Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-498/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli, işləməyən, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu D.Bünyatzadə küçəsi ev 88-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sosial yardımın düzəldilməsi işləri ilə məşğul olduğunu və sonuncunun qızı Aytən Ağayeva üçün də sosial yardım düzəldəcəyini yalandan vəd verib aldadaraq, 2019-cu ilin noyabr ayının əvvəllərində Xırdalan şəhəri X8 küçəsi 3 ünvanında yerləşən Abşeron rayon vəkil burosunda 4500 manat pulunu, Zərərçəkmiş şəxs özünün təqaüdünü artıracağını yalandan vəd verib aldadaraq, 2019-cu ilin noyabr ayının sonunda Xırdalan şəhəri X8 küçəsi 3 ünvanında yerləşən Abşeron rayon vəkil burosunda 3500 manat pulunu, ümumilikdə isə vahid niyyətlə 8000 manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində Beynəlxalq bankın yaxında olan Abşeron rayon vəkil bürusunda bir stolda oturub tərcümə işlərini görürdüm. 2019-cu ilin ortalarında Zərərçəkmiş şəxs adlı şəxs onun yanma gəlmiş və onunla tanış olmuşdur. Həmin ərəfələrdə o, özünə ünvanlı sosial yardım almaq üçün kompyuterdə sənədlərini göndərirmiş. Həmin ərəfələrdə, yəni 2020-ci ilin yayında Zərərçəkmiş şəxs adlı şəxs onun yanma gəlib-gedirmiş və onun sosial yardım almaq istədiyini də biləndən sonra qızı üçün də sosial yardım düzəltmək istədiyini bildirmişdir. O, da Vahidə demişdir ki, onun qızı üçün də sosial yardım düzəltdirəcək və bunun üçün müəyyən məbləğdə pul verməlidir. Vahid ilə razılaşmışdır ki, 4500 manat pul almış, lakin Vahidin qızma sosial yardım düzəldə bilməmiş, həmin pulları da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Ondan sonra Vahid onun heç bir iş görmədiyini görüb ondan pulunu geri istəmişdir. Onun da qaytarmağa pulu olmamış, Vahid ona demişdir ki, ona verdiyi pulu bankdan götürmüşdür və buna görə banka artıq pul ödəmişdir və onu ziyana salmışdır.O, Vahidə demişdir ki, nə qədər ziyana düşmüsən? Vahid də ona demişdir ki, ona verdiyi 4500 manat puldan əlavə 3500 manat da ziyan etmişdir.O, da Vahidə demişdir ki, onun ziyanı da daxil olmaqla 8000 manat ödəyəcək. Vahid də ona inanmamış və ona demişdir ki, ona əlyazma qəbz yazısın ki, ondan təqaüd düzəltməyə görə 8000 manat aldığını qeyd etsin. O, da Vahidin dediyi kimi edərək, ondan təqaüd düzəltmək üçün 8000 manat aldığını yazmış və həmin kağızı Vahidə vermişdir. Ondan sonra o, Vahidə hissə-hissə olmaqla, həmçinin onun bankda olan kreditini də ödəməklə cəmi 6370 manat pulu qaytarmışdır. Lakin Vahid ondan yenə pul istəyir.Ona görə də o, əvvəlki izahatında Vahiddən 8000 manat aldığı göstərmişdir, həqiqətdə isə Vahid ona cəmi 4500 manat pul vermişdir. Hazırda dəymiş ziyandan cəmi 3064 manat ödənilməmişdir, həmin məbləği hissə-hissə olmaqla ödəməyə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ilin sonunda özünə Əmək və Əhalinin Sosial Mtidafıəzi Nazirliyinə təqaüdünün artırılması və qızı X7ma da sosial yardım alınması ilə bağlı müraciət etmək istəyirmiş. Buna görə ona müdafiəçi lazım olduğu üçün ünvan 3 ünvanında yerləşən Abşeron vəkil bürosuna getmişdir. Bu zaman vəkil bürosunda bir nəfər adını sonradan bildiyi Novruz adlı şəxsin stol arxasında oturduğunu və ətrafında da bir neçə vətəndaşların toplandığını görüb həmin şəxsin nə iş gördüyünü soruşanda məlum olmuşdur ki, Novruz sosial yardım işlərinin düzəlməsi ilə məşğuldur.O, da Novruz ilə danışmış və ona təqaüdünün az olduğunu təqaüdünü artırmaq istədiyini və həmçinin qızı Aytən üçün də sosial yardım almaq istədiyimi bildirmişdir. Novruz da ona demişdir ki, qızı Aytənə sosial yardım düzəlməsi üçün 4500 manat pul lazımdır.O, da gedib 4500 manat pulu götürüb, 2019-cu ilin noyabr ayının əvvəllərində Abşeron rayon vəkil bürosunda Novruza vermişdir. Novruz demişdir ki, 3-6 ay ərzində bu işləri düzəldəcək. Aradan bir neçə gün sonra 2019-cu ilin noyabr ayının ortalarında özümün təqaüdünün artırılması üçün Abşeron vəkil bürosunda Novruza 3500 manat da vermişdir.Lakin elə olmuşdur ki, Novruz heç bir iş həll etməmiş və o, Novruzdan pulunu istəmiş, lakin Novruz onun pulunu qaytarmamış və demişdir ki, o, getsin bankdan pul götürsün, bankı özü ödəyəcək.O, da həyat yoldaşı ilə birilkdə hərəyə 3000 manat olmaqla 6000 manat bankdan pul götürmüşdür. Lakin Novruz bankın pulunu da ödəməmiş və həmin pulları da özü ödəmişdir.O, 3500 manat Novruza özünün təqaüdünün artırılması üçün, qızı Aytənə sosial yardımı düzəltmək üçün isə 4500 manat vermişdir. Hazırda dəymiş ziyandan 6600 manat ödənilməmiş qalmışdır, pulun ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 aprel 2023-cii il tarixli tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat olmamışdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsinə əlavə etdiyi xx.xx.2020-ci il tarixli və 28 dekabr 2021-ci il tarixli qəbzlərin surətlərində Təqsirləndirilən şəxs iş üçün Zərərçəkmiş şəxs 8000 manat aldığını göstərmişdir. İş üzrə əlavə edilmiş pul köçürülmə qəbzlərində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 1600 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 135 manat, 13.09. 2021-ci il tarixdə 50 manat və xx.xx.2023-cü il tarixli qəbzlə isə 1400 manat olmaqla, cəmi 3535 manat ödənilmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsinə əlavə etdiyi xx.xx.2020-ci il tarixli və 28 dekabr 2021-ci il tarixli qəbzlər mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, həmçinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, X3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı qismən ödəməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, X2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, X2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs X4 barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilsiyindən onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X2 cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalında həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-498/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-498/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver