Məhkəmə qərarları › İş №1(012)-50/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-50/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-50/2023 11.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğlunun iştirakları ilə, xx.xx.1983-cü ildə Ağcabədi rayonu, Gələbədin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Gələbədin kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, satış məqsədi olmadan qanunsuz olaraq 05 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,099 qram, 0,130 qram, 0,074 qram və 0,222 qram olmaqla ümumi təmiz çəkisi 0,561 qram olan psixotrop maddə metamfetamini və 01 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,410 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 03 mart 2022-ci il tarixdə saat 19:30 radələrində Daxili İşlər Nazirliyinin X7 Polis Alayının 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 195 ünvanında saxlanılaraq Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin 0,561 qram çəkidə psixotrop maddə metamfetamin və 0,410 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 15 mart 2022-ci il tarixdə Sumqayıt şəhərində “Daş bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,522 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 mart 2022-ci il tarixdə saat 09 radələrində Abşeron rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndi ərazisində, Novxanı- Binəqədi yolunun kənarı ilə piyada hərəkət edərkən saxlanılıb Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin 0,522 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir il olar ki, narkotik vasitələrdən istifadə edir. 03 mart 2022-ci il tarixdə günorta saatlarında iş tapmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə getmiş, bir neçə saat həmin ərazidə tikinti sahələrində iş axtarsa da tapa bilməmişdir. Axşam saat 19 radələrində Badamdar qəsəbəsi 20-ci sahə ərazisində piyada hərəkət edərkən yolun kənarına qoyulmuş beton maneənin yanında nəyinsə parıltısı diqqətini cəlb etmiş, götürüb baxdıqda bir neçə ədəd gümüşü, sarı, qızılı və şəffaf bükümlər olduğunu, açıb baxdıqda içərilərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. Həmin bükümləri əynində olan şalvarın sol yan cibinə qoyaraq hərəkətini davam etdirmiş, bu zaman qarşı tərəfdən bir polis avtopatrulunun ona tərəf gəldiyini görmüşdür. Avtomobil onun yanında dayanmış və iki nəfər polis əməkdaşı ondan şəxsi məlumatlarını soruşmuşlar. Həmin vaxt o həyəcanlanmış, polis əməkdaşları da bunu hiss etmişlər. Buna görə də o, bir neçə dəqiqə əvvəl yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapdığını və əynindəki şalvarın sol yan cibində saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Səbail RPİ-nin 8-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək polis əməkdaşları ilə birlikdə bölməyə getmiş, orada ona hüquqları izah olunduqdan sonra şübhəli şəxs kimi hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı və video çəkiliş aparmaqla axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Buna görə də o, əynində olan şalvarın sol yan cibində saxladığı altı ədəd bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etmiş, daha sonra təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri nə məqsədlə haradan aldığını soruşduqda yerdən tapdığını və istifadə etmək məqsədilə cibinə qoyduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində Novxanı-Binəqədi yolu ilə hərəkət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq sənəd tələb etmiş, şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığı üçün onu Abşeron rayon Polis İdarəsinin X6 dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin X6 getmişdir. Bölmədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra video çəkilişlə və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardığı bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Səbail RPİ-nin 8-cı Polis bölməsində ona qarşı fiziki, psixi, habelə hər-hansı bir digər formada təsir olunmasada, Abşeron rayon Polis İdarəsinin X6 gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixi formada təsir olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində polis nəfərləri Şahid5 və Şahid4lə birlikdə avtopatrulla Padamdar qəsəbəsi ərazisində xidmət apararkən 20-ci sahə dairəsindən dağlıq yolla Padamdar qəsəbəsinə tərəf hərəkət edən zaman əks tərəfdə bir nəfər kişinin özünü şübhəli apardığını görmüş, ona yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Bu zaman həmin şəxs adının Şirvan olduğunu və üzərində narkotik vasitə saxladığını etiraf etmişdir. Daha sonra onlar həmin şəxsi Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin inzibati binasına gətirmiş, raportla rəhbərliyə məlumat vermiş və daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış prosesində iştirak etmişlər. Baxışda o, Şahid4, Şahid5 və Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş vəkil iştirak etmişdir. Daha sonra video çəkilişlə və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir neçə ədəd gümüş və qızılı rəngli kağız bükümləri təqdim etmişdir. Həmin bükümlər bir-bir açıldıqda içərisində narkotik vasitələrin və psixotrop maddələrin olduğun aşkar edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Əsgər oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində polis nəfərləri Şahid5 və Şahid3 ilə birlikdə avtopatrulla Padamdar qəsəbəsi ərazisində xidmət apararkən 20-ci sahə dairəsindən dağlıq yolla Padamdar qəsəbəsinə tərəf hərəkət edən zaman əks tərəfdə bir nəfər kişinin özünü şübhəli apardığını görmüş, Fuad avtomobili onun yanında saxladıqdan sonra İsmayıl və Rüfət ona yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Daha sonra onlar həmin şəxsi Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin inzibati binasına gətirmiş, raportla rəhbərliyə məlumat vermiş və daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış prosesində iştirak etmişlər. Baxışda o, Şahid3, Şahid5 və Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş vəkil iştirak etmişdir. Daha sonra video çəkilişlə və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir neçə ədəd gümüş və qızılı rəngli kağız bükümləri təqdim etmişdir. Həmin bükümlər bir-bir açıldıqda içərisində narkotik vasitələrin və psixotrop maddələrin olduğun aşkar edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Şahid1 Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində 47-68 saylı marşrutda Şahid2 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmət apararkən bir nəfər özünü şübhəli aparan şəxs görmüş, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini dəqiqləşdirmək məqsədilə sənəd tələb etmişlər. Üzərində sənəd olmadığını bildirdikdə həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. X6 gətirdikdən sonra həmin şəxsin Ağcabədi rayonu, Gələbədin kənd sakini Təqsirləndirilən şəxs olduğu aydın olmuşdur. Bölmədə xidməti otaqların birində Abşeron RPİnin TŞ-nin təhqiqatçısı polis leytenantı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Sonda Şahid1 Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir zor, təzyiq göstərilmədiyini, sol göz nahiyəsində tünd göy rəngli qançır nəzərə çarpdığı üçün onun yaranma səbəbini maraqlandıqlarını və Təqsirləndirilən şəxs iki gün əvvəl yəni, xx.xx.2022-ci il tarixdə həmin xəsarəti yıxılaraq aldığını bildirdiyini qeyd etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 2019-cu ildən daxili işlər orqanlarında xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində polis nəfərləri Şahid5 və Şahid3 ilə birlikdə avtopatrulla Badamdar qəsəbəsi ərazisində xidmət apararkən 20-ci sahə dairəsindən dağlıq yolla Badamdar qəsəbəsinə tərəf hərəkət edən zaman əks tərəfdə bir nəfər kişinin özünü şübhəli apardığını görmüş, yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Bu zaman həmin şəxs adının Şirvan olduğunu və üzərində narkotik vasitə saxladığını etiraf etmişdir. Daha sonra onlar həmin şəxsi Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin inzibati binasına gətirmiş, raportla rəhbərliyə məlumat vermiş və daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış prosesində iştirak etmişlər. Baxışda o, Şahid4, Şahid3 və Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş vəkil iştirak etmişdir. Daha sonra video çəkilişlə və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da könüllü olaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən bir neçə ədəd gümüş və qızılı rəngli kağız bükümləri təqdim etmişdir. Həmin bükümlər bir-bir açıldıqda içərisində narkotik vasitələrin və psixotrop maddələrin olduğun aşkar edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində 47-68 saylı marşrutda Şahid1 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində xidmət apararkən bir nəfər özünü şübhəli aparan şəxs görmüş, yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini dəqiqləşdirmək məqsədilə sənəd tələb etmişlər. Üzərində sənəd olmadığını bildirdikdə həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. X6 gətirdikdən sonra həmin şəxsin Ağcabədi rayonu, Gələbədin kənd sakini Təqsirləndirilən şəxs olduğu aydın olmuşdur. Bölmədə xidməti otaqların birində Abşeron RPİnin TŞ-nin təhqiqatçısı polis leytenantı Bəşir Bəşirli tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Sonda Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir zor, təzyiq göstərilmədiyini, sol göz nahiyəsində tünd göy rəngli qançır nəzərə çarpdığı üçün onun yaranma səbəbini maraqlandıqlarını və Təqsirləndirilən şəxs iki gün əvvəl yəni, xx.xx.2022-ci il tarixdə həmin xəsarəti yıxılaraq aldığını bildirdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1323 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,099 qram, 0,130 qram, 0,074 qram və 0,222 qram olmaqla ümumi təmiz çəkisi 0,561 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə – metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1545 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN zərflər üçün №56” dairəvi möhür əksi olan, “İştirakçılar...Həsənov...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş iki ədəd bükümü, siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü, şəffaf sellofana bükülmüş iki ədəd bükümü və sarı rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim etmiş, ondan həmin maddələrin nə olduğu barədə soruşduqda bir bükümündə narkotik vasitə heroin, digər beş bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər kütlə və ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofanın içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İ hissəsinin 27-ci bəndində psixotrop maddəmetamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd üzrə ərazi nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Həsənov X3 rayonu Gələbədin kəndində yaşamaqla yaşayış yerində müsbət xarakteriza edilir və onun himayəsində üç uşağı vardır.. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Bakı şəhəri Səbail rayon Pİ-nin İŞ-də şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Abşeron rayon Pİ-də xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə tutulmuş,xx.xx.2022-cil tarixdə isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli, 2631 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,472 qram və Bakı şəhəri Səbail RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,360 qram heroin, 0,511 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 173 (yüz yetmiş üç) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Bakı şəhəri Səbail rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğluna 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,472 qram və Bakı şəhəri Səbail RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,360 qram heroin, 0,511 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Bakı şəhəri Səbail rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğluna 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar