Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-493/2025 24.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Abbasov Ası̇ m Müşfı̇ q oğlunun Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 nun Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Dondarlı ərazi dairəsi, Dondarlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8 ünvanında yaşayan barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 "xxxx" MMC-də ambardar işləyərkən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, həmin MMC-də elektrikqaz qaynaqçısı işləmiş tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək olan müddət ərzində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27 ünvanında yerləşən "xxxx" MMM-nin deposundan hər birinin dəyəri 33 manat təşkil edən ümumi 1056 manat dəyərində 32 ədəd SCH ASK24316 3 FAZ C TİPİ kodlu elektrik açarını, hər birinin dəyəri 11 manat təşkil edən ümumi 550 manat dəyərində 50 ədəd SCH A9K24132 ACTİ 9İK6ON 1P 32A C kodlu elektrik açarını, hər birinin dəyəri 35.50 manat təşkil edən ümumi 1136 manat dəyərində 32 ədəd SCH ASK24332 6KA 3 FAZ TİPİ 32A kodlu elektrik açarını, hər birinin dəyəri 55 manat təşkil edən ümumi 1375 manat dəyərində 25 ədəd SCH A9K24340 ACTİ 9İK6ON 3P 40A C kodlu elektrik açarını, hər birinin dəyəri 87,67 manat təşkil edən ümumi 2980,78 manat dəyərində 34 ədəd SCH A9K24463 ELEKTRİK kodlu elektrik açarını, hər birinin dəyəri 5,20 manat təşkil edən ümumi 98,8 manat dəyərində 19 ədəd SCH A9K24106 6 KA 1 FAZ C TİPİ 6A kodlu elektrik açarını, hər birinin dəyəri 51 manat təşkil edən ümumi 255 manat dəyərində 5 ədəd SCH A9R41225 DİFERENSİAL VKL YUÇATEL 2 ÇİXİŞLİ 30 kodlu elektrik açarını, hər birinin dəyəri 60 manat təşkil edən ümumi 540 manat dəyərində 9 ədəd SCH A9K24350 AVTOMATİK SÖNDÜRÜCÜ kodlu elektrik açarını, hər birinin dəyəri 30 manat təşkil edən ümumi 600 manat dəyərində 20 ədəd SCH A9K24325 6KA 3 FAZ C TİPİ 25A kodlu elektrik açarını, hər metrinin dəyəri ekvivalentlə 14,16 manat təşkil edən ümumi 708 manat dəyərində 50 mm qalınlıqlı 50 metr uzunluğunda mis kabelləri, hər metrinin dəyəri ekvmvalentlə 1,75 manat təşkil edən ümumi 1050 manat dəyərində 600 metr uzunluğunda 3 naqildən ibarət mis kabelləri, hər metrinin dəyəri ekvvalentlə 2,38 manat təşkil edən ümumi 1904 manat təşkil edən 2,5 mm qalınlıqlı 800 metr uzunluğunda mis kabelləri, hər metrinin dəyəri ekvivalentlə 2,60 manat təşkil edən ümumi 156 manat təşkil edən 5 naqildən 1,5 mm qalınlıqlı 60 metr uzunluğunda mis kabelləri, hər metrinin dəyəri ekvivalentlə 8,55 manat təşkil edən ümumi 427,5 manat təşkil edən 5 naqildən ibarət 6 mm qalınlıqlı 50 metr uzunluğunda mis kabelləri, hər metrinin dəyəri ekvivalentlə 28,15 manat təşkil edən ümumi 703,75 manat təşkil edən 4 naqildən ibarət 25 mm qalınlıqlı 25 metr uzunluğunda mis kabelləri, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13540,83 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş "xxxx" MMM-yə xeyli miqdarda ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ittiham olunduğu cinayət əməli ilə bağlı istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirərək, məhkəmə iclasında elan edilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2016-cı ildən "xxxx" MMM-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən deposunda ambardar işləmiş, belə ki, əvvəllər həmin depoda ambardar köməkçisi işləmiş, 2019-cu ildən isə ambardar kimi fəaliyyət göstərmişdir. Eyni zamanda həmin şirkətin deposunda Təqsirləndirilən şəxs2 da qarovul işləmiş, Namiq birgündənbir işə çıxmış və axşam saat 17 radələrindən səhər saat 09 radələrinə kimi qarovulda olmuşdur. 2023-cü ilin oktyabr ayından Namiqlə münasibəti yaranmışdır. Ambardar işlədiyi ambarda istifadə olunan şinalarda saxlanılan kabellərdən sifarişlə kəsintilər olduqda qalıqlar qalmışdır. Həmin xırda mis kabellər istifadəsiz olduğu üçün onu satmaq üçün məqsədi ilə Sumqayıt şəhərində əlvan metal qəbulu ilə məşğul olan Şahid3 telefonla müraciət etmiş və ona demişdir ki, onda xırda mis kabel kəsikləri olur, onları yığıldıqca gətirib təhvil vermək istəyir. Ramil onu şəxsdən tanıdığı üçün etiraz etməmiş, əksinə demişdir ki, ondan ən yüksək bazar qiymətinə təhvil alacaqdır. Belə olduqda tanışı Namiqə bununla bağlı müraciət etmiş və şərikli iş görməyi təklif etmişdir. Namiq də maddi imkansızlığına görə onunla razılaşmış və 2023-cü ilin oktyabr ayının əvvəllərindən birlikdə işləməyə başlamışlar. Bu minvalla həm şinalardan qalmış xırda mis kabel kəsiklərini meşoklara yığmağa başlamış, həmin kabel kəsiklərini Namiq növbədə olduğu vaxtlarda çıxarıb yaşadığı əraziyə aparmış, sonra isə Namiq həmin mis kabelləri aparıb Sumqayıt şəhərində metal qəbulu ilə məşğul olan tanışı Şahid3 təhvil vermiş və aldığı pulları yarı-yarıya bölmüşlər. Onların bu işi təxminən 2023-cü ilin oktyabr ayının əvvəlindən 2024-cü ilin may ayınadək davam etmiş və Ramilə satılmış mis kabel kəsiklərindən təxminən 3000 manata qədər pul əldə etmiş və yarı bölmüşlər. Bundan əlavə Namiqin avtomobil yuma sexi vardır və ondan həmin avtoyuma sexinə qoymaq üçün elektrik açarı istəmiş, o da ambardan bir ədəd elektrik açarı götürüb ona vermiş və sonuncu ambarda çoxlu sayda və ölçüdə elektrik açarlarının olduğunu görmüşdür. Bundan sonra Namiq ondan bir neçə dəfə elektrik açarı istəmiş və satıb pul qazanmağı təklif etmişdir. Həmin elektrik açarları qutularda olmuş, belə ki, hər qutuda 4 və 12 ədəd olmuş, Namiq həmin elektrik açarlarını (avtomatları) Sədərək bazarında satmağı təklif etmiş və bir neçə elektrik tutumlu elektrik açarını nümunə kimi Namiqə bazarda göstərməsi üçün vermişdir. Namiq Sədərək bazarında müştəri tapdığını ona dediyi üçün ona 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək olan müddət ərzində qutularda müxtəlif tutumlu elektrik açarlarını hissə-hissə yığmış və Namiq tərəfindən çıxarılıb satılmasına şərait yaratmış, Namiq də həmin elektrik açarlarını xüsusi kodları ilə və tutumları ilə aparıb Sədərək bazarında satışını təşkil etmiş, onların bu işi də təxminən 2023-cü ilin oktyabr ayının əvvəlindən 2024-cü ilin may ayınadək davam etmiş və Sədərək bazarında Namiq tərəfindən satılmış elektrik açarlarından təxminən 6000 manata qədər gəlir əldə etmiş və həmin gəliri də Namiqlə yarı bölmüşdür. Göstərmişdir ki, kabel kəsiklərini götürdüyü bir neçə ay ərzində çəkisinin maksimum 100-150 kiloqramdan artıq çəkidə olması mümkün deyil, həmçinin elektrik açarlarının sayı da 250-270 ədəddən artıq ola bilməz. Bunu Namiqin metalı təhvil verdiyi Ramil adlı şəxs və elektrik açarlarını satdığı şəxs də təsdiq edə bilərlər. Həmin şəxslərdən başqa heç kəsə metal qırıntısı və yaxud elektrik açarı satılmamış, oğurluğu Namiqlə birlikdə törətmiş, etdiyi oğurluqdan əvvəlcədən ikisindən başqa kimsənin xəbəri olmamışdır. Bundan başqa göstərmişdir ki, ambardan götürdüyü elektrik açarları SCHNEİDER ASK24316 3 FAZ C TİPİ kodlu, SCHNEİDER ASK24332 6KA 3 FAZ TİPİ 32A kodlu, SCH A9K24340 ACTİ 9İK6ON 3P 40A C kodlu, SCHNEİDER A9K24363 6KA 3 FAZ C TİPİ 63A kodlu, SCHNEİDER A9K24463 ELEKTRİK kodlu, SCHNEİDER A9K24101 6 KA 1 FAZ C TİPİ 6A kodlu elektrik açarı olduğunu xatırlayır. Onların dəqiq sayını hazırda bilməsə də, malları satmaq üçün onlardan götürən şəxsdə dəqiq sayları və kodları vardır, cünki malları onlardan almış şəxs malın dəqiq sayına uyğun pulu Namiqin kartına köçürmüş və həmin şəxsdən başqa heç kəsə elektrik açarları satmamışlar. Bildirmişdir ki, o, mis kəsiklərini və eyni zamanda qutuların içərisində olan elektrik açarlarını hissə-hissə depodan çıxarıb bayırda yığıb gizlətmiş və sonra isə Namiq həmin mis kəsiklərini və elektrik açarlarını ambarın qarşısındakı ərazidən meşoklara yığılmış vəziyyətdə taksiyə qoyub aparmışdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərin reallıqda daha az olmasına baxmayaraq ittihamda göstərilmiş məbləğlərlə razılaşaraq ziyanı ödəmişdir. Bundan başqa o, qırıntıların satılması ilə bağlı göstərilən əməl üzrə də özümü təqsirli bildiyini, lakin həmin malların tullantı olduğunu bildirdi. Onu da əlavə etdi ki, zərərçəkmiş tərəf zərərin həcmini qat-qat artırır. Belə ki, bir neçə dəfə malların əskik gəldiyi müşaidə edilmiş və bu barədə mal göndərən təşkilata məlumat verilmişdir. Mallar daxil olduqdan sonra o, hesabat tərtib edərək, Nemət müəllimə təqdim etmiş, sonuncu isə məlumatları sistemə daxil edərək yenidən ona təqdim etmiş və o, da öz proqramına işləmişdir. Onun tərəfindən malların əskik göndərilməsi ilə bağlı çəkdiyi videogörüntülərdə Nemət müəllim də iştirak etmiş, səsi videoya düşmüşdür. Bu məsələ ilə əlaqədar rəhbərliyə də müraciət etmişdir. Həmin videogörüntüləri Murad müəllimə də göndərmişdir, lakin hazırda mesajlar silinmişdir. Bununla belə, videofayllar onda qalmaqdadır. O, proqramda məbləğlərin azaldılması və ya dəyişdirilməsi kimi əməliyyat aparmamışdır. Nadejda xanım sistemə öz kompüterindən daxil ola bilmədiyinə görə, onun kompüterinə qoşularaq daxil olmuşdur. Anbarın açarı ümumi şkafda saxlanılırdı və onunla yanaşı digər şəxslər də həmin açardan istifadə edirdilər. Malların əskik olması sayım zamanı və ya mal göndərilməsi tələb olunduqda aşkar edilir və bu barədə dərhal onun tərəfindən Murad bəyə məlumat verilirdi. Aşkar olunmuş əskik mallar ya alınaraq yerinə qoyulur, ya da ilin sonunda “rasxod” kimi rəsmiləşdirilirdi. Zərərçəkmiş şəxsin göstərdiyi həçimdə malların anbardan belə qısa vaxt ərzində minik maşını ilə çıxarılması mümkün deyildir. Həmin mallar həcminə görə ən azı dörd tır tələb olunardı. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ittiham olunduğu cinayət əməli ilə bağlı istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirərək, məhkəmə iclasında elan edilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 8 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MMC-də qarovul kimi çalışmış, onunla birlikdə Zaur adlı şəxs də qarovul işləmiş və onlar növbəlilik əsasında işləmişlər. Təqsirləndirilən şəxs1 onunla eyni şirkətdə ambardar işləyir və 2023-cü ilin oktyabr ayından aralarında yaxşı münasibət yaranmışdır. Faiqin ambardar işlədiyi ambarda istifadə olunan şinalarda saxlanılan kabellərdən sifarişlə kəsintilər edildikdən sonra kabel kəsikləri qalmış, həmin xırda mis kabellər istifadəsiz olduğu üçün onu satmaq üçün onunla iş birliyi yaratmışdır. Belə ki, Faiqin Sumqayıt şəhərində əlvan metal qəbulu ilə məşğul olan Şahid3 adlı tanışı olmuş və ona telefonla müraciət edib bildirmişdir ki, onda xırda mis kabel kəsikləri olur, onları yığıldıqca gətirib təhvil vermək istəyir. Ramil Faiqi tanıdığı üçün ona etiraz etməmiş və yüksək bazar qiymətinə təhvil alacağını demişdir. Faiq ona bu barədə bildirib şərikli iş görməyi təklif etmiş, o da sonuncunun təklifi ilə razı olduğu üçün onunla 2023-cü ilin oktyabr ayının əvvəllərindən birlikdə işləməyə başlamış, bu minvalla Faiq həm şinalardan qalmış xırda mis kabel kəsiklərini meşoklara yığmağa başlamışdır. Mis kəsikləri ambarın qarşısında boş sahədə olmuş və o, növbədə olduğu vaxtı həmin mis kəsikolərini meşoklara yığıb taksi ilə götürüb yaşadığı əraziyə aparmışdır. Oradan isə səhəri günü Sumqayıt şəhərinə Faiqin ona dediyi Ramil adlı şəxsin satış məntəqəsinə aparıb təhvil vermiş və pulu yarı bölmüşlər. Onların bu işi təxminən 2023-cü ilin oktyabr ayının əvvəlindən 2024-cü ilin may ayınadək davam etmiş və Ramilə satılmış mis kabel kəsiklərindən təxminən 3000 manata qədər pul əldə edilmiş və həmin pulu da Faiqlə yarı bölmüşdür. Bundan başqa göstərmişdir ki, yaşadığı ərazidə avtomobil yuma sexi vardır. 2023-cü ilin oktyabr aynın əvvəllərində avtoyuma sexinə qoymaq üçün elektrik açarı lazım olduğundan Faiqdən istəmişdir. Faiq də ambardan bir ədəd elektrik açarı götürüb ona vermiş, o ambardakı depoda çoxlu sayda və ölçüdə elektrik açarlarının olduğunu görmüşdür. Faiqlə söhbət zamanı qərara gəlmişlər ki, ambardakı elektrik açarlarından aparıb Sədərək bazarında satıb gəlir əldə etsinlər. Həmin elektrik açarları qutularda olmuş, hər qutuda 4 və 12 ədəd olduğunu görmüşdür. Faiqlə ortaq razılığı olduğu üçün 2023-cü ilin oktyabr ayının təxminən 5-6 tarixində həmin elektrik açarlarından (avtomatlar) ona nümunələr vermiş və o da Sədərək bazarına aparmışdır. Həmin bazarda elektrik avadanlıqları satılan hissədə təsadüfən bir dükana girmiş və onda olan mallardan nümunələri təklif edib özümün həmin malların topdan satışı ilə məşğul olduğunu demişdir. Bu minvalla Sədərəkdə yerləşən həmin mağazada işləyən adını sonradan bildiyi Şahid2 adlı şəxslə tanış olmuş, Faiqin ona təklif etdiyi qiymətlərlə həmin dükanda elektrik açarlarını göstərmiş və satışı tələb olunan elektrik açarları barədə məlumat aldıqdan sonra qiymətlərini razılaşmışlar. İşdə olarkən bu təklif barədə Faiqə bildirmiş və sonuncu da razılaşmış, Faiq ona depodan kənara yığdığı qutulardakı elektrik açarlarını götürərək kisəyə yığıb aparmağı bildirmişdir. O da iki dəfə ardıcıl növbədə depodan kənarda Faiqin yığıb qoyduğu elektrik açarlarını qutuları ilə birlikdə götürərək kisələrə yığmış və kisələri yol taksisi ilə əvvəlcə ünvanına aparıb yığmışdır. Həmin elektrik açarlarını toplayıb xx.xx.2023-cü il tarixdə Sədərək bazarına aparmış və orada həmin elektrik açarlarını Ayazla razılaşıb ona satmış, aralarında razılıq olmuşdur ki, Ayaz malın pulunu bir neçə gün ərzində onun verdiyi karta göndərsin. Ayaz onun kart hesabına 12,15,16,19,20 oktyabr tarixlərində və 13 dekabr tarixində olmaqla ümumilikdə 3456 manat pulu köçürmüş və o da həmin pulu Faiqlə yarı bölmüşdür. Yenidən 2024-cü ilin təxminən fevral ayı ərzində depodan kənarda Faiqin yığıb qoyduğu elektrik açarlarını qutuları ilə birlikdə götürərək kisələrə yığıb yol taksisi ilə ünvanına aparmış, həmin elektrik açarlarını toplayıb xx.xx.2024-cü il tarixdə Sədərək bazarına aparıb Ayaza satmış, həmin günü də Ayaz onun kart hesabına 1125 manat pul köçürmüş və həmin pulu da Faiqlə bölmüşdür. Bundan sonra 2024-cü ilin may ayı ərzində depodan kənarda Faiqin yığıb qoyduğu elektrik açarlarını qutuları ilə birlikdə götürərək kisələrə yığıb yol taksisi ilə ünvanına aparmış, həmin elektrik açarlarını toplayıb xx.xx.2024-cü il tarixdə Sədərək bazarına aparıb Ayaza satmış, Ayaz da 01,03,12 iyun tarixlərində və 12 iyul tarixində olmaqla ümumilikdə 1385 manat pulu onun kart hesabına hissə-hissə köçürmüş və həmin məbləği də Faiqlə bölmüşdür. Onların bu işi də təxminən 2023-cü ilin oktyabr ayının əvvəlindən 2024-cü ilin may ayınadək davam etmiş və Sədərək bazarında satdığı elektrik açarlarından təxminən 6000 manata qədər gəlir əldə etmiş və Faiqlə yarı bölmüşdür. Göstərmişdir ki, ambarın ərazisindən yalnız xırda mis kəsikləri və elektrik naqillərinin hissələrini yığıb götürmüş, ambardan həmin göstərilən çəkidə elektrk naqili və göstərilən sayda elektrik açarı götürməmiş, təhvil verdiyi mis kabellər qırıntılardan ibarət olmuş və bir neçə ay ərzində maksimum çəkisi 100-150 kiloqramdan artıq ola bilməzdi. Həmçinin satdığı elektrik açarlarının sayı 250-270 ədəddən artıq ola bilməz. Bunu metalı təhvil verdiyi Ramil adlı şəxs və elektrik açarlarını satdığı Ayaz adlı şəxs də təsdiq edə bilərlər. Həmin şəxslərdən başqa heç kəsə metal qırıntısı və yaxud elektrik açarları satmamış, elektrik açarlarının dəqiq kodunu və sayını bilmir, lakin malları satmaq üçün verdiyi şəxs ondan malları sayla qəbul etdyindən elektrik açarlarının dəqiq sayı və hər birinin kodu həmin şəxsdə vardır, cünki malları ondan almış Ayaz adlı şəxs də malın dəqiq sayına uyğun pulunu onun kartına köçürmüş və həmin şəxsdən başqa heç kəsə elektrik açarları satmamışdır. Oğurluğu Faiqlə birlikdə törətmiş, etdiyi oğurluqdan ikisindən başqa kimsənin xəbəri olmamışdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs2 iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfidən zərər tam şəkildə ödənilsə də, zərərçəkmiş şəxs qərəz göstərərək barışıq etmir və olduğundan dəfələrlə artıq miqdarda zərər tələb etdir. İşlədiyi dövrdə aylıq maaşı 350 manat təşkil etmiş və həmin vaxt ödəməli olduğu kredit öhdəliyi mövcud olmuşdir. Bu səbəbdən şirkət rəhbərliyinə müraciət edərək kreditinin şirkət tərəfindən ödənilməsini, əvəzində isə maaşından hər ay 100 manat tutulmasını xahiş etmişdir. O, maddi vəziyyətimin çətinliyi və əlavə psixoloji gərginlik səbəbilə işdən sonra da müxtəlif işlərlə, fəhləliklə məşğul olmuşdur. Şirkətin özünə məxsus zibilxanasında tullantı mallar olmuş və həmin tullantılardan bəzilərini soyub satmış, onları iş yerindəki dolabda saxlamışdır ki, həmin dolab hər zaman açıq olduğundan ora başqa şəxslər də sərbəst daxil ola bilmişdir. Həmin malları davamlı olaraq yox, cəmi bir neçə dəfə götürmüşdür. Özünü təqsirli bildiyi hissə üzrə dəymiş zərəri tam şəkildə ödəmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ittiham aktında göstərilənlərin həqiqəti tam əks etdirmədiyini, audit yoxlamasının nəticəsi olmasına baxmayaraq yalnız təqsirləndirilən şəxslərin etiraf etməsi hissəsində zərərin məbləğinin müəyyən edildiyini, cinayət əməlinin törədilməsi araşdırılarkən həmin əməlin törədilməsində başqa şəxslərin iştirakının ehtimal olmasına baxmayaraq həmin hissədə araşdırmanın tam və hərtərəfli aparılmadığını bildirmiş, zərərçəkmiş hüquqi şəxsə küllü miqdarda ziyan vurulsa da ittiham aktında həmin zərərin bir hissəsinin təsdiqini tapmasını göstərək, təqsirləndirilən şəxslərdən şikayətçi olmalarını bildirmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş "xxxx" MMC-nin rəhbəri X1 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, o, təxminən 26 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMM-də direktor işləyir. Təxminən 2023-cü ilin iyul və avqust aylarında depoda mal çatışmazlığı ona məlum olmuş, belə ki, müştəriyə mal göndərərkən naqilin sarınmış olduğu makarda uzunluğunda kəsim olduğu, yəni qısa olduğunu aşkar etmiş, bundan şübhələnərək malların Türkiyə Respublikasından bu formada az olaraq gəldiyini düşünmüş, bundan sonra depoda Türkiyədən gələn malları saymağa, qeydiyyatını dəqiq aparmağa və kompyuterdə proqrama köçürməyə başlamışdır. O, deponu saydığı zaman naqillər dolanmış makarlardan bütün növlərdən naqillərin kəsildiyini, yəni uzunluqda əskik gəldiyini aşkar etmişdir. 2023-cü ilin avqust ayında onlara Türkiyə Respublikasından elektrik malları göndərən firmaları günahlandıraraq göndərdikləri taxta makarlarda naqil əskikliyi gəldiyini bildirmiş, həmin şirkətlər bunu qəbul etməyərək malları tam şəkildə göndərdiklərini bildirmişlər. Belə olduqda yükdaşıma şirkətlərinə zənglər edərək onun deposuna təhvil verilmiş naqil makarlarında naqillərin kəsildiyini və oğurlandığını bildirdikdə həmin karqo şirkətlərində belə bir halın olmadığını, bunu etmədiklərini qeyd etmişlər. O, depodan itkilər olduğuna 20.000 ABŞ dollarlıq elektrik naqilinin əskik gəlməsinə qəbullanmış və başqa araşdırma aparmamışdır. 2024-cü ilin yanvar ayında ona Türkiyədən yenidən növbəti malları gəlmiş və depoda olan satış müdiri Şahid6 malları tam saymağı, kompyuterə köçürməyi ondan tələb etmişdir. Nemət ona gələn invoisə hesabat sənədlərini göstərərək hər şeyin qaydasında olduğunu bildirmiş, o bildirmişdir ki, mallara cavabdeh ambardar Təqsirləndirilən şəxs1dir və buna nəzarəti satış müdiri Şahid6 edir. 2024-cü ilin mart ayında emalatxanada mis elektrik şitləri yığdığı zaman mis şinlərə ehtiyac olduğu üçün ambardan malları gətirmələri üçün Faiqə göstəriş vermiş, lakin Faiq ambara gedib mallara baxanda lazım olan şinlərdə əskikliyin olduğunu, lazımi qədər malı gətirə bilməyəcəyini bildirmişdir. Belə olduqda şübhələnmiş və Faiqdən şinləri sayıb saymadıqlarını soruşduqda Faiq şinləri saymadan depoya qoyduğunu bildirmişdir. O da Faiqə ambarda olan mis şinləri saydırmış və həmin şinlərdən 1500 kq-a qədər əskik olduğunu aşkar etmişdir. O, yenidən Türkiyə Respublikasından firmaların əskik mal göndərdiklərini düşünüb yenidən sorğu sual etdikdə onlardan yenidən hər malı lazımi qədər invoisdə yazılan qədər göndərdikləri bildirilmiş, o, yenidən 20.000 ABŞ dollarlıq mis şinlərin itkisinə qəbullanmış və araşdırma aparmamışdır. 04 iyul 2024-cü il tarixdə Nemət ona yaxınlaşaraq mis sifariş verməyi, həmçinin 16 amperlik elektrik açarları sifariş vermək lazım olduğunu bildirmiş, o, Nemətə 2500 ədəd ən azı bu maldan depoda olmalı olduğunu bildirmişdir. Nemətə araşdırmasını, depoda harasa qoyulduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə Nemətə elektrik açarlarını tapıb tapmadığını soruşduqda Nemətin ona siyahı göstərərək həmin açarların və digər başqa elektrik mallarının əskik olduğunu bildirmişdir. O, bundan sonra Nemətə daha əskiklik ola bilməyəcəyini, çünki özlərinin malların Türkiyədən gələrkən sayılıb qəbul edildiyini bildirmiş, Nemətin yanında Faiqi çağırmış və özünün yığdığı malları ondan harada olduğunu soruşmuşdur. Faiq ona heç bir şey demədiyini görüb deponun açarlarını alıb videomüşahidə kameralarına baxmağa başlamış, hətta malların oğurlanmasında depoya nəzarət edən 2 nəfər Zaur və Namiqdəndə şübhələnməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə gözətçilərinin Namiqlə Zaurun işə gəlməməsini bildirmiş və işdən çıxacaqlarını bəyan etmişdir. xx.xx.2024-cü il tarixdə Zaur onun yanına gəlmiş və niyə işdən çıxarılmasının səbəbini soruşmuş, sonuncuya şübhə altında olduğunu demiş, ona Zaur günahsız olduğunu bildirmiş və işi Namiqin etdiyini bildirmişdir. Sonuncudan haradan məlumat əldə etdiyini soruşduqda Namiqin 2019-cu ildə öz dolabına hissə-hissə kəsilmiş naqilləri yığdığının şahidi olduğunu, hətta fotoşəkillərini, videolentə aldığını bildirmişdir. O, niyə ona məlumat vermədiyini soruşduqda yazığı gəldiyi üçnü bunu etdiyini, Namiqi üstüörtülü xəbərdar etdiyini bildirmişdir. O, Nemətin gecələr qaldığı günlərdə videogörüntüləri açıb baxmağa başladıqda sonuncunun videogörüntülərdə deponun açarını Faiqin masasının rəfindən götürərək deponu açıb həyətin işıqlarını söndürüb deponun içərisinə daxil olduğu, sonuncunun arxasınca deponun yanına müəssisənin həyətinə avtomobil gəldiyi və deponun qarşısından malların həmin avtomobilə yükləndiyi görüntülənmiş, həyətin işıqları söndürüldüyü üçün avtomobilin markasını və dövlət nömrə nişanını seçə bilməmiş, bundan sonra Namiqin ofisin içərisindəki depoya daxil olub oradan da nəysə götürərək çıxdığını görmüş, belə olduqda depodan malların oğurlandığını tam əmin olmuş və baş vermiş hadisə ilə bağlı Abşeron rayon Pİ-nə yaxınlaşıb ərizə ilə müraciət etmiş, hazırda ambarda olan mal çatışmazlıq mühasibatlıqda hesablanmış və ambardan əskik olan malın dəyərinin 259.724 ABŞ dolları 23 sent olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, o, fərdi əməklə məşğul olur və Sədərək Ticarət Mərkəzində Çıraq elektrik avadanlıqları dükanında elektrik avadanlıqlarının satışı ilə məşğul olur. Qeyd edilən dükana müxtəlif elektrik avadanlıqlarını fərdi sahibkarlardan, şirkətlərdən topdansatış qiymətinə qəbul edib satışını təşkil edir. Təqsirləndirilən şəxs2 2023-cü ilin oktyabr ayında tanımış, belə ki, Təqsirləndirilən şəxs2 işlədiyi dükana gələrək elektrik avadanlıqlarının topdansatışı ilə məşğul olduğunu, müxtəlif mağazalara topdansatış qiymətinə elektrik avadanlıqları gətirib verdiyini bildirmişdir. Ondan ən çox təklif etdiyi mallarla bağlı maraqlandıqda Namiq elektrik avtomatlarını topdan alıb gətirdiyini demiş, Namiqdən nümunə olaraq elektrik avtomatı alıb baxdıqda demək olar ki, digər sahibkarlardan aldığı elektrik avtomatlarının qiymətləri ilə eynilik təşkil etdiyini, həmçinin onun təqdim etdiyi malın daha keyfiyyətli mal olduğunu görmüşdür. Buna görə də son dövrə kimi demək olar ki, Namiqdən 3 dəfə mal götürmüş, belə ki, ilk dəfə 2023-cü ilin oktyabr ayının əvvəlində Namiqdən 3456 manat dəyərində elektrik avtomatını topdansatış qiymətinə almış, aralarında olan razılaşmaya görə Namiq ona malı gətirdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə ondan malı qəbul etdikdə ilkin olaraq onun kart hesabına 1100 manat pul köçürmüş, qalan pulları isə xx.xx.2023-cü il tarixdə 456 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla Namiqin kart hesabına ödəmiş və həmin ərəfədə də sonuncunun ona satdığı malların satışını təşkil etmişdir. Bundan sonra Namiq xx.xx.2024-cü il tarixdə onun işlədiyi Çıraq elektrik avadanlıqları dükanına gəlmiş və yenidən ona elektrik avtomatları təqdim etdiyindən ondan 1125 manat dəyərində elektrik avtomatlarını topdan qiymətə razılaşıb almışdır. Malı ondan aldığı günü də Namiqin kart hesabına razılaşdığı 1125 manat pulu köçürmüş, sonuncu dəfə Namiq onun işlədiyi Çıraq elektrik avadanlıqları dükanına xx.xx.2024-cü il tarixdə gəlmiş və ona müxtəlif amperli elektrik açarları təqdim etmişdir. Onun təqdim etdiyi elektrik açarlarından topdan qiymətə razılaşıb 1385 manat dəyərində elektrik açarını ondan almış, malı Namiqdən aldığı gün onun kart hesabına 180 manat pul köçürmüş, sonrakı tarixlərdə, yəni xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 1125 manat və xx.xx.2024-cü il tarixdə isə Namiqin kartına son olaraq 40 manat pul köçürmüş, bu minvalla Namiqdən 2023-cü ilin oktyabr ayının əvvəlindən 2024-cü ilin iyun ayınadək olan müddət ərzində üç dəfə olmaqla ümumilikdə 5966 manat dəyərində müxtəlif amperlik elektrik açarlarını alıb satışını təşkil etmiş, aldığı hər bir malın da dəyərini Namiqin kart hesabına köçürmüş və borcu qalmamışdır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs2 müxtəlif amperli elektrik açarlarını topdan satış qiymətinə təqdim etmiş, onun təqdim etidiyi malların topdansatış qiymətləri digər sahibkarlar tərəfindən təqdim edilmiş qiymətlərlə demək olar ki, eynilik təşkil etmiş, lakin onun təqdim etdiyi mallar daha keyfiyyətli olduğu üçün ondan malları alıb satışını təşkil etmiş, Namiq özü də həmin malları topdansatış qiymətinə aldığını və satışı ilə məşğul olduğunu bildirmişdir. Namiqin birbaşa onun işlədiyi dükana gəlməsini görmüş, sonuncunun digər dükanlara girməsini və yaxud mal təklif etməsinin şahidi olmamış, bu barədə özü tərəfindən də ona heç bir məlumat verilməmişdir. Namiqdən xx.xx.2023-cü il tarixdə aldığı elektrik açarlarının kodları və sayı aşağıdakı kimidir: SCHNEİDER ASK24316 3 FAZ C TİPİ kodlu elektrik açarının hər birini 29 manatdan razılaşıb 12 ədəd almış, həmin açarların dəyəri 348 manat təşkil etmişdir. SCHNEİDER ASK24332 6KA 3 FAZ TİPİ 32A kodlu elektrik açarının hər birini 31 manatdan razılaşıb 30 ədəd almış, həmin açarların dəyəri 930 manat təşkil etmişdir. SCH A9K24340 ACTİ 9İK6ON 3P 40A C kodlu elektrik açarının hər birini 43 manatdan razılaşıb 25 ədəd almış, həmin açarların dəyəri 1025 manat təşkil etmişdir. SCHNEİDER A9K24363 6KA 3 FAZ C TİPİ 63A kodlu elektrik açarının hər birini 47 manatdan razılaşıb 30 ədəd almış, həmin açarların dəyəri 1410 manat təşkil etmişdir. SCHNEİDER A9K24463 ELEKTRİK kodlu elektrik açarının hər birini 46 manatdan razılaşıb 25 ədəd almış, həmin açarların dəyəri 1150 manat təşkil etmişdir. SCHNEİDER A9K24101 6 KA 1 FAZ C TİPİ 6A kodlu elektrik açarından bir ədədini 3 manata razılaşıb almışdır. Bu minvalla Namiqdən xx.xx.2023-cü il tarixdə ümumilikdə 3456 manat dəyərində elektrik açarını almış və həmin pulu da onun kart hesabına ödəmişdir. Namiqdən xx.xx.2024-cü il tarixdə aldığı elektrik açarlarının kodları və sayı aşağıdakı kimidir: SCHNEİDER ASK24316 3 FAZ C TİPİ kodlu elektrik açarının hər birini 29 manatdan razılaşıb 20 ədəd almış, həmin açarların dəyəri 580 manat təşkil etmişdir. SCH A9K24132 ACTİ 9İK6ON 1P 32A C kodlu elektrik açarının hər birini 7 manatdan razılaşıb 20 ədəd almış, həmin açarların dəyəri 140 manat təşkil etmişdir. SCHNEİDER A9K24101 6 KA 1 FAZ C TİPİ 6A kodlu elektrik açarının hər birini 3 manatdan razılaşıb 15 ədəd almış, həmin açarların dəyəri 45 manat təşkil etmişdir. SCHNEİDER A9K24350 AVTOMATİK SÖNDÜRÜCÜ kodlu elektrik açarının hər birini 40 manatdan razılaşıb 9 ədəd almış, həmin açarların dəyəri 360 manat təşkil etmişdir.Bu minvalla Namiqdən xx.xx.2024-cü il tarixdə ümumilikdə 1125 manat dəyərində elektrik açarını almış və həmin pulu da onun kart hesabına ödəmişdir. Namiqdən xx.xx.2024-cü il tarixdə aldığım elektrik açarlarının kodları və sayı aşağıdakı kimidir: SCH A9K24132 ACTİ 9İK6ON 1P 32A C kodlu elektrik açarının hər birini 7 manatdan razılaşıb 30 ədəd almış, həmin açarların dəyəri 210 manat təşkil etmişdir. SCHNEİDER ASK24332 6KA 3 FAZ TİPİ 32A kodlu elektrik açarının hər birini 31 manatdan razılaşıb 2 ədəd almış, həmin açarların dəyəri 62 manat təşkil etmişdir. SCHNEİDER A9K24463 ELEKTRİK kodlu elektrik açarının hər birini 46 manatdan razılaşıb 9 ədəd almış, həmin açarların dəyəri 414 manat təşkil etmişdir. SCHNEİDER CANGÜDEN ASR41225 DİFERENSİAL VKL YUÇATEL 2 ÇİXİŞLİ 30 kodlu elektrik açarının hər birini 46 manatdan razılaşıb 5 ədəd almış, həmin açarların dəyəri 230 manat təşkil etmişdir. SCHNEİDER A9K24325 6KA 3 FAZ C TİPİ 25A kodlu elektrik açarının hər birini 23 manatdan razılaşıb 20 ədəd almış, həmin açarların dəyəri 460 manat təşkil etmişdir. SCHNEİDER A9K24101 6 KA 1 FAZ C TİPİ 6A kodlu elektrik açarının hər birini 3 manatdan razılaşıb 3 ədəd almış, həmin açarların dəyəri 9 manat təşkil etmişdir. Bu minvalla Namiqdən xx.xx.2024-cü il tarixdə ümumilikdə 1385 manat dəyərində elektrik açarını almış və həmin pulu da onun kart hesabına ödəmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid5 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, o, Atenau LTD MMM-də 2001-ci ildən işləyir, hazırda həmin şirkətdə maliyyə müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs2 Vaqif oğlunu və Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, həmin şəxslər işlədiyi şirkətdə fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs2 şirkətə xx.xx.2016-cı ildə gözətçi kimi işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə sonuncunun təhsili olduğu üçün şirkətə elektrik-qaz qanaqçısı vəzifəsinə təyin edilmiş, lakin qaynaq işlərinin nadir hallarda olması nəzərə alınaraq qarovul kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə şirkətə ambardar köməkçisi kimi işə qəbul edilmişdir, xx.xx.2023-cü il tarixdən isə şirkətdə andardar vəzifəsinə təyin edilmişdir. Onlar şirkətdə işlədikləri müddətdə həmin şəxslər barədə hər hansı şikayət və yaxud mənfi rəy daxil olmamış, həmişə normal işçi kimi fəaliyyət göstərmişlər. 15 iyul 2024-cü il tarixdə həmişə olduğu kimi işdə olmuş, həmin tarixdə şirkətin rəhbəri Murat Savaş ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Vaqif oğlunu və Təqsirləndirilən şəxs1 işdən xaric etmək lazımdır. O, təəccüblənmiş və nə baş verməsi barədə maraqlanmış, şirkətin rəhbəri bildirmişdir ki, həmin şəxslər şirkətdə baş vermiş oğurluq hadisəsində şübhəlidirlər. Bundan sonra şirkətin rəhbəri həmin şəxsləri dəvət edib baş vermiş oğurluq hadisəsi ilə bağlı onlardan maraqlanmış, lakin onlar hər hansı oğurluqdan məlumatları olmadıqlarını bildirmişlər. Belə olduqda şirkətin rəhbəri oğurluq hadisəsi ilə bağlı polisə rəsmi məlumat veriləcəyini onlara bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Vaqif oğlu və Təqsirləndirilən şəxs1 tutduqları vəzifədən azad edilmişlər. Sonradan şirkətdə yoxlamalar aparılmış və şirkətdən həqiqətən mütəmadi olaraq oğurluqların edildiyi müəyyən edilmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxslərin adından onların sistemlərinə onun tərəfindən müdaxilə edilmədiyini bildirdi. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid6 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, o, şirkətdə əvvəllər satıcı kimi işləmiş, hazırda həmin şirkətdə satış müdiri vəzifəsində çalışır. Satış müdiri kimi vəzifəsinə şirkətdən sifarişləri qəbul etmək, qiymətləri təqdim etmək, smetanı tərtib etmək, avans alıb satışı təşkil etməkdir. Müştəridən sifarişi qəbul etməzdən əvvəl əvvəlcədən sifariş olunan malların ambarda olub-olmaması barədə kompyuterdə baxır və əgər sistemdə həmin mal mövcuddursa, sifariş qəbul olunur və icra edilir. bundan sonra müştəri ambardardan sifarişi yazılmış faktura əsasında qəbul edir. Təqsirləndirilən şəxs2 Vaqif oğlunu və Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, həmin şəxslər işlədiyi şirkətdə fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs2 şirkətə 2016-cı ildə gözətçi kimi işə qəbul edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 2016-cı il tarixdə şirkətə ambardar köməkçisi kimi işə qəbul edilmişdir. 2023-cü il tarixdən isə şirkətdə andardar vəzifəsinə təyin edilmiş, sonuncular şirkətdə işlədikləri müddətdə həmin şəxslər barədə hər hansı şikayət və yaxud mənfi rəy daxil olmamış, həmişə normal işçi kimi fəaliyyət göstərmişlər. Hər ilin dekabr ayının sonunda işlədiyi ambarda təftiş keçirilir və çatışmazlıqlar və yaxud artıqlar müəyyən edilir, son vaxtadək ambarda aparılan yoxlamalarda ciddi çatışmazlıqlar müəyyən edilməmiş, belə ki, sonuncu dəfə təftiş 2024-cü ilin yanvar ayının sonunda aparılmış və həmin təftiş zamanı ciddi mal çatışmazlığı müəyyən edilməmişdir. Sonuncu dəfə 2024-cü ilin iyul ayının ortasında sifariş əsasında ambardan mal götürüldükdə ciddi mal çatışmazlığı aşkar edilmiş, belə ki, sifariş olunan maldan kompyuterdə sayı çox görünməsinə baxmayaraq, ambarda mal aşkar edilməmiş, bu hal da ciddi çatışmazlıq kimi nəzərə çarpdığından rəhbərliyə məlumat verilmiş və rəhbərlik də ambara daxil olub malla bağlı maraqlandıqda həqiqətən çatışmazlığı müəyyən etmişdir. Həmin vaxtı ambarda olan mal çatışmazlığı yoxlandıqda çoxlu sayda avtomatların, relelərin və digər elektrik məhsullarının çatışmazlığı müəyyən edilmişdir. Ambardar Faiq özü də onlarla birlikdə ambara baxışda iştirak etsə də, çatışmayan malların ambarda olacağını bildirmişdir. Sonradan şirkətin kamera görüntülərinə baxdıqda məlum olmuşdur ki, ambardan Faiq ambarın açarını özü ilə götürməmiş və gözətçi Namiq həmin açarı açarın saxlanıldığı ambarda olan köhnə kassa aparatının içərisindən götürüb ambara daxil olaraq oradan malları çıxarmışdır. Əvvəl əməllərini onlar etiraf etməsələr də, video görüntü olduğu məlum olduqdan sonra razılaşmışlar. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid7 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, o, "xxxx" MMM-də 2008-ci ildən işləyir, şirkətdə gözətçi kimi fəaliyətə başlamış, hazırda həmin şirkətdə gözətçi kimi çalışır. İş günü birgündənbir olur və hər gün axşam saat 17:30-da başlayır, səhəri günü saat 08:30-da bitir. Gözətçi kimi vəzifəsinə yalnız ona ayrılmış otaqda quraşdırılmış kameralara nəzarət etmək və həmin kameralar vasitəsi ilə hər hansı hadisə aşkar etdikdə rəhbərliyə və polisə məlumat vermək daxildir, ona həvalə edilmiş postu tərk etmək ona tapşırılmamışdır. Bu səbəbdən də iş saatı ərzində yalnız kameraların fiksə etdiyi ərazilərə nəzarət edir. Təqsirləndirilən şəxs2 Vaqif oğlunu və Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, həmin şəxslər işlədiyi şirkətdə fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs2 şirkətə 2016-cı ildə gözətçi kimi işə qəbul edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 2016-cı il tarixdə şirkətə ambardar köməkçisi kimi işə qəbul edilmişdir. 2023-cü il tarixdən isə şirkətdə andardar vəzifəsinə təyin edilmişdir. Onlar şirkətdə işlədikləri müddətdə həmin şəxslər barədə hər hansı şikayət və yaxud mənfi rəy daxil olmamış, həmişə normal işçi kimi fəaliyyət göstərmişlər. Belə ki, onun iş saatı yalnız axşamlar başladığından o, demək olar ki, işçilərlə mütəmadi olaraq ünsiyyətdə olmur. 08 iyul 2024-cü il tarixdə işə gəldikdə ona işdən çıxarılmağı barədə məlumat verilmiş, o səbəbi barədə maraqlandıqda şirkətdən oğurluq edildiyini bildirmişlər. O, başqa kimlərin işdən çıxarıldığı barədə maraqlandıqda demişlər ki, ambardar Faiqə və gözətçi Namiqə ərizə yazdırmışlar. O, nə baş verdiyini anlamamış və baş vermiş hadisədə heç bir günahı olmadan işdən çıxarılmağı ona çox pis təsir etmiş, bu səbəbdən məcbur olub şirkətin rəhbərliyinin qəbuluna girmiş və səbəbsiz işdən çıxarılmağı ilə bağlı iradını bildirmişdir. Sonradan şirkət rəhbəri özü şəxsən prosesləri araşdırmış və həqiqətən baş vermiş oğurluqda onun heç bir günahının olmadığına əmin olmuş, bu səbəbdən də o təkrar işə bərpa olunmuş və hazırda da iş fəaliyyətii davam etdirir. O, ümumiyyətlə şirkətdən nə vaxtlar oğurluqlar edilməsindən və kim tərəfindən oğurluğun edilməsindən xəbərsiz olmuş, yalnız sonradan eşitmışdir ki, satış müdiri ambarda ciddi sayda avtomat çatışmazlığını aşkar etdiyi üçün şirkətin rəhbərliyinə məlumat vermiş və bundan sonra ambardan malların oğurlanması məlum olmuşdur. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid8 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, 02 avqust 2024-cü il tarixdə "xxxx" MMM şirkətinin rəhbəri Murat Savaş rəhbərlik etdiyi şirkətdə aidutor hesabatının aparılması ilə bağlı ona müraciət etmiş müqavilə əsasında şirkətdə 02 avqust 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək auditor yoxlaması aparılmışdır. Şirkətdə yoxlama aparılarkən yalnız sənəd üzərində əvvəlki illərdən qalmış qalıqlar ambara mədaxil edilmiş əmlaklara görə tərtib edilmiş sənədlər üzərində hesablanmışdır. Əvvəlki illərdən qalmış qalıqların üzərinə son 2024-cü ilin iyul ayınadək olan qalıq hesablanmaqla şirkətdə ümumilikdə çatışmazlığın 262,835.24 ABŞ dolları, rəsmi məzənnəyə əsasən 446,901.51 (doqquz yüz qırx altı min doqquz yüz bir manat əlli bir qəpik) manat təşkil etmişdir. Şirkətdə auditor hesabatı aparılarkən qalıq malların dəqiqliyinin yoxlanılması üçün əvvəlki, yəni son 2023-cü ildə ambara mədaxil edilmiş əmlaklara görə tərtib edilmiş sənədlərdə əks olunmuş rəqəmlərin bəzilərinin həqiqiliyi və düzgünlüyü yoxlanılmış, şirkətdə aparılmış auditor hesabatı zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin yanvar ayının 1-nə kimi, eyni zamanda 2024-cü ilin ambar qalıqlarının düzgün olmasını yoxlamaq məqsədi ilə 2023-cü ilin yanvar ayının 1-dən seçmə üsulu ilə bir neçə mədaxil və məxaric əməliyyatları yoxlanılmış və sənəd üzərində rəqəmlərin düzgünlüyünü müəyyən etmiş, ona görə də həmin qalıqları əsas kimi götürmüş, şirkətin ambarının qalığı sənəd üzərində düz olduğu müəyyən edilmiş, lakin bu hal ambarın faktiki qalığına aid edilməmişdir. Sadəcə olaraq bütün əməliyyat proqram və sənəd üzərində aparılmış, şirkətin ambarı həmin şirkətin əməkdaşları tərəfindən yaradılmış komissiya üzvləri tərəfindən sayılmış və 2024-cü ilin iyul ayında sayıldıqda tam əskiklik müəyyən edilmiş və həmin əskikilik də mal qalığı kimi 262,835.24 ABŞ dolları, rəsmi məzənnəyə əsasən 446,901.51 (doqquz yüz qırx altı min doqquz yüz bir manat əlli bir qəpik) manat müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur;
2. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmiş, cinayət işinə 24270880 nömrəsi verilmişdir;
4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, 24270880 saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
7. Abşeron rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli, 4(012)-552/2024 saylı, qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsindən həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir;
8. Abşeron rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli, 4(012)-551/2024 saylı, qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsindən həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir
9. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 20 iyul 2024-cü il tarixli qərara əsasən 24270880 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir;
10. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 20 iyul 2024-cü il tarixli qərara əsasən 24270880 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir;
11. Sumqayıt Apellyaisya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 4(105)-75/2024 saylı qərarına əsasən Abşeron rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli, 4(012)- 551/2024 nömrəli qərarı ləğv edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş, sonuncunun barəsində 29 iyul 2024-cü il tarixdən hesablanmaqla 18 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir;
12. Sumqayıt Apellyaisya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 4(105)-76/2024 saylı qərarına əsasən Abşeron rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli, 4(012)- 552/2024 nömrəli qərarı ləğv edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş, sonuncunun barəsində 29 iyul 2024-cü il tarixdən hesablanmaqla 18 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir;
13. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır;
14. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır
15. Abşeron rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 4(012)-719/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay, yəni 18 dekabr 2024-cü il tarixədək uzadılmışdır;
16. Abşeron rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 4(012)-720/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay, yəni 18 dekabr 2024-cü il tarixədək uzadılmışdır;
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2024-cü il tarixli 9/7849 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda malların təzə vəziyyətdə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2752,22 manat, qərarla birgə təqdim edilmiş siyahıda qeyd edilən 23 adda malların nəzəri qaydada 2023-cü ilin okytabr ayından 2024-cü ilin may ayınadək orta bazar qiyməti ilə dəyəri təxminən 4607,25 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 24 adda və qərarla birgə siyahıda qeyd edilən mallar barədə yeni İnternet saytlarında satışelanları olmadından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın xərci 50 manat təşkil edir.
18. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham yenidən elan edilmiş, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/7849/2024 nömrəli rəyinin elektrik mallarının dəyərlərinin göstərildiyi hissəsi sübut növü kimi qiymətləndirilməsi, elektrik mallarının maddi dəyərlərinin göstərilmədiyi hissəsinin isə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-yə vurulmuş maddi ziyan 13.540,83 manat məbləğində müəyyən edilməsini, iş üzrə "xxxx" MMC-nin anbarından küllü miqdarda əmlakın gizli olaraq talanması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ayrıca cinayət işi ayrılıb icraata qəbul edilməsi, iş üzrə bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, iş üzrə istintaq zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış protokolu və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir;
19. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 24270880 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
20. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 24270880 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;
21. Abşeron rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 1(012)-493/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verilərək, işin açıq məhkəmə baxışına təyin edilməklə, təqsirləndirilən şəxslər barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan ilə əvəz olunmuş və onlar məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişlər.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əməldə cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır, əməldə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs1 qarşı cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət, həmçinin 29 iyul 2024-cü il tarixdən 13 yanvar 2025-ci il tarixədək həbsdə və 13 yanvar 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncunun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və ilk dəfə məsuliyyətə cəlb edilməsini əməldə cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 qarşı cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət, həmçinin 29 iyul 2024-cü il tarixdən 13 yanvar 2025-ci il tarixədək həbsdə və 13 yanvar 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncunun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat məbləğində pul - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin 29 iyul 2024-cü il tarixdən 13 yanvar 2025-ci il tarixədək həbsdə və 13 yanvar 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncunun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin 29 iyul 2024-cü il tarixdən 13 yanvar 2025-ci il tarixədək həbsdə və 13 yanvar 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncunun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat məbləğində pul - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov