Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-50/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cü ildə Cəlilabad rayonu, Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində usta işlədiyi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, “Eko” park yaşayış kompleksi, C binası, 2-ci blok mənzil 921, ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin mətbəxinə yığılmış hər bir kvadratmetri 11.5(on bir manat əlli qəpik)manat olan ümumi 345 (üç yüz qırx beş) manat dəyərində 30 kvadratmetr sahədə 60x30 sm ölçüdə kafeli, hər bir kvadratmetri 11.5(on bir manat əlli qəpik)manat olan ümumi 230(iki yüz otuz) manat dəyərində 20 kvadratmetr sahədə 60x60 sm ölçüdə metlaxı, hər bir metrinin qiyməti 0.30(otuz qəpik)manat olan ümumi 30 manat dəyərində mis metaldan hazırlanmış 2.5 diametr ölçüdə 100 metr uzunluğunda elektrik naqilini, hər bir kisəsi 6.3(altı manat otuz qəpik)manat olan ümumi 63 manat dəyərində 10 kisə 300 markalı “Norm” adlı sementi, hər bir kisəsi 4.5(dör manat əlli qəpik)olan ümumi 22.50(iyirmi iki manat əlli qəpik) manat dəyərində 5 ədəd “Mata” adlı kafel yapışdırıcısını, bir ədəd 100(bir yüz) manat dəyərində olan “BOSH” markalı laqondanı, bir ədəd 80(səksən) manat dəyərində olan “BOSH” markalı dreli, bir ədəd 10(on) manat olan su tərəzisini, bir ədəd 10(on) manat dəyərində olan çəkici və evin eyvanında qoyulmuş bir ədəd 120(bir yüz iyirmi) manat dəyərində olan 500 litr tutumlu plastik su çənini gizli talayaraq oğurlamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1010.50(bir min on manat əlli qəpik)manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə bir yerdə Cəlilabad rayonu Muğan kəndində yaşayır, Zərərçəkmiş şəxs tanıyır, Fəridlə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Özü ev təmiri ilə məşğul olur. Təxminən 2019-cu ilin dekabr ayında Fəridlə adını dəqiq bilmədiyi şəxsin vasitəsi ilə tanış olmuş, Fərid ona Abşeron rayonu, Ceyranbatan qəsəbəsində bina evi olduğunu, onu təmir etmək lazım olduğunu demişdir. O, Fəridlə birlikdə həmin evə gedib baxmış sonra isə evin təmirini yəni döşəmə və tavan işinin kvadratını 4 manat, kafel metlax işinin kvadratını isə 6 manata danışıb razılaşdıqdan sonra evin təmirinə başlamışdır. O, Fəridlə birlikdə gedib evə təmir üçün lazım olan materialları almış, təmirə başladıqdan sonra o, işi tez yekunlaşdırmaq üçün gecə-gündüz orada işləyib həmin evdə qalmağa başlamışdır. Aralarındakı razılaşma əsasında Fərid ona həmin evi tam təmir etdikdən sonra ona 2200 manat pul verməli olmuşdur. O, həmin evdə işləyən zaman Fərid ona hadisənin baş verdiyi günə qədər 1200 manat pul vermişdir.Fərid işi tam qurtardıqdan sonra ona 1000 (bir min) manat da pul verməli olmuşdur. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə oğlunun ad günü olacaqdır. Bunun üçün o, Fəridə oğlunun ad günü olduğunu, rayona gedib gəlmək üçün ona pul vermiyi söyləmiş, Fərid isə ona hazırda pulunun olmadığını, işini tamamilə qurtardıqdan sonra pulunu verəcəyini demidir. Fərid onun pulunu vermədiyi üçün başqa çıxış yolu tapa bilməmişdir. Ona görə də xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Fəridin evindən 1 ədəd plastik materialdan olan ölçüsünü dəqiq bilmədyi su çənini və təxminən 4 kv metr kafel götürüb materialı aldığı yerə aparıb qaytarmış və həmin şəxsə bu malların artıq qaldığını demiş, o, həmin materialların müqabilində satıcıdan 140 (yüz qırx) manat pul almışdır. Qeyd etmişdir ki, Fərid yalan danışır o, bunlardan başqa Fəridin evindən heç nə oğurlamamışdır. Fəridin həmin oğurlanmış kimi göstərdiyi tikinti alətləri isə onun özünə məxsusdur, o, həmin alətlərlə evlərdə işləyir. Bildirmişdir ki, hadisədən təxminən bir neçə gün əvvəl onun pulu olmadığı üçün özünə məxsus mobil telefonunu da satıb öz ehtiyaclarına xərcləmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində özünə “EKO” park yaşayış kompleksindən təxminən üç ay bundan əvvəl təmirsiz ev almışdır.Şahid1 onun atasıdır, atası xx.xx.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə onun təmir etdirdiyi evindən oğurluq olması barədə məlumat vermişdir. O, 2019cu ilin sonlarında evini təmir etdirmək istəyi üçün usta soraqlayıb axtarmış və o, həmin vaxt Pərvin adlı usta ilə tanış olmuşdur. Pərvinlə görüşüb Pərvinə evini təmir etdirmək istədiyini demiş, bundan sonra Pərvin onunla həmin Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “EKO” park yaşayış kompleksində yerləşən evinə getmiş ora baxdıqdan sonra o, Pərvinlə evi təmir etməyə razılaşmışlar. Onun evin sahəsi 77 kv metrdir. O, Pərvinlə evi təmir etdikdən sonra kvadratla təmirin pulunu hesablayacaqları barədə razılığa gəlmişlər. Pərvin evin malyar işinin bir kvadratmetrini 4 manata, kafel-metlax işini bir kvadretmetrini 7 manat, döşəmə işinin bir kvadratmetrini isə 10 manatdan görəcəyini bildirmişdir. O, ilkin olaraq Pərvinə 1000 (min) manat pul vermişdir. Pərvin evindən oğurluq edən günə kimi isə Pərvinə ayrı-ayrı vaxtlarda olmaqla 2000 (iki min) manata qədər pul vermişdir. Pərvin təmirə başlayandan sonra o, Pərvinlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” Ticarət Mərkəzində yerləşən mağazadan təxminən 600 (altı yüz) manat dəyərində kafel-metlax, 400 (dört yüz) manat dəyərində təxminən 40 ədəd gips, 14 ədəd mata, 15 kisə sement və 1 ədəd 120 manata 500 litirlik su çəni alıb həmin evə qoymuşdur. Bundan başqa onun evində drel, laqonda, su tərəzisi(urvin), çəkic və sairə tikinti alətləri olmuşdur. O, hər gün səhər tezdən həmin evə nəzarət üçün getmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında atası Səhrab Pərvinə rəhmi gələrək Pərvinə yemək aparmışdır. Atası evə qalxanda evdə bəzi tikinti alətlərinin olmadığını görüb bu barədə Pərvinə sual vermiş, Pərvin isə atasına narahat olmamağı, tikinti materiallarını dostuna verdiyini, işini qurtardıqdan sonra gətirib verəcəyini demiş, atası həmin ustanın yanında durmuşdur ki, usta işləsin. Pərvin isə atasına gedib laqondanı dostundan alıb gətirəcəyini demiş, bundan sonra atası onu nə qədər gözləsə də Pərvin gəlməmişdir. Sonra isə atası həmin günü axşam saat 21:00-da evə gedib ona bu barədə zəng vuraraq demişdir. O da bundan sonra həmin gün axşam saat təxminən 23:30 radəsində evə nəzarət etmək üçün Pərvinin təmir etdiyi evinə getmiş, Pərvinin onun evində olduğunu görmüş, o, bunu görüb Pərvindən nəyə görə bu vaxt burda olduğunu soruşmuş, Pərvin isə ona kirayə qaldığı evdən çıxartdıqlarını, onun bu gecəlik burada qalacağını və işlərini görəcəyini demiş, o da Pərvinə işlərini görmək şərtilə qalmağı tapşırmış, sonra o, çıxıb getmişdir. Pərvinin yanında iki gün öz yeznəsi yəni bacısının əri Anar adlı şəxsdə işləmiş, sonradan isə ona məlum olmayan səbəbdən Anar adlı şəxs işdən çıxmışdır. Onun evi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, “EKO-Park” yaşayış kompleksinin C binasının 2-ci blokunun 9-cu mərtəbəsində olan 921 nömrəli evdə yerləşir. Atası səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında evinə getmiş və evin dağınıq vəziyyətdə olduğunu, materialların, tikinti alətlərinin bir neçəsinin orada olmadığını görmüş, bundan sonra atası ona bu barədə xəbər vermişdir.o da Pərvinin evindən tikinti materiallarını oğurlayıbsa onları yalnız aldıqları mağazaya qaytara biləcəyini fikirləşmiş, o da həmin mağazaya gedib baxdıqda orada xx.xx.2020-ci il tarixdə səhər saatlarında üç nəfər kişinin mağazaya gəldiyini, onların aldıqları metlax və kafellərin artıq qalan hissəsini qaytarmaq istədiklərini, həmin şəxslərlə aralarında mübahisə olsa malı qəbul edib pulunu vqaytarıldığını, Pərvinin bir neçə dəfə az-az mallar qaytarıb pulunu geri aldığını demişlər. Hadisəni bildikdən sonra o, Pərvinin istifadəsində olan telefona zəng vursa da, Pərvinlə əlaqə saxlaya bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Pərvin həmin malları onun evindən tanışı Orxan adlı şəxs ilə birlikdə aparmışdır. Ancaq, Pərvinin yanında olan 3-cü şəxsi isə tanımır. O, bu barədə Orxanla danışan zaman Orxan ona hər şeyi etiraf etmiş və Pərvinin onları oğurladığını bilmədiyini, həmin vaxt Pərvinin ona onunla birlikdə işləməyi təklif etdiyini bildirmişdir. Pərvin onun evinin mətbəxinə yığılmış 1 kvm- 11,50 manatdan olmaqla 345 (üç yüz qırx beş) manat dəyərində olan 60x30 sm ölçüdə 30 kv metr kafeli, 1 kvm-11,50 manatdan olmaqla 230 (iki yüz otuz) manat dəyərində 60x60 sm ölçüdə 20 kv metr metlax, 30 (otuz) manat dəyərində 1 top 100 metr 2,5-lik ölçüdə elektrik naqilini, hər biri 6,30 olmaqla 63 (altmış üç) manat dəyərində 10 kisə Norm markalı smentini, hər biri 4,50 – 22,50 (iyirmi iki manat əlli qəpik)manat dəyərində 5 ədəd mata kafel yapışdırıcısını, 1 ədəd 100 (bir yüz) manat dəyərində “BOSH” markalı laqondanı, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində 500 litrlik su çənini, bir ədəd 10 manat dəyərində su tərəzisini(urvin), bir ədəd 10 manat dəyərində olan çəkici, 1 ədəd 80 (səksən) manat dəyərində olan “BOSH” markalı dreli oğurlamış, 15 kv metr kafeli isə sındıraraq yararsız hala salmışdır. Həmin oğurlanmış tikinti materialları qutuda istifadə olunmamış, tikinti alətləri isə istifadə olunmuş vəziyyətdə olmaqla oğurluq nəticəsində ona ümumilikdə təxminən 1010.5 (bir min on manat əlli qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini əsas gətirərək ona qanunvericiliyə uyğun qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Seyidli küçəsində yerləşən fərdi evdə yaşayır. Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən EUROHOME mağazasında icarəyə obyekt götürüb orada kafel-metlaxın satışı ilə məşğul olur. Təxminən o, həmin mağazanı dörd ildir ki, işlədir. Mağazada satıcı ilə işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır həmin şəxslərlə heç bir ədavəti düşmənçiliyi olmamışdır. Təxminən 2020-ci ilin yanvar ayının əvvələrində tanımadığı 3 nəfər şəxs mağazaya daxil olub mağazadan təxminən 500 (beş yüz) manat dəyərində kafel metlax alıb getmişlər. O, həmin vaxtı orada hansının usta olduğunu da bilməmişdir. Təxminən 2020-ci ilin yanvar ayının 28-29-da mağazaya bir nəfər şəxs daxil olub “mən sizdən kafel metlax almışam. İşi görüb qurtarmışam hazırda isə artıq kafel metlaxım qalmışdır məndə onları sizə qaytarmaq istəyirəm” demişdir. O, həmin vaxtı həmin şəxsin gətirdiyi kafel metlaxa baxmış, salamat olduqları üçün o, təxminən 9,5 kv metr kafel-metlax həmin şəxsdən geri almış və əvəzində həmin şəxsə 115,50 (yüz on beş) manat (əlli) qəpik pul qaytarıb vermişdir. Bundan sonra həmin şəxs çıxıb getmişdir. Təxminən üç gün sonra bir nəfər şəxs ona zəng vuraraq bildirmişdir ki, “mən sizdən mal almışam ev sahibiyəm, mən kafel metlaxım yerində yoxdur həmin kafelləri sizə gətirib qaytarmayıblar”. O, həmin vaxtı həmin şəxsə bildirmişdir ki, “təxminən 3 gün öncə tanımadığı bir nəfər şəxs mağazaya gəlib - sizdən kafel metlax almışam onlar artıq qaldıqları üçün mən onları sizə qaytarıram. Məndə mala baxdım bizim mal olduğu üçn geri qaytarmışam. Ancaq, həmin şəxsin ev sahibi olub olmadığını bilməmişdir. Qeyd etmişdir ki, hazırda Zərərçəkmiş şəxs satdığı kafel-metlaxların hamısını satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verdi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən səmimi etiraf etməklə əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü təqsirli bilməməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar «X1rşı» işi ilə bağlı xx.xx.1996-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün axtarışda olmuş və xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməyərək axtarış elan edilmiş və o, xx.xx.2021-ci il tarixdə tutularaq məhkəməyə gətirilmişdir. Daha sonra o, yenidən məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilməyərək axtarış elan edilmiş, o, xx.xx.2021-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Cəlilabad rayonu ərazisini və saat 23:00-dan saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənnədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Cəlilabad rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun Cəlilabad rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan)) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:ŞövkətNəcəfova
Məhkəmə qərarları › İş №1(012)-50/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-50/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver