Məhkəmə qərarları › İş №1(012)-501/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-501/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-501/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1985-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1986-cı ildə Beyləqan rayonu, Qəhrəmanı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu Digah kəndində yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 01 yanvar 2021-ci il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz E220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən mərkəzi avtomobil yolu ilə Mehdiabad qəsəbəsi istiqamətindən Binəqədi qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətlərinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayırıcılarında isə svetofor qarşısında dayanmalı olduğu halda bunu etməyərək, svetoforun qırmızı işığında hərəkətini davam etdirərək sola dönmə işıqları yandıqda hərəkətə başlayan Təqsirləndirilən şəxs2 idarə etdiyi Daewoo Gentra markalı **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Mercedes Benz E220 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün yuxarı 1/3-nin qapalı sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzün müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti alınmasına, habelə Mercedes Benz E220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 740 (yeddi yüz qırx) manat, Daewoo Gentra markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi Təqsirləndirilən şəxs2 1120 (min yüz iyirmi) manat məbləğində zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 01 yanvar 2021-ci il tarixdə saat 13 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Daewoo Gentra markalı **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən mərkəzi avtomobil yolunda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyərək, yolayırıcında hərəkət hissəsinin sağ kənarında dayandığı yerdən avtomobili hərəkətə gətirərək 5 km/saat sürətlə sola doğru manevr edərək Mehdiabad qəsəbəsi istiqamətindən Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs1 50 km/saat sürətlə idarə etdiyi Mercedes Benz E220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Mercedes Benz E220 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün yuxarı 1/3-nin qapalı sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzün müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti alınmasına, habelə Mercedes Benz E220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 740 (yeddi yüz qırx) manat məbləğində zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki, Quba rayonu Rustov kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mersedes Benz E 220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, həmin avtomobili Zərərçəkmiş şəxs2 hər ay 600 manata arendaya götürmüşdür. Razılaşmaya görə 23600 manat pul verdikdən sonra avtomobil onun adına keçməli idi. Belə ki, həmin avtomobil ilə taksi sürücsü kimi fəlaiyyət göstərmişdir. 01.01.2021-ci il tarixdə saat 13 radələrində o, Pirşagı qəsəbəsindən Bakı şəhəri Badamdar qəsəbəsinə sifariş qəbul etmişdir. Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsi ilə Binəqədi qəsəbəsi istiqamətinə 50 km/saat sürətlə hərəkət etmişdir. Bu zaman o, yolu düz keçmək istəyərkən sola dönmə əməliyyatı aparan Daewoo Gentra markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin vaxtı o, avtomobildən düşmüş, avtomobilində olan müştəri Zərərçəkmiş şəxs1 xəsarət alıb-almamasını soruşmuşdur. Bundan sonra heç kimin xəsarət almamasını gördükdən sonra Abşeron DYPŞ-ın əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. 06.01.2021-ci il tarixdə ona bir nəfər sonradan adının Məryəm bildiyi şəxs zəng vuraraq demişdir ki, həmin vaxtı yol nəqliyyat hadisəsi baş verərəkən avtomobildə xəsarət almışdır. O, da ondan sonra hadisə ilə bağlı Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gəlmiş, orada onun izahatı alınmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı spirtli içki qəbul etməmiş, təxminən 2 metr məsafədən avtomobilin sola yəni Digah yoluna dönmə əməliyyatı apardığını görmüşdür. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, dəymiş ziyanı ödəməsini və zərərçəkən şəxslərlə barışdığını bildirirək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, Daewoo Gentra markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 01.01.2021-ci il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobil ilə Mehdiabad qəsəbəsində yerləşən 28 may küçəsində işıqforu keçib dayanmışdır. Bu zaman avtomobildən düşərək köşkdən siqaret almış, bundan sonra avtomobilinə əyləşib arxada işıqforun qırmızı işıq yanmasını gördükdən sonra sol digah qəsəbəsi istiqamətinə hərəkət edərkən bu zaman arxadan gələn Mersedes Benz markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında hərəkətini davam etdirərək onun avtomobilinin sol qabaq qapısından vurmuşdur. Bundan sonra sürücü Xəyyam avtomobildən düşmüşdür. O, da avtomobildən düşmüşdür. Onun avtomobilində qadın var idi. Həmin qadında heç nə olmamış kimi avtomobildən düşərək çıxıb getmişdir. Həmin vaxtı o və Xəyyam sonradan adının Məryəm kimi bildiyi şəxsə yaxınlaşıb xəsarət alıb-almamasını soruşmuşlar. Lakin Məryəm heç bir xəsarət almadığını deyərək oradan çıxıb getmişdir. Bundan sonra o, 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra DYPŞ-in əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. O, qeyd etmişdir ki, Məryəm hadisədən bir neçə gün xəstəxanaya müraciət etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı onun avtomobilində ondan başqa heç kim olmamış, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, dəymiş ziyanı ödəməsini və zərərçəkən şəxslərlə barışdığını bildirirək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 01.01.2021-ci il tarixdə Bakı şəhərində yaşayan qohumugilə getmək məqsədilə oğlu Seymur taksi sifariş etmiş, sifariş əsasında gələn Mercedes markalı avtomobillə Bakı şəhərinə gedən zaman Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsi ilə hərəkətdə olarkən sərnişin qismində əyləşdiyi avtomobillə başqa bir avtomobil toqquşmuşdur. Hadisədən sonra onlar avtomobildən yerə düşmüşlər. Xəsarət almadığını düşündüyü üçün yaşadığı evə getmişdir. Lakin sağ qolunda ağrılar olduğundan evdə qolunu sarımışdır. Lakin günlər keçdikcə qolunda ağrılar şiddətləndiyindən 06.01.2021-ci il tarixdə oğlu onu 3 saylı xəstəxanaya aparmışdır. Orada məlum olmuşdur ki, sağ qolu sınıb. Hadisə vaxtı o, avtomobildə arxa oturacaqda əyləşmiş, oğlu Seymur isə qabaq oturacaqda, gəlini Aynur yanında arxa oturacaqda əyləşmişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödədiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 01.01.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən mərkəzi avtomobil yolunda Təqsirləndirilən şəxs1 ona məxsus idarə etdiyi Mersedes Benz markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə başqa bir avtomobil toqquşmuş, nəticədə ona məxsus Mersedes Benz markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək ona ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödədiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 13.01.2021-ci il tarixli 02TS nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün yuxarı 1/3-nin qaplı sınığı bərk-küt əşya təsirindən törənmişdir, 01.01.2021-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlğın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 30 mart 2021-ci il tarixli 8/455 №-li rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz E220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəylə müəyyən edilmişdir ki, Daewoo Gentra markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Abşeron RPİ DYPŞ-dən alınmış 11.08.2021-ci il tarixli 016- 93498-1221 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X3 Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 05.10.2011ci il tarixdə (05.10.2021-ci il tarixədək müddətə etibarlı olan) AB seriyalı 691068 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan Abşeron RPİ DYPŞ-dən alınmış 11.08.2021-ci il tarixli 016- 93499-1221 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X2 Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 14.10.2020-ci il tarixdə (14.10.2030-cu il tarixədək müddətə etibarlı olan AE seriyalı 631127 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur İş materiallarında olan X5 daxil olmuş E/432 nömrəli ziyan aktından məlum olur ki, Mercedes Benz E220 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 740 (yeddi yüz qırx) manat ziyan dəymişdir. İş materiallarında olan X5 daxil olmuş E/433 nömrəli ziyan aktından məlum olur ki, Daewoo Gentra markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1120 (min yüz iyirmi) manat ziyan dəymişdir. İş materiallarında olan 14.08.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Mercedes Benz E220 markalı **-GJ-*** və Daewoo Gentra markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı ərizələrdən görünür ki, dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Malik oğlunun məhkəməyə ünvanlandığı ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara qarşı şikayəti və maddi tələbi olmadığına görə barələrindəki cinayət işi üzrə icraata xitam verilməsini və “08 Noyabr-Zəfər Günü münasibətilə aministya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq olunmamasını xahiş etdilər. İş materiallarında olan 07.05.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15.05.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq könüllü olaraq gəlmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Quba rayon, Rustov kəns İƏD üzrə nümyəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonun Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 05.06.2018-ci il təvəllüdlü Abaslı Fatimə adlı bir azyaşlı övladı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14.08.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olmaları ekspertlərin rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxslərin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalı, əməlin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Mercedes Benz E220 markalı **-GJ-*** və Daewoo Gentra markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 38 (otuz səkkiz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 38 (otuz səkkiz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış, Mercedes Benz E220 markalı **-GJ-*** və Daewoo Gentra markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 38 (otuz səkkiz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 38 (otuz səkkiz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar