Məhkəmə qərarları › İş №1(012)-50/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-50/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-50/2022 26.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə ziyan vurmuşdur. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında işə düzəldəcəyini və sonuncuya həmin nazirlikdən ev veriləcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs anası Şahid yaşadığı ünvan 2 ünvanda yerləşən evdə 20.09.2019-cu il tarixdə 3600 manat, 10.11.2019-cu il tarixdə 300 manat, Zərərçəkmiş şəxs 28.10.2019-cu il tarixdə 100 manat, 01.11.2019-cu il tarixdə 300 manat, 04.11.2019-cu il tarixdə 200 manat, 05.11.2019-cu il tarixdə isə 500 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən “Milli-Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs qızı X6 adına olan 5****5136 nömrəli hesab kartına köçürürüb cəmi 1100 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin yayında Xırdalan şəhərində Zərərçəkmiş şəxs adlı qadın ilə tanış olmuş və onunla aralarında yaxşı münasibət yaranmış və bir-biri ilə əlaqə saxlayıb görüşmüşlər. Söhbət zamanı Sevinc özünə iş axtardığını ona deyərkən Sevincə onu Fövqəladə Hallar Nazirliyinin dəftərxanasına işə qəbul etdirə biləcəyini demişdir. Belə ki, onun dayısı oğlu X7 Hallar Nazirliyində işlədiyindən dayısı oğlundan xahiş edəcəyi halda Sevinci işə götürülməsinə köməklik edəcəyini fikirləşib 2019-cu ilin sentyabr-noyabr aylarında Sevincdən bir dəfə Xırdalan şəhərində 500 manat, qalan 1200 manat pulu isə Sevinc onun kartına göndərməklə almışdır. Sevincin işə qəbul edilməsi üçün ondan cəmi 1700 manat pul almış və Sevincin işə düzəlməsi ilə bağlı dayısı oğlu Cavanşirə heç nə deməmiş, ehtiyacı olduğuna görə həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ondan sonra Sevinc ondan işinin nə yerdə olduğunu soruşduqda o, bir neçə dəfə ona narahat olmamasını, işinin həll olunacağını demiş, lakin Sevinc işinin düzəlmədiyini görüb ondan pulunu geri istədikdə o, Sevincə 1950 manat pul qaytarmış, lakin Sevinc ondan polisə şikayət edərək guya onun Sevincdən 5000 manat pul aldığını bildirmişdir. Əslində isə o, Sevincdən cəmi 1700 manat pul almış, Sevincə 250 manat da artıq olmaqla 1950 manat pul qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı ifadəsində göstərdi ki, X2 ibtidai təhsilin metodikası fakultəsini bitirdikdən sonra yaşadığı Yevlax rayonunda bir neçə il ixtisası üzrə müəllimə işləmiş. 2014-cü ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçdüyü üçün işdən çıxmış. 2018-ci ilin avqust ayında Bakı şəhərində yerləşən Heydər Əliyev mərkəzində xadiməçi kimi işə düzəlmişdir. 2019-cu ilin avqust ayının sonlarında anası Aybəniz ona zəng edərək evlərinin yaxınlığındakı Çəmən adlı qadının dərzi sexində olduğunu və onun oraya gəlməyini bildirdiyi üçün o, Çəmənin dərzi sexinə getmiş, dərzi sexində anası Aybənizi və Çəmənin yanında tanımadığı bir qadını da gördükdə Çəmən həmin qadını ona təqdim edib adının Sevda olduğunu bildirmişdir. Sevda sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəlcədən anası ilə onun işə düzəlməyi üçün söhbət etdiyinə görə o, gələndən sonra ondan harada işləməyi, nə qədər əmək haqqı almağı barədə sorğu-sual etdikdən sonra Şəfəq ona dayısı oğlu X4 Nazirliyində birinci müavin işlədiyini, onu həmin nazirliyə işə düzəldə biləcəyini, həmin nazirlikdə işlədiyi işə görə bir ştata görə 800, digər ştata görə isə sənə 1000 manat əmək haqqı veriləcəyini, həmçinin həmin nazirlikdə evlə təmin olunmağına da köməklik edəcəyini bildirdikdə anası Aybənizlə birlikdə Şəfəqin təklifi ilə razılaşıb Şəfəqdən onun işə düzəlməyinə köməklik etməsini xahiş etmişlər. Sonra Şəfəq anasına “səhər sizə gələrəm, evinizdə görüşüb söhbət edərik, qızının işinin həll olunması üçün nə qədər şirinlik lazım olduğunu deyəcəyini” bildirmişdir. Bundan sonra Şəfəq əlaqə saxlamaq üçün onun mobil telefon nömrəsini götürmüş, öz mobil nömrəsini də ona vermişdir. Dərzi sexində aralarındakı söhbətdən təxminən 3-4 gün sonra Şəfəq onunla telefon əlaqəsi saxlayıb işi danışmaq üçün onlara gəlmək istədiyini bildirdikdə Şəfəqlə həmin gün görüşüb onunla birlikdə anası Aybənizin yaşadığı evə getmiş, söhbət zamanı Şəfəq ona və anasına dayısı oğlu Cavanşirlə danışdığını, onu Fövqəladə Hallar Nazirliyində dəftərxanada işə düzəldəcəyini bildirmiş, bu işin həll olunması üçün 3600 manat şirinlik vermək lazım olduğunu dedikdə onlarda həmin pulu Şəfəqə verməyə razılaşmışlar. 3-4 gün sonra o, anasının yaşadığı evdə anası Aybənizin yanında işə düzəlməsi üçün Şəfəqə 3600 manat pul vermiş. Şəfəq pulu ondan aldıqdan sonra ona şəxsiyyət vəsiqəsinin, diplomunun, uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini və yaşayış yerindən arayışı alıb ona verməsini, işi 20 sentyabr 2019-cu il tarixə kimi həll edəcəyini, həmin tarixdən sonra onun işə başlayacağını bildirmişdir. Bundan sonra Şəfəq sağollaşıb çıxıb getmiş, o, Şəfəqin dediyi sənədləri hazırlayıb Şəfəqə vermiş, 20 sentyabr 2019-cu il tarixdə anası ilə birlikdə Şəfəqlə əlaqə saxlayıb işi ilə maraqlananda Şəfəq ona və anasına narahat olmamalarını, yaxın vaxtlarda bu işi həll edəcəyini bildirmiş, bir müddətdən sonra Şəfəq ona zəng edərək onun iş məsələsini həll etdiyini, Fövqəladə Hallar Nazirliyinə məxsus “Neftçilər” metro stansiyasının yaxınlığında tikilən binadan ona 3 otaqlı ev almağa da kömək edəcəyini və buna görə 2000 manat şirinlik lazım olduğunu bildirdikdə o, Şəfəqin təklifi ilə razılaşıb evlə təmin olunmağı üçün 2019-cu ilin oktyabr ayının sonlarından noyabr ayının əvvələrinədək olan müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə “Milli ön” aparatı vasitəsi ilə Şəfəqin qızı Səmranın kartına ümumilikdə 1100 manat pul göndərmişdir. Şəfəq ev məsələsi ilə bağlı ona Fövqəladə Hallar Nazirliyində işləyən Sima adlı qadının ***-***-**-** mobil nömrəsini verib Sima ilə onun ev məsələni danışdığını, özünün də bu nömrəyə zəng vurub arada əlaqə saxlamasını bildirdikdə bir neçə gündən sonra o, Şəfəqin ona verdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurduqda həmin qadın özünü Sima kimi təqdim edib onun ev işini həll edəcəyini, narahat olmamağını, tezliklə onun öz evinə köçəcəyini bildirmişdir. Bəzən Simanın özü də ona zəng edərək narahat olmamağını, ev məsələsinin hazır olduğunu, gələn həftə yeni evə köçəcəyini demişdir. O, bundan sonra bir neçə dəfə Sima adlı xanımla əlaqə saxlayarkən Sima hər dəfə bir neçə günə ev işinin həll olunacağına söz versə də sonda onun ev məsələsini həll etməmiş, Şəfəq də ona narahat olmamağını, ola bilsin ki, ev işinin biraz gecikəcəyini, Sima söz veribsə onun ev məsələsini həll edəcəyini demişdir. Bir neçə gündən sonra Şəfəq ona zəng vurub işə düzəlməyi üçün əlavə 300 manat pul lazım olduğunu bildirdikdə o, Şəfəqlə görüşüb anası Aybənizin evinə getmiş və anasının evində Şəfəqə əlavə 300 manat pul vermiş, lakin sonradan Şəfəq nə onu işə düzəltmiş, nədə evlə təmin olunmağına köməklik göstərməmişdir. O anası ilə birlikdə dəfələrlə Şəfəqə zəng vurub işi ilə maraqlananda Şəfəq hər dəfə onu və anası Aybənizi aldadaraq narahat olmamağı, yaxın vaxtlarda işi həll edəcəyini bildirsədə Şəfəq yenə də verdiyi sözə əməl etməyərək onu işə düzəltməmiş, həmçinin onun evlə təmin olunmağına köməklik etməmişdir. Ona görə o, Şəfəqin onu işə düzəltmək adı ilə aldadaraq 3900, eləcə də evlə təmin olunmağına köməklik göstərəcəyi adı ilə aldadaraq 1100 manat, ümumilikdə 5000 manat pulunu ələ keçirməsi ilə bağlı Abşeron rayon polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə olaraq Şəfəqin onu Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən dayısı oğlu Cavanşir Həşimovun vasitəsi ilə işə düzəldəcəyinə söz verdikdən sonra 2019-cu ilin dekabr ayının ortalarında o, Şəfəq ilə Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yaxınlığında onun işini düzəltmək üçün Cavanşir müəllimin vaxtı olmadığından onun adından onlara yaxınlaşan Fərid adlı şəxslə görüşdüyünü, onlar birlikdə “Space” televiziyasının qarşısında kafedə oturub çay içdiklərini, kafedə olan zaman ona “Kapital” bankdan zəng gəldiyini və ona borcunu ödəmədiyi üçün xəbərdarlıq etdikdə Fərid adlı şəxsin onun telefonunu götürüb bankın işçisinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu, Sevinc xanımında tezliklə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olacağını və bu səbəbdən X10 Fondundan 9000 manat pul yardım olunacağını, həmin pul ilə Zərərçəkmiş şəxs “Kapital” banka olan borcunun tamam ödəniləcəyini, bankın işçisinin Fərid adlı şəxslə razılaşıb danışığını bitirdiyini bildirmişdir. Kafedə olan zaman Fərid adlı şəxs onun “CV”nin tam dəqiq hazırlanmadığını, hazırlayıb Nazirliyə təqdim edəcəyini, heç bir narahatçılığa əsas olmadığını deyərkən Şəfəq ona həmin vaxt Fərid müəllimə nə sualı varsa verməsini bildirmişdir. O, da Fərid adlı şəxsdən evlə bağlı soruşduqda, Fərid ona “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsus göy rəngli binadan beş otaqlı mənzil ayrıldığını, mənzilin dörd otağının tam təmirli, bir otağının isə təmirsiz olduğunu bildirdikdə o, Fəriddən hansı səbəbdən evin verilməsinin gecikdiyini soruşarkən Fərid ona Cavanşir müəllimə görə onun işinin qabağa çəkildiyini, cavab gözlədiklərini, həftənin beşinci günü onun həmin mənzilə köçəcəyini demişdir. Fərid ona FHN-dən ona geyim forması veriləcəyini, ancaq qış üst geyim forması olan paltonu Sevincin özü tikdirəcəyini deyərkən o, həmin formanı harada tikdirəcəyini soruşduqda Fərid ona FHN-nin forma düzəldilən yerində tikildiyini bildirmişdir. Onlar kafedən çıxıb Fəridlə sağollaşdıqdan sonra Şəfəq Cavanşir adlı şəxsə zəng edib “Coni”- deyə müraciət edərək bu işin həll olunmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında işə düzəltmək üçün 3600 manat pulu 20 sentyabr 2019-cu ildə Xırdalan şəhəri, 26-cı məhəllə ev 126 ünvanda yerləşən anası Aybənizin yaşadığı evdə, 300 manat pulu 10 noyabr 2019-cu ildə anasının yaşadığı evdə anası Aybənizin yanında vermişdir. Bundan başqa, Şəfəq onu evlə təmin edəcəyi adı ilə aldığı 1100 manat pulu isə “Milli ön” aparatı ilə 28 oktyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək olan vaxtlarda Şəfəqin qızı Səmranın kartına göndərmişdir. Həmin “Milli ön” aparatı ilə ödədiyi qəbzləri işə əlavə edilməsi üçün müstəntiqə təqdim etmişdir. Şəfəq ona müxtəlif vaxtlarda ümumilikdə 1907 manat pul qaytarmış, 3093 manat pul isə qaytarılmamışdır. Ona qarşı şikayətçidir və cəzalandırılmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin avqust ayının sonlarında yaşadığı evin yaxınlığında yerləşən Çəmən adlı qadının dərzi sexinə yorğan üzü tikdirməyə getmiş, dərzi sexində olan zaman Çəmən söhbət zamanı ona sexinə Sevda adlı qadının gəldiyini, həmin qadının qardaşının əməliyyat olunmasına köməklik etdiyini, eyni zamanda imkansız şəxslərin işlərinin həll olunmasında köməklik etdiyini deyərkən qızı Sevincin də ixtisası müəllimə olmasına baxmayaraq ixtisası üzrə işləmədiyinə görə Sevda adlı qadınla görüşüb qızının ixtisası üzrə işləməsinə köməklik etməsini xahiş etməyi fikirləşmişdir. O, Çəməndən Sevdanın onun qızının işə düzəlməsinə köməklik edə biləcəyini soruşarkən Çəmən həmin qadının bir azdan onun dərzi sexinə gələcəyini bildirmişdir. Bir qədər sonra Çəmənin sexinə bir qadın gəlmiş, Çəmən onu Sevdaya təqdim edib onun qızının bir işə düzəlməsinə köməklik etməsini xahiş etdikdə Sevda özünü araşdırmaçı jurnalist kimi ona təqdim edib geniş əlaqələrinin olduğunu, həmçinin qızının işə düzəlməsinə köməklik edə biləcəyini bildirmiş və söhbət zamanı Sevdaya qızının ali təhsilli müəllimə olduğunu, lakin ixtisası üzrə işləmədiyini, hazırda Heydər Əliyev mərkəzində xadiməçi işlədiyini demişdir. O, qızı Sevincə zəng vurub Çəmənin dərzi sexinə çağırmış, az sonra qızı Sevinc Çəmənin dərzi sexinə gəlmiş, Şəfəq qızının harada işləməsi, nə qədər əmək haqqı alması barədə sorğu-sual etmiş, sonra Şəfəq Sevincə dayısı oğlu X4 Nazirliyində yüksək vəzifədə işlədiyini, istəyirsə onu həmin nazirliyə işə düzəldə biləcəyini, həmin nazirlikdə işlədiyi işə görə bir ştata görə 800, digər ştata görə 1000 manat əmək haqqı veriləcəyini, həmçinin onun həmin nazirlikdə evlə təmin olunmağına da kömək edəcəyini bildirdikdə onlar Şəfəqin təklifi ilə razılaşıb Şəfəqdən onlara köməklik etməsini xahiş etmişlər. Sonra Şəfəq səhər gəlib evdə görüşüb söhbət etməyi, qızının işinin həll olunması üçün nə qədər şirinlik lazım olduğunu deyəcəyini ona bildirmişdir. Bundan sonra Şəfəq əlaqə saxlamaq üçün qızı Sevincin mobil telefon nömrəsini götürmüş, öz nömrəsini də qızı Sevincə vermişdir. Şəfəq dərzi sexində aralarındakı söhbətdən təxminən 3-4 gün sonra qızı Sevinclə əlaqə saxlayıb birlikdə yaşadığı evə gələrkən söhbət zamanı Şəfəq onlara dayısı oğlu Cavanşirlə danışdığını, X9 Nazirliyinə dəftərxana işinə düzəldəcəyini, bu işin həll olunması üçün 3600 manat şirinlik vermək lazım olduğunu bildirdikdə onlar həmin pulu Şəfəqə verməyə razılaşmışlar. Bundan sonra qızı Sevinc yaşadığı Xırdalan şəhəri, 26-cı məhəllə, ev 126 ünvanda yerləşən evində işə düzəlməsi üçün Şəfəqə onun yanında 3600 manat pul vermiş, Şəfəq pulu qızından aldıqdan sonra Sevincə şəxsiyyət vəsiqəsinin, diplomunun, uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətlərini və yaşayış yerindən arayışı alıb ona verməsini, işi 20 sentyabr 2019-cu il tarixədək həll edəcəyini, həmin tarixdən sonra Sevincin işə başlayacağını bildirib çıxıb getmişdir. Qızı onun dediyi sənədləri hazırlayıb Şəfəqə vermiş. Şəfəqin Sevincin işə başlamasına söz verdiyi tarix, yəni 20 sentyabr 2019-cu il tarix gəlib çatdıqda qızı Sevinc Şəfəqlə əlaqə saxlayıb işi ilə maraqlandıqda Şəfəq ona və qızı Sevincə narahat olmamağını, yaxın vaxtlarda bu işi həll edəcəyini demişdir. Bir müddətdən sonra qızı Sevinc Şəfəqin onunla əlaqə saxlayıb ona Fövqəladə Hallar Nazirliyinə məxsus Neftçilər metro stansiyasının yaxınlığında tikilən binadan üç otaqlı evlə təmin edəcəyini və buna görə qızından şirinlik istədiyini ona bildirmiş, evlə təmin olunmağı ilə bağlı 2019-cu ilin oktyabr ayının sonlarından noyabr ayının əvvəllərinədək müxtəlif vaxtlarda hissə-hissə “Milli ön” aparatı vasitəsi ilə Şəfəqin qızı Səmranın kartına 1100 manat pul göndərmişdir. Bir neçə gündən sonra Şəfəq yenə qızından işə düzəlməsi üçün 300 manat pulu onun yanında yaşadığı evdə almış, lakin sonradan Şəfəq qızını işə düzəltməmiş, həmçinin qızının evlə təmin olunmasına köməklik göstərməmişdir. Onlar dəfələrlə Şəfəqə zəng edərək, işi ilə maraqlananda Şəfəq hər dəfə onları aldadaraq narahat olmamağı, yaxın vaxtlarda işi həll edəcəyini bildirmişdir. Şəfəq yenə də verdiyi sözə əməl etməyərək qızını işə düzəltməmiş, həmçinin qızının evlə təmin olunmasına köməklik etməmişdir. Ona görə qızı Sevinc Şəfəqin onu işə düzəltmək adı ilə, eləcə də evlə təmin olunması adı ilə aldadaraq 5000 manat pulunu ələ keçirməsi ilə bağlı Abşeron rayon polis idarəsinə şikayət ərizəsi yazmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxsin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidin və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə gedişatında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat deyil, 1700 manat pul aldığını, bunun müqabilində 1950 manat qaytardığını bildirməsi onun özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və 17.08.2016-cı il tarixli Şəki rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs 17.08.2016-cı il tarixdə Şəki rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 70-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilmiş və ona 02 il sınaq müddəti müəyyən edilmişdir. 30.01.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasını tam çəkib qurtarmışdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün 06 iyul 2020-ci il tarixli qərarla axtarış elan edilmiş və 11.08.2020-ci il tarixdə tutulmuş, 12.08.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Şəki rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Şəki rayon İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Şəki rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 192 (yüz doxsan iki) manat məbləğində pul, məhkəmə baxışında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Şəki rayonu ərazisini və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Şəki rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Cəzanın icrası Şəki rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 192 (yüz doxsan iki) manat məbləğində pul, məhkəmə baxışında 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar