Məhkəmə qərarları › İş №1(012)-497/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-497/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-497/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Zil 130» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Vulkan kafesinin yanından Qobu PB-si istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun döngəli hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi üçün təhlükə yaratmamalı olduğu halda, buna riayət etməyərək qarşı yola çıxmış, həmin vaxtı əks istiqamətli yol ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21074 markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qabaq hissəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “sağ əlin İİİ və İV əl daraq sümüklərinin qapalı yerdəyişməyən sınığı”kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri ehtiyatsızlıqdan yetirmiş, Zərərçəkmiş şəxs istifadəsində olmuş Vaz 21074 markalı avtomobilə 3368 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun Zil 130 sudaşıyan markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını var, həmin avtomobili etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi Zil 130 sudaşıyan markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını ilə ünvana sifarişlə su aparıb boşaltmış və Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Vulkan kafesinin qarşısından Qobu Polis Bölməsi istiqamətinə getmiş, avtomaşını boş olmuş, yük yerində yükü olmamış, həmin ərazidə yolun döngəli hissəsinə çatdıqda qəfildən qarşıdan gələn Vaz 21074 markalı, ** RV *** dövlət nömrə nişanlı avtomaşın yolun döngəli hissəsində sürətlə gələrək yolu dönmədən üstünə gəlib avtomaşınının arxa sol təkərindən vuraraq onun yolunda toqquşmuş, həmin vaxt avtomobil boş olduğundan zərbənin təsirindən avtomobil fırlanmış və yolun sol ehtiyat hissəsinə çıxmış, hadisə nəticəsində avtomaşınının sol arxa təkəri cırılmış və resorlar yerindən çıxmış, lakin hadisə nəticəsində hər hansı bir bədən xəsarəti almamışdır. Əlavə olaraq hadisə baş verdiyi ərazidə avtomaşınının sürəti təxminən 30-40 km/saat olduğunu, həmin vaxt avtomaşında tək olduğunu və avtomaşında yük olmadığını bildirdi. Sonda o, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, bir oğlu Seyidağəmməd Adıgözəlovun rəhmətə getməsini və digər oğlu Mirəli Adgözəlovun cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olmasını əsas gətirərək onun barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində mülkiyyətində olan Vaz 21074 markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Hökməli dairəsindən Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmək üçün Qobu yolu ilə 60 km/saat sürətlə hərəkət etmiş. Qobu polis bölməsini keçdikdən sonra yolun sağa döngəli yoxuşlu hissəsində olan zaman qəfildən onun yolunda Qobu polis bölməsi istiqamətində Zil avtomobilinin hərəkət etdiyini, Zil avtomobilinin onun yolunda, idarə etdiyi Vaz 21074 markalı avtomobilə tərəf hərəkət etdiyini görmüş, belə olan halda hadisə olmaması üçün sükanı sağa tərəf döndərmiş, lakin Zil avtomobilinin sürücüsü, sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs avtomobili öz yoluna qaytarmaq istəsə də, avtomobilinin arxa təkəri onun avtomobilinin qabaq və sol hissəsindən dəymiş, toqquşmadan sonra onun idarə etdiyi Vaz 21074 markalı avtomobil yerində qalmış, Zil avtomobili isə fırlanaraq yolun sağ hissəsində dayanmış, hadisə zamanı sağ əlindən xəsarət almış, həmçinin avtomobilinə maddi ziyan dəymişdir. Əlavə olaraq hadisə vaxtı avtomobildə tək olduğunu, avtomobildə əlavə yükün olmadığını, avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyini, hadisə zamanı spirtli içki qəbul etmədiyini, avtomobili saz vəziyyətdə olduğunu bildirdi. Hadisədən əvvəl avtomobilini 60 km/saat sürətlə hərəkət etdirmiş, hadisə anını 3-4 metrdən hiss etmiş, hadisənin baş verdiyi yer sağa döngəli yoxuşlu olmuş, həmin yerdə hərəkət edən zaman qəfildən Zil avtomobilinin onun hərəkət yolunda ona tərəf hərəkət etdiyini görmüşdür. Zil avtomobili sola döngəli enişli yerdə Qobu polis bölməsi istiqamətində hərəkət etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Vulkan kafesinin qarşısından Qobu Bölməsi istiqamətinə gedən döngəli yolda baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin 768 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər - sağ əlin İİİ və İV əl daraq sümüklərinin qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2020-ci il tarixdə salonda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/855 saylı, xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Zil 130» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2/5405 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan sürücülük vəsiqələrinin surətlərindən və Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013cü il tarixdə verilmiş AC 204558 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023cü il tarixə kimi etibarlıdır. Onun sürücülük hüququ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X4 məhdudlaşdırılmamış və onlar sürücülük hüququndan məhrum edilməmişlər. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Zil-130” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə verilmiş AA seriyalı 655920 №-li qeydiyyat şəhadətnaməsinə əsasən X6 məxsus olmaqla xx.xx.2008-ci il tarixdə verilmiş ƏN-İİ seriyalı 545291 №-li etibarnamə əsasında idarə edilməsi xx.xx.2038-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdikləri məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş özünümüdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. Beləliklə məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X8 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X8 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxsməhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Adgözəlov X1 və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İnzibati-ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.1990-cı il təvəllüdlü X2 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İnzibati-ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1905 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı-xx.xx.2014-cü il təvəllüdlü Adgözəlov Amin Seyidağəmməd oğlu var. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra xəsarət almış zərərçəkmiş şəxsə qismən maddi yardım göstərməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydarı əleyhinə olan ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət olmasını, oğlunun döyüş bölgəsində xidmət göstərməsini və erməni işğalçılarına qarşı vuruşmasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə islah işləri cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə əsasən islah işləri növündə cəzanı icra məmuru icra edir. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən hissədə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalı, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, hazırki cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manatdır. Azərbaycan Respublikasının CPM-nin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 70 (yetmiş) manat olan ekspertiza xərciTəqsirləndirilən şəxs müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 vəSumqayıt şəhər Probasiya Şöbəsinə həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı gələcəkdə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin və həmin cəzanın müddəti qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. HökmünicrasıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X10 və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı gələcəkdə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andanvə ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar