Məhkəmə qərarları › İş №1(012)-498/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-498/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-498/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Zabit oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1991-cı ildə Quba rayonunda doğulmuş, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Rük kəndində yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Goradil kəndində yerləşən fermadan hər biri 2500 manat dəyərində 150 kiloqram olmaqla ümümi 15000 manat dəyərində 06 baş iri buynuzlu və hər biri 454,54 manat dəyərində 20 kiloqram olmaqla 10000 manat dəyərində 22 baş xırda buynuzlu heyvanları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 25000 manat məbləğində xeyli miqdara maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Quba rayonu Vladimrovka kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır. O, Emilə məxsus olan Abşeron rayonu, Goradil qəsəbəsində yerləşən bağ evində olan evə və həyətdə olan heyvanlara baxmışdır. Həm də yaşayış yeri olmadığı üçün orada qalmışdır. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində ona pul lazım olduğu üçün qərara gəlmişdir ki, Emilə məxsus olan heyvanları satsın. Bundan sonra o, oradan 6 baş inək 22 baş qoyunları oğurlayaraq sosial şəbəkdə tanış oldğu şəxsə 20000 manata satmışdır. Əldə etdiyi pulları telefonla Kazino oynayaraq uduzmuşdur. Bundan sonra 2024cü ilin aprel ayında Emil onun oradan oğurluq etdiyini bilmiş, o da etiraf etmişdir ki, oradan oğurluq etmiş və bununla əlaqədar kağıza qeyd də etmişdir. Sonra isə Emil onun barəsində Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkənə dyən ziyanı tam olaraq ödəmişdir.Əməlindən peşimandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ev 59 mənzil 67 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. “Edel-Veys” loqistik şirkətin direktorudur. Abşeron rayonu, Goradil kəndində özünə məxsus olan bağ sahəsində heyvalnar saxlayır. Bundan başqa həmin heyvanlara həmçinin evə baxmaq üçün Təqsirləndirilən şəxs evə mühafizəçi kimi işə təyin etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir müqavilə olmasada hər ay Orxana 500 manat maaş vermişdir. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində işi ilə əlaqədar bağa gecə gəlib getdiyindən Orxan bunu öz xeyrinə istifadə edib mənə məxsus bağ evində işlədiyi müddət ərzində hər biri 2500 manat dəyərində 150 kiloqram olmaqla ümümi 15000 manat dəyərində 06 baş iri buynuzlu və hər biri 454,54 manat dəyərində 20 kiloqram olmaqla 10000 manat dəyərində 22 baş xırda buynuzlu heyvanları oğurlayaraq satmışdır. O, bunu aprel ayında bildikdən sonra Orxana bu barədə demiş, Orxan da etiraf edərək həmin heyvanları oğurladığını bildirmiş və pulu verəcəyini deyərək ondan polisə şikayət etməməsini xahiş etmişdir. O da sonradan pulunu tam vermədyi üçün Orxanın barəsində 2024-cü ilin oktyabr ayında Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən bağ evindən iri buynuzlu və xırda buynuzlu heyvanlar oğurlamaqla ona ümumilikdə 25000 manat maddi ziyan vurmuşdur.Dəəyən ziyan tam olaraq ödənmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ziyanı tam olaraq ödədiyini, ona qarşı şikayət və tələbi olmadığını, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindiirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir polis mayoru rütbəsi daşıyır. Bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən fermada işləyən və həmin fermadan 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində 25000 manat dəyərində müxtəlif cinsli iri və xırda buynuzlu heyvanları gizli olaraq talayaraq oğurlayan Təqsirləndirilən şəxs yeri müəyyən edilməsi və istintaq şöbəsinə təmin edilməsi ilə bağlı Abşeron RPİ-nin Mehdiabad PB-nə əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının icrası ona həvalə olunduğundan tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Goradil kəndində yerləşən fermada işləyən və həmin fermadan 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində 25000 manat dəyərində müxtəlif cinsli iri və xırda buynuzlu heyvanları gizli olaraq talayaraq oğurlayan şəxsin xx.xx.1991-cı ildə Quba rayonunda doğulmuş, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Rük kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmin şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tərəfimdən saxlanılaraq Abşeron rayon polis idarəsinin X3 dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən fermadan 06 baş iri buynyzlu və 22 baş xırda buynuzlu heyvanları oğurlayaraq internet sosial şəbəkələri vasitəsi ilə naməlum şəxslərə satmışdır. Bununla bağlı tərəfindən bölmə rəhbərliyinə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. İş üzrə alınmış xx.xx.2024-cü il tarixl mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Goradil kəndində yerləşən fermadan 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində oğurlanmış hər biri 150 kiloqram olan 01 baş iri buynuzlu heyvanın 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan orta bazar qiyməti 2500 manat olmaqla 06 baş iri buynuzlu heyvanın həmin tarixlərə olan orta bazar qiyməti 15000 manat müəyyən olunur. Həmçinin Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Goradil kəndində yerləşən fermadan 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində oğurlanmış hər biri 20 kiloqram olan 01 baş xırda buynuzlu heyvanın 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək olan orta bazar qiyməti 454,54 manat olmaqla 22 baş xırda buynuzlu heyvanın həmin tarixlərə olan orta bazar qiyməti 10000 manat müəyyən olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün ifadəsi ,zərərçəkmiş şəxsin və şahidin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişin şikayətçi olmaması və ziyanın ödənilməsi və himayəsində xx.xx.2014 təvəllüdlü Nərmin adlı qızının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə tutulan ittiham elan olunaraq barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 12 gün müddət bir gün iki günə bərabər hesablanmaqla 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan olan Quba rayonu, Rük kəndini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və şi yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerininvə yaşayış dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad dilməli, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Quba rayon İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 12 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə, 08 ay 24 gün çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Quba rayonu, Rük kəndini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Quba rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar