklif etdiyi avtomobilin yalandan Bakı şəhəri, Babək prospektində yerləşən avtoservisdə olduğunu deyib həmin əraziyə göndərərək, verdikləri vədə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs icarə əsasında ilkin ödəniş 1750 manat olmaqla, qalan pulu 18 ay ərzində hər ay 325 manat ödəməklə “Reno Megane” markalı avtomobili verəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində “Vedi” kafesində Zərərçəkmiş şəxs sənədləşmə aparılması adı ilə 1000 manat pulunu Təqsirləndirilən şəxs2la birlikdə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs təklif etdiyi avtomobilin yalandan Bakı şəhəri, Babək prospektində yerləşən avtoservisdə olduğunu deyib həmin əraziyə göndərərək, verdikləri vədə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsi təxminən 2022-ci ilin sentyabr ayından etibarən tanıyır. 2022-ci ilin sentyabr ayında o, Xırdalan şəhərində yerləşən evdə olan zaman dostu Rəşad ona “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazaraq bir nəfər müştərinin özünə maşın götürmək istədiyini bildirmişdir. Onun da bu barədə icarəyə maşın verən tanışları olduğu üçün Rəşadla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Rəşad yanında bir nəfər Nofəl adlı şəxslə birlikdə onun yanına gəlmiş, onlar Xırdalan şəhərində yerləşən “Vedi” adlanan kafenin həyətində oturub söhbət etmişlər. Bu zaman həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Danışıq zamanı həmin şəxs ona icarəyə maşın götürmək istədiyini və 1700 manat pulu olduğunu demişdir. O, “Reno Megane” markalı maşın olduğunu ilkin ödəniş kimi 1000 manat, gündəlik 25 manat olmaqla 24 ay kreditlə Nofələ maşın təşkil edə biləcəyini bildirmişdir. Nofəldə onunla razılaşmışdır. O, arendatorla əlaqə saxlayıb Nofələ göstərəcəyi maşının “Elit” ticarət mərkəzinin yanında olduğunu öyrəndikdən sonra bunu Rəşada və Nofələ bildirmişdir. Rəşad “Elit” ticarət mərkəzinin yaxınlığında olan maşını görmək üçün Nofəli ora aparmağını bildirmişdir. Daha sonra Nofəl ona Xırdalanda “Vedi” kafesinin həyətində 1700 manat pul vermişdir. Lakin Nofəlin 700 manat pulunu özünə geri qaytarmış və Nofəldən şəxsiyyət vəsiqəsini istəmişdir. Daha sonra Rəşad, Nofəl və özü Rəşadın idarə etdiyi “Toyota Prius” markalı maşına əyləşmişlər. O, Xırdalan şəhərində yerləşən polis idarəsinin qarşısında olan zaman düşmüş və Nofəl ilə Rəşad yollarına davam etmişlər.Yolda olan Rəvan Rəşada zəng edərək Nofəli maşından düşürüb buraya gəlməsini bildirmişdir. Bir neçə saat sonra Təqsirləndirilən şəxs2 Xırdalan şəhərinə geri qayıtmışdır. O, Rəvan ilə görüşən zaman nə olduğunu soruşduqda Rəvan Nofəldən aldığı 1000 manat puldan 100 manat çıxarıb Rəşada vermiş və ona Nofəl ilə söhbətinin alınmadığını ona görə də Nofəlin ona verdiyi 1000 manat pulu geri qaytaracağını bildirmişdir. Rəşadın onun 1000 manat pulu Nofəldən yalandan vəd verib almasından məlumatı olmamışdır. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, Bakı şəhəri və Abşeron rayonu ərazisində təxminən 2015-ci il tarixdən etibarən taksi kimi fəaliyyət göstərir. O, Rəvanı təxminən 3-4 il olar ki, tanıyır. Bu müddət ərzində aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs adlı şəxsi təxminən 2022-ci ilin sentyabr ayından etibarən taksi fəaliyyəti ilə məşğul olan zaman tanımışdır. Onun Nofəl ilə arasında bu vaxta qədər heç bir qərəzlik münasibəti və heç bir ədavət olmayıbdır. 2022-ci ilin senytabr ayında taksi fəaliyyəti ilə məşğul olarkən Zərərçəkmiş şəxs müştəri kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə taksi kimi fəaliyyət göstərən zaman saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobilə bir nəfər şəxs əyləşmişdir. Həmin şəxs ona Bakı Beynəlxalq Avtovağzalına sürməyini istəmişdir. Rəşad yolda olan zaman həmin şəxsin adının Nofəl olduğunu öyrənmişdir. Yolda söhbət edən zaman Nofəl ona Qax rayonunda yaşamasını, avtomobil almaq üçün Bakı şəhərinə gəlməsini lakin istədiyi qiymətdə avtomobil tapmadığından avtomobil almadan Qax rayonuna geri qayıdacağını bildirmişdir. Nofəl ilə danışan zaman Xırdalan şəhərində Rəvan adlı tanışının olmasını, onun icarə əsasında “Reno Megane” markalı avtomobili sərfəli qiymətə təşkil edə biləcəyini demişdir. Onun fikri Nofələ maraqlı gəldiyi üçün onlar avtovağzala çatdıqdan sonra Nofəl Rəşada yaxınlıqda olan kafelərdən birində oturub yemək yeməyi, yemək yediyimiz müddətdə isə ona tanışı ilə əlaqə saxlayıb icarə avtomobil barəsində danışmağını istəmişdir. Bundan sonra Nofəl ilə Rəşad Avtovağzal yaxınlığında olan kafelərdən birində oturub yemək yemişlər. Həmin ərəfədə Rəşad öz dostu Rəvan ilə əlaqə saxlayıb avtomobil almaq istəyən bir tanışının olmasını və icarəyə avtomobil götürməkdə ona köməklik etməsini istəmişdir. Rəvan da Rəşada bu barədə razı olduğunu bildirmişdir. Daha sonra o, Rəvanın harada olduğu ilə bağlı maraqlanmış, Rəvan isə ona Xırdalan şəhərində olmasını bildirmişdir. Rəşad Nofəlin istəyi ilə onunla birlikdə Rəvanın olduğu yerə getmiş və Rəvan ilə Xırdalan şəhərində “At heykəli”nin yaxınlığında adını xatırlamadığı bir kafedə görüşmüşlər. Görüşdükdən sonra Rəvan Nofələ tanışında “Reno Megane” markalı avtomobil olduğunu və həmin avtomobilin icarə əsasında satıla biləcəyini demişdir. Rəvan ilkin ödəniş üçün 750 manat pul lazım olduğunu, yerdə qalan məbləğin 18 ay ərzində 325 manat olmaqla ödənməli olduğunu Nofələ demişdir. Nofəl Rəvanın bu təklifi ilə razılaşaraq avtomobilə baxmaq istədiyini bildirmişdir.Rəvan Nofələ ilə ona barəsində danışdığı avtomobilin Babək prospektində keçmiş maşın bazarı adlanan ərazidə Əli adlı maşın ustasının yanında olmasını demişdir. Daha sonra Rəvan ondan xahiş etmişdir ki, Nofəl ilə birlikdə maşın bazarında Əli adlı ustanın yanına getsin. Rəvan Nofələ o, avtomobilə baxan zaman özünün burada qalacağını və Nofəlin avtomobili bəyənəcəyi təqdirdə sənədləşmə işlərinin özü tərəfindən həll ediləcəyini deyərək getməyəcəyini bildirmişdir. Nofəl avtomobil üçün ilkin ödəniş verib–verməyəcəyini Rəvandan soruşan zaman sonuncu ona nə qədər verə bilirsə verməyini demişdir. Nofəl Rəvana üzərində 1700 manat pul olduğunu və bu pulun 1000 manatını verə biləcəyini yerdə qalan 700 manatı isə sənədləşmə işlərindən sonra verə biləcəyini demişdir. Rəvan da Nofəlin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Nofəl Xırdalan şəhərində yerləşən kafedə onun yanında Rəvana 1000 manat pul vermişdir. Digər 700 manatı isə sənədləşmədən sonra verəcəyini bildirmiş, sonra Nofəl və Rəvan onun idarə etdiyi avtomobilə oturmuşlar. Xırdalan şəhərində Polis idarəsinin yaxınlığında Rəvan avtomobildən düşərək sənədləşmə işlərini həll edə biləcəyini demişdir. O Nofəl ilə birlikdə Rəvanın qeyd etdiyi ünvana gəlib Əli adlı ustanın harda olması ilə maraqlanmışlar. Lakin orada Əli adlı ustanın olmadığını onlara bildirmişlər. Daha sonra Rəşad telefon vasitəsilə Rəvana zəng edib orada ustanın və maşının olmadığını bildirmişdir. Bu zaman Rəvan ona “Watsapp” mesajlaşma proqramı vasitəsi ilə maşının orada olmadığını bildirmişdir. Bundan sonra Rəşad başa düşmüşdür ki, Rəvanın dediyi maşın əslində orada yoxdur. Daha sonra Nofəl ilə geri qayıdarkən Nofəl ona ayaqqabı almaq üçün maşını saxlamasını istəmişdir. Rəşad da Nofəlin mağazaya girdiyini fürsət bilib oradan uzaqlaşaraq Xırdalan şəhərinə Rəvanın yanına gəlmişdir. Burada Rəvan ona Nofəldən aldığı 1000 manat puldan 100 manat pul vermiş və yerdə qalan məsələlərin ona aid olduğunu bildirmişdir. Daha sonra o Rəvanla birlikdə Nofəldən aldığları 1000 manat pul ilə şəhərdə yerləşən restoranlardan birinə getmiş və həmin pulu birlikdə xərcləməyə başlamışlar, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışlar, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə digər Təqsirləndirilən şəxs1la ödəmişlər. Əməlindən peşmançılıq çəkir, barələrində olan cinayət işinə xitam olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax rayonu, Qarabaldır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə özünə minik avtomobili almaq üçün yaşadığı Qax rayonundan Bakı şəhərinə gəlmişdir. Bu müddət ərzində Bakı şəhərində qalmağa yeri olmadığı üçün tanışının işlədiyi Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Secret” otelində müştəri kimi qalmışdır. 2 gün müddətində özünə uyğun münasib maşın tapa bilmədiyindən xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən yaşadığı Qax rayonuna qayıtmaq üçün işıqforda dayanan zaman qara rəngli bir “Toyota Prius” markalı taksiyə əyləşib avtovağzala getmək istədiyini demişdir. Sürücü onu Bakı Beynəlxalq Avtovağzalına aparmışdır. Ac olduğundan Avtovağzalda yemək yemək istədiyini demiş və bu zaman sürücünü də özü ilə birlikdə yemək yeməyə dəvət etmişdir. Çörək yeyən zaman sürücü ilə söhbət etmiş və adını Rəşad olduğunu öyrənmişdir. Danışıq vaxtı Rəşada Bakıya maşın almaq üçün gəldiyini, əlində nağd pulun olduğunu, lakin hələ ürəyincə maşın tapa bilmədiyini bildirmişdir. Rəşad ona maşın alğısatqısı ilə məşğul olan tanışı olduğunu, Xırdalan şəhərində ofisi olduğunu və maşın icarəyə verdiyini demişdir. Rəşad bu zaman tanışına zəng edərək onun maşın almaq istədiyini demişdir. Telefonda danışdıqdan sonra onlar maşına əyləşib Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhərinə çatan zaman orda H.Əliyev prospektində tanımadığı göy rəngli şüşələri olan bir binanın yanında dayanmışlar. Bu zaman binadan bir cavan oğlan çıxaraq onlara yaxınlaşmış və onlarla salamlaşmışdır. Sürücü onu həmin oğlana göstərərək maşın almaq istəyən şəxs olduğunu demişdir. Onlar yolun əks istiqamətində açıq havada olan çayxanaya getmişlər. O adını kafedə oturan zaman bildiyi Rəvan adlı şəxslə üzbəüz əyləşmiş, Rəşad isə çay gətirməyə getmişdir. Bir neçə dəqiqə sonra Rəşad gələrək kafenin işləmədiyini və başqa yerə getməyi təklif etmiş, lakin o, çayı sabah da içə biləcəklərini əsas məsələni həll etmək lazım olduğunu demişdir. Rəvan ona ilkin ödəniş olaraq 1750 manat olmaqla, 18 aya isə 325 manat ödəməklə “Reno Megane” markalı maşın verə biləcəyini demişdir. Onlar razılaşmışlar. Rəvan sürücüyə onların Nizami rayonunda yerləşən avtoservisə getməklərini, orada 2 avtomaşın olduğunu demişdir. O, Rəvanla razılaşmış və ona şəxsiyyət vəsiqəsini və 1000 manat pulu Xırdalan şəhərində oturduqları kafedə vermişdir. Rəvan pulu və şəxsiyyət vəsiqəsini alaraq onlar Nizamiyə gedib gələnə qədər sənədləşdirmə işlərini aparacağını bildirmişdir. Daha hər üçü Rəşadın idarə etdiyi “Toyota Prius” markalı maşına əyləşmişlər. X2 şəhərində düşürtmüş və Nizami rayonunda yerləşən avtoservisə gəlmişlər. Avtoservis bağlı olduğundan onlar maşınlara baxa bilməmişlər. O, bu zaman Nizami rayonunda yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığından keçərkən Zərərçəkmiş şəxs ayaqqabısı ayağını sıxdığına görə Rəşada mağazanın qarşısında saxlamağı deyib mağazaya girmişdir. Ayaqqabı seçən zaman Rəşad ona maşını kamera çəkməsin deyə arxaya çəkib gələcəyini demişdir. O, ayaqqabı alıb geri qayıdanda qara rəngli “Toyota Prius” markalı gəldiyi taksi getdiyini görmüşdür. Bundan sonra başa düşmüşdür ki, Rəşad və Rəvan adlı şəxslər onu aldadarq 1000 manat pulunu ələ keçirmişlər. Daha sonra aldanılması barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafı ilə yanaşı şahidlərin ifadələri, o cümlədən iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İstintaq zamanı Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Abşeron rayon məhkəməsinin 1(012)-52/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hökm qanuni qüvvəsini almışdır. Həmin cinayət işi 02 fevral 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin istintaq şöbəsində tərəfimdən Zərərçəkmiş şəxs qarşı dələduzluq edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmışdır. Toplanmış ilkin sübutlar əsasında 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığı, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödənildiyinə görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-493/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-493/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver