Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-494/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 oğlunun iştirakı ilə, xx.xx.1977-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi, ev 8də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi, bina 2, ev-29 da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,831 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində daşıyaraq saxlamış, 07.06.2021-ci il tarixdə saat 16 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi ərazisində saxlanılıb, Abşeron RPİ-nə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kustar üsulla hazırlanmış 0,831 qram çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 07.06.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman orada tanımadığı bir şəxsə yaxınlaşaraq ona narkotik vasitə olan heroin lazım olduğunu demişdir. Həmin şəxsdə ona narkotik vasitə olan heroin olduğunu və bir bükümünü 10 manata satdığını demişdir. O, da həmin şəxsə 10 manat pul verib 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin almış və əynində olan cins şalvarımın sağ yan cibinə qoyaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə gəlmişdir. Həmin günü saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra onu narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyi üçün Abşeron RPİ-nə dəvət etmişlər və o, heç bir etiraz etmədən polis əməkdaşları birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də olduğu zaman üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, 07.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata alıb özü istifadə edəcəyi üçün üzərində saxlamışdır. Sonra üstündən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir. Sonra polis əməkdaşları tərəfindən üzərimə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişldir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini 07.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata alıb özü istifadə edəcəyi üçün üzərində saxlamış, qeyd etdiyi kimi aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirmiş və heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmişdir. O, həmin maddəni öz istifadəsi üçün üzərində saxlamış, üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, yaşadığı evdə axtarış aparılmasına heç bir etirazı yoxdur, narkotik vasitə heroini əldə etməyindən heç kəsin xəbəri olmamış, Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 07 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, bina 42, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələri gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Abşeron RPİ Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə o, Abşeron RPİ-nin inzibati ərazisində Novxanı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülü vəziyyətdə olan narkotik vasitə heroini masanın üzərinə qoyub həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini həmin gün saat 10 radələrində özü istifadə etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata 1 büküm narkotik vasitə olan heroin aldığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsindən görünür ki, Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 07 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, bina 42, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələri gəzdirməsi və onu istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi barədə Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 qərarı ilə Abşeron RPİ-nin Abşeron RPİnin inzibati ərazisində Novxanı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında bir nəfər şəxsin dayandığını görmüşlər, həmin şəxs özünü şübhəli aparmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülü vəziyyətdə olan narkotik vasitə heroini masanın üzərinə qoyub həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini həmin gün saat 10 radələrində özü istifadə etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata 1 büküm narkotik vasitə olan heroin aldığını qeyd etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə götürülüb bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 6/2316 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, narkotik maddəyə bənzər kütlə...”yazılan zərfdə təmiz çəkisi 0,831 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (heroinin ümumi təmiz çəkisi-0.831 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq- 0.781 qram) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2021-ci il tarixli 2043 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANIYA XƏSTƏLIYI) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 01 ədəd bükümdə təmiz çəkisi 0,781 qram narkotik vasitə olan heroin və bir ədəd CD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,781 qram çəkidə narkotik vasitə heroin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Diskə baxış da iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 07 iyun 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.12.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 93.1.2-ci maddələrinə əsasən 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.05.2020-ci ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə 09 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 01.03.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılıb. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09.06.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında Abşeron Rayon Məhkəməsinin 4(012)-294/2020 saylı, 09.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07.06.2021-ci il tarixdən hesablanmaqa 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni üç ilin yarısından az ola bilməz. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,781 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 (iyirmii) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X3 oğlunun göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,781 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X3 oğlunun göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-494/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-494/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver