Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-498/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Möhsüm oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram və 0,304 qram olmaqla ümumi təmiz çəkisi 1,096 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, 18 may 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb Abşeron rayon polis idarəsinə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq rəngli cins şalvarın sol yan cibindən həmin 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram və 0,304 qram olmaqla ümumi təmiz çəkisi 1,096 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən bir aydır ki, narkotik vasitələrdən istifadə edir. 18 may 2022-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində iki bükümdə narkotik vasitə heroin alaraq istifadə etmək məqsədilə əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Daha sonra o, Xırdalan şəhərinə gəlmişdir. Yaşadığı evə doğru gedərkən Xırdalan şəhərində yerləşən Misir parkının yaxınlığında iki nəfər şəxs ona yaxınlaşaraq onun narkotik vasitələri üzərində daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək, onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getməli olduğunu ona bildirmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. İdarədə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı iki bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Ondan həmin maddələrin nə olduğu soruşulduqda narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin bükümlər vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq, zərfə qoyulub möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini 18 may 2022-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirdi və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə 18 may 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 23 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Misir parkının qarşısında piyada şəkildə hərəkət edən xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütləni çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi iki ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan əldə etməsi barədə soruşduqda üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofanın içərisindəki qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddənin heroin olduğunu və həmin narkotik vasitəni 18 may 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədilə aldığını bildirmişdir. Sonda Şahid1 Təqsirləndirilən şəxs saxlanılarkən, habelə idarəyə gətirildikdən sonra hər hansı bir fiziki və psixi, həmçinin hərhansı bir digər formada təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ərazisində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakı ilə 18 may 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 23 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Misir parkının qarşısında piyada şəkildə hərəkət edən xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütləni çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi iki ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan əldə etməsi barədə soruşduqda üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofanın içərisindəki qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddənin heroin olduğunu və həmin narkotik vasitəni 18 may 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədilə aldığını bildirmişdir. Sonda Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən, habelə idarəyə gətirildikdən sonra hər hansı bir fiziki və psixi, həmçinin hərhansı bir digər formada təsir olunmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan fiziki-kimyəvi ekspertizasının 19 may 2022-ci il tarixli, 6/2877 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd bükülülər...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 0,792 qram 0,304 qram ümumi təmiz çəkisi 1,096 qram (qalıq 0,996 qram) olan qəhvəyi maddələr narkotik vasitə - heroindir. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2022-ci il tarixli, 3050 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Pisixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 18 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Faktla bağlı 19 may 2022-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən ilkin araşdırma aparılaraq toplanmış material üzrə “materialın istintaq aidiyyəti üzrə verilməsi barədə” qərar qəbul edilib Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 20 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Abşeron rayon Prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon Prokuroru tərəfindən vəsatət təmin olunmayaraq Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 20 may 2022-ci il tarixdə tərəfimdən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna, istintaqdan yayındığına görə 06 iyun 2022-ci il tarixdə barəsində axtarış elan edilərək cinayət işinin istintaqı dayandırılmışdır. 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, 13 iyun 2022-ci il tarixdə barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi məqsədilə Abşeron rayon Prokuroru qarşısında vəsatət qaldırılmış, Abşeron rayon Prokuroru tərəfindən vəsatət təmin edilərək Abşeron rayon Məhkəməsi qarşısında təqdimat verilmiş və Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 02 ay 07 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman açıq rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülməsi müəyyən olunmuşdur. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, azadlıqdan məhrumetmənin 02 günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 55 (əlli beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi qalıq 0,996 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 55 (əlli beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi qalıq 0,996 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-498/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-498/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver