Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-499/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi VƏsədullayeva (Əliyeva) Nərmin Elçin qızının, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qızına özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi təqdim edərək sonuncuya məxsus qızıl-zinət əşyalarını satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib inandıraraq 10 iyun 2020-ci il tarixdə bu niyyətlə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron -2” yaşayış kompleksi ev 2 mənzil 81 ünvanında yerləşən sonuncuya məxsus mənzildə 1643 manat ilkin və sonraki ay üçün 1700 manat ödəniş etməklə inam qazanmış və 6743 manat dəyərində 61.3 qram çəkidə 585 əyyarlı qızıl-zinyət əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs 3400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 iyul 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-2” yaşayış kompleksi ev 2 mənzil 81 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə sonuncuya məxsus qızıl-zinət əşyalarını satıb pulunu hissə-hissə ödəyəcəyini vəd verərək 2000 manat ilkin ödəniş edib inandıraraq 7295 manat dəyərində 30,3 qram çəkidə 750 əyyarlı, 33,27 qram çəkidə 585 əyyarlı qızılzinət əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda 5295 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 iyul 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-2” yaşayış kompleksi ev 2 mənzil 81 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə sonuncuya məxsus qızıl-zinyət əşyalarını satıb pulunu hissə-hissə ödəyəcəyini vəd verərək 1500 manat ilkin ödəniş edib inandıraraq 6947 manat dəyərində 39,43 qram çəkidə 750 əyyarlı , 20,15 qram çəkidə 585 əyyarlı qızıl zinyət əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda 5447 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 avqust 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron -2” yaşayış kompleksi ev 2 mənzil 81 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə sonuncuya məxsus qızıl-zinyət əşyalarını satıb pulunu hissə-hissə ödəyəcəyini vəd verərək 1920 manat ilkin ödəniş və sonraki iki ay üçün hər ay 1000 manat olmaqla ümumi 2000 manat əlavə ödəniş edib inandıraraq 8712 manat dəyərində 79,20 qram çəkidə 585 əyyarlı qızıl bəzək əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs 4792 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 avqust 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron -2” yaşayış kompleksi ev 2 mənzil 81 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildə sonuncuya məxsus qızıl-zinət əşyalarını satıb pulunu hissə-hissə ödəyəcəyini vəd verərək ilkin olaraq 2424 manat sonraki ay üçün 2500 manat ödəniş edib inandıraraq 11924 manat dəyərində 90,24 qram çəkidə 585 əyyarlı , 16,65 qram çəkidə 750 əyyarlı qızıl-zinət əşyalarını ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 7000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 6 il olarki yaşadığı Xaçmaz şəhərindən köçərək Abşeron rayonu Xırdalan şəhərində “Kristal Abşeron-2” yaşayış kompleksində yaşayır. Zərərçəkmiş şəxs onun “Kristal Abşeron-2” yaşayış kompleksində yaşadığı müddətdə qonşusu olmuşdur. O ,Zərərçəkmiş şəxs qızıl alqı-satqısı ilə məşğul olduğunu onun üçün ona məxsus ***-***-**- ** saylı mobil nömrəyə zəng etdiyini və onda satmaq üçün qızıl-olub olmadığını soruşmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs satılıq qızılı olduğunu bildirmiş və O, Zərərçəkmiş şəxs ilə harada görüşə biləcəyini soruşmuşdur.Zərərçəkmiş şəxs ona evində görüşə biləcəyini bildirmiş və O, iyun ayının 10-da Zərərçəkmiş şəxs evində qapının ağzında Təravətlə görüşmüş və Zərərçəkmiş şəxs ona məxsus qızlları satacağını və qızılların pulunu ona ödəyəcəyini vəd edərək 61,3 qram 585 əyyar qızıl götürmüşdür. Zərərçəkmiş şəxs həmin qızılları ona ilkin ödəniş 1643 manat yerdə qalan pulu isə aylıq 1700 manat olmaqla 3 ay müddətinə vermişdir. Bundan sonra O, ödədiyi 1643 manat ilkin ödənişdən əlavə bir ay danışığa əsasən iyul ayının 10-u Zərərçəkmiş şəxs 1700 manat pul ödəmişdir. Bundan sonra iyul ayının 12-si O, Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və yenə satmaq üçün qızıl istəmişdir.İyul ayının 12-si Zərərçəkmiş şəxs 30,3 qram 750 əyyar 33,27 qram isə 585 əyyar qızılı götürmüş və həmin günü Zərərçəkmiş şəxs 2000 manat ilkin ödəniş etmişdir. Bu dəfə də Zərərçəkmiş şəxs 3 ay 1765 manat pul ödəməli idi. Bundan sonra təkrararən iyul ayının 16-sı Zərərçəkmiş şəxs yaşadığı evdə ilkin ödəniş 1500 manat aylıq 1815 manat olmaqla 39,43 qram 750 əyyar 20,15 qram 585 əyyar qızıl götürmüşdür. Təkrarən avqust ayının 2-si O, Zərərçəkmiş şəxs ilkin ödəniş 1920 manat 6 ay aylıq 1000 manat olmaqla 79,20 qram 585 əyyar qızıl götürmüşdür .Bundan sonra avqust ayının 20-si O, Təravət Bilalovdan yaşadığı evdə 90,24 qram 585 əyyar 16,65 qram isə 750 əyyar qızılı ilkin ödəniş 2424 manat 4 ay aylıq 2500 manat olmaqla götürmüşdür . O, Zərərçəkmiş şəxs ümumi olaraq 41621 manat dəyərində qızıl götürdüyünü həmin qızılları davamlı olaraq götürə bilmək üçün Zərərçəkmiş şəxs həmin qızılların əvəzi olaraq hissə-hissə 15687 manat pul ödədiyini qaıan pulları isə hissə-hissə ödəyəcəyini bildirmiş lakin Təravət Bilalovdan götürdüyü qızıl-zinyət əşyalarını xammal qiymətinə Bakı şəhəri Mərkəzi univermaqın qarşısında qızıl-alqı-satqısı ilə məşğul olan Malik adlı şəxsə xammal qiymətinə satdığını və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs (Əliyeva) , əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə almaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı onun Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-2” yaşayış kompleksində qonşusudur. Təxminən 1 il olarki Nuranəni tanıyır.O, qızıl-zinyət əşyalarının aqlı-satqısı ilə məşğul olur. Nuranə ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. O, da Nuranəni evə dəvət etmişdir. Nuranə ilə telefonla danışan zaman Nuranə ondan əlində neçə qram qızıl olduğunu soruşmuşdur.O, da cəmi əlində satılıq 61,3 qram 585 əyyar qızıl olduğunu bildirmişdir. Nuranə həmin qızılları ondan ilkin ödəniş 1643 manat yerdə qalan pulu isə aylıq 1700 manat olmaqla 3 ay müddətinə ödəyəcəyini bildirmişdir. O, da yaşadığı evdə Nuranəyə 61,3 qram 585 əyyarlı müxtəlif bəzək əşyalarından ibarət qızıl vermişdir. Bundan sonra Nuranə ödədiyi 1643 manat ilkin ödənişdən əlavə bir ay danışığa əsasən iyul ayının 10-u ona 1700 manat pul ödəmişdir. Bundan sonra iyul ayının 12-si Nuranə yaşadığı evə gələrək ondan yenə qızıl götürmək istədiyini bildirmişdir. Nuranə ilk ayın ödənişini vaxtında ödədiyi üçün onun etibarını qazanmışdı.Bunun üçün O, iyul ayının 12-si yenə 30,3 qram 750 əyyar 33,27 qram isə 585 əyyar qızılı Nuranəyə satmaq üçün vermişdir.Həmin günü Nuranə ona 2000 manat ilkin ödəniş etmişdir. Bu dəfə də Nuranə ona 3 ay 1765 manat pul ödəməli idi. Artıq Nuranə ona həm iyun ayının 10-u götürdüyü həm də iyul ayının 12-si götürdüyü qızıllar üzrə aylıq 3465 manat pul ödəməli idi. O, aylıq ödəniləcək məbləğin çox olduğunu bildirib Təqsirləndirilən şəxs (Əliyeva) ya qızıl vermək istəməmiş lakin Nuranə onu ondan aldığı qızılları sataraq pulları ona geri qaytaracağına inandırmışdır. Bundan sonra O, Nuranəyə təkrarən iyul ayının 16-sı ilkin ödəniş 1500 manat aylıq 1815 manat olmaqla 39,43 qram 750 əyyar 20,15 qram 585 əyyar qızıl vermişdir. Təkrarən avqust ayının 2-si O, Nuranəyə ilkin ödəniş 1920 manat 6 ay aylıq 1000 manat olmaqla 79,20 qram 585 əyyar qızıl vermişdir .Bundan sonra avqust ayının 20-si O, Nuranəyə yaşadığı evdə 90,24 qram 585 əyyar 16,65 qram isə 750 əyyar qızılı ilkin ödəniş 2424 manat 4 ay aylıq 2500 manat olmaqla vermişdir .Həmin vaxtdan hal-hazıradək Nuranə ona heç bir pul ödəməmişdir. O, Nuranəyə ümumi olaraq 41621 manat dəyərində qızıl vermiş Nuranə həmin puldan ona yalnız 15687 manat pul ödəmişdir.Nuranə ona 15687 manat pul ödədiyi üçün əvvəlcədən onun etibarını qazanmış və qalan 25934 manat pulu ələ keçirmək məqsədi ilə hissə -hissə müəyyən müddətdə ona pul ödəmişdir.Nuranə ona götürdüyü 41621 manat dəyərində qızı zinyət əşyalarını satıb həmin pulun onun etibarını qazanmaq üçün 15687 manatlıq hissəsini ona geri ödəmiş lakin qalan 25934 manatlıq hissəsini isə dələduzluq yolu ilə ələ keçirmişdir.Təqsirləndirilən şəxs (Əliyeva) nın ondan aldığı qızıl zinyət əşyalarını bəzək əşyaları formasında alması lakin dərhal həmin qızıl zinyət əşyalarını xammal qiymətinə satması onun məqsədinin əvvəlcədən həmin qızıl-zinyət əşyalarını ələ keçirək olduğunu təsdiq etmişdir. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, ona dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb edir, lakin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməsini istəmir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi onun özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də, cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızına cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin 56-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikahın pozulması barədə şəhadətnamədən görünür ki, 22 iyul 2021-ci il tarixdə nikah pozulduqdan sonra Əliyeva Təqsirləndirilən şəxs İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının himayəsində 24.06.2012-ci il təvəllüdlü Əli Əlizadə adlı və 16.07.2013-cü il təvəllüdlü Emil Əlizadə adlı 02 (iki) azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızına cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, onun ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının şəxsiyyətini nəzərə alır. Məhkəmə, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının ilk dəfədir ki, az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini tam etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 02 (iki) azyaşlı uşaqların olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin habelə işin faktiki hallarını, yəni vurulmuş ziyanın həcmini və onun yalnız az bir hissəsinin ödənilməsini nəzərə alaraq hesab edir ki, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızına təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd olunanları nəzərə almaqla Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızına cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, törədilmə hallarını, təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf etməsini, peşmaçılığını, subay olmaqla himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmalı və həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanın çəkilməsi Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının azyaşlı uşaqlarının - 24.06.2012-ci il təvəllüdlü Əlizadə Əli oğlunun və 16.07.2013-cü il təvəllüdlü X4 on dörd yaşına çatanadək, yəni 16 iyul 2027-ci il tarixədək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Cinayət işinin 87-ci vərəqində olan olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin tələb edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızına ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin cəzanın çəkilməsi Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının azyaşlı uşaqları - 24.06.2012-ci il təvəllüdlü Əlizadə Əli oğlunun və 16.07.2013-cü il təvəllüdlü X4 on dörd yaşına çatanadək, yəni 16 iyul 2027-ci il tarixədək təxirə salınsın. Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs maddi zərərin tələb edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmün icrası təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızının yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Əsədullayeva (Əliyeva) Nuranə Arzu qızına ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-499/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-499/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver