Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-496/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,504 qram olmaqla xeyli miqdarda ağ rəngli kristalik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Qobu qəsəbəsinə üzərində daşımış və saxlamış, həmin gün saat 11:35-də Abşeron RPİ-nin X12 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi, Bəhruz Əhmədov küçəsində saxlanılıb saat 11:35-dən 11:44 kimi üzəri yoxlanılan zaman əynindəki qara rəngli şalvarının sol cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,504 qram olmaqla xeyli miqdarda ağ rəngli kristalik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə məhkəmə iclasında özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir, belə ki, psixotrop maddədən aslılığı var və belə maddələrin aludəçisidir, buna görə də bədənində yaranan ağrıların qarşısını almaq üçün psixotrop maddəni əldə edərək istifadə edir. O, psixotrop maddəni tanımadığı təsadüf şəxslərdən pulla alır. 21 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Çiçək qəsəbəsində küçə ilə piyada hərəkət edən zaman üzdən tanıdığı və şifahi olaraq psixotrop maddə istifadə etməsini bildiyi şəxsə yaxınlaşmışdır və istifadə etmək üçün psixotrop maddə istəmişdir. Həmin şəxs buna görə pul istəmişdir və bu şəxsə 10 manat pul vermişdir. Odur ki, həmin şəxs ona bir ədəd şəffaf sellofan bükümünü verib bildirmişdir ki, içərisində “patı” vardır. O, bükümü cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin günü saat 11:35 dəqiqədə Abşeron rayonu, Qobu qəsəbəsi, B.Əhmədov küçəsi ilə piyada gedən zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Onun üzərində psixotrop maddə olduğu üçün qorxmuşdur və həyəcanlanmışdır. Polis əməkdaşları ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərində qanunsuz əşya olduğu halda təqim etməyini təklif etmişdirlər. Bu zaman polis əməkdaşları videoçəkiliş də aparırdılar. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd şəffaf sellofan bükümdə olan metamfetamini və gödəkçəsinin cibindən mağazada satılan “Prima” markalı siqaretinin açılmış qutusunu çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli, kristal formalı maddə olması aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümü şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Binəqədi rayonu, Çiçək qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və üzərində başqa əşya olmadığını bildirmişdir. Sonra onun üstünə və ciblərinə baxmışdırlar və digər əşyaların olması aşkar edilməmişdir. Həmin maddə olan büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır, zərfin üzərini imzaladılar, sonra onlar polis bölməsinə getdilər, bu barədə protokol tərtib olundu, protokol ucadan oxundu, doğruluğunu o, və iştirak edən şəxslər imza edərək təsdi etmişdirlər. Polisdə xidməti otaqların birinə onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə müvafiq sənədləşdirmə aparılmışdır, o, izahat verərkən öz əməlini etiraf etmişdir. Qeyd etməlidir ki, cibində olmuş “Prima” markalı siqaret mağazada satılan adi siqaretdir, ondan gündəlik istifadə edir və qutunun içinə də polis əməkdaşları baxmışdırlar və əmin olmuşlar ki, qutuda qanunsuz heç nə yoxdur. Heç vaxt psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olmamış və kimlərə isə belə maddə və vasitə satmamışdır. Həmin cinayəti tək törətmiş və heç kim ona cinayət etməkdə köməklik etməmişdir. Üzərindən aşkar edilmiş 0,504 qram psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və yaxud psixotrop maddə saxlamır. Həmin 0,504 qram psixotrop maddə metamfetamini təsadüfən gördüyü və əvvəl tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Bu şəxsin anket məlumatları və telefonu barədə məlumatı yoxdur. Həmin şəxsi yalnız üzdən tanıyır və şifahi olaraq bu şəxsin də narkotik vasitə istifadə etməsini bilir. Başqa cinayət əməlləri törətməmişdir. O, mobil telefondan istifadə etmir və özünə məxsus telefon yoxdur, nadir hallarda lazım olduqda isə bacısı Afaqa məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə edil. Həmin telefonda ona məxsus məlumatlar yoxdur. Saxlanılarkən və Polis Bölməsinə gətirilən zaman, habelə, axtarış zamanı ona qarşı hər hansı bir formada fiziki və ya psixi təzyiqə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, 21 oktyabr 2024-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən 19 mart 1978-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qeyd edilən qəsəbədə qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri üzərində gəzdirməsi və bunlardan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edilmiş, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul edilmişdir. Bundan sonra, 21 oktyabr 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı saat 11:35-də Abşeron rayonu, Qobu qəsəbəsi, Bəhruz Əhmədov küçəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sol cibində saxladığı 1 (bir) ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir və bu bükümün içərisinə baxıldıqda işərisində ağ rəngli kristal formasında, psixotrop maddə metanfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs üzərindəki gödəkçənin cibindən bir ədəd açılmış vəziyyətdə, satışda olan, standart formada “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir, bu qutunun içində heç bir qanunsuz büküm və əşyanın olması, siqaretlərə müdaxilə edilməməsi müşahidə edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxılmış, cibləri yoxlanılmış və digər əşyaların olması aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş bir bükümdə psixotrop maddə metamfetamin olduğunu, bu maddəni Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bir bükümdə psixotrop maddə metanfetaminə bənzər kütlə və Təqsirləndirilən şəxs üzərindən çıxan 01 (bir) qutu “Prima” markalı siqaret tərəflərindən zərfə qoyularaq qablaşdırılmışdır, zərfin üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Tədbir zamanı Abşeron RPİ Qobu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən «Xiaomi» markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Əməliyyat çəkilişi Abşeron rayonu, Qobu qəsəbəsi, Bəhruz Əhmədov küçəsində keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmadığı səbəbindən Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxundu, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və protokol imzaiarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd videoçəkilişin DVD diski əlavə olunmuşdur. Bundan sonra əməliyyat tədbirinin nəticələri raportla bölmə rəhbərliyinə məruzə edilərək faktla bağlı araşdırmanın aparılması Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Hafizova həvalə edilmişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir bükümdəki kütləyə, siqaret qutusuna və çəkilmiş videogörüntüyə tədbirdə iştirak etmiş mənim və digər polis əməkdaşlarının iştirakları ilə baxış keçirildi, aşkar olunmuş bir bükümdəki kütlə və siqaret qutusu zərfə qoyularaq qablaşdırıldı, möhürləndi və bu sənədləşdirilmiş, tədbirin nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur və faktla bağlı araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni kimdən almasnın, onun cinayət əlaqələrinin aşkara çıxarılması, narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması, hansı digər cinayətlərdə iştirak edib-etməməsi istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 xidməti iş yoldaşı Şahid1 ilə eyni məznumlu ifadə verərək onun göstərdiklərini təsdiq etməklə Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə ifşa etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və saxlaması barədə Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 11:35-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarının sol cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4939 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,504 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasıın ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,504 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,454 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Abşeron RPİ-nin MSSK-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd DVD fotmatlı disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli şalvarının sol cibindən həmin bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli 5203 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan 09 il 11 ay keçdiyindən Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyi, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,cəzanı yüngülləşdirənhalı, cəzasını ağırlaşdıran halların omamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün,CM-nin 68.1.1-1 maddəsinə əsasən iki gün bir günə bərabər olmaqla cəmisi 04 gün hesabı ilə 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 53 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,454 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən 04 gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 53 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Abşeon RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,454 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-496/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-496/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver