Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-50/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 102-də pasport qeydiyyatında olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaqın verdiyi ittihama görə Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2-ci qrup əlillik dərəcəsi ilə pensiyaya çıxmasına köməklik edəcəyini yalandan vəd verib inandıraraq, 01 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsindəki “Araz” marketin qarşısında sonuncunun 5500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyi bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə barəsində olan cinayət işinin məhkəmə istintaqı aparılır. Ailəlidir, 2 övlad atasıdır. Əvvəllər “Rente car” avtomobil icarəyə vermə işi ilə məşğul olmuşdur. Şahid1la da elə həmin ərəfələrdə tanış olmuş, sonuncu bir neçə dəfə onun işlətdiyi “Rente car”dan avtomobil icarəyə götürdüyünə görə aralarında səmimi münasibət yaranmışdır. Aralarındakı söhbətlər zamanı o, Orxana Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olmasını bildirmişdir. 2021-ci ilin noyabr ayının axırlarında tarixini dəqiq xatırlamadığı gündə Orxan ona zəng edib dostu Şahinin yeznəsi Raufun ürək xəstəsi kimi 2-ci qrup əlilik pensiyası almaq istədiyini bildirmiş və ondan tanışlarının vasitəsi ilə həmin işdə Raufa köməklik etməsini xahiş edib, bu barədə danışmaq üçün onun mobil telefon nömrəsini Raufa verəcəyini bildirmişdir. Həmin ərəfədə də pula çox ehtiyacı olduğuna görə o da Orxana köməklik edə biləcəyini deyib, Raufun ona zəng etməsini tapşırmışdır. Ertəsi günü Rauf onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, 2-ci qrup əlil kimi pensiya almasına köməklik etməyini xahiş etmiş, o da razılaşıb bu iş üçün ondan 5500 manat pul istəmiş və pensiya məsələsinin 3 ay ərzində həll olunacağını bildirmişdir. Rauf da razılaşdıqdan sonra sonuncu ilə 01 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki “Araz” marketin qarşısında görüşüb, 2-ci qrup əlil kimi pensiya almasına köməklik etmək üçün Raufdan 5500 manat pul almış və 3 ay müddətində onun pensiya məsələsini həll edəcəyinə söz vermişdir. Həmin ərəfədə pula çox ehtiyacı olduğundan Raufdan aldığı pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Söz verdiyi müddət başa çatdıqdan sonra Rauf ona zəng edib pensiya almaq məsələsinin nə yerdə olduğunu soruşmuş, o da sənədləşmə işlərinin növbəli şəkildə aparıldığını deyib, işin həlli üçün bir az vaxt verməsini xahiş etmişdir. Rauf da razılaşıb gözləmişdir. Həmin ərəfələrdə Orxan da bir neçə dəfə ona zəng edib Raufun pensiya almaq məsələsi ilə maraqlanmış və ondan bu işi tez həll etməsini xahiş etmişdir. O da Orxanı aldadıb yaxın günlərdə bu işin həll olunacağını deyib, Raufdan vaxt almasını xahiş etmişdir. Orxan da razılaşıb vaxt alacağını bildirmiş, bu münvalla o, 5-6 ay Raufa pensiya məsələsinin yaxın günlərdə həll olunacağını vəd verərək sonuncunu aldatmış, lakin bir müddətdən sonra Rauf aldadıldığını hiss edib, ondan verdiyi pulu geri qaytarmağını tələb etmişdir. O da qaytaracağına söz verib gözləməsini xahiş etmişdir. Rauf 2-3 ay gözləsə də maddi vəziyyəti pis olduğuna görə sonuncunun pulunu qaytara bilməmiş, Rauf da ondan şikayət etmişdir. Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı yoxdur, Raufdan aldığı puldan heç kimə verməmiş, sonuncunu aldadıb pulunu ələ keçirməsindən heç kimin, o cümlədən Orxanın xəbəri olmamışdır. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayır. Ürək xəstəsi olduğuna görə vaxtından əvvəl 2-ci qrup əlil kimi pensiyaya çıxmaq qərarına gəlmişdir. Bunun üçün qaynı Şahinin dostu Orxanın vasitəsi ilə 2021-ci ilin noyabr ayının axrlarında tarixini dəqiq xatırlamadığı gündə Rəmzi adlı şəxslə tanış olmuş və sonuncunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlayaraq danışmış, həmin vaxtı Rəmzi ona Sosial Müdafiə Nazirliyində tanışlarının olduğunu deyib, onu 5500 manat müqabilində xəstəliklə 2-ci qrup əlil kimi pensiyaya çıxara biləcəyini bildirmiş, o da Rəmzinin sözü ilə telefonda razılaşıb, harada görüşə biləcəklərini soruşmuş, sonuncu da Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki “Araz “ marketin qarşısıında görüşməyi təklif etmişdir. 01 dekabr 2021-ci il tarixdə saat 16 radələrində o, Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki həmin “Araz” marketin qarşısına gedib, Rəmzi ilə təkbətək görüşüb, sonuncuya 5500 manat pul vermiş, Rəmzi də həmin məbləğdə pulu ondan alıb, ona 3 ay müddətində 2-ci qrup əlil kimi pensiyaya çıxmasına köməklik edəcəyini deyib getmişdir. Bundan sonra o, yaşadığı Gədəbəy rayonuna qayıdıb gözləməyə başlamış, lakin Rəmzi verdiyi vədinə əməl etməyərək onu aldadaraq, nə pensiya almaq məsələsini həll etməmiş, nə də buna görə verdiyi pulu qaytarmamışdır. İşin məhkəmə baxışında Zərərçəkmiş şəxs teleqramma ilə məhkəməyə müraciət edərər göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti- tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilərkən Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, Fin evi 105-də yaşayır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “28 May” X1 idarəsində stansiya rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır, sonuncunu xəstəliklə bağlı təqaüdə çıxmaq istəyən şəxslərə sənəd düzəltməkdə köməklik edən adam kimi tanımışdır. 2021-ci ilin noyabr ayının sonlarında tarixini dəqiq xatırlamadığı gündə iş yoldaşı Şahid2la söhbəti zamanı sonuncu yeznəsi Zərərçəkmiş şəxs ürək xəstəsi olduğunu və buna görə təqaüd almaq istədiyini söylədikdən sonra o da Rəmzinin bu işdə onlara köməklik edə biləcəyini düşünüb, Şahinin yanında Rəmzinin ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, bu barədə söyləmiş və Rauf adlı şəxsin ona zəng edəcəyini bildirib, köməklik etməsini xahiş etmişdir. Rəmzi də razılaşdıqdan sonra o, sonuncunun həmin mobil telefon nömrəsini Şahinə vermişdir.Bundan təxminən 15 gün sonra Şahin ona zəng edib Rəmzinin Raufa 2-ci qrup əlil kimi pensiya düzəldəcəyini vəd verərək 5500 manat pulunu aldığını bildirmiş, o da Rəmziyə zəng edib bu barədə soruşmuş, sonuncu da Raufun pensiya məsələsini 3 ay müddətində həll etmək üçün 5500 manat pul aldığını etiraf etmişdir. Bundan sonra Şahin bir neçə dəfə ona zəng edib Rəmzinin hələ də Raufun pensiya məsələsini həll etmədiyini söyləmişdir. O da Rəmziyə zəng edib bu barədə soruşanda sonuncu müxtəlif bəhanələr gətirərək bu işin həlli üçün Raufgildən vaxt almasını xahiş etmişdir. O da vaxt alsa da Rəmzi vədinə əməl etməmişdir. Rauf da 2022-ci ilin noyabr ayına kimi gözlədikdən sonra Rəmzinin onun pensiya məsələsini həll etmədiyini və pulunu qaytarmadığını görüb bu barədə şikayət etmişdir. Rəmzi Raufdan aldığı puldan ona verməmiş, Rəmzinin həmin pulu aldığını sonradan bilmiş, sonuncunun Raufu aldadıb pulunu ələ keçirəcəyini əvvəldən bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilərkən Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi törətdiyi bu cinayət əməlinə görə həmçinin, CM-nin 178.2.2-ci maddəsi üzrə də ittiham verilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 66.5 maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli Qərarı ilə (hansı ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair barəsində Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-17/2024 saylı hökmündən verilmiş apellyasiya protesti üzrə) təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən iş üzrə tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 01 il 07 ay 03 gün müddət CM-nin 69-cu maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilib, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmış və o, cəzasını çəkmiş hesab edilmişdir. Həmçinin, işdə olan Abşeron rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(012)-26/2025 saylı Hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ona təyin edilmiş bu cəzası onun barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)- 13/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi ,01 il 07 ay 03 gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilsın, həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və o, cəzasını çəkmiş hesab edilsın.” Hökm edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, onun barəsində CM-in 178.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, işdə olan sənədlərlə tam sübutdur, Onun bu əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respubliksı CM-nin 178.2.4 maddəsi ilə tövsif edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.Ona görə də, məhkəməə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Abşeron rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(012)-26/2025 saylı hökmü ilə CM-nin 178.2.4 maddəsi ilə təqsirli bilinib təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(012)-26/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 1(007)-13/2025 saylı hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi ,01 il 07 ay 03 gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilməli, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalı və o, cəzasını çəkmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsi ona verilən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş bu cəza onun barəsində Abşeron rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(012)-26/2025 saylı Hökmü ilə ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun, ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(012)- 26/2025 saylı Hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi ,01 il 07 ay 03 gün müddət CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 03 il 02 ay 06 günə bərabər hesab edilsın, həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və o, cəzasını çəkmiş hesab edilsın. Barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-50/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-50/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver