Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-495/2022 26.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Cəliabad rayonu, Göytəpə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi , Yoncalıq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, «Yoncalıq» yaşayış massivi ərazisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında, iş məsələsinin müzakirəsi gedişində tərəflərin bir-birlərinə qarşı söyüşlü ifadələr işlətməsi səbəbindən mübahisə yaranmış və Təqsirləndirilən şəxs həmin mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə, eləcə də yerdən götürdüyü daşla sifət nahiyəsinə zərbələr vurmaqla ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sağ gözətrafı yumşaq toxumaların – başın sol qaşüstü nahiyəsinin əzilmiş yarası, üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma, burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinliyi, qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində, usta işlədiyi evdə tanış olmuş və bu müddət ərzində münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə Amil onun iş yerinə gələrək Lökbatan qəsəbəsində suvaq işləri üçün sifariş aldığını bildirmiş, lakin vaxtı olmadığı üçün həmin işi görüb-görə bilməyəcəyini ondan soruşmuş, o isə bu təklifi qəbul etmişdir. Bundan sonra Amil ev sahibinin hazırda şəhərdə olmadığını və bir gün sonra qayıdacağını bildirmiş, o gəldikdən sonra isə birlikdə gedib həmin tikintiyə baxa biləcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində o, Amilə zəng edərək hal-əhval tutmuş, daha sonra isə sözügedən işi maraqlanmışdır. Amil isə işdə olduğunu deyərək axşam evə gələn zaman sifarişçi ilə əlaqə saxlayacağını bildirmişdir. Həmin gün saat 19 radələrində Amil onun işlədiyi evin qarşısında keçən zaman onlar görüşmüşlər və o, ev sahibi ilə danışıb-danışmadığını soruşmuşdur. Amil isə hələ danışmadığını deyərək evə gedib şam edib, duş qəbul etdikdən sonra danışacağını demişdir. Təxminən 1 saatdan sonra o, yenidən Amilə zəng edərək iş yerinə gəlib-gəlməyəcəyini soruşmuş, Amil isə hamamda olduğunu və çıxdıqdan sonra gələcəyini bildirmişdir. Bundan sonra təxminən saat 20 radələrində Amil onun işlədiyi evə gəlmiş və o, yenidən sifarişçi ilə danışıbdanışmadığını xəbər almış, eləcə də ev sahibinə zəng etmək üçün öz telefonunu təklif etmişdir. Həmin vaxt Amil onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, nə üçün söyüş söydüyünü soruşmuş, Amil isə əcəb etdiyini demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı o, Amilin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt o, Amilin sifətindən qan açıldığını görüb oradan çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında yerləşən, tanımadığı şəxsə məxsus evdə usta işləyir və onların tanışlığı da məhz buradan başlamışdır. xx.xx.2022-ci il tarixdə adını qeyd etmək istəmədiyi tanışı ona zəng edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində suvaq işlərinin olduğunu bildirmiş, o isə əlində işi olduğu üçün həmin işi götürə bilməyəcəyini demişdir. Həmin gün o, evinin yaxınlığında Talehlə görüşmüş və ona suvaq işi ilə bağlı sifariş gəldiyini, lakin işi olduğu üçün həmin sifarişi qəbul edə bilmədiyini demiş və həmin işi Talehə təklif etmişdir. Eyni zamanda ev sahibi bir daha zəng edəcəyi təqdirdə onları əlaqələndirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Taleh ona zəng edərək sözügedən işlə bağlı onunla görüşmək istədiyini demiş, o isə işdə olduğu üçün axşam saatlarında görüşməyi təklif etmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində o, yaşadığı küçədə Talehlə görüşmüş və işdən gəldiyini xatırladaraq evə gedib yemək yeyib duş qəbul etdikdən sonra görüşüb söhbət etmək istədiyini demişdir. Evdə olan zaman Taleh yenidən ona zəng edərək küçədə onu gözlədiyini demiş, o isə hamamdan olduğunu və çıxdıqdan sonra gələcəyini bildirmişdir. Təxminən saat 20 radələrində o, evdən çıxmış və Talehin işlədiyi evin yaxınlığında onunla görüşmüşdür. Görüş zaman o, Talehdən spirtli içki qoxusu gəldiyini hiss edib ondan yenə də araq içibiçmədiyini soruşmuşdur. Taleh isə ondan həmin işdən nə xəbər olduğunu soruşmuşdur. O, cavabında ev sahibindən xəbər gözlədiyini dedikdə Taleh onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Taleh onun yaxasından tutub sifət nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış, yerdə olan zaman isə Taleh əlinə daş parçası götürüb həmin daşla onun sifət nahiyəsinə daha bir neçə dəfə zərbələr vurmuşdur. Həmin vaxt o, polisə şikayət edəcəyini bildirdiyindən Taleh ondan kənarlaşmış və oradan çıxıb getmiş, o isə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, əlavə olaraq sözügedən hadisənin 5 dəqiqə davam etdiyini, həmin vaxt səs-küy yaranmadığını və ətrafda başqa şəxslərin olmadığını da bildirmiş, eləcə də məlum hadisə zamanı Təqsirləndirilən şəxs vurmadığını və ümumiyyətlə ona müqavimət göstərə bilmədiyini də qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1499 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sağ gözətrafı yumşaq toxumaların – başın sol qaşüstü nahiyəsinin əzilmiş yarası, üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma, burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinliyi, qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər başqa şəxs tərəfindən kəllə və daş parçası ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-495/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-495/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver