Məhkəmə qərarları › İş №1(012)-497/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-497/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-497/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağcəbədi rayonu, Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ağcəbədi rayonu Qaradolaq kəndində qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Qarabağlar küçəsində nömrəsiz evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, istintaqa məlum olmayan Taleh və Bahadur adlı şəxslərlə əlbir olaraq bir qrup şəxs halında hərəkətlərini bir biri ilə şüurlu surətdə uzlaşdırıb 06 fevral 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, özünə məxsus evin həyətində tanışı Zərərçəkmiş şəxs ona məxsus “Huavei” markalı planşeti o, girov qoyub pul götürdüyü istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən geri qaytarmasını tələb etdikdə, o cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib, gecə vaxtı insanların rahatlığını pozaraq əvvəlcə yumruqla sonra isə silah qismində istifadə etdiyi taxta parçası ilə qəsdən X6 baş və sifət nahiyələrinə vurmuş, bu zaman Təqsirləndirilən şəxs yanında olan istintaqla şəxsiyyətləri müəyyən olunmamış Taleh və Bahadur adlı tanışları silah qismində istifadə etdikləri dəmir parçası ilə eləcə də əl və ayaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya başın sol təpə nahiyəsinin əzilmiş- cırılmış yarası, sağ qulaq seyvanının şişkinliyi qançırı, sağ göz altı və yanaq nahiyələrinin, gözün alt qapağının şişkinliyi qançırı, alt dodağın əzilmiş yarası, selikli qişasına qansızına və boyun nahiyəsinin sıyrığı kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Yaşarı təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində tanışı Elşənin vasitəsi ilə tanış olmuşdur. Onun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində təmir işləri gedir. xx.xx.2022-ci il tarixdə Yaşar ona demişdir ki, iş olsa gedib işləyər, həmin vaxtı evində işləyən ustaya fəhlə lazım olmuş, o, da bu barədə Yaşara demiş və razılaşmış, onunla birlikdə həmin günü evinə gəlib işə başlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında iş qurtardığı üçün Yaşar çıxıb evinə getmişdir. Yaşar xx.xx.2022-ci il tarixdə səhər saatlarında işdə olan zaman ona 30 manat pul lazım olduğu üçün gedib öz tanışına istifadəsində olan telefonunu verib əvəzində 30 manat pul alıb işə gəlmişdir. Həmin pulun 20 manatına ona Talehə və özünə şirniyyat, siqaret kontur və.s almışdır. Yerdə qalan 10 manat pul isə onun öz cibində qalmışdır. Həmin günü axşam üstü bacısı Təranə işdən gələndə 70 manat pulu ona vermiş, o, da həmin 70 manat pulu Yaşara zəhmət haqqı vermişdir. Yaşar isə xx.xx.2022-ci il tarixdə çıxıb evinə getmişdir. Səhəri yəni, xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Taleh adlı şəxs ilə onunla qonşu yaşayan bacısı Təranəgilin evində işləyən zaman Yaşar həmin evin həyətinə gəlib onlarla işləmək istədiyini demişdir. O, isə demişdir ki, «Yaşar bizim burda 1-2 günlük işimiz var onuda özümüz görürük». Bunu deyib öz yaşadığı evə getmişdir. Həmin vaxtı görmüşdür ki, bacısının qaynanası Toma xala ona demişdir ki, «Yaşarla Taleh bir birləri ilə sözlə mübahisə edə edə qapıdan çölə çıxdılar get qoyma birdən dalaşarlar». O, da bundan sonra çölə çıxanda görmüşdür ki, Taleh və Yaşar qəbirstanlığa gedən yolda bir biriləri ilə sözlə mübahisə edirlər. O, tez özünü ora çatdırmış və görmüşdür ki, Yaşar və Talehin əlində bıçaq vardır, onlar hər iki əllərindəki olan bıçaqla bir birilərinə hədə qorxu gəlirlər. Ancaq, bir birilərinə bıçaqla xəsarət yetirməmişlər və onlar dalaşmamışlar. Çünki, o və Toma xala onları aralayıb yaşadığı evin həyətinin qarşısına gətirmiş, sonra Toma xala oğlu Sultanı çağırıb Yaşarı Sulatın maşınına otuzdurb özüdə onun yanına oturub aparıb Yaşarı anasının Bakı şəhərində Şamaxinka adlanan ərazidə işlədiyi yerə qoyub ona demişdirlər ki, «Taryelin birdən sənə verəcəyi olar de biz verək sən birdə ora gəlmə». Yaşar isə demişdir ki, «yox heç bir problem yoxdur daha gəlmərəm». Bundan sonra həmin günü saat təxminən 12 radələrində Sultan anası ilə birlikdə evlərinə qayıdıb gəlmişlər. Həmin günü axşam saat 23 radələrində Sultan yenidən onu çağırmışdır ki, «Yaşar səni çağırır, sənin Yaşarla nə alış verəcəyin var ki, səndən əl çəkmir». O, da demişdir ki, «narahat olma sən get özüm qaydasına qoyacam». Yaşarı öz evinə çağırmış və ona demişdir ki, otur o, isə oturmamışdır. Bundan sonra o, yaşadığı evin içindətelefonla bağlı bir-biri ilə mübahisə etmiş, sonra isə bir-birini vurmuşlar. Yaşar yalan danışır o, sonuncunu tək döymüş, həmin vaxtı yanında heç kim omamış, sonradan isə bacısı Təranə gəlib onları görüb aralaşdırmışdır. O, da əvvəl Yaşar Talehlə mübahisə ediblər ancaq onlar dalaşmayıblar bir birilərinə heç bir xəsarət yetirməmişlər, onları mübahisə edən zaman o və Toma xala aralamışlar. Yaşarın dediklərinin hamısı şər böhtandır. Mübahisə onun yaşadığı evdə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxtı orada o və Yaşardan başqa heç kim olmamışdır. Mübahisə zamanı o, Yaşarı vurub onu döyən zaman sonuncu da ona bir neçə yumruq zərbəsi atmış lakin, o, xəsarəti olmadığı üçün MTE-dan müayinədən keçməmiş və ümumiyyətlə bu barədə şikayət etməmişdir. Həmin vaxt heç bir ictimai qaydanı pozmamış, heç bir nalayiq ifadə işlətməmiş, özünü qorumaq məqsədilə qeyd edilən əməli törətmişdir. Əməlindən peşmançılıq çəkir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, xahiş edir əməlinə düzgün qiymət verilsin və cəzadan azad edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 fevral 2022-ci il tarixdə Taryel onunla görüşərkən xahiş etmişdir ki, evinin hamamının hörgüsünü hörsün. O, bir günü 30 manata danışıb Taryelin Masazır qəsəbəsində 167 saylı orta məktəbin yanında yerləşən lərdi yaşayış evinin həyətində hamamın tikintisinə başlamışdır. Taryel özü də ona köməklik etmişdir. 05 fevral 2022-ci il tarixdə Taryelin həyətində işləyərkən sonuncu ondan xahiş etmişdir ki, təcili ona pul lazımdır. Mobil telefonunu müvəqqəti olaraq onun tanışına girov qoyub pul götürsün, səhərə qədər pulu ödəyib telefonunu özünə qaytaracaqdır. O, da Taryelin sözünü yerə salmayıb istifadə etdiyi Huavey markalı mobil telefonu ona vermişdir ki, aparıb girov qoyub pul götürsün. 06 fevral 2022-ci il tarixdə Taryeldən telefonunu istəyəndə sonuncu ona demişdir ki, pulu düzəldib telefonunu götürəcəkdir. Lakin Taryel onun telefonunu qaytarmadığı üçün o, 07 fevral 2022-ci il tarixdə Taryelə demişdir ki, mobil telefonu kimə veribsə özü pulunu ödəyib götürsün. Taryel telefonu Binəqədi rayonu, Xocahəsən qəsəbəsində tanışına verdiyini və həmin şəxsin nömrəsini verib əlaqa saxlayıb telefonu götürməyini bildirmişdir. O, həmin şəxslə danışıb onunla görüşməyi bildirmişdir. Lakin, həmin şəxs ona demişdir ki, telefonu Taryeldən alıb, buna görə Taryel özü gəlib götürsün. O, Taryelin evinə gəlib onunla görüşmüş və demişdir ki, telefonu alan şəxs onun telefonu götürməsini deyib, buna görə ona demişdir ki, yol pulunu da verir gedib telefonunu gətirsin. Taryel onunla kobud danışdığından aralarında mübahisə düşmüş, Tariyel onu döymüşdür. Həmin vaxt Taryelin bacısı həyətdə olan səsə bayıra çıxmış, onu döymələrini görüb Taryelin üstünə qışqırmışdır. Bundan sonra o polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 onun anasıdır. Təqsirləndirilən şəxs isə onun arvadı Təranənin qardaşıdır. Onlar eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi, ədavəti düşmənçiliyi olmasada onu Taryelə görə təxminən 2022-ci ilin fevral ayından etibarən yəni Taryeliıı evində görüb tanımışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı evdə olmuş, xalası gilə getməyə hazırlaşarkən həmin vaxtı evdə olan zaman eşitmişdir ki, anası Tamila onu səsləyir o, da ona cavab verib çöləçıxmış, ona demişdir ki, Yaşarla Taleh adlışəxs mübahisə ediblər bunun üçün Yaşarı aparıb şəhərdə düşürək ki, qalıb birdən dalaşarlar. O. da razılaşıb Yaşarı avtomobilə otuzdurub özü ilə Yaşarı anasının Bakı şəhərində Şamaxinka adlanan ərazidə işlədiyi yerə qoymuş və yolda anası ilə o, Yaşara demişdir ki, «Tariyelin birdən sənə verəcəyi olar de biz verək sən birdə ora gəlmə». O, isə heç bir narahatçılığın olmadığını demişdir. Ancaq, o, Yaşarı Şamaxinkada düşürən zaman onun anasını görməmişlər və bu barədə ona heç nə deməmişlər. Eyni zamanda o, evdə olduğu üçün Taleh adlı şəxs ilə Yaşarın harda mübahisə etdikərini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun gəlini Təranənin qardaşıdır. Onlar eyni həyətdə ayrı ayrı evlərdə yaşayırlar. Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi, ədavəti və düşmənçiliyi olmasada onu Taryelə görə tanımışdır. Yaşar Taryel ilə birlikdə gəlib onlara məxsus evdə təmir işləri görmüşdür. Yaşar tanışı Taleh ilə onların yaşadıqları həyətdə təmir işləri görmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 11 radələrində görmüşdür ki. Yaşarla Taleh bir birləri ilə sözlə mübahisə edə edə qapıdan çöləçıxmışlar, bundan sonra Taryeli səsləyib ona bu barədə demiş və bildirmişdir ki, «get qoyma birdən dalaşarlar». Taryel bundan soma çölə çıxıb görmüşdür ki. Taleh və Yaşar qəbirstanlığa gedən yolda bir biriləri ilə sözlə mübahisə edirlər. Onlar isə bir birilərinə xəsarət yetirməmiş, Taryel onları aralamış yaşadıqları evin həyətinin qarşısına gətirmiş, o, da onları sakitləşdirib sonra isə o, oğlu Sultanı çağırıb Yaşarı oğlu Sultanın maşınına otuzdurub özləri ilə Yaşarı anasının BakışəhərindəŞamaxinka adlanan ərazidə işlədiyi yerə qoyub ona demişdir ki, «Tariyelin birdən sənə verəcəyi olar de biz verək sən birdə ora gəlmə». Yaşar isə narahatçılığın olmadığını demişdir. Ancaq onlar Yaşarı Şamaxinkada düşürən onun anasını görməmişlər və bu barədə ona heç nə deməmişlər. O, Yaşarı görəı sonuncunun bədən nahiyyəsində hər hansı bir xəsarət görməmiş, sonuncunu mindirib aparan zaman onun bədənində heç bir xəsarət olmamışdır. O, Yaşarı görən zaman bədəni üzərində xəsarəti görməmiş, sonradan eşitmişdir ki, Yaşar həmin günü axşam gəlib Taryelin evinə orada onunla mübahisə edib dalaşmışdır. Ancaq, o, həmin dava dalaşı görmədiyi üçün kimin kimi nə ilə vurması barədə heç nə deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 onun qayanasıdır. Təqsirləndirilən şəxs isə onun qardaşı, Sultan isə onun əridir. Onlar eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi, ədavəti düşmənçiliyi olmasada onu qardaşı Taryelə görə təxminən 2022-ci ilin fevral ayından etibarən yəni Taryelin evində görüb tanımışdır. Qısa zamanda tanısasda münasibətləri çox yaxşı olmuşdur. Taleh və Baha ləqəbli şəxsləri tanımır, Taryelin isə Yaşardan telefon almasını barədə məlumatı yoxdur, həmin günü onlar qardaşı ilə eyni həyətdə qaldıqları üçün öz evinin həyətinə düşərkən qardaşı Taryel ilə Yaşarın sözlə mübahisə etdiyini görmüş və bunun üçün qardaşı Taryelə acıqlanmışdır. Onlar sözlə mübahisə etsələr də ancaq, dava dalaş etdikəriııi görməmişdir. O, Taleh və Baha ləqəbli şəxsləri tanımır, onların şəxsiyyətləri, eləcədə harda yaşamaları barədə məlumatı yoxdur. Eyni zamanda orda başqa heç kim olmamışdır. Yaşar qardaşına şər böhtan atır. Həmin şəxslərlə onun münasibəti olmasada onlar həmin günü gündüz vaxtı Taryelin evində olmuşdurlar. Ancaq, həmin günü axşam vaxtı dava olan zaman orada Taryel və Yaşardan başqa heç kim olmamışdır. O, Yaşarı görən zaman onun bədən nahiyyəsində hər hansı bir xəsarət görməmiş, onun bədənində heç bir xəsarət olmamışdır. Mübahisə vaxtı onları sakitləşdirmiş, sonra isə Yaşarı öz evinə salıb ona su vermiş. Yaşarın telefonuna zəng gəldiyindən çıxıb getmişdir. Taryelin Yaşarı döyməsini görməmişdir, ola bilsin ki, o, gəlməmişdən əvvəl Taryel Yaşarı döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X2 onun əridir, onlar 2015-ci ildə ailə həyatı qurmuşlar, birgə nigahdan 4 övladı vardır. Hazırda o, ailəsi ilə birlikdə Abşeıjon rayonu Masazır qəsəbəsində Qarabağlar küçəsində baldızı Təranə və onun ailə üzvləri ilə bir həyətdə yaşayır. Yəni, bir həyətdə 2 fərdi yaşayış evi tikilmişdir. Həmin evin 1 -də baldızı Təranəöz ailəsi ilə birində isə o, öz ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs əri Taryelin yaxınıdır. Yaşarı o, əvvəllər tanımamış, 2022-ci ilin fevral ayının əvvəllərində evində gedən təmirə görə Taryelə kömək etmək üçün onların evinə Taryel ilə gəlib getmişdir. Həmin vaxtdaııda onu tanımışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Yaşar həmin günü 2 dəfə onun evinə tək gəlmiş, yəni birinci dəfə günün birinci yarısı sonra isə axşam üstü gəlmişdir. Hadisə baş verən tarixdə evində uşaqları ilə məşğul olmuş və həyətə düşməmiş, həyətdə də həmin vaxtı Yaşardan başqa heç kim olmamış onlarında dava dalaşların görməmiş, nə də ki səslərini eşitməmişdir. Eyni zamanda Baha ləqəbli şəxsi və Taleh adlı şəxsi tanımır, onların şəxsiyyətləri barədə məlumatım yoxdur. Ancaq, Taryel ilə birlikdə Taleh onların evində bir neçə gün təmir işləri aparmışdır. Taryel hadisə günü ona bu barədə heç nə demədən gəlib qayçını göstərmişdir ki, «bu qayçı bizimdir ya yox» o, isə onların olmadığını ona demiş, Taryel isə sonra hara getdiyini, qayçını hardan niyə tapıb ona gətirib göstərdiyini və bu barədə niyə sorğu etdiyini və kiminlə dalaşdığını ona deməmiş və o, da heç nəyi görməmiş və bu barədə ondan sorğu sual etməmişdir. Ona görə də baş verənlər haqqında heç nə deyə bilmir. Yaşar yalan danışır, dediklərinin hamısı şər böhtandır həmin vaxtı yaşadığı evdə Yaşar və Taryeldən başqa heç kim olmamışdır. Adı çəkilən lakin, o, tanımadığı Taleh adlı şəxs isə həmin günü günüz saatlarından onun evindən çıxıb getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 240 nömrəli rəyindən müəyyən edilir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması, sol qulaq seyvanın qançır və sıyrığı, sağ qulaq seyvanın şişkinlikli qançırı, sağ gözaltı və yanaq nahiyələrinin, gözün alt qapağının şişkinlikli qançırı, alt dodağın əzilmiş yarası, selikli qişasına qansızına, boyun nahiyəsinin sıyrığı bərkküt əşya (əşyalar) təsirindən törənmişdir, Qeyd edilən xəsarətlər xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə xəsarətlərdən başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, başın sol gicgah nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, dodağın selikli qişasına qansızma ayrı-ayrılıqda hər biri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqla dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər göstərilmiş şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən yumruqla, taxta parçası armaturla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə ollar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən ye inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 27 gün islah işləri -15% cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri, Xəzər RPİ-in xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəlüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı 3 azyaşlı övladı var. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus “Huavei“ markalı planşeti girov qoyub pul götürmüş və zərərçəkmiş şəxs həmin planşeti geri qaytarmasını tələb etmişdir. Göstərilən hallarla əlaqədar tərəflər arasında mübahisəli vəziyyət daha əvvəl yaranmış və sonradan münqişəyə çevrilmişdir. Beləliklə faktiki olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zərərçəkmiş şəxsə məxsus “Huavei“ markalı planşetin qaytarılması ilə bağlı yaranmış ziddiyətli şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən – zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırılması ilə əlaqədar olaraq aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi, formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əla qaldırılması) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi, hadisənin təqsirləndirilən şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus evin həyətində baş verməsi və zərərçəkmiş şəxs özünə məxsus “Huavei“ markalı planşetin qaytarılmasını tələb etməsi ilə əlaqədar olaraq aralarındakı münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus evin həyətində və silah qismində istifadə etdiyi taxta parçası ilə zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Mübahisənin kim tərəfindən başlanması, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən təqsirləndirilən şəxsə məxsus evin həyətində kənar şəxslərin bu hadəsini görmək imkanı yoxlanılmamış, ibtidai istintaqda hadisə yerinə baxış keçirilməsi protokolunda bu hallar qiymətləndirilməyərək istintaqın yekunlaşdırılması ilə kifayətlənilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi taxta parçası ilə vurmaqla “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər etməsi qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü və hadisənin şahidi olmayan şəxslər ilə (şahid) məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, ittihamda istinad olunan silah qismində istifadə olunan taxta parçası da maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Zərərçəkmiş şəxs sağlamlığlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz qisas zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin qanunazidd davranışının təsiri, belə münasibətlərin pozulması nəticəsində yəni təqsirləndirilən şəxsə əl qaldırmasına görə təqsirləndirilən şəxs qisas zəmnində hazırki iş üzrə əməli törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində baş verdiyindən, həmçinin hadisənin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən təqsirləndirilən şəxsə məxsus evin həyətində ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, ətrafda yaşayan vətəndaşların narahatçılığına səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əl qaldırmasına görə) və anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində taxta parçası və ya digər əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti yoxdur və təqsirləndirilənin cinayət məsuliyyətindən azad olunması məsələsinə baxılması xahişi ilə məhkəməyə ərizə təqdim olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhəri, Xəzər RPİ-in xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74 -1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, onun cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 240 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülmlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 321, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və o həmin maddə ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 240 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar