Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-500/2022 23.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri, xx.xx.1993-cü ildə Neftçala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməyə cəhd etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, o, 05 may 2022-ci il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan ələ keçirmə məqsədi ilə Abşeron rayonu, Pirəkəşkül kəndində fərdi evin qarşısında küçədə saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «VAZ- 21063» markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna açıq qapıdan girərək sükanın arxasında əyləşib avtomobilin işə salma açarının naqillərini çıxararaq mühərriki işə salmaq istəmiş, lakin avtomobilin mühərriki nasaz olduğu üçün mühərriki işə sala bilməyərək cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbə görə başa çatdırılmayaraq, avtomobili ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 05 may 2022-ciiltarixdə saat 05:30 radələrində tanışı Təqsirləndirilən şəxs2ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan ələ keçirmə məqsədi ilə Abşeron rayonu, Pirəkəşkül kəndindəfərdi yaşayış evinin qarşısında küçədə saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus olan «Vaz21099» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna açıq qapıdan girərək sükanın arxasında əyləşib sükanın üzərində olan açarla mühərriki işə salaraq qanunsuz olaraq ələ keçirib Bakı şəhəri Qaradağ rayonu, «Qobu Park» yaşayış massivindəki əraziyə qaçırmışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməyə cəhd etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz olaraqələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, 05 may 2022-ci il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu Pirəkəşkül qəsəbəsi yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısında küçədə saxladığı VAZ-21063 markalı **-TM- *** dövlət qeydiyyat nişanlı avtomobilə açıq qapıdan daxil olaraq həmin avtomobilin işə salma açarının naqlillərini çıxaraq mühərriki işə salmaq istəsədə də, avtomobilin mühərriki nasaz olduğu üçün öz iradəsindən asılı olmayan səbəbdən qəsdən törətmiş olduğu cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 məxsus nəqliyyat vasitəsini ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan ələ keçirmə məqsədi ilə Abşeron rayonu, Pirəkəşkül kəndində fərdi yaşayış evinin qarşısında küçədə saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus olan «Vaz21099» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna açıq qapıdan girərək sükanın arxasında əyləşib sükanın üzərində olan açarla mühərriki işə salaraq qanunsuz olaraq ələ keçirib, Bakı şəhəri Qaradağ rayonu, «Qobu Park» yaşayış massivindəki əraziyə qaçırmışdır Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 10 aprel 2022-ci il tarixdə mən yaşadığım Ağdaş rayonundan çıxaraq Bakı şəhərində yerləşən X3 gələrək orada sol qolundan əməliyyat olunmuş, xəstəxanadan çıxandan sonra qərara gəlmişdir ki, Bakışəhərində qalsın və gündəlik evlərdə qalsın. Abdul adlışəxsidə gündəlik evlərdə qalarkən tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə Abdul ilə Bakışəhəri Keşlə qəsəbəsində yerləşən günlük evdə olarkən bu zaman içkili olmuş, bu zaman pulu olmadığı üçün Abdula demişdir ki, Vaz avtomobili qaçırıb sürsünlər. O da razılaşdığı üçün Abdula haradan avtomobil qaçıra bilmələri barədə maraqlanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə qaldıqları evdən çıxaraq Abşeron rayonu Pirəkəşkül kəndinə gəlmiş, orada məhlələrdən birinə daxil olaraq küçədə dayanmış tünd yaşıl rəngli **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış ki, həmin avtomobili qaçırsınlar. Bu zaman Abdul qapının açıq olmasından istifadə edib sükan arxasına əyləşmiş, lakin avtomobilin mühərrikini işə sala bilmədiyi üçün həmin avtomobili qaçıra bilməmişlər. Həmin vaxtı o kənarda dayanmış ki, kimsə gələrsə Abdula xəbər etsin. Lakin həmin avtomobili işə sala bilmədikləri üçün avtomobildən Abdul düşmüş və yollarına davam etmişlər. Təxminən saat 05 radələri olmuş, bu zaman qarşıda Vaz 21099 markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlandığını görmüş, həmin avtomobilə Abdul yaxınlaşaraq avtomobilin qapısının açıq olduğunu görmüş, avtomobilə Abdul əyləşdikdən sonra o da sonuncunun yanına əyləşmişdir. Avtomobilin açarları avtomobilin üstündə olmuş, Abdul avtomobilin mühərrikini işə salmış və birlikdə avtomobili qaçırmışlar. Avtomobili Bakı şəhəri Qaradağ rayonunda yerləşən Qobu Park yaşayış massivinə apararaq orada binanın qarşısında saxlamışlar və sonra qaldıqları evə getmişlər. Həmin günü yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində həmin avtomobilin yanına gələrkən avtomobilin yanında polislər olduğunu görmüş və oradan qaçıb çıxıb getmişlər. Bundan sonra 10 may 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşarı onu saxlayaraq Abşeron rayon Qobu polis bölməsinə gətirmiş və o da etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Həmin avtomobili tanışı Abdul ilə qaçırmış, ikisindən başqa bu hadisədən heç kimin xəbəri olmamışdır. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Neftçala rayonu Qırmızıkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə və Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsində gündəlik evlərdə qalarkən tanış olmuşdur. xx.xx.2022-ci il tarixdəİlkin ilə Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən günlük evdə olarkən bu zaman İlkin içkili olmuş və pulu olmadığıüçün ona demişdir ki, “Vaz avtomobili qaçıraq sürək. O da sonuncu ilə razılaşmış, İlkin haradan avtomobil qaçıra biləcəkləri barədə maraqlanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə qaldıqları evdən çıxaraq Abşeron rayonu Pirəkəşkül kəndinə gəlmiş, orada məhlələrdən birinə daxil olaraq küçədə dayanmış tünd yaşıl rəngli **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış ki, həmin avtomobili qaçırsınlar. Bu zaman o qapının açıq olmasından istifadə edib sükan arxasına əyləşmiş, lakin avtomobilin mühərrikini işə sala bilmədiyi üçün həmin avtomobili qaçıra bilməmişlər. Həmin vaxtıİlkin də kənarda dayanmış ki, kimsə gələrsə ona xəbər etsin. Lakin həmin avtomobili işə sala bilmədiyi üçün avtomobildən düşmüş və yollarına davam etmişlər. Təxminən saat 05:30 radələri olmuş, bu zaman qarşıda Vaz 21099 markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlandığını görmüş, həmin avtomobilə o yaxınlaşaraq avtomobilin qapısının açıq olduğunu görmüş, avtomobiləəyləşdikdən sonra İlkin də onun yanına əyləşmişdir. Avtomobilin açarları avtomobilin üstündə olmuş, o avtomobili işə salmış və birlikdə avtomobili qaçırmışlar. Avtomobili Bakı şəhəri Qaradağ rayonunda yerləşən Qobu Park yaşayış massivinə apararaq orada binanın qarşısında saxlamış və sonra qaldıqları evə getmiş, həmin günü yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində yenidən həmin avtomobilin yanına sürmək üçün gələrkən avtomobilin yanında polislər olduğunu görmüş və oradan qaçıb getmişlər. Bundan sonra polislərin onları axtardığını bilib yaşadağı Neftçala rayonuna getmiş, oradan isə müxtəlif ünvanlarada qalmışdır. Lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə Abşeron rayon Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə gətirilmiş, orada o, etdiyi əməlimi səmimi olaraq etiraf etmişdir. Avtomobili tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qaçırmış, ikisindən başqa bu hadisədən heç kimin xəbəri olmamışdır. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, VAZ-21063 markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və həmin avtomobili özü idarə edir. Qeyd olunan avtomobili hər gecə yaşadığı evin qarşısında saxlayıb evinə gedir. 04 may 2022-ci il tarixdə də həmişə olduğu kimi özünə məxsus olan VAZ-21063 markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayıb evinə getmişdir. 05 may 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb avtomobilinə minib getmək istədikdə naməlum şəxsin və ya şəxslərin avtomobilinin qapısını açaraq mühərriki işə salan naqilin qırılaraq başqa üsulla avtomobili işə salıb avtomobilini qaçırmaq istədiklərini başa düşmüş və baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Avtomobilindən başqa hər hansı əmlakı talanmamışdır, yalnız avtomobili qaçırılmağa cəhd edilmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vaz 21099 markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili əmisi X2 ona hədiyyə etmişdir. Avtomobili hər gün yaşadığı evin küçəsində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində işdən gələrək avtomobilini yaşadığı evin qarşısında küçədə saxlamış, həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində evdən küçəyəçıxarkən görmüşdür ki, avtomobili yerində yoxdur. Bundan sonra avtomobilinin qaçırıldığını görüb hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş, sonra isə polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər. Sonradan avtomobilinin Qobu park yaşayış kompleksi ərazisindən tapıldığını polis əməkdaşlarından eşitmiş, avtomobildə həmin vaxtı yük yerində 1 ədəd 150 manat dəyərində qaynaq aparatı və 150 manat Pioneer markalı maqnitafon, o cümlədən avtomobilə məxsus olan texniki pasprt, etibarnamələr, qardaşı Kamrana məxsus olan sürücülük vəsiqəsi, özünə məxsus maaş kartları, Albalı bank kartları olmuş, həmin əmlakları və sənədləri oğurlanmamış, kartlarındakı hesabında pul olmamış və müdaxilə olunmamışdır. Göstərmişdir ki, qeyd olunan avtomobil özünə məxsusdur, sadəcə olaraq texniki pasportla adına keçirtməmişdir. Hadisə günü avtomobilin açarlarını unudaraq avtomobilin üzərində qalmış və avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Avtomobilinin hazırkı bazar dəyəri təxminən 4800 manat təşkil edir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə sübut əhəmiyyətli olduğundan «Vaz 21099» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və VAZ-21063 markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Onun barəsində Binəqədi RPİ-nin İŞdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* saylı cinayət işinin istintaqı aparılmış, xx.xx.2020-ci il tarixli Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətdən imtina edilmiş, barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslərə məxsus «Vaz 21099» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və VAZ-21063 markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 12 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi və tutulduqda Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və ona Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və 04 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onların təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onların təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası CM-nin 29,185.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il təvəllüdlü Ayan Məmmədova və xx.xx.2017-ci il təvəllüdlü Tehran Məmmədov adlı 2 azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olmasını və Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il təvəllüdlü Röyal Musazadə və xx.xx.2013-cü il təvəllüdlü Rza Musazadə adlı 2 azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olmasını və Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus «Vaz 21099» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və Zərərçəkmiş şəxs2 məxsus VAZ-21063 markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin məhkmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,185.2.1, 185.2.1 və 185.2.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Ağdaş rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,185.2.1, 185.2.1 və 185.2.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 02 il 11 ay 28 gün mqddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 qeydiyyat yeri üzrə Ağdaş rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus «Vaz 21099» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və Zərərçəkmiş şəxs2 məxsus VAZ-21063 markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-500/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-500/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver