Məhkəmə qərarları › İş №1(012)-50/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-50/2020

20.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-50/2020 20.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs23, (mülki iddiaçı) Zərərçəkmiş şəxs6, (mülki iddiaçı) X2 və onun nümayəndəsi, vəkil X6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs (milki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu, Zərdabi küçəsi, ev 11-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu S.Əzim Şirvani küçəsi ev 37-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2018-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, və xx.xx.1999-cu ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış, Saatlı rayonu Mircalalkənd kəndində qeydiyyatda olan, ünvan 27 8-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Gülüstan qəsəbəsi döngə 11-də yerləşən evin plastik pəncərəsini dəmir parçası ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağındakı dolabdan 2000 manat dəyərində 1 ədəd “Luç” markalı, kişi qızıl qol saatını, 700 manat dəyərində 1 ədəd kişi qızıl nişan üzüyünü, 700 manat dəyərində 1 ədəd qadın qızıl nişan üzüyünü, bir ədədi 450 manat olan, cəmi 900 manat dəyərində 2 ədəd qızıl üzükləri, bir ədədi 360 manat olan, cəmi 720 manat dəyərində 2 cüt qızıl sırğaları, 2500 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl qolbağı və boyunbağıdan ibarət dəsti və 30 manat dəyərində 1 ədəd gümüş üzüyü oğurlayaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 7550 manat dəyərində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxx 2019-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs7 Gülxar qızının yaşadığı ünvan 1 4 ünvanda yerləşən 18 nömrəli evin birinci mərtəbəsinin plastik pəncərəni özü ilə apardığı vint açanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağında olan 1000 manat dəyərində 1 ədəd “Asus” markalı noutbuk kompyuteri və 50 manat dəyərində 1 ədəd markası məlum olmayan disk oxuyan cihazı və bir ədədi 50 manat olan, cəmi 100 manat dəyərində 2 ədəd gümüş üzükləri oğurlayaraq, Zərərçəkmiş şəxs7 ümumilikdə 1150 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2018-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən fərdi evin mətbəxin plastik pəncərəsini əli ilə sıxaraq açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında olan termonun qarşısında qabda olan 300 manat dəyərində 1 ədəd qızıl üzüyü, 300 manat dəyərində 1 cüt qızıl sırğanı və həmin otaqda dəsmalın arasında olan 1200 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2018-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs23 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 7 ünvanında yerləşən evin mətbəxin plastik pəncərəsini əli ilə itələyərək açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağından 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 700 manat dəyərində 1 ədəd qızıl üzüyü, 300 manat dəyərində 1 cüt qızıl uşaq sırğasını, 1000 manat dəyərində 1 ədəd qızıl qolbağını və 500 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs23 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2018-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 47 ünvanında yerləşən 287 nömrəli evin pəncərəsini özü ilə apardığı vintaçanla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağında olan dolabdan 1000 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs14 maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 12 ünvanında yerləşən 17B nömrəli evin mətbəxinin plastik pəncərəsini dəmir parçası ilə sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, oradan 600 manat pulu, 300 manat dəyərində 1 ədəd qızıl üzüyü, 350 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 100 manat dəyərində 1 ədəd gümüş bəzək əşyasını və 120 manat dəyərində 1 ədəd maqnitafonu oğurlayaraq, Zərərçəkmiş şəxs12 ümumilikdə 1470 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs11 (X2) yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvanında yerləşən 109 nömrəli evin mətbəxin plastik pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındırmaqla pəncərəni açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin birinci mərtəbəsində yerləşən yataq otağındakı paltar dolabında olan mücrüdən 2000 manat dəyərində 1 ədəd 50 qramlıq qadın qızıl boyunbağını, 1000 manat dəyərində 1 ədəd 20 qramlıq qızıl qolbağını, 3000 manat dəyərində 1 ədəd 20 qramlıq qadın qızıl qol saatını, 3000 manat dəyərində 1 ədəd “çəçiy” adlanan boyunbağını, 1500 manat dəyərində 1 ədəd briliyant qaşlı nazik boyunbağını, 500 manat dəyərində 1 ədəd ayaq üçün qızıl bilərziyi, 800 manat dəyərində 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət qızıl dəsti, 1200 manat dəyərində 1 ədəd dairə formasında, İtaliya istehsalı olan sırğa və üzük dəstini, 300 manat dəyərində 1 ədəd dördbucaqlı qadın qızıl üzüyü, bir ədədi ədədi 300 manat olan cəmi 600 manat dəyərində 2 ədəd qadın qızıl üzüklərini, 800 manat dəyərində bir ədəd briliyant qaşlı qadın qızıl nişan üzüyünü, 800 manat dəyərində 1 ədəd briliyant qaşlı kişi qızıl nişan üzüyünü, 800 manat dəyərində gümüş bilərzik və üzükdən ibarət dəsti, 300 manat dəyərində paxlava formalı qızıl üzüyü, 400 manat dəyərində 1 ədəd dairə şəkilli qızıl sırğanı, 500 manat dəyərində 1 ədəd qızıl bilərziyi, 300 manat dəyərində bir cüt paxlava şəkilli qızıl sırğanı, 200 manat dəyərində “həftəlik” adlanan qızıl üzüyü, 400 manat dəyərində bir cüt uzunsov qızıl sırğanı, 150 manat dəyərində bir ədəd qızıl kulonu oğurlayaraq, Zərərçəkmiş şəxs11 (Bilqeyis Babayevaya) ümumilikdə 18.550 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2018-ci ilin avqust ayının əvvəllərində, saat 01 radələrində Zərərçəkmiş şəxs24 Ağasəid oğlunun yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 8 ünvanında yerləşən 27a nömrəli evin 1-ci mərtəbəsinin plastik pəncərəsini əli ilə sıxıb sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağından 50 manat dəyərində 1 ədəd “Blekberi” markalı mobil telefonu, 50 manat dəyərində 1 ədəd “Samsung” markalı 352 832 035 513 175 imei kodlu mobil telefonu, 100 manat dəyərində 1 ədəd “Tissot” markalı qol saatını, 100 manat dəyərində 1 ədəd uşaq üçün balaca qızıl boyunbağını, 200 manat dəyərində bir cüt qızıl sırğanı və 100 manat dəyərində 1 ədəd qızıl boyunbağını oğurlayaraq, Zərərçəkmiş şəxs24 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs18 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 8 ünvanında yerləşən 12 nömrəli evin ikinci mərtəbəsinin plastik pəncərəsini əli ilə itələməklə açaraq, yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında olan dolabın siyirməsindən 1000 manat dəyərində 1 ədəd “Tissot” markalı kişi qol saatını, 1600 manat dəyərində 1 ədəd gümüşü rəngli, qara kəmərli “Tissot” markalı kişi qol saatı, 800 manat dəyərində 1 ədəd dəmir materialdan olan metal rəgli kişi qol saatını, 150 manat dəyərində 1 ədəd nazik sarı qızıl boyunbağı, 120 manat dəyərində 1 ədəd sarı qızıldan ağ qaşlı qadın üzüyü, 80 manat dəyərində 1 ədəd qızıl suyuna çəkilmiş göy qaşlı bilərziyi, 40 manat dəyərində 1 ədəd ağ qaşlı dəmir materialından olan qadın qol saatını, 25 manat dəyərində 1 ədəd göy rəngli kəməri olan, sarı qaşlı, sarı rəngli dəmir materialdan qadın qol saatını, 70 manat dəyərində 1 ədəd gümüşü materialdan olan ağ qaşlı kişi üzüyünü, 160 manat dəyərində 1 ədəd “Samsung DUOS” markalı mobil telefonu oğurlayaraq, zərərməkmiş şəxs Zərərçəkmiş şəxs18 ümumilikdə 4045 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs20 Ələhməd oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 6 ünvanında yerləşən 24 nömrəli evin plastik pəncərəsini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağında olan 150 manat dəyərində 1 ədəd “HP” markalı notebook kompyuteri, yataq otağında mücrüdə olan 400 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünü və evin həyətində olan otaqdan 50 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonu oğurlayaraq, Zərərçəkmiş şəxs20 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 14 ünvanında yerləşən 61 nömrəli evin mətbəxin plastik pəncərəsini əli ilə itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında olan dolabdan 1200 manat dəyərində 1 ədəd 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə qadın briliyant qaşlı üzüyü, 500 manat dəyərində 1 ədəd 750 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə 1 cüt sırğanı, 400 manat dəyərində 1 ədəd 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə qadın bilərziyi və 400 manat dəyərində 1 ədəd 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə qadın bilərziyi oğurlayaraq, Zərərçəkmiş şəxs10 ümumilikdə 2.500 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 22 radələrində X11 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, 15-ci döngədə yerləşən evin həyətinə hasardan aşmaqla girmiş, orada tapdığı dəmir parcası ilə evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını sındırmaqla pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında şkafın siyirməsindəki həmin dövrün məzənnəsi ilə 8160 manat dəyərində olan 4800 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 396 manat dəyərində olan 200 avronu, 700 manat dəyərində bir ədəd qızıl boyunbağını, 300 manat dəyərində bir ədəd qızıl üzüyü və 1000 manat dəyərində iki ədəd qızıl boyunbağıları qızıl klonu ilə birlikdə oğurlayaraq, zərərçəkmiş şəxs Tutu Nəzirovaya ümumilikdə 10556 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs19 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, döngə 12 ünvanda yerləşən evin plastik pəncərəsini əli ilə sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında olan sandığın kilidini sındırıb açaraq oradan 300 manat dəyərindəki 1 cüt qırmızı qaşlı qızıl sırğanı və 5000 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs19 ümumilikdə 5300 məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs25 kirayədə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni məhəllə “Məmmədoğulları” servizin yanında yerləşən evin plastik qapısını özü ilə gətirdiyi dəmir parçası ilə açaraq, yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağındakı dolabdan 500 manat dəyərində 1 ədəd boyunbağı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzükdən ibarət dəsti ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs25 500 manat məbləğində maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs22 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, 13 ünvanda yerləşən fərdi yaşayış evin hamamın pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağındakı sandıqdan 2500 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış qolbaq və kolyedən ibarət qızıl dəsti, 400 manat dəyərində 585 əyarlı qızlıdan hazırlanmış 10 qram çəkidə 1 ədəd boyunbağını, 450 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd qadın boyunbağını, 300 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə, üzərində göz muncuğu qaşı olan 1 ədəd boyunbağını, 500 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə 1 ədəd tək qaşlı qadın üzüyü, 500 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 1 ədəd salxım formalı qadın üzüyü, 160 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 1 ədəd üzərində gül formasında qaşları olan qadın üzüyü, 500 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 1 ədəd salxım formalı qadın üzüyü, 300 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 ədəd paxlava formalı qadın üzüyü, 200 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd tək qaşlı qadın üzüyü, 120 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə 1 ədəd qız uşağı üçün bilərziyi, 80 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə qız uşağı üçün olan 1 cüt sırğanı və yataq otağındakı şkafın içindəki gödəkçənin cibindən 2000 manat pulu oğurlayaraq, zərərçəkmiş şəxs Laləzar Əhmədovaya ümumilikdə 8130 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 23 radələrində X12 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində yerləşən evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla, plasik pəncərəni özü ilə gətirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağındakı paltar dolabında olan gödəkçənin cibindəki pul qabıda olan 90 manat nəğd pulu, 250 manat dəyərində 1 ədəd qızıl üzüyü və 1200 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl üzüyü oğurlayaraq, zərərçəkmiş şəxs Mayis Kərimova ümumilikdə 1540 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs31 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsindəki 15 saylı evin mətbəxin pəncərəsinin dəmir barmaqlığı sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında olan dolabın siyirməsindən 13000 manat pulu, mücrünün içərisindən 1000 manat dəyərində 1 ədəd göy qaşlı qızıl üzük, üstündə göy qaşları olan bir cüt qızıl sırğa dəstini, 400 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, 300 manat dəyərində 1 ədəd qızıl boyunbağını, şüşə qabın içərisindəki 40 manat qəpik pulları oğurlayaraq, Zərərçəkmiş şəxs31 ümumilikdə 14740 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində ƏlZərərçəkmiş şəxs21 yaşadığı ünvan 12 ünvanda yerləşən evin arxa tərəfindən qonaq otağın plastik pəncərəsini üzərində gəzdirdiyi vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında şkafın içərisindəki kitabın arasında olan 2200 manat pulu oğurlayaraq, zərərçəkmiş şəxs Günel Ələkbərovaya maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 08 radələrindən, 10 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs8 yaşadığı Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən 74 saylı korpusda 288 saylı ünvana hasarı aşmaqla girmiş, evin mətbəxinin plastik pəncərəsini əli ilə sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, oradakı yataq otağında olan termonun 1-ci siyirməsində, dairəvi formalı metal qabdakı 700 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 500 manat dəyərində 11 ədəd qızıl dişləri, 4 künc formalı qırmızı rəngli qutuda olan 100 manat dəyərində 1 cüt qızıl sırğanı, 250 manat dəyərində 1 ədəd paxlava formalı qızıl üzüyü oğurlayaraq, Zərərçəkmiş şəxs8 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs26 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 1285 ünvanında yerləşən yataqxananın yaxınlığında olan evin pəncərəsinin dəmir barmaqlığını həyətdən tapdığı dəmir parcası ilə sındırmaqla pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında paltar dolabında olan 600 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs26 maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs17 yaşadığı ünvan 14 ünvana, evin mətbəxin plastik pəncərəsinin üstündəki toru kəsərək pəncərəni əli ilə itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağında olan paltar dolabındakı 500 manat dəyərində 1 ədəd qızıl üzüyü, 500 manat dəyərində 1 ədəd qızıl boyunbağını və dəsmalın arasında olan 1000 manat pulu oğurlyaraq, zərərçəkmiş şəxs Beydulla İsmayılova ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı ünvan 15 ünvana evin pəncərəsini üstündə olan vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağından 5000 manat pulu, 2500 manat dəyərində 1 ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğadan ibarət dəsti və 700 manat dəyərində 1 ədəd qızıl qolbağını oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs16 ümumilikdə 8200 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs15 yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanında yerləşən evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında termonun siyirməsindən həmin dövrün məzənnəsi ilə 4760 manat dəyərində 2800 ABŞ dollarını, 2000 manat pulu, dolabın üstündə olan mücrüdən 1500 manat dəyərində bir cüt briliyant qaşlı qızıl sırğaları, 1000 manat dəyərində bir ədəd briliant qaşlı qızıl nişan üzüyü, 2000 manat dəyərində bir ədəd qızıl boyunbağını, 300 manat dəyərində bir ədəd adi qaşlı qızıl üzüyü, 200 manat dəyərində bir ədəd qızıl üzüyü, 20 manat dəyərində 1 ədəd Nokia TA-1017 markalı, **********34114 və **********33111 imei kodlu mobil telefonu, dolabdan asılmış 1000 manat dəyərində bir ədəd dublyonkanı oğurlayaraq, Zərərçəkmiş şəxs15 ümumilikdə 12760 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 125-də yerləşən 118 saylı evin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evin ikinci mərtəbəsindəki yataq otağında olan 1000 manat dəyərində 1 ədəd 750 əyarlı qızıldan hazırlanmış 17 qram çəkidə İtaliya istehsalı olan bilərziyi, 350 manat dəyərində 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə Rusiya istehsalı olan bilərziyi, 1200 manat dəyərində 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış 20 qram şəkidə Rusiya istehsalı olan boyunbağını, 2000 manat dəyərində 1 ədəd üzərində briliyant qaşları olan üzük və sırğadan ibarət 583 əyarlı qızıldan hazırlanmış qızıl dəsti, 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə spiral formasında olan üzüyü, 300 manat dəyərində 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış sadə üzüyü, 300 manat dəyərində 1 ədəd “Fujifilm” markalı fotoaparatı, 400 manat dəyərində 1 ədəd “Svvatch” markalı qol saatını, 1000 manat dəyərində 1 ədəd “Tissot” markalı qol saatını, 1300 manat dəyərində 1 ədəd “Armani” markalı qol saatını, 2000 manat pulu və həmin dövrün məzənnəsi ilə 3400 manat dəyərində olan 2000 ABŞ dollarını oğurlayaraq, Zərərçəkmiş şəxs6 ümumilikdə 11.750 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 4-də yerləşən 4A saylı evin qarajı ilə yaşayış hissəsinin arasındakı pəncərənin şüşəni sındırıb, oradan yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağından 700 manat dəyərində “Toshiba” markalı noutbuk kompyuteri, 800 manat dəyərində 3 ədəd 785 əyyarlı qızıl üzükləri və yataq otağındakı dolabdan yataq dəsti üzlüyünün arasından 2300 manat pulu oğurlayaraq, Zərərçəkmiş şəxs9 ümumilikdə 3800 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 3-də yerləşən 2 saylı evin plastik pəncərəsini dəmir alətdən istifadə etməklə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağında olan 2400 manat dəyərində 1 ədəd “Hisense” markalı televizoru oğurlayaraq, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 16 mənzil 13 ünvana evin mətbəxin plastik pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındırmaqla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin giriş hissəsində yerləşən paltar dolabindan 1500 manat dəyərində Çexoslovakiya istehsalı olan “Tom” markalı xurustal qabları, evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı termodan 3000 manat dəyərində olan 750 əyarlı, İtaliya istehsalı olan bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağı dəstini, 2500 manat dəyərində 583 əyarlı, Rusiya istehsalı olan biriliyant qaşlı bir ədəd qızıl nişan üzüyü, bir ədəd briliant qaşlı qızıl üzük, adi qaşlı bir ədəd qızıl üzük və Ərəbistan istehsalı olan bir ədəd qızıl boyunbağını klunu ilə birlikdə olan dəsti, 500 manat dəyərində 12 ədəd qızıl dişləri, 1000 manat pulu, həmin dövrün məzənnəsi ilə 5890 manat dəyərində olan 3000 avronu, 2000 manat dəyərində İtaliya istehsalı olan “Kenzo” markalı yataq dəstlərini, 200 manat dəyərində 4 ədəd suviner qabları, 400 manat dəyərində 1 ədəd kişi qol saatını, 100 manat dəyərində 1 ədəd üzərində “E” hərfi olan suviner bıçağı oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 17.090 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 9-da yerləşən 14A saylı evin birinci mərtəbəsinin plastik pəncərəsini sıxmaqla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin 2-ci mərtəbəsində yataq otağına bitişik otaqdakı əl çantasından həmin dövrün məzənnəsi ilə 2897 manat dəyərində olan 1500 avronu, 4250 manat dəyərində olan 2500 ABŞ dollarını, 2560 manat dəyərində olan 10.000 Rus rublunu, 500 manat dəyərində 1 ədəd “makstaym” modelli saatı, yataq otağındakı güzgülü şkafdan 150 manat dəyərində 1 cüt qızıl sırğanı və mətbəxə quraşdırılmış 250 manat dəyərində yaddaş blokunu oğurlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 10.607 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs28 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən 120 manat dəyərində bir ədəd “XVP1004” modelli 1 TB yaddaşa malik 4 kanallı müşahidə kamerasının yaddaş blokunu oğurlayaraq, Zərərçəkmiş şəxs28 maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində ilə Zərərçəkmiş şəxs29 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən 390 manat dəyərində bir ədəd “Gold Star” modelli müşahidə kamerasının yaddaş blokunu oğurlayaraq, Zərərçəkmiş şəxs29 maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs30 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən 160 manat dəyərində bir ədəd “AHD-3908” modelli, 2 TB yaddaşa malik 8 kanallı müşahidə kamerasının yaddaş blokunu, 400 manat dəyərində üç ədəd mobil telefonları oğurlayaraq, Zərərçəkmiş şəxs30 ümumilikdə 560 manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanda anası X17 və bacısı X3 ilə yaşayır. Atası Ehtibar 2012-ci ildə vəfat etmişdir. Heç yerdə işləmir. xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu, Gülüstan küşəsində münasib gördüyü evdə adam olub-olmadığını öyrənmək üçün darvazanı döymüş, darvazanı açan olmadığından evdə adam olmadığını bilmişdir. Hasardan aşaraq həyətə daxil olmuş, oradan götürdüyü dəmir parçası ilə evin plastik pəncərəsini sixıb açaraq, evə daxil olaraq axtarmağa başlamışdır. Evin yataq otağındakı dolabda gördüyü 1 ədəd “Luç” markalı qol saatı, 1 ədəd kişi üçün qızıl nişan üzüyü, 1 ədəd qadın üçün nişan qızıl üzüyü, 2 ədəd qızıl üzükləri, 2 cüt qızıl sırğaları, 1 ədəd briliyant qaşlı qızıl braslet dəstini, 1 ədəd gümüş üzüyü oğurlayıb evdən çıxmışdır. Oradan Bakı şəhəri, Nizami rayonun 8-ci. km. deyilən yerdə yerləşən Laçın univermağına gəlmiş və oğurladığı həmin qızıl əşyaları tanımadığı bir kişiyə özünə məxsus olduğunu deyib, 1000 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxx 2018-ci il tarixdə, saat 13 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində gördüyü iki mərtəbəli evin birinci mərtəbəsindəki pəncərələrində dəmir barmaqlıqlar olmadığını gördükdə, evə rahat girmək mümkün olduğunu bilmiş və ətrafda heç kim olmadığından hasardan aşaraq həyətə daxil olmuşdur. Üstündə gəzdirdiyi vintaçanla plastik pəncərəni açıb, evin qonaq otağına daxil olmuşdur. Evi axtardıqda gördüyü 1 ədəd markasını xatırlamadığı noutbuk komputeri, evin ikinci mərtəbəsində gördüyü 1 ədəd disk oxuyan aparatı, digər otaqdan 2 ədəd gümüş üzükləri götürüb evdən çıxmışdır. Bir neçə gündən sonra oğurladığı əşyaları “Lalafo” saytı vasitəsilə tanımadığı şəxslərə satmaqla əldə etdiyi 500 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxx 2018-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi İsfəhani küçəsində evlərin birində işıq yanmadğını gördükdə, evdə adam olmadığını bilmiş və hasarından aşaraq həyətə girmişdir. Evin plastikdən olan pəncərəsini açaraq evin mətbəəxinə daxil olaraq, evi axtarmağa başlamışdır. Yataq otağında, dəsmalın arasında gördüyü pulları və termonun qarşısındakı qabın içərisində gördüyü qızıl-zinət əşyaları götürmüş, ev sahibinin qayıtmasından ehtiyat edib, evə daxil olduğu pəncərədən həyətə, oradan isə hasarı aşmaqla küçəyə çıxaraq getmişdir. Oğurladğı pulları yolda saydıqda 1200 manat olduğunu görmüşdür. Oğurladığı qızıl-zınət əşyaların hansı adda olduğunu xatırlamır, həmin qızıl-zinət əşyaları sabahı günü Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə sataraq, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxx 2018-ci il tarixdə, saat 17 radələrində Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 7 ünvanda gördüyü evdə yaşayan olmadığını bildikdə, hasardan aşaraq həyətə daxil olmuş və evin mətbəxinin plastik pəncərəsini itələyib açaraq evə daxil olub, evi axtarmağa başlamışdır. Yataq otağında gördüyü 500 manat pulu, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğaları götürmüş və ev sahibinin qayıtmasından ehtiyat etdiyinə görə evə daxil oluğu yerdən küçəyə çıxaraq getmişdir. Oğurladığı 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğaları Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxx 2018-ci il tarixdə, saat 15 radələrində Binəqədi rayonu, 1-ci mədən, korpus 27 ünvanda, sonradan adını öyrəndiyi Oqtay adlı şəxsin evinin plastik pəncərəsini vintaçanla açaraq, oradan evin qonaq otağına daxil olmuş, ev sahibinin qayıtmasından ehtiyat edib evin giriş qapısını arxadan bağlayaraq, evi axtarmağa başlamışdır. Yataq otağında dolabda gördüyü 1000 manat pulu götürüb, evdən çıxmışdır. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 12-ci döngədəki evlərin birində işıq yanmadığını gördükdə, evdə adam olmadığını bilmiş, hasardan aşaraq həyətə gəlmiş, ev sahibinin qayıtmasından ehtiyat edib həyətin dəmir qapısını arxadan bağlamışdır. Sonra həyətdən tapdığı dəmir parcası ilə evin mətbəxinin plastik pəncərəsini sındırıb, pəncərədən evə daxil olmuşdur. Evi axtardığı vaxt gördüyü 600 manat pulu, yadında olmayan sayda və məbləğdə qızıl-zinət əşyaları götürüb, evə daxil olduğu yerdən çıxaraq, evinə getmişdir. Oğurladığı qızıl-zinət əşyaları sabahı gün yəni, xx xxxxxx 2018-ci il tarixdə Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağında qızıl-zinət əşyaların alışı və satışı ilə məşğul olan Əmrah adlı satıcıya özünə məxsus olduğunu deyib, hammısını 500 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 14 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvanda gördüyü evdə yaşayış olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə girmiş, ev sahibinin qayıtmasından ehtiyat edib darvazanı içəridən yəni, həyətdən bağlamış, həyətdən tapdığı dəmir parçası ilə evin hamamının plastik nəfəsliyinin dəmir barmaqlığını qırmaqla, oradan evə daxil olub axtarmağa başlamışdır. Yataq otağındakı paltar dolabında gördüyü mücrüdə xatırlamadığı sayda olan qızıl boyunbağını, qızıl bilərzik, sırğa, üzük və digər qızıl-zinət əşyaları götürüb evə daxil olduğu yerdən çıxaraq evinə getmişdir. Oğurladığı qızıl əşyalardan 1 ədəd qızıl boyunbağını ayırıb öz istifadəsi üçün evində saxlamişdır. Səhəri günü yəni, xx xxxxxx 2018-ci il tarixdə Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağına gedib, orada qızıl-zinət əşyaların alışı–satışı ilə məşğul olan Əmrah adlı şəxsə həmin qızıl-zinət əşyaların hammısini 3500 manata satmışdır. Oğurladığı qızıl-zinət əşyaları Əmraha satdıqda, Əmrah onlardan üzük və qolbaqdan ibarət dəstin qızıl olmadığını, gümüş olduğunu deyib ona qaytarmışdır. Həmin gümüş dəsti sata bilmədiyi üçün xatırlamadığı yerdə tullamışdır. xx xxxxxx 2018-ci il tarixdə yenidən Moskva univermağına gedib, həmin qızıl boyunbağını Əmraha 240 manata satmışdır. Əmraha satdığı qızıl-zinət əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmağa gətridiyini demişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2018-ci ilin avqust ayının əvvəllərində, gecə saat 01 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi, döngə 8, ev 27a saylı evdə işıq yanmadığını gördükdə, evdə adam olmadığını bilmiş, darvaza bağlı olduğundan hasardan aşaraq həyətə girmiş, ev sahibinin qayıtmasından ehtiyat edib darvazanı içəridən dəmirlə bağlamışdır. Evin 1-ci mərtəbəsindəki plastik pəncərəni əli ilə sıxaraq sındırmış və oradan evə daxil olmuşdur. Ev qaranlıq olduğundan üstündəki alışqanın fanarını yandırmaqla, evi axtarmağa başlamışdır. Yataq otağında gördüyü 1 ədəd “Blekberi” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonları, 1 ədəd “Tissot” markalı qol saatı, 1 ədəd balaca qızıl boyunbağını, bir cüt qızıl sırğanı və 1 ədəd qızıl boyunbağını götürüb evdən çıxmışdır. Oğurladığı qızıl əşyaları Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığındakı Moskva univermağında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, 50 manata satmışdır, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Mobil telefonları isə xatırlamadığı yerdə tullamışdır. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 8 ünvanda gördüyü evin hasarından aşaraq həyətə girmiş və evdə heç kimin olmadığına əmin olduqdan sonra, ikinci mərtəbənin plastik pəncərəsini əli ilə itələyib açmış, evə daxil olaraq axtarmağa başlamışdır. Yataq otağındakı dolabın siyirməsində gördüyü müxtəlif markalı 5 ədəd qol saatları, nazik qızıl boyunbağını, ağ qaşlı qadın qızıl üzüyü, göy qaşlı bilərziyi, ağ qaşlı üzüyü, “Samsung DUOS” markalı mobil telefonu götürmüş, ev sahibinin qayıtmasından ehtiyat edib, evə daxil olduğu pəncərdən çıxaraq getmişdir. Oğurladığı 5 ədəd qol saatları və qızıl zinət əşyaları Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında, tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmışdır. Oğurladığı Samsung DUOS markalı mobil telefonu satmaq istəsə də, sonradan telefon ilə polis tərəfindən tutula biləcəyindən qorxduğu üçün, telefonu Binəqədi rayonunda xatırlamadığı yerdə zibil qutuların birinə atmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 20 radələrində Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 6 ünvanda evlərin birində işıq yanmadığını gördükdə evdə adam olmadığını bilmiş və hasardan aşaraq həyətə girmişdir. Evdə adam olmadığına tam əmin olduqdan sonra evin pəncərəsini əli ilə itələyib açaraq, evin qonaq otağına daxil olmuş və evi axtarmağa başlamışdır. Qonaq otağında gördüyü, markasını xatırlamadığı notebooku, yataq otağında mücrüdə gördüyü 1 ədəd qızıl üzüyü, başqa otaqda gördüyü 1 ədəd Samsunğ markalı mobil telefonu götürüb, evə daxil olduğu yerdən çıxaraq evinə getmişdir. Oğurladığı 1 ədəd qızıl üzüyü və 1 ədəd notebooku Nəsimi rayonun, Memar Əcəmı metrostansiyasının yaxınlığındakı Moskva univermağın qarşısında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmış, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı Samsung markalı mobil telefonu satmaq istəsə də, sonradan telefon vasitəsilə polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyat edərək telefonu Binəqədi rayonunda xatırlamadığı yerdə zibil qutuların birinə tullamışdır. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində oğurluq etmək üçün münasib ev axtardığı vaxt gördüyü evdə heç kim olmadığından darvazanın üstündən aşaraq həyətə girmiş, evin plastik pəncərəsini əli ilə itələyib açaraq, evə daxil olub axtarmağa başlamışdır. Yataq otağındakı paltar dolabında gördüyü 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 2 ədəd qolbağı götürüb, evə daxil olduğu yerdən çıxaraq, evinə getmişdir. Sonra Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağında qızıl-zınət əşyaların alışı-satışı ilə məşğul olan Əmrah adlı satıcıya həmin qızılların öünə məxsus olduğunu deyib, ona xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 22 radələrində, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Gülüstan küçəsi 15-ci döngədə evdə işıq yanmadığını gördükdə evdə adam olmadığını bilmiş, hasardan aşaraq həyətə girmişdir. Ev sahibinin qayıtmasından ehtiyat edib həyətin dəmir darvazasının qapısını arxadan bağlamış, həyətdən tapdığı dəmir parçası ilə evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını qırıb, pəncərəni açaraq evə daxil olmuşdur. Evi axtardığı vaxt gördüyü, yadında qalmayan sayda və məbləğdə qızıl-zinət əşyaları, dollar və evroları götürüb evə daxil olduğu yerdən çıxaraq evinə getmişdir. Səhəri günü yəni, xx xxxxxx 2018-ci il tarixdə Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağına gedərək həmin qızıl-zinət əşyaları orada qızıl əşyaların alışı və satışı ilə məşğul olan Əmrah adlı satıcıya özünə məxsus olduğunu deyib, hammısını 2000 manata satmışdır. Dollar və evroları isə yadında qalmayan bankda manata dəyişmişdir. Beləliklə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Binəqədi rayonu, 3-cü mədən, döngə 12 ünvanda gördüyü evin hasarından aşaraq həyətə girmiş, evin plastikdən olan pəncərəsini əli ilə sıxıb açaraq, evin yataq otağına daxil olmuşdur. Evi axtardıqda gördüyü sandığın kilidini qıraraq açmış və sandıqda gördüyü 5000 manat pulu, 1 cüt qızıl sırğanı götürüb evə daxil olduğu yerdən çıxaraq, evinə getmişdir. Oğurladığı 1 cüt qızıl sırğanı Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağın qarşısında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxxx 2018-ci il tarixdə, saat 03 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni məhəllə “Məmmədoğulları” servisin arxasında evdə işıq yanmadığını gördükdə, evdə yaşayan olmadığını bilmişdir. Ətrafda heç kimin olmadığını gördükdə həyətə daxil olmuş, evin ağ rəngli plasik qapısını dəmir parçası ilə açıb, evə daxil olmuşdur. Evi axtardığı vaxt qəhvəyi rəngli çarpayının yanında olan şkafda gördüyü 1 cüt qızıl sırğa və 1 ədəd qızıl boyunbağını götürüb, hasarı aşaraq küçəyə çıxaraq, oradan getmişdir. Oğurladığı qızıl əşyaları səhəri günü Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağın qarşısında qızıl alqı-satqısı ilə məşğul olan, tanımadığı, təxminən 40-45 yaşlarında olan bir kişiyə özünə məxsus olduğunu deyib, 110 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Gülüstan qəsəbəsində evdə işıq yanmadığını gördükdə, evdə adam olmadığını bilmiş və oğurluq etmək üçün evin həyətinə girmişdir. Həyətdən götürdüyü dəmir parçası ilə evin plastikdən olan pəncərəsini açıb, evə daxil olaraq, axtarmağa başlamışdır. Yataq otağındakı, sandıqda gördüyü bir neçə üzük, boyunbağı, digər qızıl əşyaları götürmüşdür. Oğurladığı həmin qızıl-zinət əşyaların forması və sayını xatırlamır. Paltar rəfində asılmış kişi pencəyin cibində gördüyü 150 manat pulu götürüb, mənzildən çıxmışdır. Bir-iki gündən sonra həmin qızıl-zinət əşyaları Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağında, şəxsiyyət vəsiqəsini təqdim edib, özünə məxsus olduğunu deyərək, tanımadığı alıcıya xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsindəki evdə işıq yanmadığını gördükdə, evdə adam olmadığını bilmiş və çəpərdən keçərək həyətə girmişdir. Evin giriş qapısının sağ tərəfində olan plastik pəncərəni üstündəki vintaçanla açaraq, dəmir barmaqlığı aralayıb oradan evə daxil olub, evi axtarmağa başlamışdır. Yataq otağındakı tumbada gördüyü 1 ədəd qızıl üzüyü və 1 ədəd briliyant qaşlı qızıl üzüyü, şifonerdə aslımış gödəkçənin cibində olan 90 manat pulu götürüb, evdən çıxmışdır. Səhəri gün yəni, xx xxxxxxx 2018-ci il tarixdə, saat 09 radələrində Binəqədi qəsəbəsinin mərkəzində həmin qızıl əşyaları tanımadığı bir kişiyə 220 manata satmışdır. Oğurluqla əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxx 2018-ci il tarixdə, saat 20 radələrində Binəqədi rayonu, Gülüstan qəsəbəsində oğurluq etmək üçün münasib bildiyi evin hasarından aşmaqla həyətə girmiş, evin arxa pəncərəcinin dəmir barmaqlığını dəmir parçası ilə qırdıqdan sonra pəncərəni açıb, evə daxil olmuşdur. Yataq otağında olan dolabın siyirməsində gördüyü məbləğını xatırlamadığı nəğd pulları, mücrünün içərisində gördüyü qızıl boyunbağını, qızıl üzükləri, qızıl sırğanı və şüşə balondakı qəpik pulları götürüb, evdən çıxmışdır. Oğurladığı qəpik pulların hansı məbləğdə olduğunu bilmir. Oğurladığı qızıl əşyaları Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı bir kişiyə xatırlamadığı qiymətə satmışdır. Beləliklə oğurluq nəticəsində əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində Binəqədi rayonu, İsfəhani küçəsi 3 ünvanda gördüyü bir mərtəbəli evdə adam olmadığına əmin olduqdan sonra, oradan oğurluq etmək üçün hasardan aşaraq həyətə girmiş, evin arxasındakı plastik pəncərəni üzərində gəzdirdiyi vintaçanla açıb, evə daxil olmuşdur. Evi axtarmağa başlamış, yataq otağındakı şkafda olan kitabın içərisində gördüyü 2200 manat pulu götürüb evə daxil olduğu yerdən küçəyə çıxaraq, oradan uzaqlaşmışdır. Oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 10 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 74 ünvanda gördüyü bir evdə yaşayış olmadığını bildikdə, oradan oğurluq etmək üçün hasardan aşaraq həyətə girmiş, evin plastik pəncərəsini əli ilə sıxıb açmaqla mətbəxə daxil olmuş və evi axtarmağa başlamışdır. Yataq otağındakı termonun birinci siyirməsində, dairəvi formalı metal qabda gördüyü 1 ədəd qızıl boyunbağını, sayını bilmədiyi qızıl dişlərin olduğu protesti, 1 cüt qızıl sırğanı və 1 ədəd paxlava formalı sadə qızıl üzüyü götürmüş, ev sahibinin gələcəyindən ehtiyat edib evə daxil olduğu pəncərədən həyətə, oradan isə hasarı aşmaqla küçəyə çıxaraq getmişdir. Oğurladığı qızıl-zinət əşyaları və qızıldan olan diş protezləri Nəsimi rayonu M.Əcəmi metrostansiyasının yaxınlığındakı Moskva univermağının qarşısında tanımadığı şəxsə, həmin qızıl əşyaların özünə məxsus olduğunu deyib xatırlamadığım qiymətə satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi 1285 ünvanda yerləşən yataqxananın yaxınlığında yerləşən evlərin birində işıq yanmadığından evdə adam olmadığını bilmiş və hasardan aşaraq həyətə girmişdir. Həyətdən tapdığı dəmir parçası ilə evin arxasındakı pəncərənin üstündə olan dəmir barmaqlığı qırdıqdan sonra, pəncərəni açıb evə daxil olaraq, axtarmağa başlamışdır. Yataq otağında 550 manat kağız pullar və təxminən 50manat qəpiklərdən olan pulları götürüb evə daxil olduğu yerdən çıxaraq, evinə getmişdir. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 11 radələrində Binəqədi rayonu 2-ci mədən, korpus 72 ünvanda gördüyü evdən oğurluq etmək üçün, hasardan aşaraq həyətə girmiş, evin mətbəxindəki plastik pəncərənin torunu əli ilə çıraraq, pəncərəni itələyib açaraq evə daxil olmuşdur. Evi axtardığı vaxt qonaq otağındakı paltar dolabında dəsmalın arasında gördüyü 1000 manat pulu, dolabdakı qızıl qabın içərisindəki 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını götürüb evdən çıxmışdır. Oğurladığı həmin qızıl əşyaları Nəsimi rayonun Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Moskva univermağın qarşısında tanımadığı şəxsə, özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmış və pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 19: 30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 15 ünvanda sonradan adını öyrəndiyi Tahirə adlı şəxsin evinin pəncərəsini üstündə olan vintaçanla açıb, evin qonaq otağına daxil olmuş və evi axtarmağa başlamışdır. Ev sahibinin gələ biləcəyindən ehtiyat edib evin giriş qapısını arxadan baxlamış, yataq otağındakı şkafda gördüyü 5000 manat pulu, adlarını və sayını xatırlamadığı qızıl əşyaları götürüb, evdən çıxmışdır. Oğurladığı qızıl əşyaları Nəsimi rayonun Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı bir kişiyə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Binəqədi rayonu, Gülüstan küçəsi döngə 15 ünvanda gördüyü evin hasarından aşaraq həyətə girmiş, evin arxa tərəfindəki pəncərənin dəmir barmaqlığını oradan götürdüyü dəmir parcası ilə əyib, qırmış və plastik pəncərəni əli ilə sıxaraq açıb, evə daxil olaraq, axtarmağa başlamışdır. Yataq otağındakı termonun siyirməsində gördüyü qızıl qolbağı, qızıl boyunbağıları və Nokio telefonu, paltar dolabında gördüyü 1000 manat pulu götürüb, evdən çıxmışdır. Oğurladığı qızıl-zinət əşyaları səhəri günü Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığındakı Moskva univermağında qızıl-zinət əşyaların alışı-satışı ilə məşğul olan Əmrah adlı şəxsə, şəxsiyyət vəsiqəsini təqdim etməklə, xatırlamadığı qiymətə satmışdır. Həmin evdən oğurladığı 1 ədəd NOKİA TA 1017 markalı mobil telefonu 2018-ci ilin noyabr ayının axırlarında Quba rayonundan evlərinə qonaq gəlmiş qohumu Şahid3 işlətmək üçün vermiş və telefonun özünə məxsus olduğunu demişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 125 ünvanda gördüyü iki mərtəbəli evdə yaşayış olmadığına əmin olduqdan sonra, hasardan aşaraq həyətə girmiş, evin yataq otağındakı pəncərənin dəmir barmaqlığını qırıb, pəncərəni sıxıb açaraq, evin yataq otağına daxil olmuş, ev sahibinin qayıdıb gəlməsindən ehtiyat edərək, evin giriş qapısını içəridən bağlamışdır. Bundan sonra evi axtaran zaman gördüyü sayanı və formasını xatırlamadığı qızıl-zinət əşyaları, 3 ədəd müxtəlif markalı qol saatları, 1 ədəd foto aparatı, 2000 manat pul və 2000ABŞ dolları götürüb, evə daxil olduğu yerdən çıxaraq, getmişdir. Sonra Nəsimi rayonu Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən, Moskva Univermağında həmin qızıl-zinət əşyalarını sonradan adını öyrəndiyi Əmrah adlı şəxsə özünə məxsus olduğunu deyərək, xatırlamadığı qiymətə satmışdır. Oğurladığı 3 ədəd qol saatları və 1 ədəd foto aparatı isə Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə, xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 20 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi Gülüstan küçəsində bir evdə işıqların yanmadığını gördükdə evdə yaşayış olmadığını bilmiş, hasardan aşaraq həyətə daxil olmuş, həyətdən götürdüyü mişar daşı ilə evin plastik pəncərəsinin şüşəsini vurub sındırmaqla, pəncərəni açaraq evə daxil olmuşdur. Evi axtardığı vaxt aşkar etdiyi qadın üçün 3 ədəd qızıl üzüyü, 1 ədəd noutbok və yataq otağındakı dolabda yataq dəstinin arasında gördüyü 2300 manat pulu götürüb evdən çıxmışdır. Oğurladığı qızıl əşyaları və notbuku səhəri gün yəni, xx xxxxxx 2018-ci il tarixdə Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib, xatırlamadığı qiymətə satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu Gülüstan qəsəbəsində gördüyü bir evdə adam olmadığını aşkar etdikdən sonra həyətə daxil olmuş, evin plastik pəncərəsini dəmir alətlə açaraq oradan evə daxil olmuşdur. Evi axtardığı vaxt otaqların birində gördüyü 1 ədəd “Hisense” markalı televizoru oğurlayıb, evdən çıxmış və “Elit” marketin yaxınlığında tanımadığı şəxsə özünə məxsus olduğunu deyib 250 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Məhlləsində yaşayan Təqsirləndirilən şəxs2 evlərə girib oğurluq etməklə pul qazanmağı və əldə etdikləri pulları aralarında bərabər bölməsini təklif etdikdə, Samir təklifinə razı olmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 ilə kənd Binəqədidə görüşdükdə, evlərin birindən oğurluq etmək barədə aralarında razılıq olmuşdur. Orada bir evin darvazasını döymüşlər, qapını açan olmadığından, həyətdən və evdən səs gəlmədiyindən evdə adam olmadığını bilmişlər. Samir ilə hasardan aşaraq həyətə daxil olmuş, küçədən götürdüyü armatur parcası ilə plastik pəncərənin dəmir barmaqlığını qırmaqla, pəncərəni açıb evə daxil olmuşlar. Evi axtardıqda dəhlizdəki dolabda olan xurustal qabları, 2-ci mərtəbədə termoda olan 1 dəst qızıl komplekt üzük, 1 cüt qızıl sırğa, 3 ədəd ağ qaşlı qızıl üzükləri, boyunbağı, qızıl dişləri, 1000 manat pulu, 300 evronu, yataq otağından yataq dəstləri götürüb, həyətdəki darvazanı içəridən bağlamış və hasardan aşaraq küçəyə cıxaraq getmişlər. Oğurladıqları əşyalardan xurustal qabları və yataq dəstləri Bakı şəhəri 8-ci km. bazarında tanımadığı qadına 300 manata, oradan Laçın univermağına tərəf gedərək, həmin qızıl əşyaları tanımadığı bir kişiyə 500 manata satmışlar. Beləliklə əldə etdikləri pulları Samir ilə aralarında bölmüşlər. Payına düşən pulları şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat 19-20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında olan razılığa əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 9-cu döngə, 3 mərtəbəli evdə işıq yanmadğını gördükdə, evdə adam olmadığını bilmiş və hasardan aşaraq evin həyətinə girmişlər. Evdə adam olmadığına əmin olduqdan sonra evin plastik pəncərəsini sıxmaqla açıb evə daxil olmuşlar. Ev qaranlıq olduğundan üstündə olan alışqanın işığını yandırmaqla otaqları axtarmış, evin 2-ci mərtəbəsində yataq otağnda gördüyü qara rəngli çamadanın içərisindən sayını xatırlamadığı ABŞ dolları, rus rublları, 1 ədəd qızıl saatı, güzgülü şkafdan uşaq üçün 1 cüt qızıl sırğaları, mətbəxdə olan kameranın yaddaş blokunu götürüb evdən çıxmışdır. Oğurladıqları həmin əşyalar onda qalmış, xx xxxxxx 2018-ci il tarixdə, səhər saatlarında Samirlə görüşüb, M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı yerində həmin oğurladığı qızıl saat və qızıl sırğanı özünə məxsus olduğunu deyib, şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 200 manata satmışdır. Sonra yaxınlıqdakı, adını xatırlamadığı bankda ABŞ dollarını təxminən 700-800 manata dəyişmişdir, lakin 10.000 rus rubl pulların buraxılış tarixi 1995-ci il olduğundan ondan qəbul etməmişlər. Başqa yerdə də həmin rubulları dəyişə bilmədiyinə görə rus rubl pulları yolda, xatırlamadığı yerdə tullamışdır. Pulları Samirlə aralarında bölmüş, onun payına düşən pulları şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində Samir ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində bir evdə işıq yanmadığın gördükdə, evdə adam olmadığını bilmişlər. Küçə darvazası bağlı olmuş, darvazada vidiokamera olduğunu gördükdə, kameraya düşdüklərini bilmişdir. Evdən oğurluq etmək və kameranın yadaş blokunu çıxartmaqla izi itirmək üçün hasardan aşaraq həyətə daxil olmuşlar, hasara yaxın pəncərənin şüşəsini sındırmaqla, pəncərəni açıb Samir ilə birlikdə evə daxil olmuşdur. Üstündəki alışqanın işığında evi axtarmalarına baxmayaraq qızıl və pul tapa bilməmişlər. Birinci mərtəbədən, ikinci mərtəbəyə olan pilləkənin altındakı balaca otaqdan oğurladıqları kameranın yadaş blokunu, evdən küçəyə çıxaraq, təxminən 100 metr uzaqlaşdıqdan sonra yolda atmışlar. Həmin evdən təxminən 200 metr aralıda başqa evdə işıq yanmadğını gördükdə, orada yaşayan olmadığını bilmiş, evdən oğurluq etmək üçün darvazaya yaxınlaşmış və darvazanın bağlı olduğunu görmüşdür. Darvazanın üstündə vidio kamera olduğunu görmüşlər. Darvazanın üstündən Təqsirləndirilən şəxs2 ilə birlikdə həyətə daxil olmuş, evin pəncərələri üstündə dəmir barmaqlıqlar olduğunu görmüşdür. Evin zirzəmisinin pəncərəsi üzərində olan arkonun üstünə çıxmış və onun üstündəki pəncərənin dəmir barmaqlığın həyətdən götürdüyü armatur ilə sındırmaqla yerindən çıxarmışdır. Plastikdən olan pəncərəni aça bilmədiyi üçün, armatur ilə pəncərənin şüşəsini sındırmış, əlini içəri salıb pəncərəni açaraq Samir ilə birlikdə evin qonaq otağına daxil olmuşdur. Kameranın yaddaş blokunu otaqdakı stolun üstündə görmüşdür. Alışqanın işığı ilə otaqları axtarmış, lakin evdən qızıl, nə də pul tapa bilməmişlər. Evdən çıxanda kameranın yaddaş blokunu yerindən çıxartmaqla oğurlayıb, hasardan küçəyə çıxmışlar. Həmin evdən kameranın yaddaş blokundan başqa heç nə oğurlamamışlar. Evdən təxminən bir qədər uzaqlaşdıqdan sonra yolun kənarındakı zibilliyə həmin yaddaş blokunu atmışlar. Bundan sonra bir qədər aralıda başqa bir evdə işıqların yanmadığını gördükdə oradan oğurluq etmək üçün, Təqsirləndirilən şəxs2 ilə birlikdə hasardan aşaraq, həyətə daxil olmuşlar. Evin qarşısında gördükləri vidiokameraya əhəmiyyət verməyərək, evin birinci mərtəbəsindəki dar və hündür olan pəncərəsinin üstündəki dəmir barmaqlığı, həyətdən götürdüyü dəmir stulun ayaq hissəsi ilə sındırıb yerindən çıxartmış, sonra pəncərənin şüşəsini stul ilə sındırmaqla, pəncərəni açdıqda, siqnalizasiya işə düşərək, siqnal verməyə başlamışdır. Polis əməkdaşların gəlməyi təxminən 10-15 dəqiqə çəkəcəyini, o vaxta qədər evi axtarıb pul, qızıl tapa biləcəklərini Samirə demiş və alışqanın işığında evi axtarmışlar. Lakin pul və qızıl tapa bilməmişlər. Evin mansarında kameranın yaddaş blokun gördükdə, bloku yerindən çıxartmışlar. Samir ona küçədən avtomaşın işığın gəldiyini və tez çıxmalarını dedikdə, evə daxil olduqları yerdən küçəyə çıxıb qaçmağa başlamışlar. Lakin polis əməkdaşları onları yaxalayıb, Mehdiabad polis bölməsinə aparmışlar. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu S.Əzim Şirvani küçəsi ev 37-də anası Nailə Abbasova ilə yaşamışdır. İş axtarmağına baxmayaraq heç yerdə iş tapa bilməmiş, getdikcə maddi vəziyyəti çətin olduğundan oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Bir məhəllədə yaşadığı Təqsirləndirilən şəxs1 ilə oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. Mirsaleh ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 19-20 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 9-cu döngədə, 3 mərtəbəli evin işıqlarının yanmadğını gördükdə, evdə adam olmadığını bilmiş, evdən oğurluq etmək üçün hasardan aşaraq evin həyətinə daxil olmuşlar. Evin plastik pəncərəsini sıxmaqla, pəncərəni açıb evə daxil olmuş, ev qaranlıq olduğundan Mirsaleh üstündə olan alışqanın işığını yandırmaqla otaqları axtarmağa başlamışlar.Evin 2-ci mərtəbəsində, yataq otağnda gördüyükləri əl çantasından sayını xatırlamadığı avro, ABŞ dolları və rus rublunu, 1 ədəd “makstaym” modeli saatı, yataq otağındakı güzgülü şkafdan 1 cüt qızıl sırğanı və mətbəxə quraşdırılmış vidio kameranın yaddaş blokunu götürdükdən sonra, evin qapısını içəri tərəfdən açaraq həyətə, oradan isə hasarı aşamaqla küçəyə çıxaraq getmişlər. Mirsaleh yolda xatırlamadığı yerdə kameranın yaddaş blokunu atmışlar. Oğurladıqları həmin əşyalar gecə Mirsalehdə qalmışdır. xx xxxxxx 2018-ci il tarixdə, səhər saatlarında Mirsaleh ilə görüşüb, M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən qızıl-alqı satqısı yerdə Mirsaleh oğurladıqlarə qızıl saat və qızıl sırğanı özünə məxsus olduğunu deyib, şəxsiyyət vəsiqəsini göstərməklə orada tanımadığı bir kişiyə 200 manata satmışdır. Orada Mirsaleh bankların birində avra və ABŞ dollarını birlikdə təxminən 700-800 manata dəyişmiş, ancaq 10.000 rus rubl pulların buraxılış tarixi 1995-ci il olduğundan həmin pulları bankdan qəbul etməmişlər. Başqa yerdə Mirsaleh həmin rubulları dəyişmək istəməsinə baxmayaraq götürən olmadığına görə rus rubl pulları yolda Mirsaleh xatırlamadığı yerdə tullamışdır. Mirsaleh ilə oğurluq etdiyikləri zaman əldə etdikləri pulları aralarında bərabər bölmüşlər, payına düşən pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində MirsalehMəmmədov ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, A.İsfahani küçəsində diqqətlərini cəlb edən bir evdə adam olmadığına əmin olduqdan sonra, küçədə gördükləri armatur parcasın götürüb, Mirsaleh ilə hasardan aşaraq, həyətə daxil olmuşlar. Armatur parcası ilə plastik pəncərənin dəmir barmaqlığını qırmış və pəncərəni sıxıb açaraq evə daxil olaraq, evi axtarmağa başlamışlar. Evin 1-ci mərtəbəsində, dəhlizdəki dolabda olan xurustal qabları, 2-ci mərtəbəsində yerləşən yataq otağındakı termodan sayını xatırlamadığı qızıl üzükləri, bir cüt qızıl sırğanı, qızıl boyunbağını üstündəki klunla, qızıl dişləri, 1000 manat nağd pulları, sayını və məbləğını xatırlamadığı avro pulları, yataq dəstlərin, 4 ədəd suviner qabları, kişi üçün 1 ədəd qol saatını və 1 ədəd üzərində “E” hərfi olan suviner bıçağı götürüb darvazadan küçəyə çıxaraq, getmişlər. Oğurladıqları əşyaları tanımadığı taksi ilə 8-ci km. bazarına aparmış, Xurustal qabları, yataq dəstləri, suviner qabları, qol saatını və suviner bıçağı bazarda tanımadığı bir qadına 300 manata satmışlar. Oradan Laçın univermağına tərəf gəlmiş və oğurladıqları qızıl əşyaları tanımadığı bir kişiyə 500 manata satmışlar.Sabahı günü isə Mirsaleh avronu xatırlamadığı bankda milli pula dəyişmişdir, hansı məbləğə dəyişdiyi yadında deyil. Beləliklə əldə etdikləri pulları Mirsaleh ilə aralarında bölmüş və payına düşən pulları şəxsi ehtiyaclarına xərcəmişlər. Bundan başqa, xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Mirsalehin təklifi ilə onunla Abşeron rayonun Mehdiabad qəsəbəsinə oğurluq etmək məqsədilə getmiş və saat 18 radələrində Mehdiabad kəndinə çatmışlar. Tanımadığı bir evdə işıq yanmadığından orada adam olmadığını bilmişdir. Küçə darvazası bağlı olmuşdur. Darvazada vidiokamera olduğunu gördükdə, kameraya düşdüklərini bilmişdir. Evdən oğurluq etmək və kameranın yadaş blokunu çıxartmaqla izi itirmək üçün hasardan həyətə daxil olmuşlar. Ev 2 mərtəbəli və mansardan ibarət olmuşdur. Evin qapı və pəncərələr bağlı olmuşdur. Evin hasara yaxın olan pəncərəsinin şüşəsini Mirsaleh sındırmaqla, pəncərəni açıb oradan evə daxil olmuşlar. Siqaret çəkdiyi alışqanın işığını yandırmaqla evin birinci və yuxarı mərtəbələrindəki otaqları axtarmalarına baxmayaraq, evdən qızıl və pul tapa bilməmişlər. Birinci mərtəbədən, ikinci mərtəbəyə olan pilləkənin altındakı balaca otaqda, kameranın yadaş blokunu götürüb həyətdəki nərdivanı hasara qoyaraq, nərdivanla küçəyə çıxaraq, oradan oğurladıqları yaddaş blokunu evdən təxminən 100 metr uzaqlaşdıqda yolda atmışlar. Həmin evdə kameranın yaddaş blokundan başqa heç nə oğuramamışlar. Bundan başqa həmin evdən təxminən 150-200 mater aralıda, saat 19 radələrində bir mərtəbəli evdə işıqların yanmadğını gördükdə, orada yaşayış olmadığını bilmiş, evdən oğurluq etmək üçün darvazasya yaxınlaşdıqda darvaza bağlı olmuşdur. Darvazanın üstündə vidiokamera olduğunu görmüşlər. Darvazanın üstündən Mirsaleh ilə həyətə daxil olmuş, Mirsaleh həyətdə gördüyü armatur tikəsi ilə evin zirzəmisinin pəncərəsi üzərində olan arkonun üstünə çıxaraq, onun üstündəki pəncərənin dəmir barmaqlığın armatur ilə sındırmaqla yerindən çıxardıb kənara atmış, plastikdən olan pəncərənin şüşəsini armatur ilə sındırmaqla, pəncərəni açaraq evə daxil olmuşlar. Daxil olduqları qonaq otağında kameranın yadaş blokunu otaqdakı stolun üstündə görmüşlər. Alışqanın işığı ilə otaqları axtarmışlar, ancaq qızıl zinət əşyaları və pul tapa bilməmişlər. Evdən çıxanda kameranın yaddaş blokunu yerindən Mirsaleh çıxartmışdır. Hasardan küçəyə çıxmışlar. Evdən kameranın yaddaş blokundan başqa heç nə oğurlaya bilməmişlər. Evdən təxminən bir qədər uzaqlaşdıqdan sonra yolun kənarında zibilliyə Mirsaleh yaddaş blokunu tullamışdır. Bundan sonra Mirsalehin təklifi ilə yenə oğurluq etmək üçün ev axtarmışlar və bir qədər aralıda işıqları yanmayan gördükləri iki mərtəbəli evdən oğurluq etmək üçün, saat 21 radələrində hasardan keçərək həyətə daxil olmuşlar. Evin qarşısında vidiokameranın olduğunu görmüşlər, lakin kameraya əhəmiyyət verməyib, birinci mərtəbənin dar və hündür olan pəncərəsinin üstündəki dəmir barmaqlığı, Mirsaleh həyətdən gördüyü dəmir stulun ayaq hissəsi ilə sındırıb yerindən çıxartmış, sonra isə pəncərənin şüşəsini stul ilə sındırıb pəncərəni açdıqda, siqnalizasiya işə düşərək, siqnal verməyə başlamışdır. Mirsalehə qaçıb, getmələrini deməsinə baxmayaraq, Mirsaleh polis əməkdaşların təxmınən 10-15 dəqiqəyə gələ biləcəyini və o vaxta qədər evi axtarmağı demişdir. Evi alışqanın işığında axatarmışlar, lakin pul və qızıl tapa bilməmişlər. Evin mansarında kameranın yaddaş blokunu Mirsaleh yerindən çıxartmışdır. Həmin vaxt küçədən avtomaşın işığın gəldiyi gördükdə, Mirsalehə işıq gəldiyini demiş və evə daxil olduqları yerdən küçəyə çıxıb qaçmağa başlamışlar. Lakin polis əməkdaşları gəlib onları tutub, polis bölməsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə ailəsi ilə birlikdə Tovuz rayonuna getmiş və xx.xx.2018-ci il tarixdə, saat 10: 30 radələrində yaşadığı həmin evə qayıtdıqda evin mətbəx otağının pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olaraq yataq otağında əşyaların dağınıq olduğunu gördükdə oğurluq olduğunu bilmiş və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra yataq otağında qoyduğu 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 700 manat dəyərində 1 ədəd qızıl üzüyü, 300 manat dəyərində uşaq üçün 1 cüt qızıl sırğa, 1000 manat dəyərində 1 ədəd qızıl qolbağı və 500 manat nəğd pulun oğurlandığını və ona ümumilikdə 3500 manat maddi ziyan dəydiyini aşkar etmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 18 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində arvadı Məfkurə ilə evdən çıxaraq işə getmişdir. Evdə isə 74 yaşlı anası Qumru qalmışdır. Axşam üstü arvadı ilə evinə qayıdarkən, yolda olduğu vaxt anası Qumru onun mobil telefonuna zəng edərək, evin ikinci mərtəbəsinə qalxdığını, lakin qapının açılmamasını bildirdikdə, ona yolda olduğunu, evə çatdığını demişdir. Təxminən 10-15 dəqiqədən sonra məhəlləyə döndükdə, evinin qarşısından 10-15 metr kənarda, qara rəngli 90 rəqəmlı seriyası yadında qalmayan, sonu 911 olan Vaz-2107 markalı avtomobilin hərəkətə başladığını və evinin qarşısında onunla üz-üzə çıxdığını görmüşdür. Evinin ikinci mərtəbəsinə qalxdıqda qapının bağlı olduğunu görüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra evə gəlmiş polis əməkdaşları arxa qapıdan evə daxil olmuşlar. Bundan sonra evindən oğurluq olduğunu, oğurluq edən şəxsin qapını arxadan bağladığını bilmişdir. Oğurluq zamanı evindən ona məxsus 1000 manat dəyərində 1 ədəd 750 əyarlı, 17 qram çəkidə, İtaliya istehsalı olan 1 ədəd qızıl bilərzik, 350 manat dəyərində 1 ədəd 585 əyarlı 7 qram çəkidə Rusiya istehsalı olan qızıl bilərzik, 1200 manat dəyərində 1 ədəd 585 əyarlı 20 qram çəkidə Rusiya istehsalı olan qızıl tros boyunbağı, 2000 manat dəyərində 1 ədəd 583 əyarlı briliyant qaşları olan qızıl üzük və 2000 manat dəyərində 583 əyarlı qızıl sırğa, 500 manat dəyərində 1 ədəd 8 qram çəkidə spiral formasında olan qızıl üzük, 3000 manat dəyərində 1 ədəd qızıl sadə üzük, 300 manat dəyərində 1 ədəd ”Fijifilm” markalı fotoaparat, 400 manat dəyərində 1 ədəd “Svvatsh” markalı qol saatı, 1000 manat dəyərində 1 ədəd “Tissot” markalı qol saatı, 1300 manat dəyərində 1 ədəd “Armani” markalı qol saatı, 2000 manat pul və Azərbaycan manatına məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları oğurlanmışdır. Hadisədən bir neçə gün sonra televizorda xəbərlər proqramına baxarkən Abşeron rayonunda oğurluq edən şəxslərin saxlandığını, arvadı Məfkurə ilə həmin şəxslərdən birini görərək, oğurluq baş verən vaxtı evlərinin qarşısından qara rəngli Vaz -2107 markalı avtomobili idarə edən şəxs olduğunu, onlardan birinin adının Mirsaleh olduğunu bilmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) X9 ifadəsində göstərmişdir ki, ünvan 19 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə oğlanları ilə birlikdə Nabrana istirahata getmişlər. xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində sabiq əri evdən çıxaraq işə getmiş və həmin tarixdə, saat 21 radələrində evinə qayıtmışdır. Həyətin giriş darvazasını açarla aça bilmədikdə hasardan aşaraq, həyətə keçmiş və hamamın pəncərəsinin dəmir barmaqlıqlarının qırıldığını görmüşdür. Evin giriş qapısını açarla açaraq, evə daxil olduqda otaqdakı əşyaların dağınıq olduğunu görmüş, mətbəxin plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını gördükdə, evdən oğurluq olduğunu başa düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonra əri qohumu Anar Məhərrəmova zəng edərək, oğurluq barədə ona demişdir. Bir qədərdən sonra Anar gəlmiş və onunla mənzilə daxil olmuşdur. Daha sonra gəlmiş polis əməkdaşları ilə evə baxış keçirilmişdir. Oğurluq zamanı evin birinci mərtəbəsindəki yataq otağındakı paltar dolabında olan mücrüdən ona məxsus 2000 manat dəyərində 1 ədəd 50 qramlıq qızıl boyunbağı, 1000 manat dəyərində 1 ədəd 20 qramlıq qızıl bilərzik, 3000 manat dəyərində 1 ədəd 20 qramlıq qadın qızıl qol saatı, 3000 manat dəyərində 1 ədəd “çəçiy” boyunbağı, 1500 manat dəyərində 1 ədəd briliyant qaşlı nazik boyunbağı, 500 manat dəyərində 1 ədəd ayaq üçün qızıl bilərzik, 800 manat dəyərində 1 cüt sırğa və 01 ədəd üzükdən ibarət qızıl dəst, 1200 manat dəyərində İtaliya istehsalı olan 1 ədəd dairəvi üzük və sırğa, 300 manat dəyərində 1 ədəd dördbucaqlı qadın qızıl üzüyü, hər birinin dəyəri 300 manat olan 2 ədəd qadın qızıl üzüyü, 800 manat dəyərində briliyant qaşlı qadın qızıl üzüyü, 800 manat dəyərində 1 ədəd briliyant qaşlı kişi qızıl üzüyü, 800 manat dəyərində gümüş bilərzik və üzükdən ibarət dəst, 300 manat dəyərində paxlava formalı qızıl üzük, 400 manat dəyərində 1 ədəd dairəvi sırğa, 500 manat dəyərində 1 ədəd qızıl bilərzik, 300 manat dəyərində paxlava şəkilinda sırğa, 200 manat dəyərində “həftəlik” üzük, 400 manat dəyərində uzunzov sırğa, 150 manat dəyərində qızıl kulon oğurlanmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 20 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 13 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sədərək ticarət mərkəzinə getmiş, saat 16 radələrində evinə qayıtmışlar. Həyət darvazasının arxadan bağlı olduğunu gördükdə, hasardan aşaraq həyətə daxil olmuş, evin də giriş qapısının arxadan bağlı olduğunu görmüşdür. Evdən oğurluq olduğundan şübhələndiyi üçün DİN-nin 102 xidmətinə zəng edib, bu barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evin mətbəxinin plastik pəncərəsindən naməlum şəxsin evə daxil olaraq, evin yataq otağındakı dolabdan 1200 manat dəyərində 750 əyarlı 10 qram çəkidə briliyant qaşlı üzük, 500 manat dəyərində 750 əyarlı 6 qram çəkidə 1 cüt qızıl sırğa, 400 manat dəyərində 750 əyarlı 5 qram çəkidə qızıl bilərzik və 400 manat dəyərində 750 əyarlı 5 qram çəkidə qızıl bilərzik oğurladığını aşkar etmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, ünvan 21 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə getmişdir. Ondan sonra saat 13 radələrində evdən arvadı və qızı çıxıb, getmişlər. Həmin tarixdə saat 21:40 radələrində evinə qayıtmış, evin qapısını açmaq istədikdə, qapının açılmadığını görmüş və evin ətrafına baxdıqda, arxa yan tərəfdə mətbəxin böyük pəncərəsinin dəmir barmaqlığının sındırıldığını, pəncərəyə nərdivan qoyulduğunu, plastik pəncərəni açıq vəziyyətdə gördükdə, oğurluq olduğunu bilmişdir. DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə evə baxış keçirilmişdir. Evindən yataq otağında olan dolabın siyirməsindən 13000 manat nəğd pul, mücrünün içərisindən 1000 manat dəyərində qızıl-zinət dəstindən ibarət 1 ədəd göy qaşlı qızıl üzük, üstündə göy qaşları olan bir cüt qızıl sırğa, 400 manat dəyərində 1 ədəd qızıl nişan üzük, 300 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 1 ədəd şüşə qabın içərisindəki 40 manat qəpik pulları oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 11 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 10 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb getmiş və həmin tarixdə saat 18:40 radələrində evə qayıtmış, evə daxil olduqda yataq otağındakı çarpayının üstünün daxılmış olduğunu görmüşdür. Otaqda olan şkafın sirməsindən ona məxsus 2000 manat dəyərində 1 ədəd “Luç” markalı qızıl qol saatın, 700 manat dəyərində 1 ədəd kişi üçün qızıl nişan üzüyün, 700 manat dəyərində qadın üçün 1 ədəd qızıl nişan üzüyün, hər birinin dəyəri 450 manat olan 2 ədəd qızıl üzük, hər bir cütünün dəyəri 360 manat olan 2 cüt qızıl sırğanın, 2500 manat dəyərində 1 ədəd briliyant qaşlı qızıl braslet dəstınin, 30 manat dəyərində 1 ədəd gümüş üzüyün oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 23 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 18:00-da arvadı Gülşən Mürsəlova evdən çıxaraq işə getmişdir. Həmin tarixdə saat 19:15 radələrində işdən çıxıb yaşadığı evinə qayıtmış, evin qonaq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Evinə daxil olub əmlaklarını yoxladıqda, evindən ona məxsus 2400 manat dəyərində, 1 ədəd “Hisense” markalı televizorun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə işi ilə əlaqədar Şəki şəhərində yaşamasına baxmayaraq, tez-tez Binəqədi rayonu, Binəqədi kəndi, 9-cu döngə, 14A saylı həyət evinə gəlb-gedir. Sonuncu dəfə evində xx.xx.2018-ci il tarixdə olmuş və Şəki şəhərinə getmişdir. Həmin evinə nəzarət edən, Binəqədi rayonu, Binəqədi kəndi, 11-ci küçədə yaşayan qaynı Kamal və arvadı Zemfira xx.xx.2018-ci il tarixdə günorta saatlarında evə baxıb getmişlər. xx.xx.2018-ci il tarixdə, saat 08: 30 radələrində qaynı Kamal və arvadı Zemfira evə getmiş, evin giriş qapısının açıq olduğunu və evdəki əşyaların dağınıq olduğunu gördükdə, evdən oğurluq olduğunu başa düşmüşlər. Zemfira ona, Kamal isə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə xəbər vermişlər. Bundan bir qədər sonra evinə gəlmiş, evindəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, yataq otağına bitişik saxlanc otağındakı əl çantasından ona məxsus 1500 avro, 2500 ABŞ dolları, 10.000 rus rublun və 500 manat dəyərində 1 ədəd “makstaym” modelli saatın, yataq otağındakı güzgülü şkafdan 150 manat dəyərində 1 cüt qızıl sırğaların oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 13 də fərdi evdə ailəsi ilə yaşayır. Hadisə baş verməzdən bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna getmiş, evdə qalan əri Telman, oğlu Fərzəndə və onun ailəsi xx.xx.2018-ci il tarixdə, saat 17 radələrində Buzovna qəsəbəsinə getmişlər. Onlar həmin tarixdə evə qayıtdıqda hamamın pəncərəsindən naməlum şəxsin evə daxil olduğunu, evdən ona məxsus 2500 manat dəyərində 585 əyarlı qızıl qolbaq və kolyedən ibarət dəst, 400 manat dəyərində 1 ədəd 585 əyarlı 10 qram çəkidə qızıl tros boyunbağı, 450 manat dəyərində 1 ədəd 585 əyarlı qadın qızıl boyunbağı, 300 manat dəyərində 1 ədəd 585 əyarlı 3qram çəkidə üzərində gözmuncuğu qaşı olan qızıl boyunbağı, 500 manat dəyərində 1 ədəd 583 əyarlı 8qram çəkidə 1 ədəd qadın üçün təkqaşlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 1 ədəd 7 qram çəkidə salxım formalı qadın qızıl üzük, 160 manat dəyərində 1 ədəd 585 əyarlı 3 qram çəkidə üzərində gül formasında qaşları olan qadın qızıl üzük, 500 manat dəyərində 1 ədəd 585 əyarlı 7 qram çəkidə salxım formalı qadın üçün qızıl üzük, 300 manat dəyərində 1 ədəd 585 əyarlı 4 qram çəkidə paxlava formalı qadın üçün qızıl üzük, 200 manat dəyərində 1 ədəd 585 əyarlı 2 qram çəkidə təkqaşlı qadın qızıl üzüyü, 120 manat dəyərində 1 ədəd 585 əyarlı 2 qram çəkidə oğlan uşağı üçün qızıl bilərzik, 120 manat dəyərində 1 ədəd 585 əyarlı 2 qram çəkidə qız uşağı üçün qızıl bilərzik, 80 manat dəyərində 1 cüt 585 əyarlı 2 qram çəkidə qız uşağı üçün qızıl sırğa və yataq otağındakı şkafın içində oğlu Fərzəndənin gödəkçəsinin cibindən 2000 manat pul oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, İsfəhani küçəsi, yeni tikilidə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018ci il tarixdə, səhər saatlarında arvadı ilə birlikdə evdən çıxaraq Kürdəmir rayonuna getmiş, xx.xx.2018-ci il tarixdə, saat 22 radələrində evinə qayıtmış, evin mətbəx pəncərəsinin açıq olduğunu görmüşdür. Evinə daxil olarkən, evdəki əşyaların dağınıq vəziyyətdə oldğunu gördükdə, evdən oğurluq olduğnu bilmişdir. Yataq otağındakı dəsmalların arasında olan 1200 manat pulun və termonun qarşısındakı qabda olan 300 manat dəyərində bir ədəd qızıl üzüyün, 300 manat dəyərində bir cüt qızıl sırğanın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 24 mənzil 13 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 07: 15 dəqiqədə ailə üzvləri ilə evdən çıxmış, həmin tarixdə saat 20: 45 radələrində qızı ilə evə qayıdaraq həyətin giriş darvazasını açmaq istədikdə, darvazanın arxadan yəni, həyətdən bağlı olduğunu bilmişdir. Oğurluq olduğunu güman edərək DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra darvazanı içəridən açaraq həyətə daxil olmuş və evin mətbəx otağının plastik pəncərəsinin, dəmir barmaqlıqlarının sökülərək yerdə olmadığını və pəncərənin açıq olduğun görmüşdür. Mənzilə daxil olmuş, mənzildəki əşyaların dağıldığını, girişdə paltar dolabında olan 1500 manat dəyərində Çexoslovakiya istehsalı olan “Tom” markalı xurustal qabları, evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı termodan ümumilikdə 3000 manat dəyərində olan 750 əyarlı, İtaliya istehsalı olan bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, ümumilikdə 2500 manat dəyərində olan 583 əyarlı, Rusiya istehsalı olan biriliyant qaşlı bir ədəd qızıl nişan üzüyü, briliant qaşlı qızıl üzük, adi qaşlı bir ədəd qızıl üzük, Ərəbistan istehsalı olan bir ədəd qızıl boyunbağı klunla birlikdə, 500 manat dəyərində 12 ədəd qızıl dişlər, 1000 manat nağd pulu, 5,890.5 manat məzənnəsində olan 3000 avro, 2000 manat dəyərində İtaliya istehsalı olan “Kenzo” markalı yataq dəstləri, 200 manat dəyərində 4 ədəd suviner qabları, 400 manat dəyərində 1 ədəd kişi qol saatı, 100 manat dəyərində 1 ədəd üzərində “E” hərfi olan suviner bıçağı, evindən ümumilikdə 17.090 manat dəyərində əmlakı oğurlanmış və həmin məbləğdə ona maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Gülüstan küçəsi döngə 4, ev 18 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, səhər saatlarında ailə üzvləri ilə birlikdə evdən çıxıb getmişdir. Həmin tarixdə saat 15 radələrində oğlu İsmayıl evə qayıtmış və evin 1-ci mərtəbəsinin plastikdən olan pəncərəsinin açıq olduğunu görmüşdür. Evindən ona məxsus 1000 manat dəyərində 1 ədəd, “Asus” markalı noutbuku oğurlanmışdır. DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Evə qayıdıb əmlaklarını yoxladıqda ona məxsus 1 ədəd “Asus” markalı noutbukdan başqa, hər biri 50 manat dəyərində olan 2 ədəd gümüş üzüklərin, 50 manat dəyərində 1 ədəd, markasını bilmədiyi disk oxuyan aparatın oğurlandığını, beləliklə evindən 1150 manat dəyərində əmlakının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ünvan 25 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində evdən çıxıb işə getmişdir. Həmin vaxt arvadı uşağı baxçaya aparmaq üçün evdən çıxmış və saat 10 radələrində arvadı evə qayıdarkən evdən oğurluq olduğunu aşkar etmişdir. Arvadı ona zəng edərək oğurluq barədə dedikdən sonra, dərhal evə qayıtmışdır. Naməlum şəxsin hasardan aşaraq zala və mətbəxə açılan plastik pəncərəni açaraq evə daxil olduğunu aşkar etmişdir. Evindən yataq otağındakı termonun 1-ci siyirməsindən, dairəvi formalı pampası metal qabında olan 700 manat dəyərində qızıl boyunbağı, 500 manat dəyərində 11 ədəd qızıl diş, 4 künc formalı qırmızı rəngli qutudan 100 manat dəyərində 1 cüt qızıl sarğa, 250 manat dəyərində 1 ədəd paxlava qurluşlu qızıl üzüyün, ümumilikdə 1550 manat dəyərində əmlakının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, ünvan 26 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. Ondan yarım saat əvvəl isə arvadı evdən çıxaraq işə getmişdir. Həmin tarixdə saat 22 radələrində evinə qayıtmış, evdəki əşyaların dağınıq olduğunu görmüşdür. Evin qonaq otağı ilə, qarajı arasında olan şüşənin sındırılmış olduğunu gördükdə, evindən oğurluq olduğunu bilmişdir. Evdə döşəmədə qan damcıların olduğunu görmüşdür. DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluq zamanı yataq otağındakı dolabdan ona məxsus 800 manat dəyərində 3 ədəd qızıl üzük, yataq dəsti üzlüyün içərisindən 2300 manat pulu, 2-ci mərtəbədən 700 manat dəyərində 1 ədəd “toshiba” markalı notebuk, ümumilikdə 3800 manat dəyərində əmlakı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, ünvan 27 15 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb işə getmişdir. xx.xx.2018-ci il tarixdə saat 02 radələrində evə qayıtmış, evin yataq otağının dəmir barmaqlığın qırıldığını, plastik pəncərədən evə daxil olub dağıntı olduğunu aşkar etmişdir. Evə daxil olub yataq otağdakı dolabda termonun siyirməsindən ona məxsus 4760 manat dəyərində 2800 ABŞ dolların, 2000 manat nəğd pulların, dolabın üstündə olan mücrüdən 1500 manat dəyərində bir cüt briliyant qaşlı qızıl sırğaların, 1000 manat dəyərində bir ədəd briliant qaşlı qızıl nişan üzüyün, 2000 manat dəyərində bir ədəd qızıl tros boyunbağın, 300 manat dəyərində bir ədəd adi qaşlı qızıl üzüyün, 200 manat dəyərində bir ədəd sadə qızıl üzüyün, 20 manat dəyərində 1 ədəd NOKİA TA 1017 markalı **********34114 və **********33111 İMEİ kodlu mobil telefonun, dolabdan asılmış 1000 manat dəyərində bir ədəd dublyonkasının, ümumilikdə 12760 manat dəyərində əmlaklarının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, ünvan 28 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə evdən çıxaraq işə getmiş, ondan sonra isə saat 09 radələrində oğlu evdən çıxıb işə getmişdir. İşdə olduğu vaxt saat 11 radələrində arvadı Raziyə ona zəng vuraraq ərzaq almaq üçün yaxınlıqda olan marketə getdiyini və evə qayıdan zaman evdən oğurluq olduğunu aşkar etdiyini demişdir. Bundan sonra evinə qayıtmış, evin mətbəxinin plastik pəncərəsinə vurulmuş torun kəsildiyini və pəncərənin açıq olduğunu görmüşdür. Evdəki əşyaları yoxladıqda evin qonaq otağındakı paltar dolabın sol siyirməsində, dəsmalın arasında saxladığı ona məxsus 1000 manat pulun, dolabın sağ tərəfində açıq-çəhrayı rəngli qızıl qabından 500 manat dəyərində 1 ədəd 585 əyarlı üzərində nar formalı ağ rəngli sadə qaşları olan qızıl üzük, fil dişi rəngli qızıl qabın içərisində olan 500 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağının, ümumilikdə 2000 manat dəyərində əmlakının oğurlandığını aşkar etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, ünvan 29 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdən çıxaraq yaxınlıqda yaşayan atası evinə getmiş, həmin tarixdə saat 18 radələrində evinə qayıtmış və evin 2-ci mərtəbəsinin pəncərələrindən birinin açıq olduğunu görmüşdür. Dərhal 2-ci mərtəbəyə qalxaraq, evin giriş qapısını açarla açaraq içəri daxil olduqda pəncərənin qarşısında olan divan və kreslonun yerinin dəyişdirildiyini və üzərində ayaq izlərinin olduğunu gördükdə, evindən oğurluq olduğunu bilmişdir. Evdəki əmlaklarını yoxladıqda yataq otağındakı 3 siyirməli dolabda olan 1600 manat dəyərində 1 ədəd, “Tissot” markalı kişi qol saatı, 800 manat dəyərində 1 ədəd kişi qol saatı, 150 manat dəyərində 1 ədəd qızıl nazik boyunbağı, 120 manat dəyərində 1 ədəd ağ qaşlı qızıldan olan qadın üçün üzük, 80 manat dəyərində 1 ədəd qızıl suyuna çəkilmiş göy qaşlı bilərzik, 40 manat dəyərində 1 ədəd ağ qaşlı qadın qol saatı, 25 manat dəyərində 1 ədəd, göy rəngli kəməri olan sarı qaşlı, qadın üçün qol saatı, 70 manat dəyərində 1 ədəd ağ qaşlı kişi üzüyü, 160 manat dəyərində 1 ədəd “Samsung DUOS” markalı mobil telefonu, ümumilikdə 4.045 manat dəyərində əmlakı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu 3-cü mədən, döngə 12, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 08 radələrində evdən çıxaraq işə getmiş və saat 18 radələrində evə qayıtdıqda evdəki əşyaların dağınıq, yataq otağındakı pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Yataq otağındakı sandığa baxdıqda, sandığın qıfılının sındırıldığını, sandıqda saxladığı 5000 manat pulun və 300 manat dəyərində 1 cüt qırmızı qaşlı sırğaların oğurlandığını aşkar etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 5300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 Ələhməd oğlu ifadəsində göstərmişdir ki, ünvan 30 6 ünvanında yerləşən 24 nömrəli evdə yaşayır. xx xxxxxx 2018ci il tarixdə, saat 20 radələrində evin qonaq otağında olan 150 manat dəyərində 1 ədəd “HP” markalı notebook kompyuteri, yataq otağında mücrüdə olan 400 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünü və evin həyətində olan otaqdan 50 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonu oğurlandığını aşkar etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş ƏlZərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, ünvan 31 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. xx xxxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində evin arxa tərəfindən qonaq otağın plastik pəncərəsindən yaşayış sahəsinə daxil olub, evin yataq otağında şkafın içərisindəki kitabın arasında olan 2200 manat pulunu oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 Ağasaid oğlu ifadəsində göstərmişdir ki, ünvan 27 8, mənzil 27 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdən çıxaraq bağa getmiş və xx.xx.2018-ci il tarixdə saat 14 radələrində evinə qayıtmış, evin darvazasının qapısını açarla açmaq istəməsinə baxmayaraq, qapı açılmadıqda qapının içəridən bağlandığını bilmiş və evdən oğurluq olmasından şübhələnmişdir. Hasardan aşaraq həyətinə daxil olmuş, evin birinci mərtəbəsinin plastik pəncərəsinin sındırılaraq açıq olduğunu görmüş, evə daxil olaraq yataq otağından 50 manat dəyərində bir ədəd “Blakcbery”, 50 manat dəyərində bir ədəd “Samsung” markalı **********13175 imei kodlu mobil telefonlarının, 100 manat dəyərində “Tissot” markalı 1 ədəd qol saatının, 100 manat dəyərində uşaq üçün bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində bir cüt qızıl sırğa və 100 manat dəyərində bir ədəd qızıl boyunbağının, ümumilikdə 600 maat dəyərində əmlaklarının oğurlandığını aşkar etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 12, ev 17B ünvanda yaşayır. xx xxxxxx 2018-ci il tarixdə saat 09-dan, saat 23 radələrinədək olan müddət ərzində evində olmamışdır. Həmin tarixdə evinə qayıtdıqda evindən oğurluq olduğunu aşkar etmiş və Dİnnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə evinə keçirilən baxış zamanı evə mətbəxin pəncərəsini sındırmaqla naməlum şəxsin evə daxil olub ona məxsus 600 manat pul, 300 manat dəyərində 1 ədəd qızıl üzük, 350 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 100 manat dəyərində gümüş bəzək əşyaları və 120 manat dəyərində 1 ədəd maqnitofonun, ümumilikdə 1470 manat dəyərində əmlaklarının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 15-də nömrəsiz evdə yaşayır. 2018-ci ilin avqust ayının 24-dən, 26-dək evdə olmamışdır. xx.xx.2018-ci il tarixdə, saat 14 radələrində evinə qayıtmış, evin mətbəxinin həyət istiqamətində olan pəncərəsinin dəmir barmaqlığının qırıldığını görmüş və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə evinə keçirilən baxış zamanı, yataq otağındakı şkafın sirməsində olan 8160 manat məzənəsində olan 4800 ABŞ dolları, 396 manat məzənəsində olan 200 avro, 700 manat dəyərində bir ədəd qızıl boyunbağı, 300 manat dəyərində bir ədəd qızıl üzük, 1000 manat dəyərində iki ədəd qızıl boyunbağı qızıl klunla birlikdə oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, ünvan 33 ünvanda ailəsi ilə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 09 radələrində evdən çıxıb işə getmiş, saat 12 radələrində isə arvadı da evdən çıxaraq işə getmişdir. Həmin tarixdə saat 17: 30 radələrində evinə qayıtmış, qapını açıb evə daxil olduqda, giriş hissədə stul olduğu, yataq otağındakı şkafda olan paltarların dağıldığını gördükdə evindən oğurluq olduğunu bilmiş və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Evinə keçirilən baxış zamanı şkafdan ona məxsus 1000 manat pulun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, ünvan 34 ünvanda ailəsi ilə yaşayır. xx.xx.2018-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb yaxınlıqda yaşayan oğlunun evinə getmiş, oradan saat 20 radələrində evinə qayıtmış, evin giriş qapısının arxadan bağlı olduğunu, sonra evin qonaq otağının açıq olduğunu görmüşdür. Evə daxil olduqda yataq otağında və digər otaqlarda əşyaların dağınıq olduğunu gördükdə, evdən oğurluq olduğunu başa düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qonaq otağındakı əşyaların arasında qoyduğu 5000 manat pulun, 2500 manat dəyərində 1 dəst qızıl-zinət əşyalardan ibarət olan bir ədəd qızıl boyunbağınin, bir cüt qızıl sırğanın, bir ədəd qızıl üzüyün və 700 manat dəyərində qızıl qolbağın oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Məmmədoğullar” servisin yaxınlığında kirayədə yaşayır. xx xxxxxxxx 2018-ci il tarixdə, saat 24 radələrində evdən çıxmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə evə qayıtmış, evdəki əşyaların dağınıq olduğunu görmüş, dolabda olan ümumilikdə 500 manat dəyərində 1 cüt qızıl sırğanın və boyunbağının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1285-də yerləşən yataqxananın yaxınlığındakı, nömrəsiz evdə ailəsi ilə yaşayır. xx.xx.2018-ci il tarixdə saat 12 radələrində evdən çıxmış və həmin tarixdə saat 23 radələrində evə qayıtmış, evin pəncərəsinin sındırıldığını, evdəki əşyaların dağınıq olduğunu görmüşdür. Evdəki paltar dolabında saxladığı 500 manat pul əskinazların və 50 manat məbləğındə olan qəpik pulların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona cəmi 550 manat məbləğındə maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsində fərdi evdə yaşayır. 2018-ci ilin sentyabr ayının 30-dan evində olmamış, xx xxxxxxx 2018-ci il tarixdə evinə qayıtmış, evin pəncərinindəki dəmir barmaqlığın qırıldığını, evə daxil olduqda yataq otağındakı şifonerdə olan gödəkçənin cibindəki 90 manat pulun, 250 manat dəyərində 1 ədəd qızıl üzüyün, 1200 manat dəyərində briliyant qaşlı qızıl üzüyün oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1540 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ona məxsus olan evdən xx xxxxxx 2018-ci il tarixdə, saat 17 radələrində çıxmışdır. xx xxxxxx 2018-ci il tarixdə, saat 17 radələrində evə qayıtdıqda, evin giriş qapısından sağ tərəfdəki ikinci pəncərənin çərçivəsi ilə birlikdə qırıldığını, evə daxil olduqda isə evdəki əşyaların dağınıq, dolab və qardirobların qapılarının açıq olduğunu, evin qonaq otağında quraşdırılmış müşahidə kamerasının yaddaş blokunun yerində olmadığını gördükdə, evindən oğurluq olduğunu bilmişdir. Evindən oğurlanmış bir ədəd “XVR1004” modelli 1 TB 4 müşahidə kamerasını 2018-ci ilin sentyabr ayında 350 manata almışdır. Oğurluq barədə ərizə ilə polisə müraciət etmişdir. Oğurluq zamanı evin pəncərə və çərçivəsinin sındırılması nəticəsinə ona 400 manat və müşahidə kamerasının yaddaş blokunun oğurlanması nəticəsində isə 350 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə olan evindən xx xxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində çıxmış və xx xxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində evinə qayıtdıqda, evin birinci mərtəbəsinin arxa divarındakı pəncərənin qarşısındakı dəmir barmaqlığın yerindən çıxarıldığını, pəncərənin şüşəsinin sındırıldığını və pəncərənin açıq olduğunu görmüşdür. Evin giriş qapısını açıb evinə daxil olduqda evdəki əşyaların dağıldığını, dolab və qardirobların qapılarının açıq oldğunu, birinci mərtəbədən ikinci mərtəbəyə olan pilləkanın qəfəsinin altında quraşdırılmış müşahidə kamerasının yaddaş blokunun yerində olmadığını, həmin blokun manitoru sındırılmış olduğunu və evdə saxladığı spirtli içkilərdən istifadə oğunduğunu gördükdə, evindən oğurluq olduğunu bilmişdir. Evindən 2018-ci ilin may ayında 390 manata aldığı “Gold Star” müşahidə kamerasının yaddaş bloku oğurlanmışdır. Oğurluq barədə ərizə ilə Abşeron rayon X16 Polis Bölməsinə müraciət etmişdir. Oğurluq hadisəsi zamanı evin pəncərəsinin və dəmir barmaqlığın sındırılması nəticəsində ona 100 manat, yaddaş blokunun monitorunun sındırılması nəticəsində 100 manat, hər biri 50 manat dəyərində 4 ədəd spirtli içkilərdən istifadə edildiyinə görə 200 manat məbləğındə ümumilikdə 400 manat, müşahidə kamerasının yaddaş blokunun oğurlanması nəticəsində isə 390 manat məbləğındə maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi, yeni məhəllədəki evində mövsümlə əlaqədar yaşamırlar. Lakin atası X13 mütəmadi olaraq həmin evinə nəzarət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 19 radələrində atası Qarakişi Məmmədov həmişəki kimi həmin evinə getmişdir. Evinə quraşdırılmış siqnalizasiya sisteminin xx xxxxxx 2018-ci il tarixdə, saat 21:04–də ***-***-**-** saylı xəbərdaredici mobil telefon nömrəsindən onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəldikdə, dərhal atasına zəng edib evdə oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Təxminən 15 dəqiqədən sonra atası ona zəng edərək evdəki əşyaların dağınıq olduğunu gördüyün ona dedikdən sonra evinə qayıtmışdır. Həyətinə daxil olduqda, evin birinci mərtəbəsində, küçəyə quraşdırılmış pəncərə qarşısındakı dəmir barmaqlığın və pəncərə şüşəsinin sındırıldığını görmüşdür. Evə daxil olduqda əşyaların dağınıq olduğunu, dolab və qardirobun qapılarının açıq olduğunu,evin üçüncü mərtəbəsində quraşdırılmış xx xxxxxx 2018-ci il tarixdə 480 manata aldığı bir ədəd “AHD-3908” modelli 2 TB 8 kanallı müşahidə kamerasının yaddaş bloku və birinci mərtəbədə yerləşən giriş qapısından sağ tərəfdəki otaqdan ümumilikdə qiyməti 400 manat olan 3 ədəd “Samsung” markalı mobil telefonları, oğurlanmışdır. Evindəki pəncərə və dəmir barmaqlıqların sındırılması nəticəsində ona 200 manat, evin içərisindəki qapının sındırılması nəticəsində 700 manat, mətbəxdəki dolabın şüşəli qapısının sınması nəticəsində 50 manat, yataq otağındakı qarderobun qapısının sındırılması nəticəsində 20 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs Bilqeyis Babayevanın ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, ünvan 35 ünvanda ailəsi ilə yaşayır. Təxminən 3 ildir Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Moskva” univermağında icarəyə götürdüyü yerdə qızıl əşyaların alığşı və satışı ilə məşğul olur. Oğlu Şahid6 ona bu işlərdə köməklik edir.xx xxxxxx 2018-ci il tarixdə oğlu Əmrah ilə işlədiyi mağazada olduğu vaxt, sonradan adını öyrəndiyi Mirsaleh ona yaxınlaşıb göstərdiyi qızıl əşyaları satmaq istədiyini, ona təcili pul lazım olduğunu demişdir. Mirsalehdən həmin qızıl əşyaların oğurluq olub-olmadığını soruşduqda, Mirsaleh həmin qızıl əşyaların ona məxsus olduğunu, təcili pul lazım olduğu üçün satdığını bildirmişdir. Mirsalehin satmaq üçün təqdim etdiyi qızıl-zinət əşyalara baxdıqda onların içərisində 1 ədəd qolbağ, 1 ədəd qızıl saat, 1 ədəd üzükdən başqa qalan qızıl-zinət əşyaların qırıq və əzik olduğunu aşkar etmişdir. 1 ədəd qolbağı, 1 ədəd qızıl saatı və 1 ədəd üzüyü qızıl tərəzisində çəkmiş və onların ümumi çəkisinin 33,8qram olduğunu müəyyən etmişdir. Sonra əzik və qırıq vəziyyətdə olan 6 ədəd üzük, boyunbağı və sırğadan ibarət qızıl-zinət əşyaları tərəzidə çəkdikdə ümumi çəkisinin 60,5qram olduğunu müəyyən etmişdir. Mirsalehə salamat qızıl əşyalara görə 3300 manat, qırıq və əzik qızıl əşyalara görə 200 manat, ümumilikdə 3500 manata, onun şəxsiyyət vəsiqəsinin surəti ilə ala biləcəyini bildirdikdə, Mirsaleh razılaşaraq şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Mirsalehin şəxsiyyət vəsiqəsindən Əmrah Mirsalehin anket məlumatlarını qızılın alışısatışı kitabında qeydiyyat aparmışdır. Bundan sonra Mirsalehə 3500 manat pul verib ondan 01 ədəd qızıl qolbağı, 1 ədəd qızıl saatı, 1 ədəd qızıl üzüyü, qırıq və əzilmiş vəziyyətdə olan sırğa, boyunbağı və üzüyü ondan almışdır. xx.xx.2018-ci il tarixdə mağazada işdə olduğu vaxt Mirsaleh yenidən yanına gəlmiş və 1 ədəd qızıl boyunbağını göstərərək satmaq üçün gətirdiyini bildirmişdir. Mirsalehdən qızıl boyunbağını alıb tərəzidə çəkdikdə çəkisinin 6.4 qram olduğunu müəyyən etmişdir. Mirsalehdən boyunbağının oğurluq olub-olmadığını soruşduqda, Mirsaleh boyunbağının ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Boyunbağını Mirsalehdən 240 manata almış və bu barədə qızılın alışı-satışı kitabında qeydiyyat aparmışdır. Mirsalehdən aldığı qızıl-zinət əşyaları tanımadığı şəxslərə satmışdır. Sonra yanına gəlmiş polis əməkdaşları Mirsalehin ona satdığı qızıl-zinət əşyaların oğurluq olduğunu demişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba rayonu, Mirzə Qışlaq kəndində qeydiyyatında olmaqla, orada ailəsi ilə birlikdə yaşayır. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul olur. Bakı şəhərinə satmağa meyvə tərəvəz gətirdikdə, xalası Şamamanın nəvəsi Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhərindəki evinə onlar üçün kənddən pay gətirir. 2018-ci ilin noyabr ayının axırlarında Bakı şəhərinə satmağa alma gətirdikdə, Mirsalehgilə də alma payı aparmışdır. Mirsalehin evində olduğu vaxt, onun mobil telefonun nasaz olduğunu Mirsaleh gördükdə, ona müvəqqəti işlətmək üçün “NOKİA” TA 1017 markalı mobil telefonu vermiş və telefonun özünə məxsus olduğunu demişdir. Bir müddət özündəki “Samsung” markalı mobil telefonu işlətmişdir. Sonra 10 il istifadə etdiyi ***-***-**-** mobil nömrəni Mirsalehin ona verdiyi həmin mobil telefona 2019cu ilin əvvəllərində taxıb işlətməyə başlamışdır. Bir müddət sonra evdə televizora baxdığı vaxt Mirsalehin törətdiyi cinayətə görə tutulduğunu görmüşdür. Mirsalehin ona müvəqqəti işlətmək üçün verdiyi “NOKİA” TA 1017 markalı mobil telefonun oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 37 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə, saat 11 radələrində yaşadığı həmin evə qayıtdıqda evin birinci mərtəbəsindəki pəncərənin açıq olduğunu görmüşdür. Evə baxdıqda, evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Qonaq otağından anası Könülə məxsus 1 ədəd “Asus” markalı noutbukun oğurlandığını aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonra anasına zəng edərək oğurluq barədə ona xəbər vermişdir. Evə gəlmiş polis əməkdaşları və anası ilə evə baxdıqda evdən “Asus” markalı noutbukdan əlavə 1 ədəd disk oxuyan aparatın və 2 ədəd gümüş üzüklərin oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Gülüstan qəsəbəsi, döngə 13 də, nömrəsiz evdə ailəsi ilə yaşayır. xx xxxxxxxx 2018-ci il tarixdə ailəsi ilə birlikdə Buzovna qəsəbəsinə yas məclisinə getmiş, bir neçə saat orda olduqdan sonra saat 23 radələrində evinə qayıtmışdır. Evinə qayıtdıqda naməlum şəxslərin hamamın pəncərəsindən evə daxil olub, yataq otağndakı sandıqdan qızıl-zinət əşyaları və şkafın içindəki ona məxsus gödəkçəsinin cibindən 2000 manat pulun oğurlandığını aşkar etmişdir. Atası Telman DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X29 Alayının 10-cu Polis Bölməsində xidmət edir, polis serjantıdır. xx xxxxxx 2018-ci il tarixdə, saat 21 radələrində iş yoldaşı polis serjantı X7 ilə Abşeron rayonu Mehdiabad Polis Bölməsinin inzibati ərazisində 96-87 çağırışlı avtopatrulda xidmətdə olarkən, Novxanı yolu istiqamətində hasardan keçən iki cavan oğlanın onları gördükdə qaçdıqlarını görmüşlər. Onlardan onlardan şübhələndiklərinə görə qaçaraq onlari tutub saxlayaraq, ximəti avtomobilə əyləşdirmişlər. Onlar ilə apardıqları sorğu-sual zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqların, xidmət etdikləri Mehdiabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs28 evindən 4 kanallı müşahidə kamerasının yaddaş blokunu və Zərərçəkmiş şəxs30 evindən 8 kanallı müşahidə kamerasinin yaddaş blokunu oğurladıqlarını və yoldan kənarda atdıqlarını öyrənmişlər. Mirsaleh və Samirin göstərdiyi yerdən həmin müşahidə kameraların yaddaş bloklarını götürmüş və onları Mehdiabad Polis Bölməsinin növbətçi hissəsinə gətirib, təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 şahid Alim Mahmudovun ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 3849/50 saylı rəyindən görünür ki, tədqiq olunan bir ədəd “XVR1004” modelli bir ədəd “AHD-3908” modelli DVR qurğuların daxilində olan “1 TB və 2 TB” maqnit informasiya (HDD) daşıyıcılardan başqa, digər hissələri hal-hazırda təyinatı üzrə işlək vəziyyətdə deyildirlər.Ekspertiza tədqiqatına təqdim edilmiş müşahidə kameralarının yaddaş bloklarının (DVR) 2018-ci ilin dekabr ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir.

1. Bir ədəd “AHD-3908” modelli 2 TB yaddaş malik 8 kanallı yaddaş bloku zədələnməmişdən əvvəl istifadə olunmuş istifadəyə yararlı vəziyyətdə təxminən 160,0 manat, hal-hazırda istifadəyə yararsız ehtiyat hissəsi kimi 80,0 manat,

2. Bir ədəd “XVR1004” modelli 1 ədəd TB yaddaş malik 4 kanallı yaddaş bloku zədələnməmişdən əvvəl istifadə olunmuş istifadəyə yararlı vəziyyətdə təxminən-120,0 manat, hal-hazırda istifadəyə yararsız ehtiyat hissəsi kimi 60,0 manatdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 10782 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Nokia” markalı, “TA-1017” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq, 2018-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 15,00 manat müəyyən olunur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə hökm icra edilmişdir. Cinayət işinə əlavə edilmiş, Abşeron rayon polis idarəsinin xx.xx.2018-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Abşeron rayon polis idarəsinin xx.xx.2018-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmədən gizləndiyinə görə barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏN-in PX-in Bakı İstintaq Təcridxanasının xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işində olan, Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs15 evindən oğurladığı 1 ədəd NOKİA TA 1017 markalı **********34114 və **********33111 İMEİ kodlu mobil telefon, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs28 məxsus evindən oğurladıqları bir ədəd “XVR1004” modelli 1 TB yaddaş malik 4 kannalı müşahidə kamerasının yaddaş bloku və Zərərçəkmiş şəxs30 məxsus evindən oğurladıqları bir ədəd “AHD-3908” modelli 2 TB yaddaş malik 8 kanallı müşahidə kamerasinin yaddaş bloku maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X9 ilə Zərərçəkmiş şəxs11 arasında bağlanmış xx.xx.2001-ci il tarixli nikah pozulmuşdur. Cinayət işinə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X9 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər X9 və Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işində mülki iddiaçı qismində tanınmışlar. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2018-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2018-ci ilin dekabr ayının 28-dən 2019-cu ilin mart ayının 26-dək həbsdə saxlanıldığı 02 ay 26 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Yuxarıda sadalanan normativ hüquqi aktların tələbinə uyğun olaraq məhkəmə, təqsirləndirilən şəxslərə törətdiyi cinayət əməllərinəgörə təyin ediləcək cəzanın növünün və həddinin müəyyən edilməsi məsələsini müzakirə edərkən, hər bir təqsirləndirilən şəxslərə fərdi yanaşılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə mülki iddialarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan iddia ərizələrindən görünür ki, mülki iddiaçı X10 mülki cavabdeh - Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törədilmiş cinayət nəticəsində 18.550 (on səkkiz min beş yüz əlli) manat məbləğində ona dəymiş maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq, ona ödənilməsini xahiş etmişdir. Eləcədə mülki iddiaçı Zərərçəkmiş şəxs6 mülki cavabdeh - Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törədilmiş cinayət nəticəsində 11.750 (on bir min yeddi yüz əlli) manat məbləğində ona dəymiş maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq, ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsində göstərilmişdir ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Cinayət işinin materiallarından görünür ki, mülki cavabdeh - Təqsirləndirilən şəxs1 (hüquqazidd hərəkətləri) törətdiyi cinayət əməli nəticəsində 18.550 manat məbləğində maddi ziyan mülki iddiaçı X4 eləcədə, 11.750 manat məbləğində mülki iddiaçı Zərərçəkmiş şəxs6 əmlaklarına maddi ziyan vurulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə 159 (yüz əlli doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerində saxlanılan 1 ədəd NOKİA TA 1017 markalı **********34114 və **********33111 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs15, bir ədəd “XVR1004” modelli 1 TB yaddaş malik 4 kannalı müşahidə kamerasının yaddaş bloku Zərərçəkmiş şəxs28 və bir ədəd “AHD-3908” modelli 2 TB yaddaş malik 8 kanallı müşahidə kamerasinin yaddaş bloku Zərərçəkmiş şəxs30 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaq zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçiləri vəkil X14 50 saat göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul, vəkil X1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul və məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçiləri vəkil Müdafiəçi1 60 saat göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul, vəkil Müdafiəçi2 100 saat göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun və Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 Ələhməd oğluna, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24 Ağasaid oğluna, Zərərçəkmiş şəxs12, X18, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29 və Zərərçəkmiş şəxs30 cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 159 (yüz əlli doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerində saxlanılan 1 ədəd NOKİA TA 1017 markalı **********34114 və **********33111 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs15, bir ədəd “XVR1004” modelli 1 TB yaddaş malik 4 kannalı müşahidə kamerasının yaddaş bloku Zərərçəkmiş şəxs28 və bir ədəd “AHD-3908” modelli 2 TB yaddaş malik 8 kanallı müşahidə kamerasinin yaddaş bloku Zərərçəkmiş şəxs30 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. Mülki iddialar təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 18.550 (on səkkiz min beş yüz əlli) manat məbləğində pul alınaraq, mülki iddiaçı X5 və mülki cavabdeh Təqsirləndirilən şəxs1 11.750 (on bir min yeddi yüz əlli) manat məbləğində pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs6 verilsin. Təqsirləndirilən şəxslər müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçiləri vəkil X14 50 saat göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul, vəkil X1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına və məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçiləri vəkil Müdafiəçi1 60 saat göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul, vəkil Müdafiəçi2 60 saat göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 Ələhməd oğluna, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24 Ağasaid oğluna, Zərərçəkmiş şəxs12, X18, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29 və Zərərçəkmiş şəxs30 cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Hökmün icrası təyin edilmiş cəzaya aid hissədə Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, mülki iddiaya aid hissədə isə Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar