Məhkəmə qərarları › İş №1(012)-496/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-496/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-496/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, mütəxəssis psixoloq X2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid1, təqsirləndirilən şəxsin müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 və vəkil X5 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində və 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində 14 yaşına çatmayan-31.12. 2007-ci il təvəllüdlü tanışı-Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 6-də görüşərək yataq otağında yerləşən ikimərtəbəli çarpayının ikinci mərtəbəsində qarşılıqlı razılıq əsasında öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində və 24 noyabr 2021-ci il tarixdə saat 17:30 radələrində tanışı-xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı ünvan 6-də, yataq otağında yerləşən ikimərtəbəli çarpayının ikinci mərtəbəsində qarşılıqlı razılıq əsasında öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanında yaşayır. Zərərçəkmiş şəxs ilə 2021-ci ilin may ayının ortalarında onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, 1 nömrəli binanın həyətində tanış olmuşdur. Belə ki, 2021ci ilin may ayının ortalarında onu yaşadığı binanın həyətində görüb və xoşlandığı üçün yaxınlaşaraq tanış olmaq istədiyini bildirmişdir. Nuray onun təklifini düşünəcəyini deyib, sonra onlar həmin binanın həyətindən çıxaraq piyada gəzərək söhbət etmişlər. Təxminən 30 dəqiqədən sonra yenidən binanın həyətinə qayıdıb və bir-birilərinə telefon nömrələrini vermişlər. Nuray ona təklifinə bir gün sonra cavab verəcəyini demiş, bir gün sonra “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışdıqda Nuray ona təklifini qəbul etdiyini bildirmişdir. Bundan sonra Nurayla sevgili olmuş və mütəmadi olaraq danışmağa və görüşməyə başlamışlar. 19 iyul 2021-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Nurayın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yazaraq nə etdiyini soruşmuş, Nuray ona anasıgilin rayona getdiyini bildirib, sərbəst olduğunu və evdə uzanaraq istirahət etdiyini demişdir. Nuraydan qonaq qəbul edib-etməməsini soruşmuş, Nuray qonağın kim olduğunu soruşduqda qonağın özü olduğunu demiş, Nuray da onunla razılşmışdır. Həmin gün yəni, 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində Nurayın yaşadığı binanın qarşısına gəlmiş, lift vasitəsi ilə 14-cü mərtəbəyə qalxmış, Nuray qapını açaraq onu içəri dəvət etmişdir. Evin giriş hissəsindən sol tərəfdə mətbəxdə əyləşərək çay içmişlər. Sonra bir-biri ilə öpüşməyə başlamışlar. Daha sonra birlikdə yataq otağında uzanmaq qərarına gəlmişlər. Qeyd edilən evin giriş hissəsindən sağ tərəfdə ortada yerləşən yataq otağına keçərək otağın sol tərəfində ikimərtəbəli çarpayının ikinci mərtəbəsinə qalxıb uzanmışlar. Burada qarşılıqlı olaraq bir-biri ilə öpüşməyə başlamışlar. Daha sonra qarşılıqlı əyinlərində olan paltarları çıxarmışlar. Nurayla təbii yolla bir dəfə, 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. Daha sonra birlikdə yatmışlar. 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində yuxudan oyananaraq qucaqlaşıb öpüşdükdən sonra Nuraya onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Nuray da onunla razılaşıb, onunla bir dəfə, arxa keçəcək vasitəsilə 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. Bundan sonra qalxaraq paltarlarını geyinərək sağollaşıb və öz evinə getmişdir. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduğu zaman və 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olduğu zaman təklifi o etmiş, Nuray isə onun təklifi ilə razılaşmışdır. Nuraya qarşı hər hansı bir formada fiziki güc tətbiq etməmiş, psixi təzyiq göstərməmiş və hər hansı bir formada hədə-qorxu gəlməmişdir. Hər ikisi qarşılıqlı istək əsasında cinsi əlaqədə olmuşlar, həmin vaxt əynində göy rəngli cins şalvar, ağ rəngli qısaqol köynək, ağ rəngli mayka və tünd boz rəngli tuman olmuş, Nurayın əynində isə qara rəngli qısa şortik, qara rəngli qısaqol köynək və bənövşəyi rəngli tuman olmuş, cinsi əlaqədə olduqları zaman hər ikisi öz geyimlərini özləri çıxartmışlar, Nuraydan əynindəki geyimləri çıxartmasını tələb etməmiş, həmin vaxt əynində olan göy rəngli cins şalvar, ağ rəngli qısaqol köynək, ağ rəngli mayka və tünd boz rəngli tuman tamamilə yararsız hala düşməsi səbəbilə atıldığından onu təqdim etməyi mümkün deyil, həmin vaxt çarpayının üzərində açıq rəngli, güllü üzlük olmuş, 19 iyul 2021ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduğu zaman çarpayının üzərində olan üzlüyə az miqdarda qan ləkəsinin bulaşmasının şahidi olmuş, 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olduğu zaman qan ləkəsinin şahidi olmamışdır. Nuraydan həmin üzlüyü paltaryuyan maşınında yumasını xahiş edib, cinsi əlaqədə olduqdan sonra Nuray ona qarşı daha mehriban davranmağa başlamış, daha çox qucaqlaşmağa və bir-birilərinə qarşı daha da səmimi olmuşlar. Cinsi əlaqədə olmamışdan qabaq Nurayın 14 yaşının tamam olmadığını bilmiş, Nurayla bir dəfə də görüşərək cinsi əlaqədə olmuşdur. Belə ki, 24 noyabr 2021-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Nurayın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yazaraq onunla görüşmək istədiyini bildirmiş, Nuray onunla razılaşdıqdan sonra həmin gün yəni 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində yenidən onların evinə getmişdir. Qapını Nuray açdıqdan sonra onu mətbəxə dəvət etmiş, çay içdikdən sonra Nuraya onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə, Nuray da onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Daha sonra onlar ilk dəfə cinsi əlaqədə olduqları otağa keçmişlər. Otağın sol tərəfində olan ikimərtəbəli çarpayının ikinci mərtəbəsinə qalxaraq uzanıb öpüşməyə başlamışlar və hər ikisi əyinlərində olan paltarları çıxarmış, Nurayla təbii yolla bir dəfə, 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. Bundan təxminən 10 dəqiqə fasilədən sonra Nurayla qucaqlaşıb öpüşməyə başlayıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Nuray razılaşdıqdan sonra onunla bir dəfə, arxa keçəcək vasitəsilə 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. Bundan sonra hər ikisi də qalxaraq paltarlarını geyinib birlikdə binanın həyətinə düşmüşlər. Təxminən 20 dəqiqə gəzdikdən sonra hava soyuq olduğu üçün sağollaşıblar və o, öz evinə getmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin 7 Z sinif şagirdidir. Təqsirləndirilən şəxs ilə 2021-ci ilin may ayının ortalarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, 1 nömrəli binanın həyətində tanış olmuşdur. İbrahim 2021-ci ilin may ayının əvvəlində onu yaşadığı binanın həyətində görüb, yaxınlaşaraq ondan xoşlandığını və tanış olmaq istədiyini demiş, İbrahimə təklifini düşünəcəyini deyib, sonra birlikdə həmin binanın həyətindən çıxaraq piyada gəzərək söhbət etmişlər. Təxminən 30 dəqiqədən sonra yenidən binanın həyətinə qayıdaraq bir-birinə telefon nömrələrini vermişlər. Ayrılanda o, İbrahimə təklifinə bir gün sonra cavab verəcəyini demişdir. Bir gün sonra onlar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışarkən o, İbrahimə təklifini qəbul etdiyini demişdir. Bundan sonra İbrahimlə sevgili olub mütəmadi olaraq danışmağa və görüşməyə başlamışlar. 19 iyul 2021-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İbrahim onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yazaraq nə etdiyini soruşmuş, İbrahimə anası gilin rayona getdiyini, sərbəst olduğunu və evdə uzanaraq istirahət etdiyini yazmışdır. İbrahim ondan qonaq qəbul edib-etməməyini soruşmuş, İbrahimdən zarafatla qonağın kim olduğunu soruşduqda İbrahim həmin qonağın özü olduğunu yazmışdır. İbrahimə razılıq verdikdən sonra həmin gün yəni, 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində sonuncu onun yaşadığı binanın qarşısına gələrək lift vasitəsi ilə 14-cü mərtəbəyə qalxmış, evin giriş hissəsindən sol tərəfdə mətbəxdə əyləşərək çay içdikdən sonbra bir-biri ilə öpüşməyə başlamışlar. Daha sonra birlikdə yataq otağında uzanmaq qərarına gəlmişlər. Evin giriş hissəsindən sağ tərəfdə ortada yerləşən yataq otağına keçərək ikimərtəbəli çarpayının ikinci mərtəbəsinə qalxıb uzandıqdan sonra öpüşməyə başlayıb, qarşılıqlı əyninlərindəki paltarları çıxartmışlar. İbrahim onunla təbii yolla bir dəfə, 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində yuxudan oyanıb qucaqlaşaraq öpüşdükdən sonra İbrahim ona qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, razılaşdıqdan sonra İbrahim onunla bir dəfə, arxa keçəcək vasitəsilə 3-5 dəqiqə cinsi əlaqədə olmuşdur. Bundan sonra hər ikisi yataqdan qalxıb, əyinlərini geyinib və İbrahim onunla sağollaşaraq getmişdir. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlə təbii yolla cinsi əlaqədə olduqalrı zaman və 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində İbrahimlə qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman təklifi İbrahim etmiş, o da bu təkliflə razılaşmışdır. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlə təbii yolla cinsi əlaqədə olduqları zaman və 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində İbrahimlə qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman İbrahim ona qarşı hər hansı bir formada fiziki güc tətbiq etməmiş, psixi təzyiq göstərməyib və hər hansı bir formada hədə-qorxu gəlməmişdir. Hər ikisi qarşılıqlı istək əsasında cinsi əlaqədə olmuşlar. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlə cinsi əlaqədə olduqları zaman İbrahimin əynində göy rəngli cins şalvar, ağ rəngli qısaqol köynək, ağ rəngli mayka və tünd boz rəngli tuman, öz əynində isə qara rəngli qısa şortik, qara rəngli qısaqol köynək və bənövşəyi rəngli tuman olmuşdur. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlə cinsi əlaqədə olduqları zaman hər ikisi öz geyimlərini özləri çıxartmışlar, 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlə cinsi əlaqədə olduqları zaman sonuncu ondan əynindəki geyimləri çıxartmasını tələb etməmışdır. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlələ cinsi əlaqədə olduqları zaman əynində olan qara rəngli şortik, qara rəngli qısaqol köynək və bənövşəyi rəngli tuman tamamilə yararsız hala düşməsi səbəbilə atıldığından onu təqdim etməsi deyildir, 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində İbrahimlələ təbii yolla və 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində İbrahimlə qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman çarpayının üzərində açıq rəngli, güllü üzlük olmuş, İbrahimlə təbii yolla cinsi əlaqədə olduqları zaman az miqdarda qan ləkəsinin olduğunun şahidi olmuş və 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində İbrahimlə qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman qan ləkəsinin şahidi olmamışdır. İbrahimlə təbii yolla cinsi əlaqədə olduqları zaman az miqdarda qan ləkəsinin bulaşdığı üzlük atıldığından onu təqdim etməsi mümkün deyildir. İbrahimlə təbii yolla və qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra hər hansı bir formada peşmanlığı olmamışdır. Bir-birilərinə qarşı daha da səmimi, daha mehriban olmuşlar. İbrahimlə cinsi əlaqədə olmamışdan qabaq sonuncu onun 14 yaşının tamam olmadığını bilmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman təklifi İbrahim etmiş və o, bu təkliflə razılaşıb, təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman İbrahim ona qarşı hər hansı bir formada fiziki güc tətbiq etməyib, psixi təzyiq göstərməyib və hər hansı bir formada hədə-qorxu gəlməyib, hər ikisi qarşılıqlı istək əsasında cinsi əlaqədə olmuşlar. 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman onun əynimdə qara rəngli enli idman şalvarı, qara rəngli uzunqol köynək və qara rəngli tuman olub, İbrahimin əynində isə qara rəngli cins şalvar, qara rəngli uzunqol köynək, qara rəngli gödəkçə, ağ rəngli mayka və qara rəngli tuman olub, 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman hər ikisi öz geyimlərini özləri çıxartmıəşlar, İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman İbrahim ondan əynindəki geyimləri çıxartmasını tələb etməyib, əynində olan qara rəngli enli idman şalvarı, qara rəngli uzunqol köynək və qara rəngli tuman tamamilə yararsız hala düşməsi səbəbilə atıldığından onu təqdim etməsi mümükün deyildir, İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman çarpayının üzərində üzlük olub-olmadığını xatırlamır, İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqları zaman qan ləkəsinin şahidi olmamışdır. İbrahimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra peşmanlığı olmayıb, daha çox qucaqlaşmağa və bir-birilərinə qarşı daha da səmimi olmuşlar. Anası-Şahid2 onların cinsi əlaqədə olmasını xx.xx.2022-ci il tarixdə saat 12:37də bilib və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İbrahimlə danışdıqdan sonra bilinmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirərək, ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanında yaşayır. Qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Mehman oğlunu ilk dəfə 2021-ci ilin may ayında yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 2” yaşayış kompleksinin həyətində görmüşdür. Həmin vaxt həyətdə uşaqlar bir yerə toplaşdıqlarından zənn edib ki, bir yerdə söhbət etsinlər. Daha sonra Nurayla İbrahimi bir neçə dəfə həyətdə birlikdə gəzərkən və söhbət edərkən görmüşdür. Bundan sonra Nuraydan İbrahim haqqında soruşanda ona məlum olmuşdur ki, İbrahim Nurayın nə sinif yoldaşıdır, nə də ki, onların binasının sakinidir. Nuraydan soruşduqda sonuncu ona İbrahimlə sadəcə dost kimi gəzdiklərini və söhbət etdiklərini bildirmişdir. Yenə də ona diqqətli olmağı və çalışdığı qədər İbrahimdən uzaq durmağı tövsiyə etmişdir. Onların mütəmadi olaraq görüşdüklərini bildikdən sonra 2021-ci ilin sonlarında Nuraya İbrahimlə görüşməyə qadağa qoymuşdur. Bundan sonra Nurayla İbrahim arasındakı münasibət soyumağa başlamışdır. xx.xx.2022ci il tarixdə İbrahim ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazaraq Nurayı istədiyini və onun barədə fikrinin ciddi olduğunu bildirmişdir. Bundan sonra Nuraydan aralarında nə baş verdiyini soruşduqdan sonra ona məlum olmuşdur ki, İbrahim qızı ilə 19 iyul 2021-ci il tarixdə və 24 noyabr 2021-ci il tarixdə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bunu bildikdən sonra bu barədə polisə məlumat vermək qərarına gəlib və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 19 iyul 2021-ci il tarixdə biz Lənkəran şəhərinə getdikləri üçün Nuray evdə tək olmuş, 19 iyul 2021-ci il tarixdə Lənkəran şəhərinə gedib bir gün sonra yəni, 20 iyul 2021-ci il tarixdə geri qayıtmışlar. 20 iyul 2021-ci il tarixdə geri qayıtdıqda Nuray İbrahimlə cinsi əlaqədə olması barədə ona heç nə deməmişdir. Bu barədə hər hansı bir məlumatı olmamış və Nurayın davranışlarında hər hansı bir şübhəli məqam diqqətini çəkməmişdir. 20 iyul 2021-ci il tarixdə evə qayıtdıqdan sonra üzərində qan ləkəsi olan geyim və ya hər hansı bir əşya görməmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 16 radələrində alış-veriş üçün evdən çıxıb və təxminən 5 saat evdə olmamışdır. Alış veriş üçün evdən çıxdıqdan sonra təxminən saat 21 radələrində geri qayıtmış, Nuray İbrahimlə cinsi əlaqədə olması barədə ona heç nə deməmiş, bu barədə hər hansı bir məlumatı olmamış və Nurayın davranışlarında hər hansı bir şübhəli məqam diqqətini çəkməmişdir. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etməklə və hədə qorxu gəlməklə onu zorlamayıb, onlar qarşılıqlı istək əsasında cinsi əlaqədə olmuşlar. 01 may 2022-ci il tarixdə Nuray İbrahimlə cinsi əlaqədə olduğunu etiraf etdikdən sonra şoka düşüb, özünü tamamilə itirib və nə edəcəyini bilməyib, İbrahimlə Nurayın qarşılıqlı istək əsasında cinsi əlaqədə olmalarının mümkün olmadığını düşünüb və bunu qəbul edə bilməyib, ağlına gələn ilk variant o olmuşdur ki, İbrahim qızına hədə qorxu gələrək və fiziki güc tətbiq edərək onu zorlayıb, daha sonra ona məlum olmuşdur ki, onlar bir-birini sevib və qarşılıqlı istək əsasında cinsi əlaqədə olmuşlar. 01 may 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərəkən olduqca gərgin olduğundan tarixi səhv qeyd etmiş, Nuray İbrahimlə cinsi əlaqədə olduğunu etiraf etdikdən sonra Nuraydan ilk öncə təbii yolla cinsi əlaqədə olub-olmadığını soruşmuş, Nuray ona bildirmişdir ki, İbrahimlə təbii yolla cinsi əlaqədə olub və sonra az miqdarda qan ləkəsi görüb və o, bu səbəbdən zənn etmişdir ki, qızının bakirəliyi pozulmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını bildirərək, ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlunun Zərərçəkmiş şəxs ilə 2021-ci ilin may ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksi, 1 nömrəli binanın həyətində tanış olub münasibət qurmalarından qətiyyən xəbəri olmamışdır. Oğlunun 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində və 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 5 ünvanında görüşərək təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasını sonradan bilmişdir. 19 iyul 2021ci il tarixdə ailə üzvləri ilə birlikdə Masallı rayonunda olub, oğlu İbrahim isə evdə tək qalmış, nə oğlu, nə də başqa şəxs ona oğlunun 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində və 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 5 ünvanında görüşərək təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması barədə məlumat verməmişdir. O, bu barədə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə dəvət edildikdən sonra məlumat almış, oğlu 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində və 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ilə onun yaşadığı ünvan 5 ünvanında görüşərək təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonrakı müddətdə hər hansı bir formada şübhəli davranışlar sərgiləməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 442 nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir, qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu onunla tamlığı pozulmadan cinsi əlaqəyə girməyə imkan verir, arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1718 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik və kəmağıllıq (əqli gerilik) aşkar olunmur. Zərərçəkmiş şəxs həmçinin təsvir olunan hadisə dövründə psixi xəstəlik və kəmağıllıq (əqli gerilik) aşkar olunmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi-emosional vəziyyəti ona qarşı edilən hərəkətlərdən əvvəl normaya uyğun olmuşdur. Baş vermiş hadisə zamanı psixi-emosional durumunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazırki psixi-emosional vəziyyətində hadisə ilə əlaqəli kövrəlmə, peşmançılıq, əhval-ruhiyyəsinin bir qədər enməsi müəyyən edilir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, yaş xüsusiyyətləri nəzərə alınmaqla yaranmış şəraiti, onunla edilən hərəkətləri düzgün qavraya, mahiyyətini dərk edə və davranışın mümkün nəticələrini görə bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 564 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir, bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir, arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1447 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ifadə verən zaman özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir, psixi inkişafında gerilik əlamətləri qeydə alınmamışdır, əqli və psixi inkişafı normaya uyğun olduğundan o, ətrafında olan və baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətinə malikdir, əqli və psixi inkişafı normaya uyğun olduğundan o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində və 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində sonuncunun yaşadığı ünvan 6 ünvanında görüşərək təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdan qabaq yazışmalarının mətninin və Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs anası-Şahid2 ilə yazışmalarının mətninin köçürüldüyü 03 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qızı ilə ailə qurmaq məqsədilə elçi gəlmiş, Təqsirləndirilən şəxs valideynləri ilə uşaqların gələcəkdə ailə quracaqları barədə razılığa gəldiyini, gələcəkdə ailə qurması üçün Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, qanuni nümayəndələrin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CPM-nin 428.2-ci mddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsində təsbit edilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.2-ci maddəsinə görə, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, cəza təyini Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə gələcəkdə ailə qurmaq istəyində olmasını və bununa bağlı ailələr arasında razılıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halları, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir. Təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması onun barəsində mənfi halların baş verməsi barədə yaşadığı ünvan üzrə inzibati ərazi vahidliyinə heç bir yazılı məlumatın olmaması və şikayət ərizəsinin daxil olmamasında ehtiva olunur. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı). Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, təqslirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.4-cü maddəsinə əsasən 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. Məhkəmə yuxarıda göstərilənləri, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin xahişini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkmədən də islah olunması mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, sınaq müddəti müəyyən edilməsi, onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 03 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilsin. Davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar