Məhkəmə qərarları › İş №1(012)-499/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-499/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-499/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Abşeron rayonu, Hökməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Hökməli qəsəbəsi M.Əliyev küçəsində yerləşən ərzaq mağazasının qapısının dəmir barmaqlığının asma qıfıllarını özü ilə götürdüyü dəmir parçası ilə qırmaqla, plastik qapının kilidini vintaçanla açmaq yolu ilə qanunsuz mağazaya daxil olaraq oradan 1 ədəd 800 manat dəyərində 82 dioqnallı «Samsunq» markalı plazma ekranlı televizoru, 50 manat qəpik pulları, hər birinin qiyməti 2.5 manat olan ümumi 250 manat dayərində 10 blok «Kent 8» markalı siqareti, hər birinin qiyməti 2.5 manat olan ümumi 250 manat dayərində 10 blok «Winçester» markalı siqaretini, hər birinin qiyməti 1.5 manat olan ümumi 150 manat dayərində 10 blok «Classik» markalı siqaretini, hər birinin qiyməti 1.5 manat olan ümumi 150 manat dayərində 10 blok «Prima» markalı siqareti, hər birinin qiyməti 2 manat olan ümumi 20 manat dayərində sim kontur kartlarını, hər birinin qiyməti 2 manat olan ümumi 20 manat dayərində nar kontur kartlarını, hər birinin qiyməti 1 manat olan ümumi 10 manat dayərində cin kontur kartlarını, hər birinin qiyməti 2.5 manat olan ümumi 25 manat dayərində 100 qramlıq “Beta” çaylarını, hər birinin qiyməti 2.5 manat olan ümumi 25 manat dayərində 100 qramlıq “Champion” çaylarını, hər birinin qiyməti 3 manat olan ümumi 30 manat dayərində 100 qramlıq “Berqa” çaylarını, hər birinin qiyməti 0.85 manat olan ümumi 85 manat dayərində 10 qutu «Pampers» uşaq bezlərini, 14 manat dəyərində elektrik sobasını, bir kilosu 7.5 manat olan ümumi 15 manat dəyərində 2kq sosiskanı, 10 manat dəyərində 1 kilo kolbasanı, hər birinin qiyməti 1 manat olan ümumi 10 manat dayərində 10 ədəd «Hell» adlı enerji içkisini, hər birinin qiyməti 1 manat olan ümumi 5 manat dayərində 5 ədəd «Bizon» adlı enerji içkisini, ümumi 100 manat dəyərində 20 ədəd saç şampununu, hər birinin qiyməti 0.48 manat olan ümumi 22 manat dayərində 45 ədəd alışqanı və 9 manat dəyərində bir ədəd 3 kq-lıq «Ariel» yuyucu tozunu, gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2050 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, valideynləri ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. O, Bakı şəhəri, Binəqədi rayonu ərazisində oğurluq etdiyi üçün barəsində cinayət işi başlanmış, hazırda cinayət işi Binəqədi rayon məhkəməsinin icraatındadır. Son vaxtlar iş olmadığı üçün maddi durumu ağır olmuş, pula ehtiyac olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixi radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi O.Mirzəyev küçəsində Mirqalib adlı şəxsə məxsus marketdən oğurluq etməyi planlaşdırmışdır. Özü ilə evdən (mantirofka) vint açan götürüb marketin yanına gəlmiş, saat təxminən 04 radələrində küçədə heç kimin olmadığını görüb mağazanın qapısının dəmir barmaqlığını, iki ədəd asma qıfılları dəmir parçası ilə sındırıb açdıqdan sonra vintaçanla plastik qapının kilidini açıb marketə daxil olmuş, marketdə olan piştaxdakı içərisində xeyli qəpik pullar olan sellofan torbanı götürüb cibinə qoymuş, sonra rəflərə yığılmış müxtəlif adda olan siqaretləri əsasən “Kent”, “Prima”, “Classik”, “Vinçester” markalı siqaretləri, piştaxtada olan çayları, sim, cin və nar kontur kartların, “Bizon” və “Hell” enerji içkilərini, “Ariel” yuyucu tozunu, “Pampers” uşaq bezini, elektrik sobanı, alışqanları, soyuducuda olan sosiska və kolbasanı götürüb sellofana yığmışdır. Bundan başqa isə marketdə olan 82 dioqnallı “Samsunq” markalı televizoru isə digər sellofan torbaya qoyub marketdən çıxıb evə gəlmiş, marketdən oğurladığı əşyalar olan sellofan torbaları həyətdə gizlətmiş, səhər açılanda o, oğurladığı “Samsung” markalı televizoru, Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsə 100 manata satmışdır. Bundan başqa o, marketdən (siqaretlərin bir hissəsini, sim, cin, nar danışıq konturlarını, elektrik sobanı, çayları, içkilərin bir neçəsini, saç şampunlarnı, Pampers və Ariel yuyucu tozu tanımadığı şəxslərə satıb pulu şəxsi ehtiyaclarına xərcləmiş, siqaret və enerji içkilərinin qalan hissəsini, sosisqa və kolbasanı isə özü istifadə etmişdir. Əlavə olaraq oğurladığı əşyaları satdığı şəxsləri tanımadığını, Abşeron rayonu, Hökməli dairəsində təsadüfən həmin şəxslərə siqaretləri, konturları, enerji içkilərini, çayları, elektrik sobasını “Samsung” markalı televizoru, şampunları, alışqanları təklif edərək satdığını, həmin satdığı məhsulların və əşyaların özünə məxsus olduğunu bildirdi. Sonda o, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mirəhməd oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Abşeron rayonu, Hökməli qəsəbnəsində yaşadığı evin yaxınlığında olan mağazanı işlədir. Həmin mağazada ondan başqa heç kim işləmir. Mağazada müxtəlif gündəlik təlabat malları və ərzaq məhsulları satır. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində o, mağazanı bağlayıb evinə getmişdir. Həmin günün səhəri yəni xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində o, mağazaya yaxınlaşarkən naməlum şəxs və ya şəxlərin qapını sındırmaq yolu ilə mağazaya daxil olaraq mağazadan 1260 manat dəyərində müxtəlif çeşidli ərzaq məhsullarını və 1 ədəd 800 manat dəyərində “Samsung” markalı 82 diqanallı televizoru oğurladıqlarını görmüş, bundan sonra o, hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlkərək hadisə yerinə baxış keçirmişlər. İş üzrə Zərərçəkmiş şəxs Mirəhməd oğlu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in X1 xx.xx.2020-ci il tarixli, 20/192R saylı daktiloskopik ekspertiza rəyindən görünür ki,xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, O.Mirzəyev küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir.

3. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izinin DİNnin KTİ-nin ADİS-ninməlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilmişdir. İş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus əlbarmaq izləri köçürülmüş 01 ədəd dakta plyonka cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və habelə iş üzrə digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Hökməli qəsəbəsi M.Əliyev küçəsində yerləşən ərzaq mağazasının qapısının dəmir barmaqlığının asma qıfıllarını özü ilə götürdüyü dəmir parçası ilə qırmaqla plastik qapının kilidini vintaçanla açmaq yolu ilə qanunsuz mağazaya daxil olaraq oradan 1 ədəd 800 manat dəyərində 82 dioqnallı «Samsunq» markalı plazma ekranlı televizoru, 50 manat qəpik pulları, hər birinin qiyməti 2.5 manat olan ümumi 250 manat dayərində 10 blok «Kent 8» markalı siqareti, hər birinin qiyməti 2.5 manat olan ümumi 250 manat dayərində 10 blok «Winçester» markalı siqaretini, hər birinin qiyməti 1.5 manat olan ümumi 150 manat dayərində 10 blok «Classik» markalı siqaretini, hər birinin qiyməti 1.5 manat olan ümumi 150 manat dayərində 10 blok «Prima» markalı siqareti, hər birinin qiyməti 2 manat olan ümumi 20 manat dayərində sim kontur kartlarını, hər birinin qiyməti 2 manat olan ümumi 20 manat dayərində nar kontur kartlarını, hər birinin qiyməti 1 manat olan ümumi 10 manat dayərində cin kontur kartlarını, hər birinin qiyməti 2.5 manat olan ümumi 25 manat dayərində 100 qramlıq “Beta” çaylarını, hər birinin qiyməti 2.5 manat olan ümumi 25 manat dayərində 100 qramlıq “Champion” çaylarını, hər birinin qiyməti 3 manat olan ümumi 30 manat dayərində 100 qramlıq “Berqa” çaylarını, hər birinin qiyməti 0.85 manat olan ümumi 85 manat dayərində 10 qutu «Pampers» uşaq bezlərini, 14 manat dəyərində elektrik sobasını, bir kilosu 7.5 manat olan ümumi 15 manat dəyərində 2kq sosiskanı, 10 manat dəyərində 1 kilo kolbasanı, hər birinin qiyməti 1 manat olan ümumi 10 manat dayərində 10 ədəd «Hell» adlı enerji içkisini, hər birinin qiyməti 1 manat olan ümumi 5 manat dayərində 5 ədəd «Bizon» adlı enerji içkisini, ümumi 100 manat dəyərində 20 ədəd saç şampununu, hər birinin qiyməti 0.48 manat olan ümumi 22 manat dayərində 45 ədəd alışqanı və 9 manat dəyərində bir ədəd 3 kq-lıq «Ariel» yuyucu tozunu, gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2050 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixdə tərtib olunmuş məhkumluq barədə tələbnamədən və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü madəsinə əsasən 02 il 02 ay 13 gün müddətinı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs oğlunun Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Abşeron RİH Hökməli qəsəbə İƏD üzrə nümayəndliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasınnı ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmaldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək həbsdən azad olunmuş və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qimində tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasınahəvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət-ProsessualMəcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən hesablansın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar