Məhkəmə qərarları › İş №1(012)-500/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-500/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-500/2023 18.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 sentyabr 1986-cı ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Ş.Məmmədov küçəsi, ev-4-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 fevral 2023-cü il tarixdə saat 11 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə, oradan da pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olmaqla evin qonaq otağında olan 1 (bir) ədəd 750 (yeddi yüz əlli) manat dəyərində, “TCL LED” markalı “102” diaqonallı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 750 (yeddi yüz əlli) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda tək yaşayır. Daimi olaraq heç yerdə işləmir. İş olduqda günəmuzd fəhləlik edir. Qalan vaxtlarda işsiz olur. Zərərçəkmiş şəxs dostu Teymur vasitəsi ilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs onun dostu Teymurun yaşadığı evin qonşuluğunda yaşayır. Mütəmadi olaraq Zərərçəkmiş şəxs yaşadığı evə gedib həyətdəki işlərində ona köməklik etmişdir. Samir də ona maddi yardım etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Samirin yaşadığı evə gedib ondan maddi kömək istəmiş, Samir də ona paltar və yemək vermişdir. Həmin vaxt Samirin evindəki qonaq otağında televizor görmüş, həmçinin Zərərçəkmiş şəxs ailəsinin Bakı şəhərində olduğunu və bir neçə gün evə gəlməyəcəklərini bilmişdir. Həmin vaxtdan da televizoru oradan oğurlayacağını planlaşdırmışdır. Oğurlayacağı televizoru sata bilmək üçün tanışı Şahid Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə getmiş və ona televizor satmaq istədiyini demişdir. Şahid da televizoru almaq istədiyini bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə saat 10-11 radələri arasında Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin evdə olmadığına əmin olduğu üçün Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən evinin həyətinə daxil olmuş, evin arxa pəncərəsinin aralı olduğunu görüb əli ilə pəncərəni itələyərək tam açmış, bundan sonra pəncərədən evdəki yataq otağına, oradan da qonaq otağına daxil olmuşdur. Qonaq otağındakı masanın üzərində olan bir ədəd qara rəngli «TCL» markalı 102 diaqonallı televizoru götürüb pəncərədən düşərək özü ilə aparmışdır. Təxminən bir kilometr aralı məsafədə Ruslanla görüşüb televizoru Ruslana göstərmiş, aralarındakı razılaşmaya əsasən televizoru Ruslana 60 (altmış) manata satmışdır. Ruslan ona Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinin həyətində 40 (qırx) manat pul vermiş, qalan 20 (iyirmi) manat məbləğində pulu isə yaxın zamanlarda verəcəyini bildirmişdir. 31.01,2023-cü il tarixdə Abşeron RPİ-nin X2 əməkaşları onu saxlayıb Zərərçəkmiş şəxs məxsus olan bir ədəd televizoru Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evindən oğurlamaqda şübhəli olduğunu bildirmişlər. O da etdiyi oğurluq hadisəsini etiraf etdikdə onu X4 dəvət etmişlər. X3 təhqiqatçı tərəfindən izahatı alınarkən o, etdiyi əməli, yəni 30.01,2023-cü il tarixdə saat 10-11 radələri arasında Zərərçəkmiş şəxs məxsus olan bir ədəd televizoru Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evindən oğurladığını, həmin televizoru tanıdığı Şahid satdığını və alqı-satqını Şahid Abşeron rayonu Saray qəsəbəsində yerləşən evində etdiyini, Şahid ona televizoru ala bilməsi üçün 40 (qırx) manat pul verdiyini və yaxın vaxtlarda da 20 (iyirmi) manat pul verəcəyinə dair vəd verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində 30 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evindən ona məxsus olan bir ədəd televizoru oğurlamaqda ona heç kimin köməklik etmədiyini, Zərərçəkmiş şəxs məxsus olan evə və ya evin həyətyanı sahəsinə daxil olması üçün heç kimin ona icazə vermədiyini, həmin evin həyətinə və evə bir ədəd televizoru oğurlamaq məqsədi ilə daxil olduğunu, 30 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evindən sonuncuya məxsus olan bir ədəd televizoru oğurlayarkən onu heç kimin görmədiyini, sözü gedən oğurluq hadisəsini törətməsi barədə heç kimin məlumatı olmadığını və Şahid həmin televizorun onun tərəfindən oğurlanaraq satılması barədə məlumatsız olduğunu bildirmişdir. Hazırda əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, 30.01,2023-cü il tarixdə saat 07 radələrində Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən evindən çıxıb işə getmişdir. xx.xx.2023-cü il tarixdən isə ailə üzvləri də Bakı şəhərində qohumlarının evində olublar. xx.xx.2023-cü il tarixdə gecə saat 00:30 radələrində işdən yaşadığı evə gəlmiş, həyətə daxil olduqda həyət qapısının açıq olduğunu görmüşdür. Evin qapısını açdıqda isə qonaq otağında olan televizorun yerində olmadığını aşkar etmişdir. Bundan sonra evin digər otaqlarına özü baxış keçirdikdə isə yataq otağının pəncərəsinin açıq olduğunu müəyyən etmişdir. Həmin vaxt evindən oğurluq olduğunu başa düşmüş və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Abşeron RPİ-nin X2 əməkdaşları yaşadığı evə gəlib onun ərizə və izahatını almış, hadisə yerinə baxış keçirib protokol tərtib etmişlər. xx.xx.2023-cü il tarixdə isə ona evindən oğurluq etmiş şəxsin müəyyən edilməsi barədə məlumat verilmiş, bundan sonra bilmişdir ki, evindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs həmçinin ifadəsində xx.xx.2023-cü il tarixdə saat 07 radələrindən xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrinədək Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış bir ədəd «TCL» markalı, 102 diaqonallı televizoru xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Kontakt Home” elektrik malları mağazasından 750 (yeddi yüz əlli) manata aldığını, oğurluq hadisəsi nəticəsində ona göstərilən məbləğdə maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs günəmuzd fəhləlik edən şəxs kimi tanıdığını, bir neçə dəfə evinin həyətində təmizlik işləri görmək üçün Vasifi dəvət etdiyini, kasıb və kimsəsiz olduğu üçün Təqsirləndirilən şəxs daim maddi dəstək olmağa çalışdığını, bir neçə dəfə yemək və paltar verdiyini, münasibətlərinin normal olduğunu, lakin, Təqsirləndirilən şəxs evinin həyətinə və ya evinin içərisinə ondan xəbərsiz daxil olmağa icazə vermədiyini bildirmişdir. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan yerdə fəhlə kimi fəaliyyət göstərir və Təqsirləndirilən şəxs da həmin yerdən tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun Saray qəsəbəsində yerləşən evinə gələrək ucuz qiymətə televizor satdığını bildirmiş, onun da televizora ehtiyacı olduğu üçün Vasiflə razılaşmış və 60 (altmış) manat müqabilində həmin televizoru ala biləcəyini demişdir. Vasif isə 1-2 saat ərzində televizoru ona gətirəcəyini bildirib getmiş, həmin müddət ərzində isə geri qayıdaraq ona televizoru vermişdir. O da Vasifə öz evində 40 (qırx) manat pul vermiş, 20 (iyirmi) manat isə borclu qalmışdır. Şahid həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona satdığı televizorun oğurluq yolu ilə əldə etməsindən məlumatsız olduğunu, Təqsirləndirilən şəxs ona televizor satdığı üçün sənəd istədiyini, Vasifin isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, növbəti gün gətirəcəyini deməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 mart 2023-cü il tarixli 9/1003 nömrəti ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan, “TCL” markalı, “43S65A” MODEL, 43 düym (109sm) televizorun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 450 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş könüllü təqdim etmə və götürmə 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurladığı bir ədəd «TCL» markalı televizoru 40 manat qarşılığında pul almaqla Şahid satdığını bildirərək həmin televizoru təhqiqat araşdırmasına təqdim etmiş, televizor təhqiqatçı tərəfindən götürülərək bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştiakçılar və hal şahidləri tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkil fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir İstintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim edilmiş 1 ədəd “TCL LED” markalı 102 dioqanallı televizor cinayət təqibi üzrə əhəmiyyən rəsb edən halların müəyyən edilməsinə kömək etdiyndən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kim tanınmışdır. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində Abşeron rayon məhkəməsinin 04 fevral 2023-cü il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334-cü maddəsinin 1 -ci hissəsi və 62-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 05 noyabr 2018-ci il tarixli hökmü ilə dəyişdirilib, Cinayət Məcəlləsinin 62-ci maddəsi hökmdən xaric edilib və Azərbaycan Respublikası CM-in 334cü maddəsinin 1 -ci hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CPM-in 83-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməsinə və məhkumluğu ödənilmədən qəsdən az ağır cinayət törətməsinə görə onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən dəymiz ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, dəymiş ziyanı ödəməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim edilmiş 1 ədəd “TCL LED” markalı 102 dioqanallı televizorun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim edilmiş 1 ədəd “TCL LED” markalı 102 dioqanallı televizorun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar